![]() |
|
“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Yol-xeber.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, ikitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov ölkəmizin əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər barədə məlumat verib. O, son dövrlər dəmir yollarında aparılan islahatlar, dəmir yolu infrastrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər haqqında danışıb.
Sonra Dünya Bankı ilə “Azərbaycan Dəmir Yolları” arasında əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində Dünya Bankının iştirakı ilə bağlı müzakirələr olub. “Azərbaycan Dəmir Yolları”nda idarəetmə sisteminin gücləndirilməsi, maliyyə vəziyyətinin sağlamlaşdırılması və yüksək əməliyyat effektivliyinə nail olunması istiqamətində həyata keçirilən institusional və struktur islahatları barədə fikir mübadiləsi aparılıb.
S.Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü bildirib. Qonaq ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi də iştirak edib.
Qeyd edək ki, beynəlxalq maliyyə institutlarından biri olan Dünya Bankı inkişaf etməkdə olan dövlətləri kreditlə təmin edir. Bu kreditlərin əsas səbəblərindən biri də iqtisadi proqramların həyata keçirilməsidir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi. Dövlətimizin başçısına Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci kilometrliyindən ayrılan Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolu barədə də məlumat verildi. Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
“Azərbaycan Dəmir Yolları” QSC-də Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavnanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Yol-xeber.az bu barədə QSC-yə istinadən xəbər verir.
Məlumata görə, görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd olunub ki, Hindistan və Azərbaycan arasında tarixi bağlar, inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri var. İki ölkə arasında bir çox sahələrdə biznes və ticarət əlaqələri getdikcə artır. Eyni zamanda Azərbaycanla Hindistan arasında “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi layihələri çərçivəsində sıx əməkdaşlıq mövcuddur. “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov ölkəmizin nəqliyyat-logistika imkanları, beynəlxalq və regional layihələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin əhəmiyyətindən danışan C.Qurbanov bildirib ki, bu dəhlizin yaradılması, həqiqətən də, tarixi hadisədir. Dəhlizin inkişafı həm Hindistan, həm Azərbaycan, həm də bütün iştirakçı ölkələr üçün önəmli məsələlərdəndir. Çünki bu marşrut Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən bir layihədir. Proqnozlar göstərir ki, bu dəhliz tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, sözügedən regionun Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Bu marşrut optimal və iqtisadi cəhətdən məqsədəuyğundur. Marşrutun yük bazasını Hindistan və Fars Körfəzi ölkələrinin Rusiya, Skandinaviya və Şimali Avropa ölkələri ilə ticarət əlaqələri təşkil edir. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının iki-üç dəfə az olmasıdır.
B.Vanlalvavna beynəlxalq nəqliyyat layihələrinin reallaşmasında Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib. O qeyd edib ki, Hindistan hökuməti də dəmir yollarının beynəlxalq səviyyədə təkmilləşdirilməsi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinin fəaliyyətinin gücləndirilməsi üçün önəmli addımlar atıb.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
C.Qurbanov həmçinin deyib ki, Hindistanın Mumbay limanı və Hindistan Konteyner Korporasiyası (CONCOR) nümayəndə heyəti sabah Azərbaycana səfər edəcək. Sədr Azərbaycan və Hindistan dəmir yolları sahəsində yükdaşımaların təşkili ilə bağlı xidmətlərin göstərilməsi üçün bütün imkanların mövcudluğunu deyib. İki ölkənin limanları arasında ticari əlaqələrin qurulmasının bu istiqamətdə əhəmiyyətindən söhbət açılıb. Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna diplomatik missiyası müddətində Azərbaycanda nəqliyyat, xüsusilə də dəmir yolları sahəsinə böyük maraq göstərildiyinin şahidi olduğunu qeyd edib. Bu əməkdaşlığa töhfə vermək istədiyini bildirən səfir diqqətə çatdırıb ki, hazırkk statistik göstəricilərə görə, Azərbaycanla Hindistan arasındakı ticarət dövriyyəsində əsas yeri xam neft tutur. Diplomat qeyd edib ki, tədqiqatlara görə, “Şimal -Cənub” nəqliyyat dəhlizi mövcud qiymətlərdə 30-40%, vaxt baxımından isə 50% qənaətə imkan yaradacaq. Bu baxımdan hər iki ölkənin birgə maraqları çərçivəsində layihənin qısa zamanda fəaliyyətinin daha da artırılmasının məqsədə uyğun olduğu vurğulanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-də Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Yol-xeber.az xəbər verir ki, görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dəmir yolunda aparılan islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Azərbaycanın nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib. Qeyd edib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.
Son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışan C.Qurbanov bildirib ki, Azərbaycan və Qazaxıstan BTNM-in inkişafı üzrə Koordinasiya Komitəsinin üzvləridir və bu marşrutun fəaliyyətinin daha da genişləndirilməsi üçün aktiv fəaliyyət göstərirlər. Bu marşrut Çindən Türkiyəyə və eləcə də Avropaya, həmçinin əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir.
Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələri, qarşıda duran perspektiv vəzifələr müzakirə olunub. Cavid Qurbanov xalqlarımız arasındakı tarixi dostluq münasibətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevlə, Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin hələ sovet dönəmində şəxsi dostluğu və müstəqillik illərində bir-birinə qarşılıqlı dəstəyi müasir münasibətlərimizin təməlinə çevrilib. Hazırda bu münasibətlər strateji səviyyəyə çatıb.
Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov beynəlxalq layihələrin reallaşması prosesində, iki ölkənin dəmir yolları arasında əlaqələrin genişləndirilməsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev də Davos Dünya İqtisadi Forumunun Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatında Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdə olduğunu diqqətə çatdırıb. Qonaq həmçinin dövlət başçısının dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə Cavid Qurbanovun bu vəzifəyə təyin edilməsindən sonra böyük irəliləyişlər olduğunu vurğuladığını məmnunluqla xatırlayıb.
Xatırladaq ki, səmimi diaoloq şəraitində keçən görüşün sonunda xatirə hədiyyələri təqdim edilib.
Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov 20 noyabr 2019-cu il tarixində Şəmkir rayonunda vətəndaşları qəbul edib. Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Şəmkir RİH-nin başçısı Alimpaşa Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Daşkəsən rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsinə ehtiram bildirilib.
Daşkəsən rayonunda keçirilən qəbul zamanı sözügedən rayondan olan vətəndaşların müraciətinə baxılıb. Hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.
Yol-xeber.az” xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezidentə məlumat verib.
Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.
Prezident İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezidentə məlumat verib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Gürcüstanın Dəmir Yolları” SC-nin baş direktoru David Peradzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib