![]() |
|
"Ölkə.Az" xəbər verir ki, bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.
Beləliklə, daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır.
Prezident İlham Əliyevə məlumat verilib ki, üç modul tipli xəstəxanadan biri Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasına, digər ikisi isə Sumqayıt şəhərində 1 saylı şəhər xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanaya təhkim olunub. Hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub.<ins' style="padding: 0px; margin: 0px; box-sizing: border-box;">
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həkim kollektivi ilə görüşüblər.
Bundan sonra videobağlantı vasitəsilə 1 saylı Sumqayıt şəhər xəstəxanasına və Abşeron rayonundakı Saray qəsəbə xəstəxanasına təhkim edilən modul tipli xəstəxanaların açılışı olub.
Qeyd edək ki, ilk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.
Gələn ay ərzində 4 ölkə Azərbaycanla hava sərhədlərini açacaq.
Qazaxıstanla Azərbaycan arasındakı birbaşa uçuşların bərpasına iyulun 1-dən sonra baxılacaq. Rusiya isə iyulun 15-də ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycanla koronavirus pandemiyası ilə əlaqədar dayandırılan beynəlxalq hava əlaqəsini bərpa edəcək.
Məlumata görə, bundan sonra avqustun 1-dən etibarən Rusiyadan Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin, payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.
Aviaşirkətlər iyunun ortalarından başlayaraq biletlərin satışını təşkil edə biləcək.
Azərbaycanla Türkiyə arasında uçuşlar da iyunun 15-də bərpa oluna bilər. Azərbaycan tərəfi beynəlxalq uçuşların bərpası ilə bağlı heç bir qərar verməsə də, Türkiyə artıq bu barədə açıqlama verib.
Macarıstanın “Wizzair” aviaşirkəti isə iyunun 19-dan Bakı-Budapeşt-Bakı reysini bərpa edəcəyi ilə bağlı açıqlama verib.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, təmsil etdiyi qurumda bu barədə heç bir məlumat yoxdur:
“Bildiyiniz kimi, ölkədə uçuşlar iyunun 15-ə kimi dayandırılıb. Başqa ölkələrin Bakıya uçuşları bərpa etməsi ilə bağlı isə bizə məlumat daxil olmayıb”. /Day.Az/
Məsələ ilə bağlı Bakı Zooloji Parkının direktoru Azər Hüseynov Modern.az-a danışıb.
O bildirib ki, artıq il yarımdan çoxdur, heyvanlar Qaradağda saxlanılır: “Hər birinin vəziyyəti normaldır. Hətta bəziləri var ki, onlardan bala da almışıq. Məsələn Afrika şiri, meymun, canavar və s. heyvanların balaları doğulub. Dəvəquşu, qırqovul da bala verib. Bizim zooparka vaxtilə Qarabağ atı hədiyyə edilib, indi onun da balası var. Fikrimiz var ki, yeni zooparkın açılışında bu atı nümayiş etdirək. Baxmayaraq ki, xüsusi karantin dövrünü yaşayırıq, nəticələrimiz, çox şükür, yaxşıdır”.
Azər Hüseynov zooparkda çalışan işçilərin sayında məhdudiyyətlərin olduğunu da söyləyib:
“Gün ərzində maksimum 5-6 nəfər işçi zooparkda heyvanlara baxır. Məqsəd həm insanların, həm də heyvanların sağlamlığını təmin etməkdir. Bildirmək istəyirəm ki, indiyə qədər heç bir heyvanın sağlamlığında problem olmayıb. Ancaq yeni zooparkın nə vaxt açılacağı ilə bağlı konkret məlumat verə bilməyəcəyəm. Çünki mən özüm də bilmirəm, nə vaxt açılacaq. Çox istərdim ki, açılışı ilə bağlı mənə 20 gün əvvəlcədən xəbər versinlər, biz də öz işimizi bilək. Hesab edirəm ki, yaxın aylarda, yəni bu ilin sonlarında heyvanlar öz yeni evlərinə köçürüləcək”.
