![]() |
|
FETÖ terror qruplaşmasının rəhbərliyi Türkiyə müdafiə sənayesinin məhsulları və yeniliklər barədə mütəmadi olaraq məlumat alıb.
Axar.az xəbər verir ki, bu barədə FETÖ üzvlüyündə şübhəli bilinərək həbs edilən mühəndislərin ifadələri zamanı məlum olub.
Mühəndislərin ifadələrinə əsasən, Türkiyənin müdafiə sənayesi müəssisələrində istehsal edilən yeni növ silah və texnika Fətullah Gülənin diqqət mərkəzində olub. Müdafiə sənayesi sahəsilə xüsusilə maraqlanan FETÖ-nun diqqətini daha çox çəkən isə CİRİT raketləri olub. Türk ordusunun antiterror əməliyyatları çərçivəsində tez-tez istifadə etdiyi CİRİT raketləri barədə Fətullah Gülən şəxsən məlumat istəyib.