![]() |
|
Ölkə başçısının tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun yenidən qurulması ilə bağlı cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq Qəbələ rayonunda uzunluğu 28 km olan yerli əhəmiyyətli Əmirvan-Vəndam avtomobil yolu yenidən qurulub. Sözügedən yol ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun davamı hesab olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Əmirvan-Vəndam yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Yenidənqurma işləri zamanı mövcud 3-4 metr enində yol genişləndirilərək 10 metrə çatdırılırb Bunun üçün yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yatağı avtoqreyderlə profilə salınıb. Tikintinin əhatə edəcəyi sahə 250 min kv.m-dən çoxdur.
Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması da tələb olunurdu. Bu səbəbdən yol boyu köhnə boruların sökülməsi əvəzinə yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi aparılıb. Həmçinin bir mövcud körpünün də əsaslı şəkildə təmiri layihədə üzrə yerinə yetirilib.
Layihəyə uyğun olaraq daha sonra lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının tikintisi işləri görülüb, yol birləşmələri təmir edilib, çiyin hissələr də lazımi materiallarla təmir edilərək bərkidilib. Yol əsası hazır olandan sonra isə yolun asfaltlanması işlərinə start verilib. Belə ki, yolun təqribən 160 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib.
Yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yüksək keyfiyyətlə yenidən qurulub.
Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkili üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri görülüb.
Qeyd edək ki, 28 km uzunluğa malik Əmirvan-Vəndam avtomobil yolu ötən il yenidən qurularaq istifadəyə verilən Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yoluna birləşməklə iki respublika əhəmiyyətli yol arasında əlaqələndirici funksiyasını daşıyacaq. Sözügedən marşrutlar üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu Qaraməryəm-İsmayıllı-Şəki və Ağdaş-Zarağan avtomobil yollarını rahat çıxışı təmin edəcək. Bu isə öz növbəsində həm yolun əhatə etdiyi yaşayış məntəqələrində yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edən qonaqların Qəbələ şəhərinə daxil olmadan hərəkətlərinə davam etmək imkanı yaradacaq.
Bundan başqa Əmirvan-Vəndam avtomobil yolunun yenidən qurulması gediş-gəlişin rahatlaşmasını, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına, həmçinin ərazi boyu turizm imkanlarının genişlənməsinə, yeni turizm marşrutlarının yaradılmasına və bununla da bölgədə turizmin inkişafına gətirib çıxaracaq. Kənd təsərrüfatı və turizmin inkişafı isə öz növbəsində əhalinin sosial rifah halına müsbət təsir edəcək.
İyulun 13 axşam saatlarından Qubaya yağan güclü leysan yağışları Quba-Xınalıq avtomobil yolunda fəsadlar törədib.
Sözügedən yolun 50-56-cı kilometrliyində dağlardan qopan torpaq kütləsi və daş parçalarının yolun hərəkət hissəsinə tökülməsinə səbəb olan sel suları nəticəsində hərəkət çətinləşib.
Avtomobillərin hərəkətinin bərpası üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub. Axşam və gecə boyu fəsadların aradan qaldırılması istiqamətində aparılan işlər nəticəsində yaranan problem səhər saatlarında aradan qaldırılıb.
Belə ki, bu gün səhər saat 9-dan etibarən Quba –Xınalıq yolunda hərəkət bərpa olunub. Hazırda qeyd edilən yolda heç bir hərəkət məhdudiyyəti yoxdur.
Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub.
Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunub. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.
Yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı inşa edilib.
Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrli 21 ədəd suötürücü boru quraşdırılıb, həmçinin 5 metr uzunluğunda 2 dördbucaqlı su keçidi və 12 metruzunluğunda körpünün inşası işləri yekunlaşdırılıb.
Bununla da, 10 yaşayış məntəqəsinin 18 min əhalisinin rahatlığı təmin edilib.
Qəbələdə 11 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən Bum çayı üzərində körpünün inşası yekunlaşıb.
Yeni körpü 12 aşırımlı olmaqla uzunluğu 310 metr, eni isə 9 metrdir. Layihə çərçivəsində vətəndaşların körpü rahat və təhlükəsiz hərəkətinin təşkili üçün hər bir istiqamət üzrə piyada səkiləri salınıb.
Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə rahat gediş-gəlişi təmin edəcək.
Beynəlxalq analitiklərin proqnozuna görə, 2020-ci ilin ikinci yarısında neftin dünya bazarındakı qiyməti 100 dolları keçəcək. Analitiklər hətta hesab edir ki, qiymət 150 dollaradək qalxa bilər.
