Prezidentdən Qazaxda avtomobil yolunun təmiri ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Qazax rayonu, Y-35-06 (13 km) – Fərəhli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon manat ayrılıb.

Banklarla bağlı qanun paketi hazırlanır

“Bankların fəaliyyəti ilə bağlı böyük qanun paketi hazırlanır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili məlumat verib. 

O qeyd edib ki, bu məsələ pandemiya dövrünə düşüb: “Məsələ bizə daxil olan kimi onun müzakirəsini keçirəcəyik”.

Maşının özgəninkiləşdirilməsinə görə dövlət rüsumu dəyişir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən qanunun 18.65.3-1-ci bəndi yeni redaksiyada verilir. Həmin bənddə bildirilir ki, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Həmçinin qanuna aşağıdakı dəyişikliklər də təklif edilir:

- Minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunması və rüsumların daimi olaraq müəyyən edilməsi;

- Həmin dövlət rüsumlarının minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsi;

- Yaxın qohumlara bağışlanması hallarına görə dövlət rüsumunun istisna olunması və bu hala görə daha az dövlət rüsumunun (10 manat) müəyyən edilməsi.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol
infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə dövlət
başçısının sərəncamına əsasən , 4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci km-dən başlanğıcını götürən Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutu
tərəfindən hazırlanan layihə əsasında İsmayıllı rayonunun 11 yaşayış məntəüəsini birləşdirəcək
yeni yol 4 istiqamət üzrə inşa edilir. Bu Qıçatan kəndi, Tağlabiyan-Kəlfərəc, Zeyvə–Kürdüvan–Xankəndi–Mücü və Sərsurə–Kələzeyvə–Sulut kəndləri istiqamətləridir ki, sözügedən istiqamətdə yolların torpaq əsaslı və çınqıl örtüklü olması gediş-gəliş üçün problemlər yaradırdı. Xüsusən də payıq-qış mövsümündə gediş-gəliş çətinləşirdi. Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə agentlik tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla yenidənqurma işlərinin aparılmasına başlanılıb. Yenidənqurma zamanı torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Aparılan işlər bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Belə ki, yollar boyu yararsız qrunt qazılıb kənarlaşdırılır, əks-dolğu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunur, zəruri yerlərdə torpaq yatağı layihə hündürlüyünə
qaldırılır. 


Torpaq işlərinə paralel olaraq yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri
kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların
ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif
diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik
dəmir-beton dairəvi suötürücü borular quraşdırılması və izolyasiyası, həmçinin körpülərin təmiri
layihə üzrə həyata keçirilir. 


Torpaq işlərinin ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton
örtüyünün döşənməsi işləri aparılacaq, avtobus dayanacaqları inşa ediləcək. Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları, məlumatverici lövhələr
quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da yeni yol müasir görkəmdə
vətəndaşların istifadəsinə veriləcək. 


Yolun yenidən qurulması nəinki gediş-gəlişin rahatlaşmasına, sözsüz ki, adları çəkilən tarixi və
füsunkar kəndlərimizin inkişafına müsbət təsir göstərəcək. Çünki tarix və mədəniyyəti,
əsrarəngiz təbiəti ilə seçilən Basqal qəsəbəsi xalq sənətkarlığını qoruyub saxlayan sənətkarlıq
mərkəzlərindəndir. Basqal Azərbaycanda orta əsr şəhər mədəniyyəti elementlərini bu günə
qədər də özündə yaşadan və vahid memarlıq prinsipləri əsasında salınan nadir ərazilərdəndir.

Azərbaycan mədəniyyətinin nümunələrindən sayılan ”Azərbaycan kəlağayısı sənəti” 2014-cü
ildə UNESCO-nun qeyri maddi-mədəni irsinin Reprezentativ siyahısına məhz Basqal
kəlağayısının timsalında daxil edilmişdir.

