![]() |
|
APA xəbər verir ki, hadisə bu gün saat 23 radələrində Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, Xəlitli kəndi ərazisində qeydə alınıb.
Göyçay sakinləri, 1995-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi "VAZ 2106", 1996-cı il təvəllüdlü Aqşin İsmayılovun idarə etdiyi "Wolkswagen Passat", Nurlan Vəliyevin idarə etdiyi "VAZ 21014", 1978-ci il təvəllüdlü Seymur Şirinovun idarə etdiyi "Mersedes Sprinter" markalı yük avtomobilləri toqquşub.
Hadisə zamanı Göyçay şəhər sakini, 1978-ci il təvəllüdlü Ariz İsmayılov, Nurlan Vəliyev və başqa 2 nəfər müxtəlif xəsarətlərlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə yenicə baş verdiyi üçün digər 2 yaralının adı hələlik məlum deyil.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bakıda metronun “Qara Qarayev” stansiyasında polis əməkdaşları ilə sərnişinlər arasında insident baş verib. Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.
Kadrlarda, iki polis əməkdaşının sərnişinlərdən biri ilə mübahisə etdiyi və onu vaqondan çıxarmağa çalışdıqları görülür. Ancaq digər sərnişinlərin müqaviməti ilə qarşılaşan asayiş keşikçiləri buna nail ola bilmirlər.
Bildirilir ki, hadisəyə sərnişinin platformada olarkən tibbi maskadan istifadə etməməsi səbəb olub.
DİQQƏT! videoda qeyri-etik sözlər işlədilir.
Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına və polisə yaba ilə hücum edib. Hadisə ötən gün qeydə alınıb. Samux Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası polis əməkdaşlarının müşayiəti ilə rayonun Füzuli kəndində koronavirusa yoluxmuş bir qadını müalicə üçün xüsusi karantin xəstəxanasına yerləşdirmək məqsədi ilə onun yaşadığı ünvana gedib. Bu zaman qadının həyat yoldaşı həkim briqadasının işinə maneçilik törədərək müqavimət göstərib və əlindəki yaba ilə onlara hücum edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib.
Bildirib ki, həkimlərə hücum edən kişi dərhal zərərsizləşdirilib: “Həkimləri müşayiət edən polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib və həyatlarını riskə ataraq hücum edən şəxsi zərərsizləşdirərək saxlayıblar”.
E.Zahidov həmçinin qeyd edib ki, koronavirusa yoluxan qadın xüsusi karantin xəstəxanasına yerləşdirilib. Qadın ərinin barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati protokol tərtib edilib. (APA)
Xırdalan şəhərində qayda pozaraq əks istiqamətdə hərəkət edən sürücülər barəsində oxucular Avtosfer.az-a şikayətlərini bildiriblər. Belə ki, iyunun 1-də Xırdalan şəhəri Heydər Əliyev prospektində qeydə alınan görüntüləri sizə təqdim edirik.
Sürücülər qarşıdakı sıxlığı görüb ayırıcı zolağın kəsiyindən əks istiqamətə çıxaraq birbaşa axına qarşı hərəkət edirlər.
Bu hal demək olar ki, hər gün baş verir. Sürücülərin məsuliyyətdən kənarda qalmaları, polisin nəzarətsizliyi və.s digər amillər bu vəziyyətə gətirib çıxartmasına şərait yaradır.
Təbriz
Hadisə paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. Axşam saatlarında Bakı şəhər sakini 28 yaşlı Tural Kazımov Suraxanı rayon 32-ci polis bölməsinə təslim olaraq arvadı Maya Xeyrişlini (1991-ci il təv.) qısqanclıq zəmnində öldürdüyünü bildirməklə, qadının istifadəsində olmuş mobil telefonu polislərə təqdim edib.
Araşdırma zamanı, telefonda çoxlu sayda oğlan adlarının olması, elə həmin gün Tural Abbasov soyadlı şəxsdən sms və 1 dəfə zəng gəlməsi müəyyən edilib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Maya Xeyrişlinin ölümünə – boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.
İstintaqla müəyyən edilib ki, Tural Kazımov axşam saat 20 radələrində işdən yaşadığı evə gəlib, mətbəx otağında kresloda əyləşib. Arvadı oturduğu divandan, yerdə olan paltarları əyilib, götürərkən, xalatının açıq qalan ön hissəsindən "Huawei" markalı mobil telefon düşüb. Bunu görən Tural dərhal telefonu yerdən götürüb. Elə həmin anda Tural adlı şəxsdən həmin nömrəyə zəng gəlib, o cavab verdikdə sonuncu əlaqəni kəsib. Kazımov naməlum şəxsin kim olması, onun mobil telefon işlətməsinə qadağa goyduğu halda nə vaxtdan gizlincə telefon işlətməsi ilə bağlı Mayanı sorğu-sual edib. Yoldaşı cavab vermədiyindən, onun xəyanət etməsinə əmin olub, bu səbəbdən qısqanclıq zəmnində divanda oturan qadının boğazını əlləri ilə tutub, sıxmaqla qəsdən həyatdan məhrum edib.<ins' style="padding: 0px; margin: 0px; box-sizing: border-box;">
İş üzrə dindirilən Tural Kazımov 2006-cı ildə Maya Xeyrişli ilə ailə həyatı qurduğunu, həmin nigahdan üç övladı olduqlarını bildirib.
