![]() |
|
“Bakı Metropoliteni” QSC infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqların təmizlənməsi işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Yol-xeber.az xəbər verir ki, tenderin qalibi “Tais İKF” MMC-dir.
Qalib şirkətə 1 milyon manat ödəniləcək.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov AzTV-nin “Gündəlik” verilişinə telefon bağlantısı zamanı deyib ki, metropolitendə qiymət dəyişikliyi birbaşa olaraq Tarif Şurasının səlahiyyətində olan məsələdir:
“Şayiələr ona görə yayıldı ki, insanlar metronun guya qiymətlərin qaldırılması üçün açıldığını deməyə başladılar. Lakin pandemiya bütün dünyada ictimai nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranmasına səbəb olduğu kimi, ölkəmizdə də metronun bağlanmasına gətirib çıxardı.
Karantin rejiminin yumşaldılmasından sonra isə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Bakı metrosu fəaliyyətə başladı. Həm də Operativ Qərargahın metodiki göstərişləri əsasında. Amma bu, şayiələrin yaranmasına əsas ola bilməz.
Bütün bunların məqsədi ölkəmizdə ictimai nəqliyyat sahəsində hərəkəti asanlaşdırmaq, sərnişinlərə xidmətdir”.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov AzTV-nin “Gündəlik” verilişinə telefon bağlantısı zamanı deyib ki, metropolitendə qiymət dəyişikliyi birbaşa olaraq Tarif Şurasının səlahiyyətində olan məsələdir:
“Şayiələr ona görə yayıldı ki, insanlar metronun guya qiymətlərin qaldırılması üçün açıldığını deməyə başladılar. Lakin pandemiya bütün dünyada ictimai nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranmasına səbəb olduğu kimi, ölkəmizdə də metronun bağlanmasına gətirib çıxardı.
Karantin rejiminin yumşaldılmasından sonra isə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Bakı metrosu fəaliyyətə başladı. Həm də Operativ Qərargahın metodiki göstərişləri əsasında. Amma bu, şayiələrin yaranmasına əsas ola bilməz.
Bütün bunların məqsədi ölkəmizdə ictimai nəqliyyat sahəsində hərəkəti asanlaşdırmaq, sərnişinlərə xidmətdir”.
Azərbaycan neftinin qiyməti yenidən qalxıb. Bu gün birjalarda “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar artaraq 31,20 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Mərkəzi Bankın sədri Elman Rüstəmov hazırda bununla bağlı mətbuat konfransı keçirir.
(yenisabah.az)
“Bakı Metropoliteni” QSC may ayı üçün nəzərdə tutulan 20 vaqonun (4 qatar) alınmasını təxirə salıb.
Bunu “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, vaqonlar karantin rejimi bitəndən sonra Bakıya gətiriləcək:
“Hazırda 20 vaqonun istehsal prosesi demək olar ki, bitib. Həm Rusiyada, həm də ölkəmizdə karantin rejimi başa çatdıqdan sonra həmin qatarların Bakıya gətirilməsi təmin olunacaq. Ondan sonra isə müvafiq texniki istismar qaydalarına və prosedurlara uyğun olaraq qatarların sazlanması, tənzimlənməsi və sınaq işlərindən sonra xəttə buraxılması təmin olunacaq”.
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 vaqon və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.
“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mehriban Axundova dövlət başçısına və birinci xanıma müəssisələrin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. Maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq.
“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətdə birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır. Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisəsinin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müəssisələrin bir qrup işçisi ilə görüşüblər.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tibbi maska, qoruyucu geyimlərə son dövrlərdə dünyada tələbat kəskin artıb. Bu səbəbdən də həmin məhsulların dünyanın bir çox ölkələrində böyük qıtlığı yaşanır. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, insanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan bu məhsullar ölkəmizdə istehsal olunmağa başlayıb. Bu müəssisələrin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir.
