Sərnişinlərə ŞAD XƏBƏR

Avtobuslar üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı işlərə hələ 2017-ci ildən başlanılıb.
Bunu Milli.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev pik saatlarda sərnişin dolu avtobusların tıxacda qalması problemi ilə bağlı danışarkən deyib.

Sözçü avtobusları yollardakı sıxlıqdan xilas etmək üçün müvafiq qurumlara təkliflər təqdim olunduğunu bildirib:

Pandemiya bir daha bu zolaqların təşkilinin son dərəcədə vacibliyini ortaya qoydu

"Doğrudur, hazırda 2 küçə və 1 prospektdə avtobuslar üçün xüsusi hərəkət zolaqları təşkil edilib. Lakin təəssüf, bu zolaqların təşkili ilə istədiyimiz nəticəni əldə edə bilməmişik. Həm bu zolaqlar çox az bir məsafəni əhatə edir, yəni bir şəbəkə formasında deyil, həm də nəzarət mexanizimləri istənilən formada deyil. Hazırkı pandemiya bir daha bu zolaqların təşkilinin son dərəcə vacibliyini ortaya qoydu. Bəli, bu gün səhər və axşam pik saatlarında yollarda yaranan sıxlıq halları avtobusların da intervalında gecikmələrə səbəb olur.

21 küçə və prospektdə bu cür zolaqların təşkili nəzərdə tutulub

BNA tərəfindən müvafiq qurumlara təkliflər təqdim olunub. Reallaşması üçün ciddi iş aparılır. Bizim təkliflərdə 21 küçə və prospektdə bu cür zolaqların təşkili nəzərdə tutulub. Avtobus zolaqlarının təşkilinin bir neçə müsbət tərəfləri var. Müsbət cəhətləri ondan ibarətdir ki, avtobusun hərəkət sürəti, intervalı yaxşılaşır, sərnişinlərin orta səyahət sürəti artır, şəxsi nəqliyyat vasitələrindən imtina edənlər artacaq, insanlar daha çox ictimai nəqliyyatdan istifadəyə meyl göstərəcək, yolun buraxıcılıq qabiliyyəti artır, ictimai nəqliyyatın, infrastrukturun inkişafını sürətləndirir, sərnişindaşıma xidmətlərinin keyfiyyətini və etibarlığının artmasına gətirib çıxarır.

Bu zolaqların olmasının iqtisadi təsirləri də var. Məsəl üçün, bura aiddir şəxsi minik avtomobilindən istifadənin azalması ilə avtomobil, yol və parkinq xərcləri azalır. Avtobusdan istifadə edən hər bir şəxs üçün sərnişindaşıma xidməti göstərən şəxslərin əməliyyat xərcləri azalır (Avtobusların dövriliyi artır, avtobuslararası interval tənzimlənir). Səyahət sayının artması və gedişlərin daha sərfəli olması gəliri artıracaq. Daha az stress faydalı iş əmsalının artmasına təsir göstərəcək. Zolaqlar olduqdan sonra sərnişinlərdə əlavə əsəb, stress olmayacaq və adamın getdiyi, çalışdığı yerdə faydalı iş əmsalı artacaq. Operativ nəqliyyat vasitələri üçün çox mühüm üstünlüyü var, çünki həmin zolaqlardan avtobuslarla yanaşı operativ nəqliyyat vasitələri də (Təcili tibbi yardım, yanğınsöndürmə, polis avtomobilləri) rahat hərəkət edə biləcəklər.

Bu zolaqların olmasının ən üstün cəhətlərindən biri sosial ekoloji təsirlərdir. Biz deyirik insanlar zolaqlar olandan sonra şəxsi nəqliyyat vasitələrindən imtina edib ictimai nəqliyyatdan istifadə edəcəklər, bu da atmosferə olan tullantıların azamlasına gətirib çıxaracaq. Bu zolaqlar gün ərzində 600 minə yaxın sərnişinə xidmət göstərəcək".

05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı

Xəbər lenti