Ermənistanın yeni rəhbərliyi Qarabağda dərhal siyasi dəyişikliyə getməlidir.

Axar.az xəbər verir ki, bunu Sasna Çrer Partiyasının lideri Jirayr Səfilyan deyib. Səfilyan öz fikrini Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqələndirib.

O bildirib ki, orada da gözləyirlər ki, inqilab dalğası Qarabağa da gəlməlidir.

Səfilyan separatçıların komandanının istefaya göndərilməsini alqışlayıb, amma bu qərarı yarımçıq adlandırıb. O, çatışmazlıqlara görə qondarma rejim “ordusu”nun bütün rəhbərliyinə ictimai cəzanın verilməsini tələb edib.

Xəbər lenti