Sumqayıtda intihar hadisəsi baş verib.

Apa xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonu, ev 45-də qeydə alınıb.

Şəxsiyyəti hələlik məlum olmayan təxminən 17-20 yaşlarında qız özünü 9-cu mərtəbədən atıb. İntiharın səbəbləri bilinmir.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini Hüseyn Mustafayev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı bir bükümdə heroin aşkar olunaraq götürülüb. 

 

H. Mustafayevin narkotiki əldə etdiyi şəxs də müəyyən edilib. Tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Anar Qocayev saxlanılıb. Onun üzərinə baxış zamanı heroin və pisoxtrop maddə olan metamfetamin götürülüb.

Aparılan genişmiqyaslı tədbirlər nəticəsində A.Qocayevin narkotik maddələri Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Xəyyam Həsənovdan aldığı müəyyən edilib. Keçirilmiş əməliyyat tədbirləri ilə X.Həsənov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman müxtəlif bükülülərdə 10 qramdan artıq heroin və 17 qramdan artıq metamfetamin, həmçinin, bir ədəd naqan tipli revolver və ona məxsus patron, bir ədəd qaz tapançası, ona məxsus iki ədəd qaz balonu və 30 ədəd patron, bir ədəd xəncər və üç ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
 
Saxlanılan hər üç şəxs barəsində Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

 

 
 

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Aftandil Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Nural Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, A.Sultanova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə irəli sürülmüş ittiham dəyişdirilərək, Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

A.Sultanova 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib.

İttihama görə, Tovuz rayonun Bozalqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Mehdiyev həmyerlisi, 1984-cü il təvəllüdlü Aftandil Sultanov tərəfindən bıçaqlanaraq öldürüb.

Belə ki, Elnur Mehdiyev Aftandil Sultanovun yaşadığı Abulbəyli kəndindəki evinin həyətində olan mağazaya oğurluğa girib. Kamera vasitəsilə onu görən Avtandil mağazaya gələrkən giriş qapısında Elnur Mehdiyevlə rastlaşıb, əlbəyaxa dava düşüb. Dava zamanı Aftandil Sultanov əlindəki bıçaqla Elnur Mehdiyevə bir zərbə vurub. Elnur Mehdiyev onun əlindən çıxıb qaçsa da, aldığı xəsarətdən hadisə yerindən bir qədər aralıda, Tovuz şəhərinin Əhməd Cavad küçəsindən keçən istifadəsiz su arxının içində ölüb.

Aftandil Sultanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilmişdi. (Report)

2020-ci il martın 5-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 29/4, mənzil 51-də üzərində boğulmaya xarakterik xəsarətlə 23 yaşlı Günay Əliyevanın meyiti aşkar edilib. Araşdırma zamanı, onun həmin evdə 2019-cu ilin dekabr ayından kirayədə yaşaması məlum olub.

ÖLKƏ.AZ xəbər verir ki, mərhumun istifadəsindəki mobil telefonun "WhatsApp" proqramında qeydə alınan giriş və çıxış zənglərinə, ismarıclarına, eləcə də telefonun yaddaş kartındakı şəkillərə baxış keçirilib.

Sumqayıt şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Günay Əliyevanın ölümünə boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş asfiksiya səbəb olub.

Ayın 6-da Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən 23 yaşlı Kamran Quliyev Bakı şəhərində saxlanılıb.

İş üzrə dindirilmiş Kamran Quliyev bildirib ki, marixuana və metamfetamindən istifadə edib. Həmin gün Günaya, onunla cinsi əlaqədə olmaq üçün 30 və ya 40 manat pul verib. Amma bundan sonra qadın əlaqədə olmaq istəmədiyini deyib. Bu zəmində aralarında mübahisə başlayıb. Quliyevin sözlərinə görə mübahisə zəminində Günay onu təhqir edib. Bu zaman isə o, Hamam otağına daxil olaraq əlləri ilə Günayı divara sıxıb. Boğazından tutub, silkələyərək, sakit durmasını və onu söyməməsini tələb edib.

