Bakı metrosu mayın 11-də işini bərpa edəcək.

Artıq müvafiq əmr Bakı Metropoliteni QSC rəhbərliyi tərəfindən imzalanıb. Bu məlumata rəsmi cavab yoxdur.

Bakı metrosu koronavirus infeksiyası COVID-19-in yayılmasının qarşısını almaq üçün martın 31-i saat 22: 00-dan etibarən işini dayandırdı.

30 aprel 2020-ci il tarixinə Azərbaycan 1.804 təsdiq edilmiş COVID-19 yoluxma halının olduğunu bildirdi. 1 325 nəfər sağaldı, 24 nəfər öldü, 455 xəstə xüsusi müalicə xəstəxanalarında müalicə altına alındı. Onlardan 17-nin vəziyyəti ağır, 24-ü orta-ağır, qalanları stabil olaraq qiymətləndirilir.(visiontv.az)

Deputat: “Atabank” cinayətkar bank idi
“ATA Bank” cinayətkar bank idi, vəsaitləri xaricə köçürürüdü. Hesab edirəm ki, dövlət bu bankla bağlı ciddi işlər görəcək.

Bunu millət vəkili  Vahid Əhmədov Hesablama palatasının ilik hesabatının müzakirəsi zamanı deyib.

İki bankın fəaliyyətinin bağlanması ilə bağlı  məsələyə toxunan V.Əhmədov bildirib ki, mən ümumiyyətlə bankarın bağlanmasının yox, konsolidasiyasının tərəfdarıyam.

“Ona görə də hökumətdən və ölkə başçısından xahiş edərdim ki, bu məsələni gələcəkdə nəzərə alsın. Ümumiyyətlə, biz bank sisteminin sağlamlaşdırılmasını gözləyirdik, amma bunun əksinin şahidi olmaqdayıq”- o qeyd edib.

V. Əhmədov əlavə edib ki,  dövlət  bir iş görəndə  xeyrilə ziyanı düşünməlidir.

“Bu gün bağlanan bankların əhaliyə olan borcu 850 milyon manat civarındadır. İndi bu vəsaitləri ödəməyi Mərkəzi Bank həyata keçirəcək.  Mərkəzi Bank bu banklarla vaxtında bir araya gəlib, onlara 250-300 milyon manat dəstək göstərməklə vəziyyətdən çıxa bilməzdimi?

Mən “ATA Bank”ı nəzərdə tutmuram. Çünki bu bank cinayətkarlıqla məşğul olub, vəsaiti xaricə köçürməklə məşğul olub. Amma  digər banklarda vəziyyət tamamilə fərqlidir. İndi neftin qiymətinin kəskin endiyi, koronavirusun tüğyan  etdiyi bir dövrdə belə addıma atmaq yanlışdır. İndiki vəziyyətdə bankların bağlanmasındansa konsolidasiyası daha məqsədəuyğun olar”- deputat bildirib.

 V. Əhmədov  bank sistemində yaranmış vəziyyətlə bağlı olaraq bank rəhbərlərini Milli Məclisə dəvət edərək, mövcud durumu müzakirə etməyi zəruri hesab edib.

“Aİ-95” markalı benzin ucuzlaşdı, bəs “Aİ-92”?..
“Aİ-95” markalı yanacağın qiyməti bu gündən 10 qəpik ucuzlaşaraq, 1 manat 10 qəpik olub. Dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda yerli istehsal olan “Aİ-92” markalı benzinin qiyməti dəyişmir.
 
Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı  SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, ucuzlaşmaya səbəb “Aİ-95” markalı benzinin idxal edilməsidir:
 
“Azərbaycanda istifadə edilən “Aİ-95” xaricdən idxal olunur və bazar qiymətlərinə alınır. Bazar qiymətləri dəyişəndə, ölkədə də həmin benzinin qiyməti dəyişir”.
 
Xatırladaq ki, “Aİ-95” premium markalı benzinin qiyməti martın 13-də 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə düşüb.
Tarif Şurasının rəsmi açıqlamalarına görə, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla əlaqədardır ki, “Aİ-92” markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclər (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməyib:
 
“Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə edilmir.  Azərbaycana idxal edilən “Premium-95″ markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurası bu markanın qiymətini tənzimləmir”.
Prezident bu ASC-yə 28 milyon manat ayırdı
Prezident İlham Əliyev aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, taxılçılıq, pambıqçılıq və digər ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya ehtiyacını ödəmək məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.1-ci yarımbəndində göstərilmiş 28 milyon manat “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. 

Bakının bu ərazisində böyük yaşayış rayonu yaradılacaq
Hazırda iri Çin investorları ilə “20-ci sahə” layihəsi müzakirə olunur.

Bunu Media.az-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə bildirib.

O, bunun Bakının şəhərsalma sferasında maraqlı layihə olduğunu qeyd edib:

“Çinli tərəfdaşlarımızın təxminən, 800 hektar sahədə, sahil zonasına çıxışı olan və bulvarın davamı olacaq böyük yaşayış rayonu yaratmaq niyyəti var.

Layihə maraqlıdır, mən bu layihənin texniki-iqtisadi əsaslandırılmasını etmişəm. Orada yaşayış massivlərinin, məktəblərin, bağçaların, ticarət mərkəzlərinin tikintisi nəzərdə tutulub”.

