![]() |
|
Paytaxtın Xətai rayonunda karantin qaydalarına zidd olaraq toy mərasiminin keçirilməsi aşkalanıb.
Bu barədə "Ölkə.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasiminin keçirilməsi müəyyən edilib. Rayon ərazisində yerləşən şadlıq evlərindən birində profilaktik tədbir keçirilən zaman polislər obyektin sahibi Əhməd Əmiraslanovun dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq insanların kütləvi şəkildə iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi müəyyən edilib.
Polislər tərəfindən obyektin sahibi, xidməti personal, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha diqqətə çatdırılıb.
Ümumilikdə toyda iştirak edən 63 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Toy sahibləri mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsidə Xətai RPİ 36-cı Polis Bölməsində araşdırmalar aparılır.
Vətən müharibəsi qazisi İsmayıl Hüseynova ağır itki üz verib.
"Qafqazinfo" xəbər verir ki, onun atası Məhəmməd Hüseynov ötən gün dünyasını dəyişib.
İ.Hüseynov bildirib ki, atasının beynində şiş olub:
"Bu səbəbdən də dünyasını dəyişib. Hələ ki, dəfn edilməyib. Atam 1964-cü il təvəllüdlü idi".
Qeyd edək ki, müharibədə qazimiz İ.Hüseynov hər iki gözünü itirib. O, Cəlilabad şəhərində yaşayır.
Bakıda intihar hadisəsi baş verib.
Report xəbərinə görə, “Azərsu” ASC-nin əməkdaşı, 1987-ci il təvəllüdlü Elxan Quliyev çalışdığı iş yerində - Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində intihar edib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Ələmdar Şükürov Qərvənd kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Həmin şəxs saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib, müvafiq araşdırmalarla onun barəsində protokol tərtib edilib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, 71 yaşlı ata və 43 yaşlı ana iki azyaşlı övladları ilə vidalaşaraq onları sığınacaqda qoyub gediblər.
“Uşaqlar əvvəlcə “Səni Axtarıram” verilişinə aparılıb. Daha sonra bura gətirilib. Ata deyir ki, ana "səy"dir, ana deyir ata "qoca səydir". Bir-birlərinə "səydərək" deyən valideynlərin vicdansızlığının bədəlini kim ödər? Əlbəttə ki, bu iki uşaq”, - deyə Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, bununla bağlı Bərdə rayon İcra Hakimiyyəti və digər müvafiq qurumlar məlumatlandırılıb.
Məsələ ilə əlaqədar Bərdə rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumun Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Əlzamin İsayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu barədə araşdırma aparacaq və nəticə barədə məlumat verəcək.
Bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.
O bildirib ki, son vaxtlar virusa yoluxan şəxslərdə xəstəliyin əlamətləri daha tez özünü büruzə verib:
"Digər həmkarlarımın və öz müşahidələrimə əsasən deyə bilərəm ki, hətta cavan insanlarda da xəstəliyin ikinci günündə ağırlaşma baş verib, temperatur yüksəlib, saturasiya düşüb. Həmçinin əvvəlki aylarda yoluxma tempi zəif idisə, indi bu, daha sürətli baş verir. Ola bilsin ki, xəstəliyin ağır keçirilməsinin səbəbi virusun mutasiyaya uğramasıdır.
Bundan başqa əvvəllər xəstələr müalicəyə qismən də olsa, tabe olsalar da, son günlər bu müşahidə edilmir. Yüksək temperaturu olan xəstələrə hərarətsalıcı preparatlar təsir etmir. Onların qismən köməyi olsa da, qısa zaman sonra xəstələrdə yenidən temperatur dərəcəsinin qalxmasını və ağırlaşmalar olmasını görürük".
İnfeksionist onu da qeyd edib ki, gündəlik yoluxma sayı artıqca ölüm halları da artacaq.
APA xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində yaşayan 1996-ci il təvəllüdlü Zeynalova Fatimə Yusif qızı binanın 6-cı mərtəbəsində yataq otağının pəncərəsindən özünü yerə atıb.
O, təcili tibbi yardım xidmətinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, F.Zeynalovanın vəziyyəti ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən araşdırma aparılır.
Azərbaycanda aprelin 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 12-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 1-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
“Azərbaycan Ermənistana 1400, Ermənistan isə Azərbaycana 100-dən çox meyit təhvil verib”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.
“Həmçinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfdən 4000-ə yaxın şəxs itkin düşüb. Ermənistandan qəbirlərin və kütləvi şəkildə dəfn ərazilərinin açılmasını tələb etmək lazımdır. 10 noyabr bəyannaməsinin 8-ci bəndində tarix intervalı göstərilmir, ona görə də söhbət müharibə zamanı ölən bütün şəxslərin qalıqlarından gedir”, - o deyib.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) nümayəndəsi Caliber.az-a müsahibəsində bildirib.
- Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan, baş nazir Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Akopyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raket kompleksindən istifadə etdiyini bildirdi. Son günlərdə bu məsələ yenidən erməni mediasında müzakirə mövzusuna çevrilib, sosial şəbəkələrdə isə raketin atılmasını göstərən videolar tirajlanmağa başlayıb. Bu cür açıqlamaları necə şərh edərdiniz?
- Bu cür açıqlamaları şərh etmək bizim səlahiyyətimizdən kənardır.
- Bəlkə işçiləriniz hər hansı bir raket parçası tapıblar?
- 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində Minaların Təmizlənməsi Agentliyi mina təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini davam etdirir. 15 mart 2021-ci il tarixdə şəhərdə agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı iki partlamış raketin parçaları tapılıb.
- Qalıqların tapıldığı yerin koordinatlarını verə bilərsinizmi?
- Raket parçalarının coğrafi koordinatları belədir: 39 ° 45'38.10 “N 46 ° 44'33.90” E və 39 ° 45'27.80 “N 46 ° 45'25.80”E. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsini (9M723) araşdırarkən onun qalıqlarının “İskəndər” raket sisteminə aid olduğu aşkar edilib.
Hətta açıq internet mənbələrində axtarış apararkən belə 9M723 eyniləşdirmə nömrəsinin “İskəndər” raketinə aid olduğunu müəyyən etmək mümkündür.
Bütün bunlar Vətən müharibəsi dövründə, xüsusən Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə etdiyini təsdiqləyir.