Nazir bağlanan iş yerlərinin tezliklə açılacağını elan etdi

"Yaxın günlərdə iş yerlərinin təkrar fəaliyyətə başlaması nəzərdə tutulur".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, qapanma iyunun 20-dən başlamışdı, avqustun 5-dən isə icazə mexanizmi ləğv edilib:

"Kimlərinsə aztəminatlı kateqoriyasından çıxması, bəzilərinin işlə təmin olunması nəzərə alaraq yeni hesablanma aparılacaq və yekunda dördüncü ödənişdə nə qədər insanın yardım alması açıqlanacaq".

Neft 45 dollardan satılır

Dünya bazarında neftin qiyməti bahalaşıb.

Brent markalı neft 0,77% bahalaşaraq bir barrelə görə 45,52 dollardan satılır.

WTI markalı neft isə 0,50% bahalaşma ilə bir barrelə görə 42,40 dollar səviyyəsində qərarlaşıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 2,65 milyon (iki milyon altı yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 avqust 2020-ci il.

İyulda satılan valyutanın məbləği açıqlandı

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin iyul ayında satılan valyutanın miqdarı açıqlanıb.

Ötən ay ərzində 515,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

“Maddi vəziyyətlərini tam təmin edə bilməyənlərin köməyinə dövlət gəlir”

"Bu gün Azərbaycan dünyada fındıq ixrac edən ölkələr arasında üçüncü yerdədir. Bu, çox gəlirli, perspektivli bir sahədir. Bizim iqlimimiz buna uyğundur. İsmayıllı rayonundan ta Balakənə qədər, eyni zamanda, cənub zonasında, həmçinin Xaçmazda, Qusarda fındıqçılığın çox böyük perspektivləri var. Hər bir rayonun öz ixtisaslaşması olmalıdır. Burada da ənənəvi olaraq fındıqçılıq, tütünçülük inkişaf edib. Bu gün də bu sahələrə böyük diqqət göstərilir".

Bu sözləri Prezident İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxış edərkən deyib.

"Əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar, öz maddi vəziyyətlərini yaxşılaşdırsınlar. O insanlar ki, hələ öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər, onların köməyinə dövlət gəlir. Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir. İlk ABAD-çılar məhz Balakən rayonunun sakinləridir. Onların istehsal etdikləri məhsullar indi ölkəmizin müxtəlif yerlərində satılır, ixrac edilir".

Prezident yol tikintisinə 22 milyon manat ayırdı

Prezident İlham Əliyev Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Oğuz–Şəki hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10,0 (on) milyon manat ayrılıb.

Dövlət başçısının digər sərəncamı ilə üç min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (134 km)–Şirinbulaq avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 12,0 (on iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

İlham Əliyev yenidən qurulan avtomobil yolunun açılışında
İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib.

Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.

 

 

 

İlham Əliyev Balakəndə “ASAN xidmət”in açılışındaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

"Ölkə.Az" xəbər verir ki, Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.

 

 

 

 

 

 

 

 

 

Pandemiya dövründə bu sahədə gəlirlər artıb

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 4,4 faiz artaraq 1 milyard 042,8 milyon manat təşkil edib.
Trend xəbər verir ki, xidmətlərin 72,0 faizi əhali tərəfindən istehlak olunub. Bu sahədə əldə edilmiş gəlirin 80,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 42,0 faizi və ya 438,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.



Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm yol infrastrukturu layihələri icra olunur.

 

Balakən rayonunda da bu layihələr çərçivəsində cari ildə uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala kəndlərarası avtomobil yolunun yenidən qurulması istiqamətində addımlar atılıb.

 

Avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 10 yaşayış məntəqəsinin 18 min əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.

 

Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3 və 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunub. Yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 və 7 m, çiyinlərin eni 2 və 2.5 m olmaqla ümumi eni 10 və 12 m təşkil edir.

 

Yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı inşa edilib. Hazırda həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri aparılıb.

 

Daha sonra asfaltlanma işləri həyata keçirilib. Belə ki, yolun 170 min m2-dən çox sahəsinə yeni asfalt-beton örtüyü döşənib.

 

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrli 21 ədəd suötürücü boru quraşdırılıb, həmçinin 5 metr uzunluğunda 2 dördbucaqlı su keçidi və 12 metr uzunluğunda körpünün inşası işləri yekunlaşdırılıb.

 

Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

 

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb.

 

Avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.

 
 

Xəbər lenti