Samux rayon sakini, Vüsal Saadov və iki tanışı tərəfindən məcburi qaçırılan Gülər Mirzəyeva ailəsinə təhvil verilib.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan, Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib:
“Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, ötən gün G.Mirzəyevanın anası qızının Vüsal adlı şəxs və iki tanışı ilə məcburi qaçırıldığını bildirmişdi.

Xəbər verdiyimiz kimi, dünən Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri Səmədova Əfruz Rafiq qızı və 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı Lökbatanda yerləşən hündürmərtəbəli binanın damına çıxaraq özlərini yerə atıblar.
Hadisə ilə bağlı Unikal.org-a açıqlama verən Ə.Səmədovanın ailə üzvləri bildiriblər ki, məktəblilərin hansı səbəbdən intihar etməsi məlum deyil. Onlar belə addım atacaqları ilə bağlı sinif yoldaşlarına heç nə deməyiblər. Məktəblilər intihar etməzdən öncə telefonlarını format ediblər. Əfruz ailənin yeganə övladı olub.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi hüquq muhafizə orqanları tərəfindən araşdırılır.

Rus hərbçilər Tavuşda: Azərbaycanla sərhəd müəyyən edilir? Ermənistanın Tavuş rayonunda Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparıldığına dair məlumat yayılıb.

Cebhe.info xəbər verir ki, erməni mətbuatı bu barədə yazadıqdan sonra "Çiçəklənən Ermənistan" partiyasından olan deputatlar - Sarkis Aleksanyan və Anna Kostanyan təcili bölgəyə gediblər.

Səfərin nəticəsi barədə sosial şəbəkə hesabında yazan Sarkis Aleksanyan bildirib ki, bölgədə heç bir demarkasiya işi aparılmır: "Biz əmin olduq ki, orada heç bir iş aparılmır. Olduğumuz 4 kənddə heç bir işin şahidi olmadıq".

Xatırladaq ki, əvvəl yayılan məlumatlarda "Rusiya sülhməramlılarının 500 metr məsafəsində azərbaycanlılar artıq iki gündür ki, sərhədlərin müəyyən edilməsi işini aparır",- deyə vurğulanmışdı.

Ancaq maraqlıdır ki, deputat əraziyə Rusiya hərbçilərinin gətirildiyini etiraf edir. Ancaq onların nə məqsədlə gəldiyi barədə məlumatlar fərqlidir.

Bu məlumat rəsmi və qeyri-rəsmi mənbələrdə fərqli təqdim olunsa da, bu ərazidə sərhədlərin müəyyən edilməsi barədə rəsmi heç nə deyilmir.
Ağsu rayonunda 15 yaşlı qız 8 Mart Beynəlxalq Qadınlar Günündə intihar edib.

“Qafqazinfo” məlumatına görə, rayon sakini, 15 yaşlı Pərvanə Salahzadə martın 8-də intihar edib.

O, yaşadığı evin həyətində yerləşən çinar ağacından özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Bakının Səbail rayonunda torpaq sürüşməsi baş verib.

APA xəbər verir ki, baş verən hadisə nəticəsində yaxınlıqda olan restoranın pəncərəsi sınıb.

Sürüşmə ilə əlaqədar bir neçə gün əvvəl təmizlənən Badamdar şosesinin yenidən bağlandığı da bildirilir.

Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 “Report" məlumatına görə, hadisə Tovuz şəhəri ərazisində qeydə alınıb.

“Mercedes” və “Toyota” maraklı avtomobillərin Tovuzçayın üzərindəki körpüdə toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Paşayev Kamran, 1995-ci il təvəllüdlü Əhmədov Anar, 1992-ci il təvəllüdlü Rüstəmov Nizaməddin, 1976-ci il təvəllüdlü Niyazova Aytəkin, 1976-cı il təvəllüdlü Kərimova Könul və 1972-cı il təvəllüdlü Quliyev İlqar xəsarət alıb.

Xəstəxanaya aparılan Göygöl rayon sakini Niyazova Aytəkinin həyatını xilas etmək mümkün olmayıb.

Kərimova Könül və Quliyev İlqar Tovuz rayon, Paşayev Kamran, Rüstəmov Nizaməddin, Əhmədov Anar rayonun Aşağı Quşçu kəndinin sakinləridir.

Mərhum Aytəkin Niyazova Könül Kərimovanın evinə qonaq gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

"Unikal.org” xəbər verir ki, Ə.Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

Onu da qeyd edək ki, Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun adı qalmaqalda hallanıb. İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus” əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib.

Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovu sərbəst buraxıb.

İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Məhkəmə hökmünə əsasən Əvəz Əhmədovun barəsində 2 min manat cərimə cəzası müəyyən edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Report xəbərinə görə, 30 yaşlı Nurlan Mollayev yaşadığı evin həyətində intihar edib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Bakıda yanğın hadisəsi baş verib.

"Ölkə.Az"-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daxili İşlər Nazirliyi Tovuz rayonunda şəhid anasının 30 min pulunu mənimsənilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Bununla bağlı DİN-in Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlama verib.

Onun sözlərinə görə, bu ilin fevralın 11-də Quba rayon sakini Nəsimi Fərzəliyev Tovuz Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, həmyerlisi, fiziki şəxs olaraq fəaliyyət göstərən Rəxşəndə Ağasıyeva üçün müxtəlif rayonlardan meyvələr alıb Rusiya Federasiyasına göndərir:

“2020-ci il dekabr ayının sonlarında xurma meyvəsi almaq məqsədilə Tovuz rayonu Əyyublu kəndinə gələrək burda “Saşa” ləqəbli kənd sakini ilə tanış olub, daha sonra sonuncuya məxsus xurma meyvəsinə baxmaq üçün kənddə yerləşən Asif adlı şəxsin kənd təsərrüfatı malları üçün nəzərdə tutulmuş soyuducu anbarına gedib. N. Fərzəliyev orada Asif adlı şəxslə sövdələşərək pulun bir qismini, yəni 30 000 manatını verib.

Lakin sonradan ticarətləri baş tutmadığından pulun geri qaytarılması üçün RPŞ-yə müraciət edib. RPŞ-də vətəndaşın müraciəti əsasında araşdırmalar aparılıb, iddiaçı və qarşı tərəflərin izahatı alınıb”.

“Daha sonra N. Fərzəliyev və R. Ağasıyevə RPŞ rəhbərliyi tərəfindən qəbul edilərək, onlara hüquqi izahatlar verilərək, müraciətlərinin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmələri bildirilib”, - deyə E.Qasımov qeyd edib.

Qeyd edək ki, Quba rayon sakini, şəhid anası Rəxşəndə Ağasıyeva ona məxsus 30 min pulun mənimsənilməsi ilə bağlı açıqlama vermişdi.

Xəbər lenti