Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol
infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə dövlət
başçısının sərəncamına əsasən , 4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci km-dən başlanğıcını götürən Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutu
tərəfindən hazırlanan layihə əsasında İsmayıllı rayonunun 11 yaşayış məntəüəsini birləşdirəcək
yeni yol 4 istiqamət üzrə inşa edilir. Bu Qıçatan kəndi, Tağlabiyan-Kəlfərəc, Zeyvə–Kürdüvan–Xankəndi–Mücü və Sərsurə–Kələzeyvə–Sulut kəndləri istiqamətləridir ki, sözügedən istiqamətdə yolların torpaq əsaslı və çınqıl örtüklü olması gediş-gəliş üçün problemlər yaradırdı. Xüsusən də payıq-qış mövsümündə gediş-gəliş çətinləşirdi. Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə agentlik tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla yenidənqurma işlərinin aparılmasına başlanılıb. Yenidənqurma zamanı torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Aparılan işlər bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Belə ki, yollar boyu yararsız qrunt qazılıb kənarlaşdırılır, əks-dolğu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunur, zəruri yerlərdə torpaq yatağı layihə hündürlüyünə
qaldırılır. 


Torpaq işlərinə paralel olaraq yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri
kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların
ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif
diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik
dəmir-beton dairəvi suötürücü borular quraşdırılması və izolyasiyası, həmçinin körpülərin təmiri
layihə üzrə həyata keçirilir. 


Torpaq işlərinin ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton
örtüyünün döşənməsi işləri aparılacaq, avtobus dayanacaqları inşa ediləcək. Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları, məlumatverici lövhələr
quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da yeni yol müasir görkəmdə
vətəndaşların istifadəsinə veriləcək. 


Yolun yenidən qurulması nəinki gediş-gəlişin rahatlaşmasına, sözsüz ki, adları çəkilən tarixi və
füsunkar kəndlərimizin inkişafına müsbət təsir göstərəcək. Çünki tarix və mədəniyyəti,
əsrarəngiz təbiəti ilə seçilən Basqal qəsəbəsi xalq sənətkarlığını qoruyub saxlayan sənətkarlıq
mərkəzlərindəndir. Basqal Azərbaycanda orta əsr şəhər mədəniyyəti elementlərini bu günə
qədər də özündə yaşadan və vahid memarlıq prinsipləri əsasında salınan nadir ərazilərdəndir.

Azərbaycan mədəniyyətinin nümunələrindən sayılan ”Azərbaycan kəlağayısı sənəti” 2014-cü
ildə UNESCO-nun qeyri maddi-mədəni irsinin Reprezentativ siyahısına məhz Basqal
kəlağayısının timsalında daxil edilmişdir.

 

Ümumiyyətlə isə sözügedən avtomobil yolunun inşası ilə Böyük Qafqazın cənub ətəklərində, səfalı İsmayıllı ərazisində yerləşən, Azərbaycanın hələ XII əsr xəritələrində adı çəkilən, ilk insan məskənlərindən biri sayılan Sulut, qədim kəndlərimizdən sayılan Qıçatan, səfalı bulaqları ilə tanınan Sərsurə, tarixi abidələri, türbələri, ibadətgahları ilə bilinən Kələzeyvə və digər kəndlərdə təsərrüfat və turizmin inkişafına gətirib çıxarmaqla yanaşı, yol boyu yaşayan əhalinin sosial rifah  halına da müsbət təsir etmiş olacaq.  

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı

Xəbər lenti