![]() |
|
Bakıda bəzi ərazilərdə söküntü işləri aparılacaq. Bəzi fərdi evlər söküləcək, ətrafda təmizlik işləri görüləcək, əvəzində parklar salınacaq və hündür mərətəbəli binalar inşa olunacaq.
BAKU.WS məlumatına görə, söküntü və inşaat işlərinə Bakıda keçiriləcək COP29 tədbirindən sonra start veriləcək. Bu müddət dekabr ayına və ya növbəti ilin yanvar ayından sonrakı müddəti əhatə edəcək.
Belə ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) fərdi yaşayış evlərinin və obyektlərin söküntüsü davam edəcək. Ərazidə söküntü işlər başa çatdıqdan sonra park salınacaq. Bu, Sevirəm parkının davamı olacaq və parkın ərazisi xeyli genişlənəcək. Məlum sökünütü işlərini aparmaq üçün evə obyekt sahiblərinə 2-3 min manat arası kompensasiya təklif edilib.
Digər söküntü olacaq ərazi isə Bakının Yasamal rayonudur. Bu ərazidə də sakinlərə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq. Söhbət "Təzəpir" məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir. 150 nömrəli məktəbin aşağı hissəsindən Baş Prokurorluğun binasının arxa hissəni kimi ərazidə yerləşən fərdi evlər söküləcək. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq. Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.
Digər söküntü işləri isə Nəsimi rayonunda "Kubinka" adlanan ərazidəki fərdi evlərdən gedir. Həmin ərazidə bütün sakinlərlə razılıq əldə olunub və müqavilələr bağlanıb. 10-a yaxın sakin ilə isə hələlik danışıqlarda razılıq əldə olunmayıb. Sakinlərdən birinə 13 kvadrat evi üçün 130 min manat kompensasiya təklif edlsə də evindən çıxmaqdan imtina edib. Bu sakinlərlə də razılıq əldə olunduqdan sonra kompensasiya və ya yeni tikiləcək hündür mərtəbəli binalarda evlər təklif olunacaq.
Azərbaycanda noyabrın 2-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 12-17° isti olacaq.
Azərbaycan Dəmir Yolları QSC (ADY) nəzdində işçilərin peşəkar inkişafı və bilik səviyyəsinin artırılması məqsədilə müasir kitabxana istifadəyə verilib. Yol-xeber.az" xəbər verir ki, Bu kitabxana dəmir yollarının tarixi, mühəndislik, texnologiyalar, psixologiya, incəsənət, lüğətlər, ensiklopediyalar və klassik Azərbaycan ədəbiyyatının inciləri daxil olmaqla geniş kitab kolleksiyası ilə zəngin məlumat mənbəyidir. Kitabxanada Azərbaycan, rus, ingilis və türk dillərində ümumilikdə 4 mindən çox kitab var.
Yeni kitabxana ADY-də yalnız bilik əldə etmək deyil, həm də qiraət və bilikləri paylaşmaq mədəniyyətini təşviq edir. Bu məkan tarixin müxtəlif dövrlərinə aid qiymətli materiallarla əməkdaşların peşəkar və şəxsi inkişafına töhfə vermək məqsədini daşıyır.
Qeyd edək ki, əməkdaşlar üçün kitabxanaya kitab hədiyyə edərək bu bilik mənbəyinə töhfə vermək imkanı da yaradılıb. Beləliklə, hər kəs öz ianəsi ilə kitabxananın kolleksiyasını daha da zənginləşdirərək komanda ruhunun yüksəldilməsini fərqli formada dəstəkləyə bilər. ADY kollektivinin şəxsi və peşəkar inkişafını dəstəkləyən bu kitabxana bilikləri dərinləşdirmək, yeni baxış tərzləri formalaşdırmaq və yaradıcı ideyaların ortaya çıxmasına ilham vermək üçün əvəzsiz bir resursdur.
Bu ay Azərbaycanda 6 gün ardıcıl qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq gələn həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün - 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.
Bakı-Sumqayıt yolunda yaranan tıxaclar həm sürücüləri, həm də sərnişinləri ciddi narahat edən məsələlərdəndir.
Ölkə.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, gündəlik iş və təhsil gediş-gəlişini əhəmiyyətli dərəcədə çətinləşdirən bu vəziyyət sürücülər arasında gərginlik yaradır, həmçinin vaxt itkisinə səbəb olur.
