![]() |
|
2018-ci il Azərbaycan-Türkiyə münasibətləri üçün önəmli il oldu.
Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral deyib.
Səfir qeyd edib ki, bu il TANAP, "Star" layihələri reallaşdırıldı, hər iki dövlət başçısının iştirakı ilə Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş böyük parad keçirildi:
"2018-ci il iki ölkə münasibətləri baxımından unudulmayacaq bir il oldu. Ümid edirəm ki, 2019-cu il daha uğurlu keçəcək".
Hərbi vəziyyətin bitməsi və ya uzadılmasından asılı olmayaraq, Rusiya ilə Ukrayna arasında mövqe toqquşmaları davam edəcək.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
“Ukrayna 1 ay əvvəl Rusiyanın Azov dənizində yeni təxribatlar törədəcəyindən və Donbasda toqquşmaları genişləndirəcəyindən ehtiyat edərək ölkədə hərbi vəziyyət elan etmək məcburiyyətində qalmışdı. Rusiyanın Ukraynaya məxsus gəmilərin heyətini hələ də həbsdə saxlaması rəsmi Kiyevin haqlı qərar verdiyini ortaya qoydu. Bu mənada Ukraynaya təhdidlər hələ də qalmaqdadır, çünki Rusiya ilə münasibətlərdə gərginlik davam edir. Rusiya ilə Ukrayna arasında mövqe toqquşmaları davam edəcək”, - siyasi şərhçi bildirib.
E.Şahinoğlu qeyd edib ki, Rusiya Ukrayna ilə müharibəyə başlamaq niyyətində deyil:
“Çünki Rusiya anlayır ki, Ukrayna ilə müharibə Rusiyaya qarşı növbəti sanksiya dalğasına yol aça bilər. Buna görə də hər iki tərəf Azov olayından sonra müəyyən qədər soyuqqanlı davranmağa və geri addım atmağa çalışır”.
Politoloq onu da əlavə edib ki, Ukrayna müxalifəti hərbi vəziyyətin daha bir neçə ay uzadılmasının əleyhinədir:
“Çünki hərbi vəziyyətin uzadılması birbaşa seçkilərin təxirə salınması kimi anlaşıla bilər”.
Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.
Kerç boğazında yaşanan gərginlikdən sonra 26 noyabr tarixindən etibarən Ukraynanın 10 vilayətində 30 günlük hərbi vəziyyət elan edilmişdi.
Haqqımda yazılan məlumatlar yanlış, təhrif olunmuş məlumatlardır. Mənim heç bir polis idarəsinə müraciətim olmayıb. Bunun da haradan qaynaqlandığını bilmirəm. Birmənalı olaraq söyləmk istəyirəm ki, belə bir müraciət yoxdur.
Bu sözləri Axar.az-a keçmiş millət vəkili, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanova kafedrasının bir əməkdaşının universitetin hüquqşünası Tamilla Çələbiyevanı şikayət etməsilə bağlı danışarkən bildirib.
R.Aslanova qeyd edib ki, universitetdə baş verdiyi deyilən hadisə ilə əlaqədar universitetin mətbuat xidməti də məlumat verəcək:
“Tamilla Çələbiyevanın müsahibəsi ilə əlaqədar bildirmək istəyirəm ki, onun iddia etdiyi kimi heç bir şikayət xarakterli məktub nə universitet rəhbərliyinə, nə dekanlığa, nə də kafedraya şikayət daxil olmayıb. Universitetə belə bir sənəd daxil olmuş olsaydı, rəhbərlik onu fakültə dekanına, dekan isə mənə göndərməli idi. Belə bir şikayət məktubu olmadığı üçün, bu haqda danışmaq da yersizdir.
Ancaq biz belə bir sənədin olmadığı üçün heç bir söz deyə bilmərik”.
Qeyd edək ki, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanovanın universitetin hüquqşünası Tamilla Çələbiyevadan polisə şikayət etdiyi barədə məlumat yayılmışdı. İddia edilirdi ki, universitet rəhbərliyinə müraciət etmək istəyən bir tələbənin valideynləri ilə görüşən hüquqşünasla R.Aslanova arasında narazılıq yaranıb.
Avropa ölkələrinin çoxu sevə-sevə ABŞ-ın vassalı rolunu oynayır.
Axar.az xəbər verir ki, bunu “Vzqlyad” qəzetinə açıqlamasında almaniyalı politoloq Aleksandr Rar deyib. Onun sözlərinə görə, amerikalılar Avropada özlərinin orta mənzilli raketlərini yerləşdirmək istəsə, heç bir müqavimət görməyəcəklər:
“Almaniya hakimiyyətində hələ də sosial-demokratların nümayəndələri var. Məhz onlar Avropada Amerika raketlərinin yerləşdirilməsinə qarşı çıxış edirlər. Qorxuram ki, Sosial Demokrat Partiyası tezliklə bu hökumətdən gedəcək və o zaman hər şey düşünüləndən də çətin olacaq. Almaniya XİN-in rəhbərinin açıqlaması daha çox Sosial Demokrat Partiyasının mövqeyini əks etdirir. Yəni Hayko Maasın açıqlaması Angela Merkel və alman elitasının mövqeyinə uyğun deyil. Amerikalılar istəsələr, rahatlıqla və tez bir şəkildə Yaşıllar Partiyası və Xristian Demokrat İttifaqı Partiyasında özlərinə dəstəkçi tapa biləcəklər.
80-ci illər Avropada yeni strateji raketlərin yerləşdirilməsindən söhbət gedəndə Qərb artıq Soyuq müharibədən yorulmuşdu. Avropa anlayırdı ki, bunun ilk hədəfi ABŞ-ın toxunulmaz qalması və Almaniyanı SSRİ ilə müharibənin getdiyi bölgəyə çevirmək idi. Ona görə də Almaniya o zaman sərt şəkildə raketlərin yerləşdirilməsinə qarşı çıxmışdı. Hazırda bu düşüncə, görünür, Avropada unudulub.
