Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətdə təqsirləndirilən Samirə Əjdərzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

S.Əjdərzadə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, müəllim yoldaşlarından pul alıb: "Onlardan pul almışam. Həmin vaxt pula ehtiyacım var idi, anam əməliyyat olunmuşdu. İş yoldaşlarımdan da pulu borc almışdım, sonra da qaytardım. Mən pulu işə düzəltmək adı ilə almamışam".

Məhkəmədə elan olunub ki, S.Əjdərzadə müəllim yoldaşlarından aldığı pulu geri qaytarıb.

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti qarşıdan gələn “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında fəal iştirak etməyə hazırlaşır.

Ardını oxu...


Cari ilin üçüncü rübünün nəticələrinə əsasən “Nar” bir çox göstəricilər üzrə yüksək artım dinamikası nümayiş etdirib və bir çox uğurlu layihələr təqdim edib.

Ardını oxu...

Millət vəkili Qənirə Paşayeva Türkiyədə əməliyyat olunub.

Ardını oxu...

Xalq bütövlükdə Qarabağ probleminin həllini istəməsə, bunun üçün mübarizə aparmasa, fədakarlıq etməsə, Qarabağ bizdən daha çox fədakarlıq etməyi sübut etmiş ermənilərin əlində qalacaq.

Ardını oxu...


Bakı Şəhər İcra Hakimiyyətində 2018-2019-cu ilin payız-qız mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumları və təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş paytaxt rayonları İcra hakimiyyətlərinin başçıları, şəhər təsərrüfatı və xıdmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Ardını oxu...

Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb. Ölkəmizin mövqeyi 12 indikatordan 9-cu yerə yaxınlaşıb.

Axar.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

Nazir bildirib ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçiləri tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.

C.Bayramov bildirib ki, özəl təhsil müəssisələrinin sayında artım qeydə alınıb.

“Son 5 ildə özəl təhsil müəssisələrinin sayı 41-dən 132-yə çatıb. Doqquzuncu sinif şagirdlərinin buraxılış imtahanlarında yüksək nəticə göstərənlər 50 faizdən 67 faizə yüksəlib”.

Nazir bu il qəbul imtahanlarının yeni model əsasında keçirilməsinin əhəmiyyətinə toxunub.

“Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə fəaliyyəti nəticəsində yeni qəbul modeli hazırlanıb. Yeni imtahan modeli məktəb və müəllimin nüfuzunun artmasına təsir göstərəcək. Son beş ildə ali məktəblərin tələbə qəbulunda artım müşahidə edilir. Qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu, 2014-cü illə müqayisədə 2.3 dəfə artım deməkdir.

Son illərdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün təmayüllü siniflər yaradılıb. Respublikada bu siniflərin sayı 2140-a çatıb. Bu da 10-11-ci sinif şagirdlərinin 28 faizini təşkil edir. Təmayüllü sinifləri bitirənlər ali məktəbə qəbulda daha yüksək nəticə göstəriblər”.

Nazir bildirib ki, ümumtəhsil məktəblərində müəllim-şagird nisbəti 8.5-dən 10.5-ə çatıb:

“Həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzu daha da artıb. Müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfə artım qeydə alınıb. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib.

142 mindən artıq müəllim diaqnostik qiymətləndirmədən keçib, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artıb. Onların orta aylıq əmək haqqı 500 manata çatıb ki, bu da ölkə üzrə orta aylıq əmək haqqına yaxındır”.


Noyabrın 28-də Dövlət Gömrük Komitəsində gömrük orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqənin birinci - test imtahan mərhələsi başlayıb.

Axar.az xəbər verir ki, müsabiqə gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunub.

Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, eləcə də imtahan komissiyasının tərkibinə daxil olan aidiyyəti qurumların rəhbərləri iştirak edib.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, bu müsabiqə indiyədək gömrük orqanlarında xidmətə qəbulla əlaqədar keçirilən müsabiqələrdən fərqlidir. Bu dəfə müsabiqədə yalnız qadın namizədlər iştirak edir və bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılıb.