Xüsusilə səhər və axşam saatlarında yolda sıxlıq artaraq hərəkətin ləngiməsinə gətirib çıxarır. Bu vəziyyətdə sürücülər yol infrastrukturunun və hərəkət idarəçiliyinin təkmilləşdirilməsinə ehtiyac olduğunu düşünür, çünki onların əsas narahatlıqları arasında yolun dar olması, alternativ yollara çıxışın məhdudluğu və yol qəzalarının səbəb olduğu əlavə gecikmələr var.
Mövcud problemlə bağlı nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, məsələyə Bakı-Sumqayıt yolu kimi deyil, mobillik kimi baxmaq lazımdır:
"Sumqayıt və Xırdalandan Bakı istiqamətinə gedənlər hansı növlərlə səfər edə bilir. Bakının Baş Planında bununla bağlı nəyin nəzərdə tutulması əsas götürülməlidir. Bizim mövcud dəmiryolu şəbəkəmiz var. Fikrimcə bu sahədə qatar və stansiya sayı arıtırlmalıdır ki, yerüstü metro funksiyası daşıya bilsin. Bu məsələdə dəmiryolu əsas yükü götürməlidir.
Artıq mövcud yolda avtobus zolaqları da təşkil olunub. Bu da "Avtovağzal" metrostansiyası ilə əlaqələnir. Baş Planda nəzərdə tutulduğu kimi Bənövşəyi xətt şəhər mərkəzinə - Dəniz vağzalı və Ağ şəhərə kimi gəlib çıxmalıdır. Lakin Bənövşəyi xəttin intervalı 7 dəqiqə deyil, 2 dəqiqə olmalıdır.
Burada metronun yaşıl xəttini də nəzərə almaq lazımdır. "Koroğlu", "Dərnəgül" və "Xətai"-"Həzi Aslanov" xətləri, eyni zamanda "Dərnəgül" deposunun tikilməsi olduqca vacibdir. Çünki qatar "Dərnəgül"dən həm "Elmlər Akademiyası" istiqamətinə, həm də "Koroğlu" istiqamətinə sərnişin aparır. Əgər bənövşəyi xətt "Xətai" metrostansiyasına qədər uzanarsa, "Xətai"dən "Həzi Aslanov" istiqamətinə və "Həzi Aslanov"dan üzü Sumqayıt istiqamətinə səfər etmək imkanı yaranacaq.
Belə imkanlar yarandığı tədirdə sərnişin axını parçalanır və şəhər nəqliyyatı tam fərqli cür inkişaf edir. Bu iki element - həm dəmiryolu, həm də metro bibaşa insanların səfərlərinə təsir edəcək".
Ekspert əlavə edib ki, "Avtovağzal" metrostansiyası ərazisində "Park in Drive" (Park et, səfərini ictimai nəqliyyatla davam et) təşkil olunmalıdır: "Bu, şəhər daxilinə gedən avtomobillərə təsir edəcək. Bununla yanaşı Baş Planın özündə Bakı ətrafında avtomobil yollarının tikintisi nəzərdə tutulub. Həmin yol Azadlıq prospektindən şimal istiqamətinə Masazır gölünün yanı ilə Sumqayıta çıxışı ehtiva edir.
Eyni zamanda şəhərin yarımdairəvi yollarının tamamlanması da nəzərdə tutulub ki, bu da nəqliyyat axınının parçalanması, fərqli nöqtələrdən giriş imkanının yaranmasına gətirib çıxaracaq. Ümumi olaraq daha çox sərnişin daşıyan nəqliyyat növlərinin inkişafı bu məsələni köklü həll edə bilər. Bu gün investisiyanın artırılmasına ehtiyac var. Baş Plan baxışdır, lakin onun icraasını təmin edən vəsaitdir. Bu gün həmin vəsaitin ayrılmasına gərək var və bu işlərə nə qədər tez başlanılarsa, nəticələri bir o qədər tez görə biləcəyik".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən BAKU.WS-ə qeyd dilib ki, avtobusla sərnişindaşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir: "Sərnişindaşımalarının böyük hissəsi məhz avtobuslarla həyata keçirilir. Avtobuslar üçün xüsusi zolaq ayırsaq, yolun buraxılış qabiliyyəti dəfələrlə artır.
İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Beləliklə, avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Eyni zamanda, avtobus üstünlüyünün təmin edilməsi küçənin daşınan əhali sayına görə buraxılış qabiliyyətini artırır. Xüsusi avtobus zolağı daha çox sərnişinin danışmasına imkan yaradır.
Hazırda Bakı və Abşeron rayonunun 31 küçə və prospektlərində 90 km-ə yaxın avtobus zolağı təşkil edilib. Bu işlər Bakı-Sumqayıt şosesində də həyata keçirilib.
Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.