 

Ümumiyyətlə isə sözügedən avtomobil yolunun inşası ilə Böyük Qafqazın cənub ətəklərində, səfalı İsmayıllı ərazisində yerləşən, Azərbaycanın hələ XII əsr xəritələrində adı çəkilən, ilk insan məskənlərindən biri sayılan Sulut, qədim kəndlərimizdən sayılan Qıçatan, səfalı bulaqları ilə tanınan Sərsurə, tarixi abidələri, türbələri, ibadətgahları ilə bilinən Kələzeyvə və digər kəndlərdə təsərrüfat və turizmin inkişafına gətirib çıxarmaqla yanaşı, yol boyu yaşayan əhalinin sosial rifah  halına da müsbət təsir etmiş olacaq.  

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 
Azərbaycanda qızıl bahalaşıb
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Trend xəbər verir ki, sentyabrın 9-da qızılın qiyməti sentyabrın 8-i ilə müqayisədə 6,3325 manat (0,19 faiz) artaraq 1 unsiya üçün 3 281 manat təşkil edib.

Gümüş 0,2368 manat (0,52 faiz) ucuzlaşaraq 1 unsiya üçün 45,3135 manata bərabər olub.

Platinin qiyməti 7,973 manat (0,51 faiz) azalaraq 1 540,693 manat, palladiumun qiyməti 43,0015 manat (1,09 faiz) azalaraq 3 888,5375 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 8,6955 manat (0,3 faiz) ucuzlaşıb, gümüş 0,7022 manat (1,5 faiz) ucuzlaşıb, platin 1,343 manat (0,1 faiz) bahalaşıb, palladium 38,59 manat (1 faiz) ucuzlaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 714,4845 manat (27,8 faiz) bahalaşıb, gümüş 14,6369 manat (47,7 faiz) bahalaşıb, platin 77,69 manat (4,8 faiz) ucuzlaşıb, palladium 1 273,9375 manat (48,7 faiz) bahalaşıb.

Tarix:

Qızıl

(XAU)

Gümüş

(XAG)

Platin

(XPT)

Palladium

(XPD)

9 sentyabr 2020-ci il

3 281

45,3135

1 540,693

3 888,5375

8 sentyabr 2020-ci il

3 274,67

45,55

1 548,67

3 931,539

9 avqust 2020-ci il

3 289,7

46,016

1 539,35

3 927,1275

9 sentyabr 2019-cu il

2 566,5155

30,6766

1 618,383

2 614,6

 
 

 

 

Sutkada fərq:

manat

6,3325

-0,2368

-7,973

-43,0015

faiz

0,19

-0,52

-0,51

-1,09

Ayda fərq:

manat

-8,6955

-0,7022

1,343

-38,59

faiz

-0,3

-1,5

0,1

-1

İldə fərq:

manat

714,4845

14,6369

-77,69

1 273,9375

faiz

27,8%

47,7%

-4,8%

48,7%

Hövsan yolunda əsaslı təmir işlərinə başlandı

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən avtomobil yolunun tikintisinə başlanılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər yolda birinci mərhələdə işlər başa çatdırılacaq: "Bu ilin sonuna qədər çalışacağıq ki, heç olmasa yolu ikiqat asfaltlayıb, sürücülərin istifadəsinə verək. Növbəti mərhələ isə gələn il başa çatacaq. Gələn il 3-cü lay asfalt vurulmaqla tam olaraq yolda işlər bitəcək. 2021-ci ildə yolda təmir işləri tam başa çatacaq və istifadəyə veriləcək. Amma ilin sonuna kimi sürücülərimiz geniş, 1-ci dərəcəli yoldan istifadə edə biləcəklər".

Hal-hazırda 2 eskalator ( Su idman kompleksinin və Dövlət Bayraq meydanının qarşısındakı yeraltı piyada keçidlərində ) dartı zəncirləri sıradan çıxdığı üçün təmirə dayandırılıb.