Günayın ağırlaşdığını hiss edərək, onu buraxıb. Huşunu itirdiyinin düşünüb. Yerə yıxılandan sonra, üzünə su vurub. Lakin qadın ayılmayıb. Onun öldüyünü görərək, qorxub, mənzili tərk edib. Kamran Quliyev qeyd edib ki, Günay Əliyevanı qəsdən öldürmək istəməyib. Sadəcə sonuncu onu təhqir etdiyinə görə əsəbləşib əlləri ilə boğazından tutub, silkələyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Xalidə Əliyeva ifadəsində göstərib ki, 2019-cu ilin yanvar ayında xəbər tutub ki, qızının İlham Adlı şəxslə qeyri-rəsmi ailə həyatı quraraq, onunla sumqayıtda yaşayıb. Günay evlərinə qayıtmaq istəməyib, yaşadığı ünvanı dəqiq deməyib. İlhamla niyə qeyri rəsmi nighda olduğunu soruşduqda isə, qızı İlhamın valideynlərinin onların ailə qurmalarını istəmədiklərini bildirib. Bir müddətdən sonra Günay İlhamla birlikdə evə gəlib, yoldaşını onlarla tanış edib. Qızına, əri ilə gəlib, onların evdə yaşamasını təklif etsə də, lakin Günay razı olmayaraq, İlhamın Sumqayıtdan işə gedib-gəlməyin daha rahat olduğunu deyib. Anası həmçinin qeyd edib ki, Günayın heç kəslə düşmənçiliyi və ədavəti olmayıb. Qətlin səbəbini bilmir.

Şahid qismində dindirilmiş İlham Qiyasbəyli bildirib ki, il yarım əvvəl Xırdalan şəhərində çay evi işlədən vaxtlarda Günayla tanış olub. Aralarında yaxın münasibət yaranıb, müxtəlif ünvanlarda kirayədə yaşayıblar. Günay ona pul müqabilində heç kimlə görüşmədiyini deyib. Hadisədən 1 ay 20 gün əvvəl qadın 4-cü mikrorayona köçüb.

O, tez-tez həmin ünvana gedərək Günayla spirtli içki qəbul edib, onunla cinsi əlaqədə olub. Ailəsindən kənarda yaşamasına baxmayaraq, qadın ailə üzvləri ilə əlaqə saxlayıb. Martın 4-də qardaşı Sahib və dayısı oğlu Rahimlə birlikdə Günaygildə olub. Növbəti gün səhər işə gedib və saat 10-11 radələrində qardaşı Sahibə zəng edib Günayla birlikdə işə gedib-getmədiyini soruşmuş, çünki sonuncu "Koroğlu" metrostansiyasının yanında şirniyyat alğı-satqısı ilə məşğul olub və qadını da özü ilə ora işləməyə aparmaq istəyib. Sahib ona Günaya zəng etdiyini, lakin onun cavab vermədiyini deyib.

Saat 21 radələrində o, qardaşı ilə birlikdə qadının qaldığı ünvana yollanıb. Mənzilə tək qalxıb, Sahib aşağıda gözləyib.

Qapını döysə də, açan olmayıb. Sonra qapının açıq olduğunu görüb. Günay heç vaxt qapını açıq qoymayıb. Hamam otağının qapısını açanda qadının yerdə, baş nahiyəsinin sağ divara tərəf, hərəkətsiz vəziyyətdə olduğunu görüb.

Əynində qara rəngli qısaqol mayka və idman şalvarı olub. İlkin olaraq huşunun getdiyini zənn edib, dərhal aşağıdan qardaşını çağırıb. Birlikdə Günayı hamam otağından dəhlizə çıxartıblar, əli ilə ona toxunduqda bədəninin soyuq olduğunu hiss edib. Qardaşı TTY zəng edib.

Məhkəmə iclasında Kamran Quliyev özünü təqsirli bilməyib. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.

Məhkəmə nəticəyə gəlib ki, Kamran Quliyevin törətdiyi əməl CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Quliyev cəzasını ciddi rejimli CÇM-də çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

 

 

 

 
 
 
İşğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə ÖLKƏ.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbirlər zamanı Xocavənd rayonu ərazisindəki tərk edilən hərbi mövqelərdən 1 ədəd “İQLA” zenit-raket kompleksi, 1 ədəd “MUXA” markalı tank əleyhinə qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd avtomat, 6 ədəd əl qumbarası, 64 ədəd müxtəlif növ mərmilər, 19 ədəd avtomat darağı və 1100 ədəd müxtəlif çaplı güllələr aşkar edilib. Silah-sursat aidiyyəti üzrə təhvil verilib.

 

 

 

 
 
Martın 24-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Rəhimli kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Ölkə.Az"-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb.

Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib.

Ölkə.Az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, yataqxananın 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib, onlara hadisə yerində ilkin yardım göstərilib.

Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər verdiyimiz kimi, bir ay əvvəl Gəncədə itkin düşən 19 yaşlı Pərvin Musayevanın qətlə yetirildiyi məlum olub. Onu 20 yaşlı sevgilisi Sərdar Cəfərov boğaraq öldürüb və mərhumun meyitini zibillikdə gizlədib.

