![]() |
|
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) noyabrın 18-dən başlayaraq bir sıra marşrutların fəaliyyətini bərpa edir.
AYNA xəbər verir ki, 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemləri bərpa ediləcək.
Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi həyata keçiriləcək.
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.
Axar.az xəbər verir ki, 2024-cü ilin 12 və 13 noyabr iş günləri, müvafiq olaraq 16 və 23 noyabr tarixləri ilə əvəz edilib.
Bu dəyişiklik iş və istirahət günlərinin ardıcıllığının qorunması məqsədini güdür. 9 noyabr qeyri-iş günü olduğu üçün, həmin günə uyğun olaraq 11 noyabr da qeyri-iş günü kimi müəyyən edilib.
Bu dəyişikliklə 8, 9, 10, 11, 12 və 13 noyabr tarixləri ardıcıl qeyri-iş günləri olur. Nəticədə bu şənbə 16 noyabr və növbəti şənbə 23 noyabr iş günü hesab edilir.
"Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə yaradılmış müvafiq Komissiya fəaliyyətə başlayıb".
Bunu APA-ya açıqlamasında Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, Bakı şəhərində 1100 qəza vəziyyətində olan bina var: "Ardıcıllıqla bu binalar sökülür. Vətəndaşlara yeni evlər təklif olunur. Hər halda bu proses göz qabağındadır. Bir anda 1100 evi söküb onun əvəzində yeni bina tikmək mümkün deyil. Proses çərçivəsində bu məsələlər öz həllini tapacaq və tapılır. Bakı şəhərinin yeni Baş Planı təsdiq edilib. Aparılan söküntü işləri də bu Baş Planla əlaqədardır. Hardasa yeni binalar tikilməsi nəzərdə tutulub, hardasa, park nəzərdə tutulub. Baş Plan əsas strategiyadır. Baş Plan daim inkişafdadır, əsas kimi qəbul edilib. Baş plan əsasında bu gün yeni parklar salınır, söküntülər aparılır. Bu dəfə Bakının Baş Planı çoxmərkəzlik prinsipi əsasında yaradılıb və bu gün biz bunu icra edirik".
“Düşünürəm ki, istiqamətimiz yeni ixtisaslarla yanaşı, mövcud ixtisasların məzmununa bu yaşıl komponentin gətirilməsi olmalıdır”.
“Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, COP29 kimi böyük, mötəbər tədbirin qısa zaman ərzində uğurla təşkili təqdirəlayiqdir: “Gözləntilərdə xüsusilə, ətraf mühit və maliyyələşmə əsas mövzulardır. COP29 çərçivəsində tədbirlərdən biri iqlim savadlılığının qiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü müzakirə olunacaq. PISA 2029 beynəlxalq qiymətləndirməsində ətraf mühit savadlılığının qiymətləndirilməsi müxtəlif ölkələrin bu təşəbbüsə qoşulması ilə müşayiət olunacaq. Eyni zamanda universitetlərin dayanıqlı inkişafı ilə bağlı böyük bir tədbir bizi gözləyir”.
Nazir vurğulayıb ki, COP29 tədbirlərdən sonra yəqin ki, yaşıl təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı məktəb və universitetlərdə iş daha da sürətlənəcək: “Çünki PISA 2029-da ərtaf mühitlə bağlı qiymətləndirmə həyata keçirilərsə, bir çox ölkələr artıq öz işinin nəticəsini ölçəcəklər. Burada müəyyən müzakirələr var, amma hələ ki, ölçülməyə əsaslanmış dəlil yoxdur. İnanırıq ki, Azərbaycanın bu təşəbbüsü dəstəklənəcək və növbəti illərdə həm Azərbaycanda, həm də digər ölkələrdə yaşıl təhsillə bağlı daha çox iş görüləcək. Yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir. Yaşıl bacarıqlar bütün ixtisasların daxilində iqlim dəyişikliklərinin ətraf mühit çirklənmələrinin qarşısını almaq üçün səriştələrin formalaşdırılması kimi başa düşülməlidir”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev veteranlara verilən 80 manat aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, sosial paket müzakirədədir.
“Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək”, - deyə S. Babayev əlavə edib.
“Bu dəfə bu yağışla biz zəif yerlərimizi gördük”.
