![]() |
|
Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür.
Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.
Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.
Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.
Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.
Cənubi Qafqazın gələcək taleyi ilə bağlı həlledici proseslər artıq intensiv xarakter almağa başlayıb. Bu proseslərin hansı istiqamətlər alacağı, neçə nəticələnəcəyi hələlik qeyri-müəyyən hesab oluna bilər. Çünki bu geopolitik proseslərin yekun nəticələri Cənubi Qafqaz dövlətlərinin xarici siyasət prioritetlərindən və bu ölkələrin daxili siyasət məkanlarında baş verən hadisələrdən də asılıdır. Və bu baxımdan, regiona kənar müdaxilənin intensivliyi də böyük önəm daşıyır.
Onu da qeyd etmək lazımdır ki, hazırda Gürcüstan növbəti parlament seçkilərinə hazırlaşır. Bu seçkilər həm Gürcüstan, həm də ümumiyyətlə, bütün region üçün böyük əhəmiyyət daşıyır. Cənubi Qafqazda geopolitik situasiyanın yaxın gələcək üçün məzmun və keyfiyyətinə Gürcüstanda hakimiyyət dəyişikliyinin olub-olmayacağı birbaşa təsir göstərə bilər. Və bu baxımdan hesab etmək olar ki, Cənubi Qafqaz Gürcüstanda "geopolitik tunel"dən keçmək üzrədir.
Ermənistana gəldikdə isə rəsmi İrəvan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma siyasətinə məcbur buraxılıb. ABŞ və Qərb Ermənistanı özünün geopolitik müstəmləkəsinə çevirməyə nail olub. İndi rəsmi İrəvan Qərbdən gələn bütün təlimatları icra etmək məcburiyyətindədir. ABŞ və Qərbin Ermənistana verdiyi vədlər yerinə yetirilməsə də, rəsmi İrəvanın mövcud xarici siyasi kursdan geriyə dönüş şansları o qədər də ümidverici deyil. Və bu səbəbdən də, rəsmi İrəvan müxtəlif bəhanələr ilə Qərbin dəstəyinə bağlı manevrlər etməklə, indiki qəliz situasiyadan çıxış yolları axtarır.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti noyabrda Bakıda keçiriləcək COP29 sammitindən Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etməyə can atır. Belə ki, rəsmi İrəvan ABŞ və Qərbin dəstəyi ilə Azərbaycanın bu sammit ərəfəsində Ermənistanla "yarımçıq sülh sazişi"nə imza atmaq məcburiyyətində buraxılmasına cəhd göstərir. ABŞ və Qərb Ermənistanın maraqları çərçivəsində Azərbaycana təzyiq göstərməyə çalışsa da, rəsmi Bakının prinsipial mövqeyi bütün məkrli planları boşa çıxarmaqdadlr.
Maraqlıdır ki, rəsmi İrəvan hələ də "yarımçıq sülh ümidləri"nə bağlı qalmaqda israrlı mövqe tutur. Ermənistan baş naziri Nikol Paşinyan BRİCS toplantısında bildirib ki, Bakıda keçiriləcək COP29 sammiti iki ölkə arasında sülh prosesini müzakirə etmək üçün önəmli bir fürsətdir: "COP29 diqqətimizi regionda mövcud olan problemlərə, Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə, regional sabitliyə və inkişafa cəmləmək üçün yaxşı fürsətdir".
Göründüyü kimi, erməni baş nazir COP29 sammitini sabotaj və manipulyasiya etməyə cəhd edir. Belə ki, bu sammitin Cənubi Qafqazdakı sülh prosesi ilə heç bir birbaşa əlaqəsi mövcud deyil. Üstəlik, COP29 sammiti Cənubi Qafqazın problemlərini müzakirə etmək üçün keçirilmir və tamamilə fərqli, daha qlobal gündəliyə malikdir. Rəsmi İrəvan isə ABŞ və Qərbin dəstəyi ilə Ermənistanın maraqlarına uyğun "süni gündəliyi" COP29 sammitinə qəbul etdirmək niyyəti güdür. Və bu, ənənəvi erməni fürsətcilliyindən başqa bir şey deyil.
Ancaq rəsmi Bakının həm ABŞ və Qərbə, həm də Ermənistana COP29 sammitini süni gündəlik ilə yükləməyə imkan verəcəyi qətiyyən inandırıcı görünmür. Çünki Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarının tamamilə fərqli şərtləri mövcuddur. Bu prosesin uğurla nəticələnib, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün ilk növbədə həmin geopolitik şərtlərin yerinə yetirilməsi qaçılmazdır. Və rəsmi Bakı COP29 sammitinə görə yekun sülh sazişinin imzalanması üçün qaçılmaz olan həmin şərtlərin heç birisindən vaz keçmək niyyətində deyil.