Bu barədə analitiklər “The Wall Street Journal”ına müsahibələrində deyiblər. Jurnalın yazdığına görə, analatiklərin proqnozuna əsasən
neftin qiymətinin enməsindən sonra neft-qaz sektoruna qoyulan investisiyaya mənfi təsir etdiyindən, yanacağına qiyməti kəskin arta bilər və bu hətta 100 dolları keçə bilər.
“Northern Trace Capital” investisiya üzrə direktoru Trevor Vudsun sözlərinə görə, neft hasilatçılarına təzyiqlərin olmasına baxmayaraq 2025-ci ilədək neftin qiyməti asanlıqla 150 dollaradək qalxa bilər.
“JPMorgan”nın analitiki Kristian Malek də hesab edir ki, neftin qiyməti asanlıqla 100 dollardan yuxarı qalxa bilər və burada təəccüblü heç nə yoxdur.
London Fondu olan “Matilda Capital Management”in investisiya məsələləri üzrə direktoru Riçard Fullarton da 2020-ci ildə neftin 100 dollardan çox bahalaşacığını gözlədiyini qeyd edib.
“Citigroup”un analitiklərinin proqnozuna görə, neftin qiyməti 50 dollardan yuxarı olacaq.
Rusiyanın Energetika naziri Aleksandr Novakın fikrincə, 2020-ci ilin ikinci yarısında Brent markalı neftin qiyməti 40-45 dollar arasında olacaq.
Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib.
Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə
1. “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilb.
2. “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq olunub.
23. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilib.
4. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçirilir.
5. Müəyyən edilib ki, bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan dövlət zəmanəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında bağlanılan Çərçivə Zəmanət Sazişi (əlavə olunur) əsasında rəsmiləşdirilir.
6. Bu Qərarın 5-ci hissəsində nəzərdə tutulan Çərçivə Zəmanət Sazişini Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Maliyyə naziri Samir Rauf oğlu Şərifova verilib.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
7.1. sahibkarlıq subyektləri dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərini icra edə bilmədiyi təqdirdə, həmin borc öhdəliklərini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirəcək;
7.2. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq cari ildə faiz subsidiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına verilməsini təmin etməlidir;
7.3. faiz subsidiyalarının verilməsi üçün tələb olunan vəsaitlərin növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görməli.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq faiz subsidiyalarının maliyyələşdirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 7-ci hissəsi ilə ayrılan vəsait və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. /yenisabah.az/
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisinə başlanılıb. Məqsəd qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtomobillərin rahat hərəkətini təmin etməkdir. Yeni yolun istifadəyə verilməsi ilə Astara şəhər mərkəzində avtomobil sıxlığı da aradan qalxacaq. Belə ki, yük avtomobilləri şəhər mərkəzinə daxil olmadan yollarına davam edə biləcəklər.
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun 204-cü km-dən İran İslam Respublikası ilə dövlət sərhədinədək qalan 3.05 km uzunluğa malik hissənin tikintisinə bir müddətdir ki, start verilib. Yol yatağının hazırlanmasında fasilə yaranmasın deyə, əraziyə lazımi qədər tikinti materialları daşınıb, tikinti işlərinə 50-dən çox texnika, 80 nəfərlik işçi qüvvəsi cəlb olunub. Artıq yol yatağının bir hissəsində tikinti işlərinin ilk mərhələsi yekunlaşıb. İnşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılır.
Yeni magistral yolun 3.2 km-lik hissəsinin keçdiyi bəzi ərazilərində vaxtı ilə çəltik becərildiyinə görə bataqlıq ərazi hesab olunur. Buna görə də buranın əvvəlcə 25 sm dərinlikdə bitki qatı çıxarılıb, daha sonra 1 m dərinlikdə qazılıb və ələnmiş çay daşı dörd mərhələ üzrə tökülərək kipləşdirilib.
Ümumilikdə tikinti sahəsi altına düşən torpaq sahələrinin alınması başa çatdırılıb və tikinti altına düşən kommunikasiya xətlərinin köçürülməsi işləri isə 80% yerinə yetirilib. Hal-hazırda layihənin yol hissəsi üzrə torpaq yatağının, su ötürücü borularının, tunel tipli yol ötürücüsünün tikintisi işləri davam etdirilir. Ümumilikdə yeni yol hissəsi üzrə tikinti işlərin 75%-i yerinə yetirilib.
