Xalq bütövlükdə Qarabağ probleminin həllini istəməsə, bunun üçün mübarizə aparmasa, fədakarlıq etməsə, Qarabağ bizdən daha çox fədakarlıq etməyi sübut etmiş ermənilərin əlində qalacaq.

Bu reallığı qəbul etməliyik.

Bu sözləri Axar.az-a Azərbaycanın KTMT-yə müşahidəçi və tərəfdaş ölkə kimi qoşulmasına dair müzakirələrə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, torpaqları xilasetmə prosesinə hamılıqla hazırlaşılmalıdır:

“KTMT-yə daxil olan ölkələr, ümumiyyətlə, bu format formal xarakter daşıyır. Burada təmsil olunub-olunmamaq kimisə bir dövlət olaraq zəmanət altında saxlamır. Çünki Rusiyanın siyasəti bu qurumun məsləhəti ilə formalaşmır. Rusiya Qafqazda da bu formatdan - ölkənin müəyyən hərbi imkanlarından istifadə edərək, digər ölkələri nüfuzu altında saxlamaq siyasətindən istifadə edir. Ona görə də Qarabağ probleminin həllində də bu yanaşmanı diqqətə almalıyıq. Amma bütövlükdə xalq bu problemin həllində iştirak etməlidir. Yəni hər kəs öz imkanları daxilində bunu edə bilər: istər hərbçı kimi, istər sadə vətəndaş. Bu problemin həllində hər kəsin üzərinə yük düşür. Gələcəkdə orda yaşayacaq insanlar icma olaraq bu prosesə hazırlaşmalıdır. Təəssüf ki, bütövlükdə buna cəmiyyətimizin hazırlaşdığı görünmür. Doğrudur, cəsur hərbçilərimiz, aktiv vətəndaşlarımız var. Amma bu, çoxluğu təşkil etmir”.

Millət vəkili bu problemin həllinə Rusiyanın imkan vermədiyi ilə bağlı məsələyə də münasibət bildirib:

“Rusiyanın imkan verib-verməməsi bizim üçün önəmli deyil. Bizim üçün önəmli məsələ dünyada siyasət anlayışının dəyişməsidir. Beynəlxalq hüququn prinsiplərinin müəyyən dərəcədə təmin olunmasıdır. Beynəlxalq ağsaqqallar sistemi hüquqa dayalı fəaliyyət göstərməlidir. İndi isə dünyada daha çox “kabadayı”lar sistemidir. Hansı dövlətin əlində nüvə silahı, güc varsa, o, istədiyini etməyə çalışır. Amma ağsaqqallıq missiyasını götürən güc yoxdur. Bu baxımdan da biz hələ ki, bu mühitdə dövləti qorumaq haqqında daha çox düşünməliyik. Çünki bizim mövcud olan dövlətimiz ayaqda qalmalıdır ki, gələcəkdə özümüzdə Qarabağı qaytarmaq ümidini saxlayaq. Bu baxımdan da hansısa təşkilata, quruma daxil olub-olmamaq praktiki məsələdir. Bizim KTMT-dən çıxmağımızdan artıq 20 ilə yaxın vaxt keçib. 20 ildə çox dəyişikliklər baş verib. Məsələn, Ukrayna işğal olundu. Təsəvvür edin, bunu 10-15 il öncə kimsə desəydi, inandırıcı görünməzdi. Yəni reallıqlar dəyişib. Praktiki addımlar atmağı nəzərdə tuta bilərik, amma problemin həlli bu addımlardan asılı deyil, bütövlükdə xalqın istəyindən asılıdır”.

15 May 2025 ADY sərnişin daşımada sürətlə irəliləyir – İlk 4 ayda 3 milyonadək sərnişin!
15 May 2025 Sən də gələcəyin şəhər nəqliyyatını formalaşdıran komandanın bir parçası ol!
15 May 2025 Mayın 17-dən bu yol tam bağlanacaq
15 May 2025 Talaçaydan və Damarçın çayından sel keçir
14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

Xəbər lenti