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
O qeyd edib ki, kanalizasiya, su təchizat sistemi İri Şəhərlərin Birləşmiş Su Təzhizatı Xidmətinin balansındadır: “Bunun yaxşı təşkili ilk növbədə onların vəzifələridir. Tunellər isə “Azərtikinti”nin balansındadır. Amma buna baxmayaraq, BŞİH burada azı koordinator kimi çıxış edir.
Biz özümüzü bu məsuliyyətdən kənarlaşdırmırıq, bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrar olunmasın. Artıq prokurorluqda iş açılıb.
Hadisə baş verən tunel (2 nəfərin öldüyü “Sabunçu” tuneli - red.) “Azərbaycan Dəmir Yolları”nın balansında olan tuneldir. Orada prokurorluq tərəfindən araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək”.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən növbəti ildə həyata keçiriləcək yeni sosial paket çərçivəsində minimum əməkhaqqı və pensiyalar artırılacaq.
Report xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Bununla bağlı təkliflər hazırlanıb. Müvafiq dövlət büdcəsində nəzərə alınıb. Dövlət büdcəsinin yekununda sonra elan ediləcək”, – nazir vurğulayıb.
Xatırladaq ki, daha əvvəl S. Babayev məşğulluğun qarşısında duran ən böyük çağırışlardan danışmışdı.
Bu gün Bakı bulvarında görünən nəhəng varlıq Bulvara belə gətirlib.
Nəhəng heyvan balina yox, maket imiş.
Videonu təqdim edirik:
Bu gündən Azərbaycanda COP29 tədbiri başlayır.
Bununla əlaqədar Bakıda nəqliyyatın hərəkətinin optimal təşkili üçün bir sıra küçə və prospektlərdə istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub.
Bölgələrdən gələn avtomobillər aşağıdakı şəkildə yönləndirilir:
- Şıxov istiqamətində, yəni, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunan nəzarət postundan Bakı kənar dairəvi yolu istiqamətinə yönəldiləcək, oradan Badamdar və ya Yasamal, “Şamaxinka” istiqamətinə gedə biləcəklər;
- Şamaxı-İsmayıllı istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Müşfiqabad-Xocahəsən yolunda təşkil olunacaq postlarda nisbətən azaldılmaqla “Şamaxinka”dan geriyədönmə və Ziya Bünyadov prospektinə fasilələrlə buraxılacaq;
- Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyatın hərəkəti Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq, fasilələrlə buraxılacaq;
- Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq;
Qeyd edək ki, COP29 zamanı Bakıda nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtın əsas küçələrində və prospektlərində tətbiq edilən nəqliyyat məhdudiyyətləri səbəbindən sərnişinlərə Heydər Əliyev Beynəlxalq Aeroportuna vaxtında və rahat çatmaq üçün alternativ marşrutlardan və ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.
Bu barədə hava limanının açıqlamasında bildirilir.
Məlumata görə, şəhər mərkəzindən hava limanına gələn sürücülər Zığ şosesi ilə hərəkət edə, Bilgəh və Maştağa istiqamətindən gələnlər isə Mərdəkan və Şüvəlan vasitəsilə Zığ şosesinə çıxa bilərlər.
COP29 müddətində sərnişinlərin Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çatması məqsədilə H1 və H2 ekspress avtobusları fasiləsiz fəaliyyət göstərəcək. H1 avtobusu “28 May” m/s-dan 10 dəqiqəlik hərəkət intervalı ilə, H2 isə “Əhmədli” m/s-dan hər 15 dəqiqədən bir yola düşür. Qeyd edək ki, 14 noyabra qədər bu ictimai nəqliyyat vasitələrində gediş haqqı ödənişsizdir.
Sərnişinlərə mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları tövsiyə olunur.
Bakı hava limanının qarşısındakı dayanacaq zonası noyabrın 14-nə qədər xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrıldığından burada şəxsi avtomobillərin park edilməsinə icazə verilmir. Yalnız sərnişinlərin mindirilməsi və düşürdülməsi mümkündür. Həmçinin, Terminal 1 və Terminal 2-yə yalnız aviabileti olan sərnişinlər daxil ola bilərlər. Yola salan və qarşılayan şəxslərdən hava limanına gəlməmələri xahiş olunur/