Polisə təpik atan traktor sürücüsü üzr istədi - VİDEO

Masallı rayonunda yol polisinə tabe olmayaraq onlara müqavimət göstərən traktor sürücüsü bu əməlindən peşman olduğunu bildirib. Avtosfer.az xəbər verir ki, traktor sürücüsü Sədahin Abdullayev bildirib ki, polis əməkdaşları ilə hər hansı problemi yoxdur. Hazırda öz işinə davam edir. 

Qeyd edək ki, iyunun 19-da Masallı şəhəri ərazisində günün qaranlıq saatlarında otbiçən traktorla arxa qabarit işıqları əvəzinə biçin üçün güclü işıqdan istifadə etməklə digər sürücülərə təhlükəli vəziyyət yaratdığına görə yol polisləri tərəfindən traktor sürücüsünə saxla işarəsi verilib. Lakin sürücü tabesizlik göstərək qaçmağa cəhd edib.
Daha sonra yol polisləri sürücünü dayandıraraq sənədləri tələb etsələr də, sürücü sənədləri verməkdən imtina edərək polislərə müqavimət göstərməyə başlayıb.

Həmin vaxt polis əməkdaşları da fiziki qüvvə tətbiq edərkən sürücünü təpiklə vurublar. Sürücü Abdullayev Sədahin Əlihüseyn oğlunun sürücülük hüququ olmadığına və polislərə müqavimət göstərdiyinə görə o, inzibati qaydada məsuliyyətə cəlb edilib.
Səlahiyyətlərini aşaraq fiziki güc tətbiq edərkən vətəndaşı təpiklə vurduqlarına görə polis əməkdaşlarının barəsində isə araşdırmalara başlanılıb.
BDYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, yol polisi əməkdaşları tərəfindən də qanunsuz hərəkətlərə yol verilib. Sürücüyə qarşı sərt tədbirlər gördükləri üçün həmin polis əməkdaşları haqqında da araşdırma aparılır.

SON DƏQİQƏ: İcra başçısının müavinlərinin hamısı saxlanıldıAbşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

Pravda.az xəbərinə görə, bu barədə jurnalist Eynulla Fətullayev məlumat verib.

O bildirib ki, icra başçının müavinlərinın hamısı saxlanılıb.

Sürücünü təpikləyən polislərlə bağlı araşdırma başlanıldıDaxili İşlər Nazirliyi Masallı rayonunda traktor sürücüsünün saxlanılarkən döyülməsi hadisəsi ilə bağlı xidməti araşdırmalar aparır.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sürücü idarə etdiyi traktorla təhlükəli hərəkətlər edərək polisə müqavimət göstərdiyi üçün cəzalandırılıb:

“Hadisə iyunun 19-da Masallı şəhəri ərazisində baş verib. Günün qaranlıq saatlarında otbiçən traktorla arxa qabarit işıqları əvəzinə biçin üçün güclü işıqdan istifadə etməklə digər sürücülərə təhlükəli vəziyyət yaratdığına görə yol polisləri tərəfindən sürücüyə saxlama işarəsi verilib. Lakin sürücü tabesizlik göstərərək qaçmağa cəhd edib.

Daha sonra yol polisləri sürücünü dayandıraraq sənədləri tələb etsələr də, sürücü sənədləri verməkdən imtina edərək polislərə müqavimət göstərməyə başlayıb.

Həmin vaxt polis əməkdaşları da fiziki qüvvə tətbiq edərkən sürücünü təpiklə vurublar. Sürücü Abdullayev Sədahin Əlihüseyn oğlunun sürücülük hüququ olmadığına və polislərə müqavimət göstərdiyinə görə o, inzibati qaydada məsuliyyətə cəlb edilib.

Səlahiyyətlərini aşaraq fiziki güc tətbiq edərkən vətəndaşı təpiklə vurduqlarına görə polis əməkdaşlarının barəsində isə araşdırmalara başlanılıb.