"Ölkə.Az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb.

Sərdar Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbələri olublar. Maraqlıdır ki, adıçəkilən şəxslər ali məktəbə hazırlaşmaq üçün eyni hazırlıq kursuna gediblər.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Pərvin Musayevanın meyiti şəhərin Avtozavod deyilən ərazisində zibil poliqonundan tapılıb. Qətl təxminən bir ay əvvəl törədildiyi üçün meyit eroziyaya uğrayıb.

Qətli törətməkdə şübhəli bilinən Sərdar Cəfərov saxlanılıb. İlkin məlumata görə, qətl qısqanclıq zəminində baş verib. İstintaq davam etdirilir.

Sumqayıt şəhərində qətl törətməkdə və oğurluqda təqsirli bilinən 1996-cı il təvəllüdlü Babək Atamalıyev, Hüseynağa Ağayev və Musa Cavadlının cinayət işi.

"Ölkə.Az" xəbər verir ki, qətl hadisəsi Sumqayıt şəhər ərazisində gecə saat 1 radələrində baş verib.

27 yaşlı Namiq Məmmədovun Sumqayıt şəhəri, 13-cü mikrorayonda üzərində zorakılıq xəsarətləri olan meyiti aşkar edilib. Fakta görə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini Babək Atamalıyev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub. Məlum olub ki, Namiq Məmmədov doğulduğu gün qətlə yetirilib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Babək Atamalıyev özünü təqsirli hesab edərək ifadəsində göstərib ki, Sumqayıtda şadlıq sarayında ofisiant işləyib. Hüseyağanı 4-5 il əvvəl qardaşı Seyidin vasitəsi ilə tanıyıb. Musa ilə isə qonşu olub. Martın 22-də 17-ci mikrorayon ərazisində görüşüblər. Hansı mağazaya girəcəklərini əvvəlcədən planlaşdırmayıblar. Oğurluq etməmişdən əvvəl parkda spirtli içki qəbul ediblər. Ordan "Dünya" market mağazasının qarşısına gəliblər. 

Yanından keçən şəxsdən bir ədəd siqaret istədiydə o, kobud şəkildə siqaretinin olduğunu amma ona verməyəcəyini deyib. Cavab Babəkə pis təsir edib və səbəbini aydınlaşdırmaq üçün Namiqi arxadan çağırıb kobud cavabının səbəbini soruşub. Namiq onu söhbətə tuta-tuta özü ilə aparıb. Musa ilə Hüseyağa isə arxalarınca gəliblər. 

Namiq həyətə girən kimi, blokun önündə dayanan 4 qonşunu köməyə çağırıb. Qonşuların mübahisəyə müdaxiləsi vəziyyəti daha da ağırlaşdırıb.

Siqaret arzusunda olan şəxslərdən biri -1996-cı il təvəllüdlü Babək Atamalıyev üzərində gəzdirdiyi bıçağı çıxararaq Namiqə bir zərbə vurub. Qonşular qatilin arxasıyca düşsələr də o, əlindəki soyuq silahla hamını hədələyərək dostları ilə oradan uzaqlaşıb.

Namiqi öldürəndən sonra Babək və dostları növbəti cinayəti törədiblər. Qonşu məhəlləyə qədər qaça bilən şəxslər dükan yarıblar.

Babək Atamalıyev ifadəsinin davamında bilridib ki, hadisənin səhərsi günü Hüseynağanın tutulduğunu eşidib. Saat 14:00 radələrində könüllü olaraq polis bölməsinə gedib. Sorğu-sual zamanı oğurluq cinayətini onunla birlikdə törətdiyini etiraf edib. Orada bilib ki, Namiq Məmmədov onun vurduğu bıçaq xəsarətindən ölüb. 

İstintaq orqanı Babək Atamalıyevin əməlini Cm-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) 170-ci (yetginlik yaşına çatmayanı cinayət fəaliyyətinə cəlb etmə) və 177.2.1-ci(oğurluq qabaqcadab əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə, Hüseynağa və Musanın əməlini isə yalnız 177-ci (oğurluq) maddəsi ilə qiymətləndirib. 

Məhkəmənin hökmü ilə Babək Atamalıyev 19 il, Hüseynağa Ağayev 3 il 6 ay, Musa Cavadlı isə 3 il azadlıqdan məhrum olunub.

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.
Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

Qeyd edək ki, Azərbaycanda koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.

Xəbər lenti