Direktor yeni zooparka giriş qiymətlərindən də danışıb:
“Düşünürəm ki, yeni zooparkda biletlərin qiyməti hər kəsi maraqlandırır. Çünki əvvəlki zooparkda 10 yaşından yuxarı uşaqlar üçün 1 manat, böyüklər üçün isə 2 manat nəzərdə tutulurdu. Bildirmək istəyirəm ki, yeni zooparkda qiymətlər nisbətən baha olacaq. Çünki yeni zooparkın saxlanılması üçün xərc üçqat artıq olacaq. Düzdür, qiymət məsələsi bizim səlahiyyətimizdə olmasa da, çalışacağam ki, biletlər çox baha olmasın”.
“Zooparkımıza yeni heyvanların gətirilməsi gözlənilir” deyən A.Hüseynovun sözlərinə görə, bir çox ölkələrlə müqavilələr bağlanılıb:
“Məlum vəziyyətə görə, hələ ki, o müqavilələr havada qalıb. Sərhədlər açılsa, yaxın zamanlarda ölkəmizə təzə heyvanlar gətiriləcək”.
Qeyd edək ki, Bakı Zooloji Parkı 2019-cu il fevral ayının 2-dən etibarən təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar olaraq ziyarətçilərinin üzünə bağlanılıb.
Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin Mıtışşi vaqonqayırma zavodunda “Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında istehsal olunmuş, innovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766.B modelli 20 vaqondan ibarət 4 yeni qatar Bakıya gətirilib.
Bu barədə Bakı Metropoliteni”ndən bildirilib.
Məlumata görə, metronun perspektiv inkişaf planında vaqon parkının müasir və sərnişinlər üçün daha rahat vaqonlar hesabına yenilənməsi də nəzərdə tutulub. "Bakı Metropoliteni"nin təsis edildiyi altı il ərzində bu istiqamətdə atılan addımların nəticəsi kimi, artıq bu gün paytaxtın yeraltı polad magistrallarında 55 yeni qatar işləyir.
Metronun lokomotiv təsərrüfatında bu yeniləşmə prosesi Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısı özünün sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə bir daha toxunub və yaxın illərdə metronun ən müasir və rahat vaqonlarla təmin olunması üzrə işlərin davam etdiriləcəyini bildirib.
Qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır. Bu, vaqonun tutumunu 15 faiz artırmaqla, sərnişinlərin qatar boyunca bərabər paylanmasını təmin edir. Bu vaqonların da qapıları enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq və əlil arabaları üçün sahələr də ayrılıb. Tutacaqlar sərnişin sıxlığına uyğunlaşdırılıb.<ins'>
Yeni vaqonların daha bir fərqləndirici cəhəti odur ki, orijinal işıq qrafikası Bakı vaqonları üçün xüsusi olaraq işlənib. Baş vaqon faralarının dizaynı dəyişdirilib, informasiya sistemi yerli şəraitə uyğunlaşdırılıb. Vaqonların istilik və səs-küy izolyasiyası yaxşılaşdırılıb. İzolyasiyanın etibarlığı kondisioner və ventilyasiya sisteminin də daha effektiv işləməsini təmin edib. Kondisioner sisteminin havanı avtomatik zərərsizləşdirməsi virus və bakteriyalardan əlavə mühafizə imkanıdır. Salonda quraşdırılan diodlu lampalar işıq selinin gücünü çoxaldıb-azaldır və müvafiq erqonomik ab-hava yaradır.
Kondisioner sistemi "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri nəzərə alınmaqla, yerli iqlim şəraitinə uyğunlaşdırılmaqla hazırlanıb. Tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla, salonlarda havanın bərabər paylanmasına xidmət edir.
Bakı metropoliteninin yol relyefinin mürəkkəbliyi və profili nəzərə alınaraq, əvvəlki sifarişlərdə olduğu kimi, qatar tərkibinin bütün vaqonları dartı mühərriki ilə təmin edilib. Ümumən, qəza, sürüşmə, yanğın əleyhinə yeni sistemlər vaqonların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb.
Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri də var. Bu sistem maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə, ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir.
Sahəsi genişləndirilməklə daha rahat olmuş maşinist kabinəsi sürücünün sayıqlığına nəzarət edən texniki vasitələr və intellektual dəstək sistemləri ilə təchiz edilib. Qatarda, həmçinin məlumatın yığılması, saxlanması və maşinist monitoruna ötürülməsini nəzərdə tutan diaqnostika sistemi tətbiq edilib.