AYNA tərəfindən aparılan son təhlillər onu göstərir ki, Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 15 dəqiqə qısalıb".
Bakıda və Abşeron yarımadasında noyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.
COP29-la əlaqədar paytaxt daxili yolların bir çoxuna giriş-çıxış məhdudiyyətləri tətbiq olunacaq. Digər tərəfdən, Bakının bir sıra küçə və prospektlərində tədbirlə bağlı marşurt xətləri hazırlanıb. Hazırda bir çox vətəndaşlar rayonlardan Bakıya gəliş-gedişin mümkün olub-olmayacağı ilə bağlı tərəddüd edir.
Bir çoxlarına görə, tədbir ərzində paytaxt ərazisinə giriş qadağan edilə bilər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, hələlik bu mövzuda hansısa qadağa və yaxud məhdudiyyət nəzərdə tutulmayıb:
“Ümumiyyətlə, COP29-la bağlı nəqliyyatın hərəkəti və tənzimlənməsi ilə bağlı nəzərdə tutulan müəyyən normalar var. Bunlar artıq cəmiyyətə bəyan edilib. Bəyan olunan normalar içərisində rayondan gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olması ilə bağlı konkret qadağalar hələlik qüvvəyə minməyib. Bu barədə müəyyən tövsiyələr ola bilər. Yəni təcili işləri olmayan insanlar Bakı şəhərinə COP29-dan sonra gəlsələr, daha yaxşı olar. Mən düşünürəm ki, giriş-çıxış üçün hansısa qadağa tətbiq olunmayacaq”.
Ekspert qeyd edib ki, COP29-la bağlı məhdudiyyətlər daha çox paytaxt daxili bəzi prospekt və yollara aiddir:
“Amma bir məsələ var ki, Bakının bir sıra prospektlərinə giriş-çıxış məhdudiyyəti var. Bildiyiniz kimi, COP29-un marşrut xətləri ilə bağlı artıq yollar ayrılıb. Bu zolaqlara giriş-çıxış qadağandır. Çox tövsiyə olunandır ki, tədbir dövründə vətəndaşlar daha çox Bakı şəhərindən kənarda istirahətə üstünlük versinlər. Vətəndaşlarımız bilavasitə bu kimi addımlarla COP29-un daha yaxşı keçirilməsinə öz töhfələrini vermiş olacaqlar”.
Bu gecə saat 00:00-dan etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına girmək qadağası qüvvəyə minir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.
Bildirilib ki, həmin zolaqların hər birində 5.9, yəni "Marşrut nəqliyyat vasitələri üçün zolaq" yol nişanları quraşdırılıb.
Həmin küçə və prospektlər bunlardır:
Xocalı prospekti, Şah İsmayıl Xətai prospekti, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Abdulla Şaiq, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Zuğulba yolu və Zığ şosesi.
Azadlıq prospekti, Bülbül prospekti, Neftçilər prospekti, Heydər Əliyev prospekti, Parlament prospekti, Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyov, Bakıxanov, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Teymur Elçin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Həsən Əliyev, Salyan şosesi və Hava limanı şosesi.
COP29 bitəndən sonra həmin zolaqlar ləğv olunacaq?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, COP29 tədbirindən sonra heç bir avtobus, velosiped və digər xüsusi zolaqlar ləğv olunmayacaq.
"Zolaqlara çəkilən COP29 loqoları tədbirdən sonra silinəcək və zolaqlar nəqliyyat vasitələrinin hərəkət zolağı kimi fəaliyyət göstərəcək", - deyə məlumatda bildirilib.
COP29-un keçirildiyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağalar olacaq?
COP29 Nəqliyyat Departamentinin rəsmi məlumatına görə, tədbirin keçiriləcəyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmayıb. Yalnız noyabrın 11-12-13-də Liderlər Sammitinin keçiriləcəyi dövrdə dövlət və hökumət başçılarının daşıyan kortejlərin keçəcəyi yollarda alternativlər müəyyən olunub.
Həmin günlərdə nəqliyyatın tənzimlənəcəyi planlaşdırılan istiqamətlər Neftçilər prospekti, Yusif Səfərov, Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi və digər yollar daxildir.
Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Şamaxı rayon “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Nazim Eynallıdır.
Şamaxı rayon “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Nazim Eynallı qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nazim Eynallının diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Nazim Eynallı səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Şamaxı rayon “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Nazim Eynallı Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Nazim Eynallı - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Nazim Eynallı insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Nazim Eynallı bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Vətənpərvər ziyalımız Nazim Eynallı Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.
Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Nazim Eynallıda məhz bu amalda olan insanlardandır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Şamaxı rayon “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Nazim Eynallı olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.