E.Qasımzadə koronavirus səbəbindən danışıqların müvəqqəti dayandırıldığını bildirsə də, sərhədlər açıldıqdan sonra layihənin reallaşacağını mümkün hesab edir.

“20-ci sahə”nin hazırkı durumu haqda danışan memar orada vəziyyətin ürəkaçan olmadığını bildirib:

“İndi orada vəziyyət dəhşətlidir, kanalizasiya yoxdur, torpaq sürüşmələri baş verir. İnsanların işlətdiyi su aşağı təbəqələrə gedir. Sürüşmə nədir? Bu, dərinlikdə yerləşən qayadır, sonra qrunt və gil qatı gəlir.

Su qruntdan keçərək gili sabuna çevirir, təbəqəni yuyur və o da qayadan sürüşməyə başlayır. Beləliklə, bu sürüşmələr insanın tənzimlənməmiş fəaliyyətinin nəticəsidir”.

Koronavirus maşın bazarına necə təsir edib?                        - Ekspert rəyi
Bu gündən etibarən Azərbaycanda iqtisadi fəaliyyətin qismən bərpa edilməsinə başlanılır

Koronavirus pandemiyası Azərbaycanda həm ənənəvi avtomobil bazarında, həm də onlayn avtomobil satışlarında aktivliyi, demək olar ki, sıfıra salıb.

Bu barədə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov Trend-ə açıqlamasında deyib.

V.Hüseynov bildirib ki, koronavirus iqtisadiyyatın bütün sahələrinə təsir göstərib:

 

“İqtisadiyyatın elə sektorları var ki, onlayn satış vasitəsilə ayaqda qalmaq imkanı var. Məsələn, kafe, restoran şəbəkələri, geyim və digər əşyaların satışı onlayn şəkildə satışlarını həyata keçirə bilərlər".

Ekspert vurğulayıb ki, ancaq onlayn avtomobil alış-satışında bu, mümkün deyil:

"Avtomobil hər hansı bir kiçik əşya deyil ki, rahat şəkildə aparıb çatdırsınlar. Azərbaycanda insanlar avtomobil almaq üçün birinci ona baxış keçirir, sonra aparıb avtomobil servislərində yoxlatdırır və sonra alır.

Ancaq avtoservislər işləmədiyinə görə, bunları da etmək mümkün deyil. Digər tərəfdən isə rayonlardan çoxlu sayda insanlar gəlib Bakıdan avtomobil alırdılar.

Ancaq rayonlararası və paytaxta giriş-çıxış məhdudlaşdırıldığı üçün insanlar gəlib avtomobil ala bilmirlər.

Digər tərəfdən isə məlumdur ki, karantin rejimi səbəbindən insanlar mövcud avtomobillərindən belə istifadə edə bilmirlər. Belə olan tədqirdə, onların maşına maraqları yoxdur”.

Ekspert hesab edir ki, yaxın bir neçə ay ərzində avtomobil bazarında vəziyyətin düzələcəyini düşünmək olmaz:

“Bu gündən etibarən Azərbaycanda iqtisadi fəaliyyətin qismən bərpa edilməsinə başlanılır.

Əgər may ayının ortalarına qədər vəziyyət tam olaraq bərpa olunsa belə, yaxın bir-iki ay ərzində maşın bazarında canlanma olmayacaq.

Çünki insanlar əllərindəki vəsaiti xərcləməyəcəklər. Kimlərsə virusun ikinci dalğasından ehtiyat edəcək, kimlərsə bizneslərinin bərpası ilə məşğul olacaq.

Ona görə də sentyabr ayına qədər fəaliyyət aşağı olacaq. Qiymətlərə gəlincə isə, bununla bağlı hazırda alış-satış olmadığına görə bir söz demək çətindir”.

Deputat: “Büdcədə neftin qiymətinə yenidən baxılacağı gözlənilir”
“2020 büdcəsində bir barell neftin qiyməti 55 dollar nəzərdə tutulub. Amma həm birinci rübün yekunları, həm də növbəti rübləri üçün neftin qiyməti 2020-ci ilin proqnozlaşdırdığından daha aşağı qiymətə olacağı gözlənilir”.

Bunu açıqlamasında  deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, Bloomberg də növbəti aylarda  neftin 20-30 dollar arasına qərarlaşacağını proqnozlaşdırır.

“Bu baxımdan büdcəyə dəyişiklik olacaqsa neftin qiyməti nəzərə alınmaqla büdcənin gəlirlər hissəsi proqnozlaşdırılması həyata keçiriləcək. Bütün hallarda 2020-ci il dövlət büdcəsinə dəyişiklik və əlavələr edilməsi ilə bağlı qərar veriləcəksə, o zaman   neftin büdcədəki qiymətinə baxılacağı gözlənilir”- V. Bayramov bildirib.

4 banka müvəqqəti inzibatçı təyin olundu
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub.

AMB xəbər verir ki, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Prezident Gömrük Komitəsinə dörd milyon manat ayırdı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ilkin olaraq dörd milyon manat ayrılıb.

Kreditlərlə bağlı əhaliyə — ŞAD XƏBƏR!


Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.

Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur.

Xəbər lenti