Yeni qatarlar müvafiq sazlama və tənzimləmə işlərindən sonra, yaxın vaxtlarda xəttə buraxılacaq.
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilir.
Oxu.az xəbər verir ki, Babək rayonunun Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi təklif edilir.
Həmçinin, rayonun Babək qəsəbəsinə şəhər statusunun verilməsi gözlənilir.
Qeyd edək ki, sənəd Milli Məclisin Regional məsələlər komitəsinin iyunun 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verib ki, istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə Ağcabədi rayonu ərazisində 35 kilovoltluq yarımstansiyada əsaslı yenidənqurma işləri aparılaraq, gərginlik sinfi artırılıb və 110/35/10 kilovoltluq “Ağcabədi-2” yarımstansiyası inşa edilməklə, yarımstansiyanın qoyuluş gücü 17,5 MVA-dan 40 MVA-ya çatdırılıb. Bu yarımstansiya vasitəsilə Ağcabədi şəhərində sosial-iqtisadi təyinatlı obyektlərin, meliorasiya və suvarma sistemlərinin, ətraf kənd və qəsəbələrin, həmçinin Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərin və hərbi hissələrin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq. Yarımstansiyanın istismara verilməsi ilə 5262-si əhali, 831-i qeyri-əhali olmaqla, ümumilikdə 6093 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq. Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Yarımstansiyanın 330 kilovoltluq “İmişli” və “Ağcabədi” qovşaq yarımstansiyaları ilə əlaqələndirilməklə dairəvi elektrik təchizat sxeminə qoşulması təmin edilib ki, bu da istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını və təhlükəsizliyi artırıb.
Dövlətimizin başçısı “Ağcabədi-2” elektrik yarımstansiyasını işə salıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə elektroenergetika sahəsində mühüm işlər görülüb, çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Ağcabədi rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması prioritet məsələlərdən olub.
Son illərdə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndləri və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin artan elektrik tələbatının qarşılanması üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Bununla mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.
İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 110/35/10 kilovoltluq “Ağcabədi-2” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Bunu iqtisadçı Rövşən Ağayev deyib.
“Tədiyə balansı manatın məzənnəsi üçün ən böyük riski formalaşdırır. Bilsək ki, hökumət məzənnəni saxlamaq üçün nə qədər pul xərcləyir, hansısa fikir yürüdə bilərik. Ümumilikdə isə neftin indiki qiymətləri qalarsa, düşünürəm ki, devalvasiya arxa plana keçəcək. Yəni o qədər risk gözləmirəm. Lakin burada iqtisadi faktorlardan əlavə, siyasi qərar da rol oynayır. Mən iqtisadçı kimi hesab edirəm ki, devalvasiya zərurəti yoxdur” – R.Ağayev qeyd edib.Musavat.com
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Bu barədə holdinqdən verilən məlumata görə, 2019-cu ilin oktyabr ayında imzalanmış və 2020-2023-cü illəri əhatə edən müqavilə 60 ədəd 81-765.4B/766.4B seriyalı vaqondan ibarət 12 qatarın istehsal və tədarük edilməsini nəzərdə tutur.
Yeni tipli qatarlarda vaqondan-vaqona birbaşa keçid var. Qapıların daha enli olması sərnişinlərin vaqonlara daxil olub-çıxmasını, eləcə də qatar boyunca bərabər paylanmasını təmin edir. Həmçinin son vaqonlarda sağlamlıq imkanları məhdud sərnişinlər, uşaq arabaları və velosipedlər üçün xüsusi yerlər də nəzərdə tutulub.<ins'>
Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemləri, habelə Bakı Metropoliteninin texniki şərtləri əsasında yerli iqlim şəraitini nəzərə alan mikroiqlim nəzarəti, o cümlədən kondisioner və ventilyasiya sistemləri ilə təchiz olunub. Sərnişinlərin elektron qurğuları doldurması üçün USB portlar, baş vaqonlarda əlil arabaları və əl yükü üçün yerlərinin quraşdırılması da nəzərdə tutulub.
Qeyd edək ki, 2018-2019-cu illər ərzində də Rusiya şirkləti Bakı Metropoliteni üçün 81-765.B/766.B seriyalı 40 vaqondan ibarən 8 qatar tədarük edib.