Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. 

Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.

Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.

Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini vermiş, böyük alimlər və mütəfəkkirlər yetişdirmişdir. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynamışdır.

Əziz bacı və qardaşlarım!

Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!”

 

Prezident İlham Əliyev Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında sərəncam verib. 

"Qafqazinfo" xəbər verir ki. sərəncama əsasən, Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon (iki milyon üç yüz min) manat ayrılıb. 


Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Bulanova Oksana İqorevna

Əhmədov Ənvər Misir oğlu

Qəniyev Maarif Soltan oğlu

Mustafayev Sabir Məmməd oğlu

Salayev İltifat Saleh oğlu

Talıbzadə Alina Dmitriyevna.

 

 

 



Üzü Cənuba doğru şütüyən gecə qatarı qaranlığın bağrını yardıqca, vaqonların hərəkətindən qopub ətrafa yayılan həzin taqqıltı sükutu qılınc kimi kəsir, ətrafdakı səssizliyi pozurdu. Yol boyu səpələnmiş obaların qaranlıqda bərq vuran işıqları ulduz seli kimi axıb arxada qalır, lokomotivin nəriltili fiti xəbər müjdəsi təki gecənin köksünə yayılırdı. Yaz mövsümünün qayğılarından yorğun düşən torpaq adamlarının yuxusunu diksindirən cecə qatarı sonuncu dayanacağa dogru irəliləyir, Simurq quşu kimi zülməti yarırdı.
Qatarın pəncərəsindən baxanda diqqəti cəlb edən kənd işıqları adamı duyğulandırır, elin-obanın hələ ayaqda olduğuna ümidi artırırdı. Dünyanın indiki amansız vaxtında şəhid ruhları kimi oyaq qalan duyğularımız canımızdakı həyəcan siqnalıdırmı, deyə bilmərik. Amma bildiyimiz odur ki, yer üzündə adına erməni deyilən bir toplum və onların havadarları on illərdi yaşantımıza qənim kəsilib.
Torpağın, yurdun, Vətənin qayğısını istədiyimiz kimi
çəkə bilməmişik. Əlimizi işdən, ürəyimizi arzudan soyudan müharibə kabusu bizi layiq olduğumuz yerdə dayanmağa qoymayıb. Adına Vətən dediyimiz bu bütövlüyün işində biz özümüz ola bilməmişik. Dünya güclərinin riyakar və həris niyyətləri bizi böyüməyə qoymayıb...

Bu dəfəki səfərimiz ölkənin Cənub bölgəsindəki Astara stansiyasına idi. Özünün subtropik iqlimi, işgüzar, zəhmətsevər insanları, təbii gözəlliyi və qonaqpərvərliyi ilə seçilən bölgədə həmişə qurucu və yaradıcı ovqat olub. İnsanları əsasən əkinçiliyə, meyvəçiliyə, heyvandarlığa və balıqçılığa meylli olan bu torpağın bar-bərəkətindən həmişə fəxrlə danışılıb. Əzəmətli Talış dağlarının köksünə sığınan insanlar elə o dağların özü kimi qürurlu və əzəmətli təsir bağışlayıblar.
İndi ötən zamanların şöhrəti bir az arxada qalsa da, həmin insanlar öz yer
lərində, öz işlərinin arxasındadırlar. Səhərin gözü açılanda dənizdən əliboş dönən balıqçılar bu gərdişə qüssələnmirlər. Bilirlər ki, Tanrının verdiyi ruzi-bərəkət yenə onlara qismət olacaqdır. Səfərimizin məqsədi Astara stansiyasında yolların əsaslı təmirini həyata keçirən " Dəmiryolservis " MMC kollektivinin işindən söz açmaq, dəniz kənarı boyu uzanan dəmir yolu xəttinin durumu ilə maraqlanmaq idi.
Bu yerdə bir faktı diqqətə çatdıraq ki, Cənub bölgəsi turizmin inkişafı baxımından cox əhəmiyyətli bölgələrdən biridir. Avtomobil və dəmir yolu nəqliyyatının fasiləsiz hərəkətdə olduğu bölgədə mövcud olan təbii şərait turizmə böyük töhfələr verə bilər. Bəzi sahibkarların burda inşa etdikləri obyektlərin fəaliyyəti də dediklərimizi əsaslandırmağa imkan verir. Səhərin gözü açılanda Lənkəran stansiyasına çatan qatarda foto operatorumuz Zahid Ramizlə birgə vaqonu tərk edib dəniz kənarı boyu uzanan dəmir yolu xəttini videolentə almaq üçün lokomotivə əyləşdik. Qatarı idarə edən Salyan lokomotiv deposunun maşinisti Kamal Əliyev bizi hörmətlə qarşılayıb çəkiliş üçün əlverişli şərait yaratdı. Çaya qonaq elədi.