İsmayıl Hüseynov qeyd edib ki, əsası müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gender bərabərliyi sahəsindəki dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkədə gender bərabərliyi sahəsində görülən işlər, öz növbəsində Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədrinin birinci müavini deyib ki, aparılan uğurlu siyasətin nəticəsi olaraq hazırda Azərbaycan qadınları dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində fəallığı, istedad və bacarığı ilə seçilir. Vurğulanıb ki, bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını, eyni zamanda fəal ictimai xadimdir.

O da diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan dövləti qadınların əməyini, o cümlədən iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan gömrükçü qadınların fəaliyyətini daim yüksək qiymətləndirir. Bu müsabiqənin keçirilməsi də qadınlara göstərilən yüksək qayğının, etimadın bariz nümunəsidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə çıxışında Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib və müsabiqəni dövlətin həyata keçirdiyi uğurlu qadın siyasəti istiqamətində mühüm fəaliyyət, səmərəli təşəbbüs kimi qiymətləndirib, digər dövlət qurumlarının da bu təşəbbüsə qoşulacağına ümidvar olduğunu söyləyib.

Komitə sədrinin müavini diqqətə çatdırıb ki, Azərbaycanda qadınlara bütün sahələrdə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılıb və bu istiqamətdə mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Dövlət və milli fəaliyyət proqramlarında, digər vacib sənədlərdə gender komponenti öz əksini tapıb və bunun nəticəsi olaraq bütün sahələrdə qadınların fəallığı sürətlə artır.

Sonra test imtahanına start verilib.

Müsabiqədə 270 namizəd iştirak edir.


Azərbaycanda pambıq qəbulu məntəqələrinə 216 min 403 ton məhsul təhvil verilib.

Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə, noyabrın 27-nə olan operativ məlumatda deyilir ki, ölkə üzrə pambıq tədarükündə Saatlı (28 min 391 ton), Bərdə (23 min 571 ton), Ağcabədi (21 min 952 ton), Biləsuvar (20 min 563 ton) və Beyləqan (20 min 285 ton) rayonları irəlidədir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ildə 13,1 faiz çox pambıq tədarük olunub. Sahələrdən pambıq yığımı davam edir.

Qeyd edək ki, dövlət emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə fermerə 10 qəpik subsidiya verir. Həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırılıb.


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən fitosanitar karantin baxışı zamanı Ukraynadan Azərbaycana 3 nəqliyyat vasitəsində ümumilikdə 63 ton miqdarında idxal olunan günəbaxan tumunda zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub. Məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.

AQTA-dan Axar.az-a verilən məlumata görə, qeyd olunan məhsuldan götürülmüş nümunələrdə respublika ərazisi üçün karantin sayılan zərərli orqanizm Azçiçəkli senxrus-(Cenchrus pauciflorus) aşkar edilib.

Bildirilir ki, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinə uyğun olaraq idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir. Zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, 63 ton günəbaxan tumu xüsusi aqreqatlar vasitəsi ilə zərərsizləşdirilib.

Qeyd edək ki, azçiçəkli senxrus zərərvericiliyi bitkilərin məhsuldarlığını azaltması, digər bitkilərin kölgələnməsi, yaylaqların sirayətlənməsi və onların məhsuldarlığının aşağı düşməsi, heyvanların yununun keyfiyyətinin azalması, insanlara və heyvanlara əks təsiri ilə (ağrılar, yaraların uzun müddət sağalmaması) göstərilir. Bu zərərli orqanizm daha çox qarğıdalı, günəbaxan, tərəvəz, bağ bitkilərini və üzüm bağlarını sirayətləndirir, yüksək rəqabət səbəbi ilə bitkilərin məhsuldarlığını azaldır.

Xəbər lenti