Mərkəzi Bankdan verilən məlumata görə, bu qərarların qəbul edilməsindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ASC və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, müvafiq qiymətləndirmələr aparılmışdır.
“NBCBank” ASC-də müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunmuş, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olmuşdur. “NBCBank” ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 mln. manat) qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 mln. manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilmişdir ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif etmişdir.
“AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilmiş və daha da pisləşdiyi məlum olmuşdur. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.
Qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank” ASC-nin və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank” ASC-nin lisenziyaları ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.
Hökumət və Mərkəzi Bank tərəfindən atılan addımların əsas hədəfi bütövlükdə bank sisteminin sağlamlaşdırılması və əhalinin maraqlarının, xüsusilə onların banklarda olan əmanətlərinin qorunması və onların banklarda olan əmanətlərinin itirilməsi təhlükəsinin qarşısının alınması və onlardan sərbəst istifadə etmək imkanlarının yaradılmasıdır. Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.
Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcəkdir.
Məlumat üçün bildiririk ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, Mərkəzi Bankın ərizəsi əsasında Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarları ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici olaraq təyin edilmişdir. 1 may tarixindən bankların ləğvediciyə təhvil verilməsi prosesinə başlanılmış və hazırda təhvil-təslim prosesləri artıq yekunlaşmaq üzrədir. Artıq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilmişdir və qorunan əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tam kompensasiya olunacaqdır.
Ləğv edilmiş bankların hamısı Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcəkdir.
Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması istiqamətində qəbul etdiyi qərarlarının şəffaflığının təmin edilməsi məqsədilə geniş kommunikasiya tədbirləri həyata keçirilir, ictimaiyyət məlumatlandırılır və bu proses davam etdiriləcəkdir.
Dünya ölkələrində koronavirusa görə karantin tədbirlərindən artıq 1 aydan da artıq müddət keçir. Bu müddət müəyyən nəticələr çıxartmaq, dünya iqtisadiyyatının sonrakı gedişini təhlil etmək üçün imkan yaradır. Ancaq ekspertlər hesab edirlər ki, vəziyyət heç də müəyyən və anlaşılan deyil. Post-pandemiya dövrü üçün müəyyən pis və yaxşı gözləntilər var, ancaq tərəzinin hansi tərəfinin ağır basacağı məlum deyil.
Cebhe.info xəbər verir ki, bəzi fikirlərə görə, karantin müddəti bitdikdən sonra fond birjalarında indekslər yüksələcək, hətta bəzi yerlərdə böhran başlayandan bəri ilk dəfə olaraq öz maksimumuna çatacaq.
Ancaq bir çox böyük şirkətlər ciddi problemlərlə üzləşəcək. Onların ticarət zənciri qırılıb, hətta qiyməti aşağı düşən aktivlərini belə alan çətin ki, tapılsın. Dünyanın ən böyük maliyyə bazarı ABŞ-dadır. Zamanında ən böyük tələb məhz bu böyük bazarın iştirakçıları olan “Facebook”, “Apple”, “Amazon”, “Netflix” və “Google”un aktivlərinə olub. Məhz buna görə “Nasdaq” texnologiya şirkəti ilin əvvəlindən bəri müsbət xəttə çıxa bilib. Baxmayaraq ki, məsələn, sənaye şirkəti olan “Dow Jones” hələ də 10-15 faiz mənfidədir.
Digər sahələrlə bağlı da nikbin danışmağa əsas yoxdur. Aviaşirkətlərin səhmləri məlum səbəbdən minimum həddindədir. Banklar böyük təzyiq altındadır. Əksər şirkətlərin səhmlərinə heç bir maraq və tələbat yoxdur. Başqa sözlə, fond birjasının bərpası uzun müddət illuziya olaraq qalacaq. Ən azından. ABŞ üçün belədir.
