Neft yenidən bahalaşdı

Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, Brent markalı neftin qiyməti 1,83% bahalaşaraq bir barelə görə 46,11 dollar olub.
WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 1,67% bahalaşma ilə bir barelə görə 43,32 dollara çatıb.

Prezident yol tikintisinə 22 milyon manat ayırdı
Prezident İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 22 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Mərkəzi Bank rəsmi məzənnələri AÇIQLAYIB
Azərbaycan Mərkəzi Bankı 1 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə, sentyabın 1-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0232 manat təşkil edir. 1 türk lirəsi 0.2318 manat, 1 rus rublu 0.0229, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5530 manatdır.

Türkiyə və Azərbaycan toxumçuluq sahəsində əməkdaşlığı genişləndirəcək

Türkiyə və Azərbaycan toxumçuluq sahəsində əməkdaşlığı genişləndirəcək.
Bu barədə Trend-ə Türkiyə Kənd təsərrüfatı nazirliyindən bildiriblər.
Məlumatda qeyd olunub ki ,iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığln inkişaf etdirilməsi çərçivəsində buğda və arpa kimi dənli bitkilərin eləcə də , qırmızı mərcimək və noxud, günəbaxan sortlarının istehsalı və yeni növlərin sınağını hər iki ölkədə qarşılıqlı şəkildə həyata keçirəcəklər.

"Bütün bunlarla yanaşı hər iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında sertifaklaşdırılmış toxum isyehsalı və bu sahədə sertifikatlaşdırma aparılması üçün əməkdaşlıq nəzərdə tutulur" – deyə nazirlikdən bildiriblər.
Nazirlikdən o da bildirilib ki , Azərbaycan və Türkiyənin bu sahədə əməkdaşlığı daha da inkişaf etdirməsi hər iki ölkənin maraqlarına xidmət edir.

Bakıya 1 milyonluq avtobuslar gətirilir?
Son illərdə elektrik mühərrikli avtomobil bazarına təqdim etdiyi modelləri ilə ön plana çıxan “Tesla” şirkəti 12 nəfərlik elektrik mikroavtobusu üzərində işləyir.

Elektrikli mikroavtobuslar tıxac problemini tunellərin köməyilə həll etməyi hədəfləyir. 12 sərnişin və geniş yük yerinə sahib olan elektrik mikroavtobusu tunellərin içərisində saatda 200 kilometr sürətlə hərəkət edə biləcək.

Bu avtobusların Azərbaycana gətirilməsi haqqında da bir sıra müzakirələr gedir.

Maraqlıdır, elektrikli avtobuslar Bakıdakı nəqliyyat mühitində nə dərəcədə işlək ola biləcək? Bu avtobusların marşurut sisteminə təsiri necə olacaq?

Nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki,elektrik mühərrikli avtobuslar kifayət qədər baha başa gəlir:

“Bu prossesə 1 ildən çoxdur ki, başlanılıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) bununla bağlı bir sıra təklifləri də oldu. Bu gün gətirilən müasir tipli, qazla işləyən avtobusların qiyməti yarım milyon manatdır. Elektrik tipli avtobuslar isə ondan da bahadır. Bu avtobusların 700-800 min, hətta bəzən 1 milyon manat dəyəri var. Qeyd edim ki, onların saxlanılması və texniki qulluğu da bir ayrı problemdir. Bu gün isə sahibkarların elə bir gücü, qüvvəsi yoxdur ki, 1 milyon manata elektrik mühərrikli avtobus alıb gətirsin. Bakıda istismar olunan 2400 avtobusun gələcəkdə yenilənib elektriki mühhəriki ilə təmin edilməsi bir az zaman alacaq”. 