Əksinə, rəsmi Bakı Azərbaycan və Ermənistan arasında olan bütün problemləri kənar müdaxiləyə imkan vermədən, birbaşa ikitərəfli müzakirə formatında nizamlamaq niyyətindədir. Üstəlik, rəsmi Bakı Azərbaycanın və ümumiyyətlə, Cənubi Qafqazın gələcək taleyində həlledici rol oynaya biləcək prioritetlərini reallaşdırmaq üçün yekun sülh sazişinin imzalanmasını gözləmək niyyətindən də çox-çox uzaqdır. Çünki Azərbaycanın son dövrlərdə verdiyi qərarlar rəsmi Bakının öz qarşısına qlobal hədəflər qoyduğunu göstərir.
Məsələ ondadır ki, hazırda BRİCS-ə üzvlük qərarı verməklə, beynəlxalq məkanda yalnız Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni geopolitik prioritet müəyyən edib. İndi rəsmi Bakı Azərbaycanın və ümumiyyətlə, regionun gələcək taleyi üçün multilateralizm prinsipi əsasında çoxtərəfli siyasi-diplomatik manevrlər edir. Rəsmi Bakı Azərbaycanın Qoşulmama Hərəkatında liderlik fəaliyyətində qazandığı geniş təcrübəni BRİCS təşkilatı ilə əməkdaşlıqda da istifadə etmək niyyətindədir.
Qoşulmama Hərəkatında Azərbaycanın aktiv və səmərəli fəaliyyəti hələ də davam edir. Buna əlavə olaraq, rəsmi Bakı Azərbaycanı COP29 sammitinin təşkilatçısına çevirməklə, beynəlxalq fəaliyyət sferasını daha da genişləndirməyə nail olub. İndi rəsmi Bakı dünyanın iqlim diplomatiyasının formalaşdırılmasında aparıcı mövqeyə sahibdir. Nəticədə rəsmi Bakının Qlobal Cənub və Qlobal Şimal arasında dialoq formalaşdırmaq potensialı Azərbaycana "qlobal siyasi körpü" roluna iddia etmək imkanları açır.
Göründüyü kimi, Azərbaycan son illərdə yürütdüyü qətiyyətli xarici siyasət kursunun nəticələrini artıq tədricən toplamağa başlayıb. Belə ki, rəsmi Bakı qlobal qütbləşmə prosesinin intensiv xarakter aldığı bir şəraitdə bütün tərəflər ilə birbaşa və qarşılıqlı faydalı əməkdaşlıq imkanları qazanmaqdadır. Bu kontekstdə Azərbaycan Qərb ölkələri ilə yanaşı, BRİCS-ə daxil olan dövlətlərlə də dialoq imkanlarına malikdir və bu önəmli beynəlxalq platformanın nüfuzlu təmsilçiləri ilə əməkdaşlığa başlayıb.
Təbii ki, bütün bunlar Azərbaycanın çoxşaxəli xarici siyasət potensialını birmənalı şəkildə təsdiqləyir. Ən əsası isə Azərbaycan Avropa Birliyi ölkələri ilə enerji təhlükəsizliyi sahəsində geniş tərəfdaşlığa malik olmaqla yanaşı, digər qlobal qütbün maraqları üçün də cəlbedici ölkədir. BRİCS toplantısında Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın tranzit dəhlizlər baxımından, böyük əhəmiyyətə malik olduğunu vurğulaması da qətiyyən təsadüfi deyil. Və bütün bunlar onu göstərir ki, Azərbaycan çoxşaxəli xarici siyasət kursu sayəsində öz inkişaf perspektivlərini reallaşdırmaq imkanlarını genişləndirir.(musavat.com)
Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının ilk plenar iclası keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Kazanda keçirilən BRICS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Baş naziri Fam Min Tin ilə görüşüb.
Qeyri-rəsmi qısa söhbət zamanı tərəflər ikitərəfli münasibətləri və beynəlxalq məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdədir.
Prezident İlham Əliyevin bu gün Kazanda Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ayaqüstü görüşü olub.
APA xəbər verir ki, Azərbaycan və Çin liderləri söhbət ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kazanda BRICS sammiti çərçivəsində Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayevlə görüşüb.
Ayaqüstü söhbət zamanı tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdədir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasında törədilən terror aktı ilə bağlı başsağlığı verib.
Başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.
Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, terror aktı nəticəsində dörd nəfər ölüb, 14 nəfər yaralanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.
Bu barədə "Report"un Kazana ezam olunmuş əməkdaşı xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib.
"Report"un Kazana ezam olunan müxbirinin məlumatına görə, Azərbaycan Prezidentinin təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.
Kazan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşıladı.