![]() |
|
ABŞ Suriyanın şimalında müşahidə məntəqələri qurmaqla Türkiyənin narahatlığını aradan qaldırmağı deyil, öz mövqeyini gücləndirməyi hədəfləyir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Viktor Nadein-Rayevski deyib. O, Vaşinqtonun bu qərarının həmçinin qeyri-qanuni olduğunu da bəyan edib:
“ABŞ-ın Suriyadakı hərbi mövcudluğu nə beynəlxalq razılaşmaya, nə də Suriya hökuməti ilə razılaşmaya uyğun gəlir. Belə ki, burada əsas məqsəd ABŞ-ın mövcudluğunu gücləndirməkdir”.
Ekspert vurğulayıb ki, ABŞ hərbi və siyasi elitaları arasında ciddi ziddiyət var:
“Suriya kürdləri ilə əməkdaşlıq amerikalıların mənafeyinə xidmət edir. ABŞ kürdlərin potensialından istifadə etmək niyyətindədir. Vaşinqton İŞİD-i tamamən məhv etmək istəməyə də bilər. Əksinə, İŞİD-dən Əsəd qarşı istifadə etmək planlaşdırılır”.
Rayevski onu da əlavə edib ki, Türkiyənin Suriyada izlədiyi siyasət ABŞ-ın maraqlarına uyğun deyil:
“Bəli, ABŞ Türkiyəyə müttəfiq deyir. Lakin regional mənafe baxımından Türkiyə ABŞ-ın qarşısında əsas maneədir”.
Qeyd edək ki, Pentaqon bir müddət əvvəl Türkiyənin narahatlığından dolayı Suriyanın şimalında müşahidə məntəqələri yaradılacağını açıqlamışdı.
Artıq 4 gündür Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri müvəqqəti olaraq dəyişdirilib. Mərkəz Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında təşkil edilir.
Axar.az xəbər verir ki, bu məqsədlə sözügedən əraziyə ayrı-ayrı marşrut xətlərinin dayanacaqlarını bir-birindən ayıran beton arakəsmələr yerləşdirilib. Həmçinin ərazidə gün ərzində yüzlərlə avtobus və fasiləsiz olaraq sərnişin axını olur. Ümumilikdə Koroğlu NMM-də 32 müntəzəm marşrut xətti üzrə 500-ə yaxın avtobus fəaliyyət göstərir.
Sözügedən ərazi bu günə qədər Milli Gimnastika Arenasının dayanacaq məntəqəsi kimi istifadə edildiyindən demək olar ki, adətən boş olub.
Metrostansiyasının çıxışı olan sözügedən ərazinin birdən-birə bu qədər yüklənməsi narahatlığa səbəb olub.
Məsələ ilə bağlı Axar.az-ın sualını cavablandıran Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, heç bir təhlükədən söz gedə bilməz:
“Nəqliyyat Mübadilə Mərkəzi müvəqqəti əraziyə köçürülərkən təbii olaraq müvafiq qurumlarla müəyyən məsləhətləşmələr aparılıb. Hazırda Nəqliyyat Mübadilə Mərkəzi kimi fəaliyyət göstərən ərazi onsuz da avtomobil dayanacağıdır. Təhlükəli hal olsaydı, mərkəz ora köçürülməzdi”.
Qeyd edək ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi 23 noyabr tarixindən etibarən təmirə başlanıb. Bu səbəbdən mərkəz müvəqqəti olaraq yolun qarşı tərəfindəki əraziyə köçürülüb.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, noyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 27-si gündüzdən 29-u gündüzədək Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda noyabrın 27-si gündüzdən 29-u gündüzədək cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində keçirilən reyd zamanı rayonun Xaçmaz kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexdə 19,34 kub.m həcmində fıstıq və ağcaqayın cinsli meşə materialı aşkar edilib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, faktla bağlı sexin sahibi Qəbələ rayon sakini İlkin Mirzəyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 2643,6 manat məbləğində ziyan tətbiq olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Baş Prokurorluğa göndərilib.
1667-ci ilin bu günündə Azərbaycanın Şamaxı rayonunda baş vermiş dəhşətli zəlzələdən 351 il ötür.
Report xəbər verir ki, yeraltı təkanların törətdiyi dağıntılar nəticəsində 80 min insan həyatını itirib.
Zəlzələ Rixter cədvəli ilə 6,9 maqnituda gücündə qeydə alınıb.
Həmin zaman Şamaxı şəhərinin üçdə bir hissəsi dağılıb.