Bank sektorunda vəziyyət qeyri-müəyyəndir. “Bank of America” kreditlər üzrə defoltunu artıq elan edib. “Moody’s” bildirir ki, artıq 311 şirkətin nəticəsi “zibil” səviyyəsinə düşüb. 2009-cu ildə bu rəqəm 291 olmuşdu. Gələcəkdə reytinqin daha da düşəcəyi gözlənilir. Bunun ardınca isə defolt gələcə, belə ssenari də tamamilə mümkündür. Hətta əfsanəvi investor Uorren Baffet də bildirib k, bu böhrandan ciddi itki olmadan çıxa bilməyəcək. Onun “Berskhire Hathaway” şirkətinin portfeli 50 faiz dəyər itirib. Baffet özü isə investorlar qarşısında çıxışı zamanı bildirib ki, hadisələrin sonrakı inkişafı barədə heç bir məlumata malik deyil. Əslində bunu indi heç kəs bilmir.
ABŞ-da mayın ilk həftəsində əldə edilən nəticələrə görə, əmək bazarında da durum bərbaddır. Bunu hətta indiyə qədər əmək bazarındakı ən pis nəticə adlandırırlar. 22 milyon insan işsiz qalıb. Rəsmi işsizlik səviyyəsi isə 16 faiz olaraq göstərilir. Ancaq bu rəqəmin 20 faizə yüksəlməsi də istisna deyil.
Çətin ki, bu insanlar qısa müddətdə özlərinə iş tapsınlar. Digər tərəfdən, ABŞ hakimiyyəti iqtisadiyyata böhranı dəf etməyə yetərli olacaq qədər vəsait yatırıb. Ancaq bu zaman başqa problem ortaya çıxacaq. Borcun həcmi və büdcə defisiti artacaq. Bu problemi necə həll olunacağını kimsə hələlik bilmir.
Neftin dünya bazarındakı son qiymət oynamalarını da bura əlavə etsək, başda Rusiya, Səudiyyə Ərəbistanı, İran olmaqla böyük neft hasilatçılarını gözləyən aqibətin heç də xoş olmayacağını söyləmək mümkündür. Mütəxəssislər bunu məhz belə dəyərləndirir. Qeyri-müəyyənliyin olduğunu deyirlər.
Karantindən çıxan Çin, Cənubi Koreya kimi ölkələrin təcrübəsi göstərir ki, insanların istehlak davranışı kəskin dəyişib. Onlar artıq restorana getmək, ticarət mərkəzlərini gəzmək istəmirlər. İnternet və elektron ticarəti bura əlavə etsək, dünyanın mənzərəsinin necə dəyişəcəyini təxmin etmək olar.
Xəzər
Cebhe.info
Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, platformanın dayaq bloku artıq hazırdır:
“Bu bloku bizim törəmə şirkətimiz “Bos Shelf” tikib. Bunun ardınca platformanın yuxarı blokunun dizaynı və quraşdırılması planlaşdırılır. Platformada 6 neft hasilatı və 3 su vurma quyusunun qazılması planlaşdırılır. Sualtı texnologiya əsasında yataqda daha iki qaz hasilatı quyusu qazılacaq”.
“Ölkə Prezidenti tərəfindən Bakıya 300 ədəd yeni avtobusun gətirilməsi tapşırılmışdı. Bu avtobusların hamısı gətirilib”.
Avtosfer.az xəbər verir ki, bunu AVTO FM” radiosunun efirində qonaq olan BNA-nın rəsmi nümayəndəsi Vüqar Məmmədzadə deyib.
“Növbəti 115 ədəd avtobusu gözləyirik. Onların sifarişi ilə bağlı müəyyən işlər artıq yekunlaşıb. Bundan başqa mütəmadi olaraq avtobusların köhnəlməsinə görə, mərhələli şəkildə gələcək illərdə də Bakıya yeni, müasir avtobuslar gətiriləcək”, - deyə V.Məmmədzadə əlavə edib.