 

2020-ci ilin yanvar-avqust aylarında 150 eskalatorun sıradan çıxmış əsas detalları (dartı zənciri ,pillə, şkif, şkifaltı, kəmər, sürahi qayışı, şkifaltı rolik, puskatel  qoşma zamoku  karniz, sürahi istiqamətləndiricisi, buynuz  kəməri,  daraq  pillə önlüyü və s.) yenisi ilə əvəz olunmuşdur.  29 eskalatorun müxtəlif detalları (şkifaltı kəmərin roliki, elektrik mühərriki, karniz, karniz rolikləri, fren, işçi əyləc qəlibi, beyin kartı, pillə plastması, işçi əyləc dolağı və s.) təmir olunub.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət və balansında Bakı şəhəri üzrə 65 yerüstü və 15 yeraltı piyada keçidlərində 179 müxtəlif markalı eskalatorlar var.

YOLUNUZ AÇIQ OLSUN...

 
Azərbaycan avqustda gündəlik 669,1 min barel neft hasil edib

2020-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 669,1 min barrel olub. Bunun 584,6 min barrelini xam neft, 84,5 min barrelini isə kondensat təşkil edib. Xam neftin 460,4 min barreli “Azəri-Çıraq-Günəşli”, 124,2 min barreli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.

Bu barədə "Qafqazinfo"ya Energetika Nazirliyindən məlumat verilib.

“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barrel azaldıb. 

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min barreldən azaldılaraq  461 min barreldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.  

Qeyd edək ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir.



Suraxanı rayonunda həyata keçirilən sosial–iqtisadi siyasətin əsas istiqamətlərindən biri də qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə yenidən qurulmasıdır.

Nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 7 №-li Yol istmarı MMC tərəfindən Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsində 9500,0 kv.m asfalt örtüyünün salınması işləri həyata keçirilir. Küçə boyu zəruri olan yerlərdə texnoloji ardıcıllığa uyğun olaraq, köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı materiallar tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir. Görülən işlər çərçivəsində rayonun mərkəzi və məhəllədaxili yolları yüksək sürətlə abadlaşır.

Qeyd edək ki, Əmircan qəsəbəsində 4,0 kilometr uzunluğunda olan Səttar Bəhlulzadə, Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev, Atamoğlan Rzayev küçələrini birləşdirən yolda asfaltlanma işləri artıq yekunlaşmışdır. Əlisöbət Sumbatzadə, İlham Şükürov, Tofiq Bayram, Cabir Əliyev və Cəfər Cabbarlı küçələrində isə cari təmir işləri görülüb.

Rayonun digər qəsəbələrində də ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.

Bakıda qiymətinə görə ən münasib evlər hardadır?
Avqustun 8-dən rayonlardan Bakıya gəlmək mümkün olduğundan təhsil və ya iş üçün paytaxta üz tutanların sayı artacaq. Bu səbəbdən də kirayə mənzil bazarında canlanma yaranıb.

 Xəzər TV xəbər verir ki, qiymətlər isə bahalaşmağa başlayıb. Bəs Bakıda şəraitinə və qiymətinə görə ən münasib evlər hardadır?

Sərt karantin rejminin tədricən yumşaldılması və rayonlara gediş-gəlişin ayın 8-dən bərpa olunacağı kirayə mənzil bazarında canlanmaya səbəb olub. Xüsusi ilə yeni tədris ilindən əyani təhsilin qismən bərpası da canlanmanın əsas səbəblərindədir. Bu isə hələlik qiymətləri 5-10 faiz civarında artırıb.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, əsas tələb 1 və 2 otaqlı mənzillərədir. Həmin mənzillərin qiymətləri isə yerləşdiyi əraziyə uyğun dəyişir. Şəraitinə və qiymətinə görə, ən münasib evlər Bakının üçüncü zonası sayılan, Yasamal, binəqədi, nəsimi, xətai və nizami rayonlarınındadır

Mərkəz sayılan, xüsusilə də ali məktəblərə yaxın olan yaşayış binalarında isə qiymətlər bahadır.

Ekspertin sözlərinə görə, pandemiya dövründə kirayə mənzil bazarında qiymətlər nəzərə çarpacaq dərəcədə enmişdi. Karantin rejmi yumşaldıqca tələb artır. Bu isə getdikcə qiymətlərin bahalaşacağı anlamına gəlir.

Xəbər lenti