Ekspert bildirib ki, Baş nazir Novruz Məmmədovun dövründə qəbul edilən 71 saylı qərara uyğun olaraq, 2022-ci ildən sonra Azərbaycana dizel mühərrikli avtobusların gətirilməsi məhdudlaşdırılacaq: 

“Bunu nəzərə alaraq deyirəm ki, bu prossesə 2022-ci ildən sonra start veriləcək. Prossesin isə nə vaxt tam başa çatacağı məlum deyil. Çünki hazırda BNA-nın tabeliyində olan "BakuBus" MMC-nin avtobuslarının əksəriyyəti dizel mühərriklidir. Lakin buna ötən il gətirilən 320 avtobus aid deyil, çünki onlar qazla işləyir. Elektrik mühərrikli avtobusların ölkəmizə gətirilməsi məsələsi gec-tez öz həllini tapacaq. Çünki avtobuslar hər gün istismar olunur və onların atmosferə buraxdığı zəhərli qazların miqdarı da çoxdur. 

Bu qədər maliyyə itkiləri olacaqsa, məsələ uzun müddətə həll olunacaqsa, təklif edirəm ki, Azərbaycan özü elektrik mühərrikli avtobus istehsal etsin. Belə olduğu halda, Azərbaycan özü də gələcəkdə ixracatçı rolunda çıxış edə, istehsal etdiyi avtobusları başqa ölkələrə sata bilər. Beləliklə sahibkarlar da, çox xərcə düşməz. Həmçinin onları müəyyən kredit şərtləri ilə öz sahibkarların da verə bilər. Bu sahədə xeyli işlər görmək olar”, – deyə E.Muradlı bildirib.

Neft ucuzlaşıb

Avqustun 27-də keçirilən hərraclarda neftin əsas markaları 2 faizdən artıq ucuzlaşıb.
Londonun "İCE Futures" birjasında “Brent” markalı neft axşam saatlarında əvvəlki sessiyaya nisbətən 2,19 faiz ucuzlaşaraq 44,64 ABŞ dollarından satılıb.
Ekspertlər bunu "Laura" tropik qasırğasının ABŞ-ın Meksika körfəzi sahillərinə çataraq xeyli fəsadlar törətməsi, o cümlədən neft hasilatına təsiri ilə əlaqələndirirlər.

Xatırladaq ki, ilkin olaraq 4-cü güc dərəcəsi təyin edilən, küləyin sürəti arada 240 km/saatadək artdığı "Laura" qasırğası nəticəsində bir nəfər ölüb. Daha sonra qasırğaya 2-ci güc dərəcəsi verilib.

Sərnişinlərə ŞAD XƏBƏR

Avtobuslar üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı işlərə hələ 2017-ci ildən başlanılıb.
Bunu Milli.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev pik saatlarda sərnişin dolu avtobusların tıxacda qalması problemi ilə bağlı danışarkən deyib.

Sözçü avtobusları yollardakı sıxlıqdan xilas etmək üçün müvafiq qurumlara təkliflər təqdim olunduğunu bildirib:

Pandemiya bir daha bu zolaqların təşkilinin son dərəcədə vacibliyini ortaya qoydu

"Doğrudur, hazırda 2 küçə və 1 prospektdə avtobuslar üçün xüsusi hərəkət zolaqları təşkil edilib. Lakin təəssüf, bu zolaqların təşkili ilə istədiyimiz nəticəni əldə edə bilməmişik. Həm bu zolaqlar çox az bir məsafəni əhatə edir, yəni bir şəbəkə formasında deyil, həm də nəzarət mexanizimləri istənilən formada deyil. Hazırkı pandemiya bir daha bu zolaqların təşkilinin son dərəcə vacibliyini ortaya qoydu. Bəli, bu gün səhər və axşam pik saatlarında yollarda yaranan sıxlıq halları avtobusların da intervalında gecikmələrə səbəb olur.

21 küçə və prospektdə bu cür zolaqların təşkili nəzərdə tutulub

BNA tərəfindən müvafiq qurumlara təkliflər təqdim olunub. Reallaşması üçün ciddi iş aparılır. Bizim təkliflərdə 21 küçə və prospektdə bu cür zolaqların təşkili nəzərdə tutulub. Avtobus zolaqlarının təşkilinin bir neçə müsbət tərəfləri var. Müsbət cəhətləri ondan ibarətdir ki, avtobusun hərəkət sürəti, intervalı yaxşılaşır, sərnişinlərin orta səyahət sürəti artır, şəxsi nəqliyyat vasitələrindən imtina edənlər artacaq, insanlar daha çox ictimai nəqliyyatdan istifadəyə meyl göstərəcək, yolun buraxıcılıq qabiliyyəti artır, ictimai nəqliyyatın, infrastrukturun inkişafını sürətləndirir, sərnişindaşıma xidmətlərinin keyfiyyətini və etibarlığının artmasına gətirib çıxarır.