Arvadı heç yerdə işləməyib, özü xırda ticarətlə məşğul olub. Mayaya telefon işlətməyə icazə verməyib. Həmin axşam həyətdə oynayan uşaqların, mübahisə etmələrini görməməsi üçün, mətbəx otağının qapısını içəridən bağlayaraq, pəncərənin pərdəsini çəkib. İlk olaraq yoldaşını oturduğu yerdə sinəsindən tutub, silkələyərək telefonun haradan çıxmasını və həmin şəxsin kim olmasını soruşub, lakin sonuncu cavab verməyib. Hirsləndiyindən əlləri ilə boğazından sıxıb, 1-2 dəqiqə keçəndən sonra arvadının əlində halsızlaşdığını görüb, dərhal əlini boğazından çəkib.
Hadisə barədə daha ətraflı videonun 19:00 dəqiqəsindən baxa bilərsiz.
"Ölkə.Az" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. Axşam saatlarında Bakı şəhər sakini 28 yaşlı Tural Kazımov Suraxanı rayon 32-ci polis bölməsinə təslim olaraq arvadı Maya Xeyrişlini (1991-ci il təv.) qısqanclıq zəmnində öldürdüyünü bildirməklə, qadının istifadəsində olmuş mobil telefonu polislərə təqdim edib.
Araşdırma zamanı, telefonda çoxlu sayda oğlan adlarının olması, elə həmin gün Tural Abbasov soyadlı şəxsdən sms və 1 dəfə zəng gəlməsi müəyyən edilib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Maya Xeyrişlinin ölümünə – boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.
İstintaqla müəyyən edilib ki, Tural Kazımov axşam saat 20 radələrində işdən yaşadığı evə gəlib, mətbəx otağında kresloda əyləşib. Arvadı oturduğu divandan, yerdə olan paltarları əyilib, götürərkən, xalatının açıq qalan ön hissəsindən "Huawei" markalı mobil telefon düşüb. Bunu görən Tural dərhal telefonu yerdən götürüb. Elə həmin anda Tural adlı şəxsdən həmin nömrəyə zəng gəlib, o cavab verdikdə sonuncu əlaqəni kəsib. Kazımov naməlum şəxsin kim olması, onun mobil telefon işlətməsinə qadağa goyduğu halda nə vaxtdan gizlincə telefon işlətməsi ilə bağlı Mayanı sorğu-sual edib. Yoldaşı cavab vermədiyindən, onun xəyanət etməsinə əmin olub, bu səbəbdən qısqanclıq zəmnində divanda oturan qadının boğazını əlləri ilə tutub, sıxmaqla qəsdən həyatdan məhrum edib.<ins' style="padding: 0px; margin: 0px; box-sizing: border-box;">
İş üzrə dindirilən Tural Kazımov 2006-cı ildə Maya Xeyrişli ilə ailə həyatı qurduğunu, həmin nigahdan üç övladı olduqlarını bildirib.
Arvadı heç yerdə işləməyib, özü xırda ticarətlə məşğul olub. Mayaya telefon işlətməyə icazə verməyib. Həmin axşam həyətdə oynayan uşaqların, mübahisə etmələrini görməməsi üçün, mətbəx otağının qapısını içəridən bağlayaraq, pəncərənin pərdəsini çəkib. İlk olaraq yoldaşını oturduğu yerdə sinəsindən tutub, silkələyərək telefonun haradan çıxmasını və həmin şəxsin kim olmasını soruşub, lakin sonuncu cavab verməyib. Hirsləndiyindən əlləri ilə boğazından sıxıb, 1-2 dəqiqə keçəndən sonra arvadının əlində halsızlaşdığını görüb, dərhal əlini boğazından çəkib.
Hadisə barədə daha ətraflı videonun 19:00 dəqiqəsindən baxa bilərsiz.
"Ölkə.Az" Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə mətbuata məlumatı qətli törətməkdə ittiham olunan İlkin Süleymanovun yaxınları məlumat verib. Onlar bir sıra iddialar səsləndirib. Ətraflı vidoenu təqdim edirik
Y.Səməndərov xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Yusif Səməndərov BDU-nun sabiq rektoru Firudin Səməndərovun oğludur.
Allah rəhmət eləsin! (publika.az)
Report məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb
Şəxsiyyətləri məlum olmayan ana və qızı ov tüfəngi ilə qətlə yetirilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.