Yeni inşa edilən tunel tipli yol ötürücüsünün uzunluğu 30 metr, eni isə 19.5 metr təşkil edir. Ötürücüdə bünövrə işləri görülüb, dayanıqlığı artırmaq məqsədi ilə 18 m dərinlikdə svaylar vurulub. Ümumilikdə ərazidə 1200 millimetr diametrli 32 belə svay vurulub.
Bundan başqa layihəyə uyğun olara qrunt və atmosfer sularının axıdılması, eləcə də suvarma sularının ötürülməsi üçün də tədbirlər görülür. Bu məqsədlə yol boyunca 12 yerdə diametri 1500 mm olan dairəvi dəmir-beton su ötürücü qurğularının tikintisi nəzərdə tutulub. Qeyd olunan dəmir-beton boruların ümumi uzunluğu 666.8 p/m təşkil edir. Həmçinin yolda mal-qara üçün uzunluğu 44.7 p/m olan 1 dəmir-beton keçidin (3.5x3.5m) tikintisi də nəzərdə tutulub.
Yeni magistralın sərhəddə qədər olan 3.05 km-lik hissəsi I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Eni 26.5 metr, ayrıcı zolağın eni 4 metr, hərəkət zolaqlarının sayı 4 olan yolun cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, yeni magistral yolun sözügedən hissəsi İran İslam Respublikası ilə dövlət sərhədində inşası nəzərdə tutulan avtomobil körpüsünə birləşəcək. Artıq sərhəddə inşa ediləcək körpünün layihəsi hazırlanıb. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr olacaq. Burda avtomobillərin hərəkəti üçün 2, əlavə olaraq ehtiyyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər bir istiqamətdə eni 2.5 metr olmaqla üstü örtülü piyada keçidlərinin yaradılması nəzərdə tutulur.
2020-ci ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 17,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Qafqazinfo” Energetika Nazirliyinə istinadən xəbər verir ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 milyon ton az olub.
Birinci yarımildə 14,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, təxminən, 900 min ton, yəni 5,9 faiz azdır. Neft-kondensatın 14,1 milyon tonu konsorsium, 0,6 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.
Ölkədə neft emalı 2020-ci ilin 6 ayında 3 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 79 min ton az olub.
Azərbaycanda "Aİ-95" markalı benzinin qiymətinin artmasının avtomobillərin bahalaşmasına da səbəb olacağını düşünmürəm.
Bu barədə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. Onun fikrincə, "Aİ-92" markalı benzinin qiyməti qalxsaydı, dərhal avtomobil bazarına təsir edəcəkdi: "Ancaq "Aİ-95" markalı benzindən ölkəmizdə geniş istifadə edilmədiyinə görə, qiymət artımının avtomobil bazarına təsiri olmayacağını söyləmək olar".
Maşın bazarında vəziyyətə gəlincə isə V.Hüseynov bildirib ki, hazırda aktivlik demək olar ki, yox dərəcəsindədir: "Əvvəllər daha çox dəyişilən avtomobillər 10-15 min manat civarında olan avtomobillər idi. Bu avtomobillər isə daha çox taksi fəaliyyəti, iş üçün istifadə olunurdu. Hazırda taksi fəaliyyəti üçün nəzərdə tutulan avtomobillərin satışında artım müşahidə olunmur. Bildiyiniz kimi karantin rejimi tətbiq olunur və taksilər icazəli şəkildə müəyyən fəaliyyət göstərirlər.
Lakin taksi fəaliyyəti göstərməyən və 15-20 min dəyərində avtomobili olan bəzi insanlar düşünür ki, avtomobili fəaliyyətsiz dayandırmaqdansa, bazara çıxarsın, lakin ümumilikdə karantin rejimi səbəbəindən bazarda alıcı da yoxdur və avtomatik olaraq təklif tələbi üstələyir. Normalda təklif tələbi üstələyəndə qiymət azalması olmalıdır. Ancaq hazırda alıcı olmadığına görə qiymət nə azalır, nə artır". (Trend)
Bu gündən Azərbaycanda Aİ-95 (“Premium”) markalı benzin bahalaşıb.
“SOCAR Petroleum” şirkətindən APA-ya verilən məlumata görə, Aİ-95 markalı yanacaq 0,10 manat bahalaşaraq 1,20 manat olub.
“Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır”, - şirkətdən qeyd ediblər.
Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1,20 manatdan 1,10 manata endirilmişdi.
Xatırladaq ki, sözügedən “Premium” markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.