Yeni ABŞ raketləri Avropaya 2021-ci ildə göndəriləcək. Amerikalılar artıq açıq şəkildə özlərinin avropalı müttəfiqləri ilə vassal kimi danışırlar. Bir çox Avropa ölkəsi də sevə-sevə vassal rolunu oynamaq istəyir”.
Qeyd edək ki, Almaniya XİN rəhbəri Hayko Maas ABŞ-ın orta mənzilli raketləri Avropada yerləşdirməsinə qarşı Almaniyanın ciddi müqavimət göstərəcəyini açıqlayıb.
Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bütün mümkün addımların atılmasına tərəfdardır.
Report xəbər verir ki, bunu Dağlıq Qarabağ münaqişəsinin 2019-cu ildə həll olunması ehtimallarından danışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Biz vaxt məhdudiyyəti qoymuruq. Biz həmişə bu problemin tezliklə həll olunmasına və bu məqsədlə görülən bütün tədbirlərə tərəfdar çıxmışıq”, - deyən M.Zaxarova münaqişənin uzunmüddətli olduğundan konkret nə vaxt həllini tapacağını söyləməyin çətin olduğunu dilə gətirib.
“Lakin Rusiya tərəfindən istər həmsədr qismində, istər milli vahid, istərsə də Azərbaycan və Ermənistanla birgə tarixi keçmişi olan ölkə kimi, asılı olan nə varsa, bütün zəruri addımlar atılacaq”, - Rusiya XİN rəsmisi vurğulayıb.
FETÖ terror qruplaşmasının rəhbərliyi Türkiyə müdafiə sənayesinin məhsulları və yeniliklər barədə mütəmadi olaraq məlumat alıb.
Axar.az xəbər verir ki, bu barədə FETÖ üzvlüyündə şübhəli bilinərək həbs edilən mühəndislərin ifadələri zamanı məlum olub.
Mühəndislərin ifadələrinə əsasən, Türkiyənin müdafiə sənayesi müəssisələrində istehsal edilən yeni növ silah və texnika Fətullah Gülənin diqqət mərkəzində olub. Müdafiə sənayesi sahəsilə xüsusilə maraqlanan FETÖ-nun diqqətini daha çox çəkən isə CİRİT raketləri olub. Türk ordusunun antiterror əməliyyatları çərçivəsində tez-tez istifadə etdiyi CİRİT raketləri barədə Fətullah Gülən şəxsən məlumat istəyib.
Rusiya Prezidenti Vladimir Putin Davos Ümumdünya Ticarət Forumunda iştirak edə bilər.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putinin beynəlxalq vəziyyətlə bağlı qrafiki çox gərgindir.
O, hələlik bununla bağlı yekun qərarın qəbul edilmədiyini bildirib.
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Axar.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verdi.
Bildirildi ki, bu istirahət parkı müasir səviyyədə yenidən qurulub. Ümumilikdə, 1,7 hektar ərazidə abadlıq işləri aparılıb, 9 min kvadratmetr sahədə yaşıllıq salınıb. Parkda suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti meydançaları salınıb, oturacaqlar qoyulub, dekorativ hasar çəkilib. Bu istirahət məkanında çay evi, kafe, gənclər evi, internet klub, qocalar evi inşa olunub. Burada, həmçinin idman və uşaq əyləncə qurğuları və fəvvarə də quraşdırılıb.
Prezident İlham Əliyevin tapşırığı ilə son dövrlərdə Bakı şəhərində parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeni park, xiyaban və istirahət guşələri yaradılır. Bütün bunlar sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin davamıdır. Yeni park, istirahət məkanı və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək üçün görülən məqsədyönlü işlərdəndir. Yenidən qurulan bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi baxımından olduqca əhəmiyyətlidir. Yeni park və xiyabanların salınması ölkəmizdə aparılan geniş abadlıq-quruculuq işlərinin daha bir nümunəsidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər ardıcıl şəkildə və yüksək keyfiyyətlə davam etdirilir.
Əgər Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşma ləğv edilsə, Almaniya orta mənzilli nüvə başlıqlı raketlərin Avropada yerləşdirilməsinə müqavimət göstərəcək.
Axar.az xəbər verir ki, bunu DPA agentliyinə açıqlamasında Almaniya Xarici İşlər naziri Hayko Maas deyib.
“Avropa heç bir halda silahlanmanın artırılmasıyla bağlı debatların meydanına çevrilməməlidir. Orta mənzilli yeni raketlərin yerləşdirilməsi Almaniyada böyük müqavimətlə üz-üzə qalacaq. Silahlanmanın artması məntiqi Soyuq müharibə dövründə yaranıb. 80-ci illərin siyasəti müasirlik məsələlərinə cavab verməyə yardım etməyəcək”, – deyə o bildirib.
Ermənistanın yeni rəhbərliyi Qarabağda dərhal siyasi dəyişikliyə getməlidir.
Axar.az xəbər verir ki, bunu Sasna Çrer Partiyasının lideri Jirayr Səfilyan deyib. Səfilyan öz fikrini Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqələndirib.
O bildirib ki, orada da gözləyirlər ki, inqilab dalğası Qarabağa da gəlməlidir.
Səfilyan separatçıların komandanının istefaya göndərilməsini alqışlayıb, amma bu qərarı yarımçıq adlandırıb. O, çatışmazlıqlara görə qondarma rejim “ordusu”nun bütün rəhbərliyinə ictimai cəzanın verilməsini tələb edib.