Bu zolaqların olmasının iqtisadi təsirləri də var. Məsəl üçün, bura aiddir şəxsi minik avtomobilindən istifadənin azalması ilə avtomobil, yol və parkinq xərcləri azalır. Avtobusdan istifadə edən hər bir şəxs üçün sərnişindaşıma xidməti göstərən şəxslərin əməliyyat xərcləri azalır (Avtobusların dövriliyi artır, avtobuslararası interval tənzimlənir). Səyahət sayının artması və gedişlərin daha sərfəli olması gəliri artıracaq. Daha az stress faydalı iş əmsalının artmasına təsir göstərəcək. Zolaqlar olduqdan sonra sərnişinlərdə əlavə əsəb, stress olmayacaq və adamın getdiyi, çalışdığı yerdə faydalı iş əmsalı artacaq. Operativ nəqliyyat vasitələri üçün çox mühüm üstünlüyü var, çünki həmin zolaqlardan avtobuslarla yanaşı operativ nəqliyyat vasitələri də (Təcili tibbi yardım, yanğınsöndürmə, polis avtomobilləri) rahat hərəkət edə biləcəklər.

Bu zolaqların olmasının ən üstün cəhətlərindən biri sosial ekoloji təsirlərdir. Biz deyirik insanlar zolaqlar olandan sonra şəxsi nəqliyyat vasitələrindən imtina edib ictimai nəqliyyatdan istifadə edəcəklər, bu da atmosferə olan tullantıların azamlasına gətirib çıxaracaq. Bu zolaqlar gün ərzində 600 minə yaxın sərnişinə xidmət göstərəcək".

Bakıya 115 yeni avtobus gətirilir

Bakıya 115 yeni avtobus gətirilir. “Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, Türkiyənin BMC şirkətinin istehsalı olan avtobuslar müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir. Sıxılmış təbii qaz müəhərrikli (CNG) avtobusların 80 ədədi 12 metrlik, 35-i isə 9 metrlik avtobuslardır.

İlkin olaraq 12 metrlik avtobusların çatdırılmasına başlanılacaq. Yaxın günlərdə başlanılacaq prosesin noyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır.

Agentlik bildirir ki, yeni avtobusların gətirilməsi ilə Bakı şəhərinin marşrut şəbəkəsi daha da müasirləşəcək və sərnişindaşıma daha rahat və təhlükəsiz təşkil olunacaq.

Avtobus parkının yenilənməsi çərçivəsində paytaxta elektirik mühərrikli avtobusların gətirilməsi də planlaşdırılır. Hazırda BMC və MAN şirkətləri ilə elektirik avtobuslarının gətirilməsi, onların çalışması üçün uyğun infrastrukturun qurulmasına dair müzakirələr aparılır.

 


 
Azərbaycan Gürcüstandan avtomobil idxalını artırıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 12 185 ədəd avtomobil ixrac olunub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın qonşu ölkədən idxal etdiyi minik maşınlarının ümumi dəyəri 122,2milyon ABŞ dolları təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan aldığı avtomobillərin sayı 1 397 ədəd və yaxud 13% artıb. (Report) 

Paytaxtda daha bir marşrut xətti sakinlərin istifadəsinə verilib - VİDEO

Paytaxtda daha bir marşrut xətti sakinlərin istifadəsinə verilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Yol-xeber.az verilən məlumata görə, dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahatlığı, sərnişindaşımada təhlükəsizliyin təmin olunması çərçivəsində Nardaran qəsəbəsini metronun "Nəriman Nərimanov" stansiyası ilə əlaqələndirən M9 marşrut xətti fəaliyyətə başlayıb.

Marşrutdan istifadə edən sərnişinlər onların rahatlığı üçün yaradılan şəraitdən məmnun olduqlarını bildiriblər.

 

Xəbər lenti