Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti qarşıdan gələn “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında fəal iştirak etməyə hazırlaşır.

 

Axar.az xəbər verir kik, innovasiyalar sahəsində özünü doğrultmuş lider olan “Bakcell” öz ənənəsinə sadiq qalaraq bu il də ziyarətçiləri və sərgi iştirakçılarını böyük məmnuniyyətlə öz stendinə dəvət edərək, ən müasir texnologiyaları, rahat və müasir məhsul və xidmətlərini, şirkətin son nailiyyətlərini onlara nümayiş etdirəcək, habelə onlar üçün bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edəcək.

“Bakutel sərgisi telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin əldə etdikləri ən son uğurlarını nümayiş etdirmələrinə və ziyarətçilərin, xüsusi ilə də peşəkar və müasir istifadəçilərin ən son texnologiyalar və innovasiyalarla tanış olmalarına imkan yaradan bir layihədir. Mən əminəm ki, “Bakcell” şirkətinin stendi həmişəki kimi bu il də ziyarətçilər üçün olduqca cəlbedici olacaq və bütün qonaqlar və sərgi iştirakçıları üçün xoş bir sürprizə çevriləcək”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

“Bakutel-2018” sərgisində quraşdırılacaq “Bakcell” stendinin qonaqları tanınmış OOKLA şirkəti tərəfindən sınaqdan keçirilmiş və Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi adına layiq görülmüş “Bakcell” şəbəkəsinin imkanları ilə tanış olmaq fürsəti qazanacaqlar.

Bundan əlavə, sərgi ziyarətçiləri "Bakcell" şirkətinin yeni istifadəyə verilmiş “Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış olmaq, müştəri xidmətləri ilə canlı əlaqə yaradıb maraqlandıran sualları vermək, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat almaq imkanına malik olacaqlar.

"Bakcell" stendində həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərlərə kömək edən AppLap inkubasiya mərkəzi vasitəsilə gənc Azərbaycanlı startaplar tərəfindən yaradılmış 2 layihə təqdim ediləcək.

Nəhayət, "Bakcell" şirkətinin “Bakutel 2018” stendinin ziyarətçiləri sərgidən əyləncəsiz ayrılmayacaqlar. Onlar “Ulduzum” tərəfindən təşkil edilmiş labirint oyununda iştirak edib şənlənməyə, hədiyyələr qazanmağa və Bakcell şirkətinin bu maraqlı loyallıq proqramı barədə məlumatlanmağa dəvət olunacaqlar.

Bu il “Bakcell” stendində həmçinin “Wi-Fi Evinizdə” sahəsi də mövcud olacaq ki, orada qonaqlar rahat ev şəraitində “Virtuall Realliq” proqramında futbol oynamaq, mini qonaq otağında dincəlmək və ölkənin ən sürətli mobil internetdən istifadə etmək imkanına malik olacaqlar.

Mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etmək üçün “Bakcell” şirkəti “Bakutel 2018” sərgisinin bütün ziyarətçilərini öz sərgi stendinə dəvət edir.

15 May 2025 Mayın 17-dən bu yol tam bağlanacaq
15 May 2025 Talaçaydan və Damarçın çayından sel keçir
14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT

Xəbər lenti