Araşdırmalar nəticəsində həmin polis əməkdaşları da ciddi intizam məsuliyyətinə cəlb olunacaqlar. 

BDYPİ-nin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, faktla bağlı artıq aidiyyəti xidmət tərəfindən araşdırmalara başlanılıb”.

Daxili İşlər Nazirliyi Masallı rayonunda traktor sürücüsünün saxlanılarkən döyülməsi hadisəsi ilə bağlı xidməti araşdırmalar aparır.

Murad Əhməd

Türkiyənin Kütahya şəhərində aralarında azərbaycanlı qadının da olduğu üç nəfərlik dəstə ələ keçib.

Onlar Simav rayon sakininə qarşı dələduzluq etməkdə ittiham olunurlar.

Belə ki, dəstə üzvləri telefon vasitəsilə həmin şəxslə əlaqə saxlayıb və ondan azərbaycanlı qadınla evlilik qarşılığında 7500 lirə (1860 AZN – red.) pul istəyib.

Pulu aldıqdan sonra dəstə üzvləri aradan çıxıb. Polis şikayət əsasında həmin şəxsləri ələ keçirib. /Cebhe.info/

Bakıda qeyri-adi yanğın hadisəsi baş verib.

Şəhərin mərkəzində banklardan birinin bankomatı yanıb.

Yanğın FHN-nin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Qeyd edək ki, hadisə şahidləri bankomatın pulla dolu olduğunu bildiriblər. /Redaktor.az/

Azərbaycanda deputat koronavirusa yoluxdu

“Koronavirus testinin cavabını indilərdə aldım. Təəssüf ki, nəticə pozitivdir”.

Bunu APA-ya açıqlamasında deputat Sahib Alıyev deyib.

Deputat koronavirusa yoluxduğunu bildirib: 

“Təəssüf ki, testin nəticəsi pozitiv çıxıb. Özümdə koronavirus pandemiyasının simptomlarını hiss etdiyim üçün test vermişdim. Nəticə pozitiv çıxdı”.

Tərtərin icra başçısı COVID-19-a yoluxması barədə xəbərlərə aydınlıq gətirdi
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir sıra xəbər portallarında və sosial şəbəkələrdə COVID-19 virusuna yoluxması barədə yayılan xəbərləri təkzib edib.

Bu barədə icra başçısının özü "Report"a bildirib.

M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə xidmət edir, cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən xalqa xidmət edirəm".

Qeyd edək ki, Tərtər rayonundan olan deputat Sahib Alıyev koronavirusa yoluxub. 

Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.

Bu barədə “report”a onun müalicə edildiyi Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Piriyev məlumat verib.

O bildirib ki, icra başçısının müavini gecə saatlarında vəfat edib:“Edilən müalicələrə baxmayaraq gecə saat 01:45-də dünyasını dəyişdi”.

Məşhur bloger Hüseyn Həsənov Moskvada saxlanıldı

Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb.
Bu barədə gazeta.ru məlumat yayıb.

Bildirilir ki, bloger “Rolls Royse Cullinan” markalı avtomobilində saxlanılıb. Həmin maşının axtarışda olduğu deyilir.
O da qeyd olunur ki, Hüseyn maşına “Lamborghini” markalı digər avtomobilinin nömrə nişanını vurub.

Bloger həmçinin bu ayın 9-da avtomobilinin dövlət nömrə nişanını gizlətdiyinə görə üç aylıq sürücülük hüququndan məhrum edilib.

Xatırladaq ki, Rusiyanın məşhur blogerlərindən olan Hüseynin "İnstagram"da 14 milyondan çox izləyicisi var.oxu.az

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekan müavini Tural Qasımov dənizdə boğulub.

Universitetdən bildirilib ki, biologiya üzrə fəlsəfə doktoru olan T. Qasımov Kimya və Biologiya fakültəsinin dekan müavini olub.

32 yaşlı T. Qasımov subay imiş. Mərhum dünən Ramana qəbiristanlığında dəfn olunub.(Qafqazinfo)

Xəbər lenti