İş qayğılarını soruşanda dedi ki, son illərdə Salyan lokomotiv deposunda böyük canlanma yaranıb. Müəssisə abadlaşdırılaraq rahat iş şəraiti yaradılıb. Köhnə lokomotivlər təmir edilib rənglənərək istismara qaytarılıb.

Dəniz kənarı boyu uzanan dəmir yolu xətti estetik baxımdan adamda xoş təəssürat oyadır. Amma Xəzərin şıltaqlığı artanda bənd-bərə tanımır. Artıq neçə illərdi ki, sahilbərkitmə işlərinin aparılmasına baxmayaraq, dəniz suları torpaq yatağını yuyub dəmir yolu xəttinə yaxınlaşmaqda davam edir. Hazırda dəmir yolu rəhbərliyi xəttin arxaya çəkilməsi istiqamətində axtarışlarını davam etdirir və bu olduqca əhəmiyyətli addım sayılmalıdır. Dogrudur, dəmir yolu xəttinin dənizə yaxınlığı kənardan cox maraqlı və cəlbedici görünür. Hərçənd ki, dəmir yolu nəqliyyatı üçün əsas şərt təhlükəsiz hərəkətin təminatıyla bağlıdır.

Astara stansiyasında qarşılaşdığımız ilk şəxs stansiya rəisi, uzun illərdi bu müəssisəyə rəhbərlik edən peşəkar hərəkətçi Akif Əliyev oldu. Tərtib olunmuş qatarı İran tərəfə təhvil verən hərəkətçi yol təmirçilərinin rahat işləməsi üçün planlaşdırdığı işlərin icrasına başlamışdı. Yolların narahatlığının uzun illər boyu onlar üçün problemə çevrildiyini xatırladan stansiya rəisi dedi ki, indi manevr işlərinin tam təhlükəsiz aparılması üçün əlverili şərait yaranır. Stansiyada ağır yüklü vaqonların çoxalması yolların təmirinə ehtiyac yaratmışdı. Bir neçə gündür ki, "Dəmiryolservis" MMC-nin kollektivi stansiya yollarının və yoldəyişənlərin əsaslı təmirinə start verib. Çox operativ işləyirlər və yaxın vaxtlarda yolların təmirini başa çatdırıb yoldəyişənlərin təzələnməsini həyata keçirəcəklər.

Sübh tezdən toparlanıb işə səfərbər olunan yol təmirçiləri ayrı-ayrı qruplar halında bir neçə istiqamətdə işləyirdilər. İş prosesində həm əsaslı təmir olunmuş yollarda tamamlama işləri görülür, həm torpaq yatağı texnikalarla nizamlanir, həm də yol və yol dəyişənlər sökülüb kənara

daşnırdı. İşin axarına rəhbəlik edən " Dəmiryolservis " MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyov sahə rəhbərlərinə müxtəlif tapşırıqlar verir, bəzən əllərinin işarəsi ilə başlanğıc istiqamətini göstərib, fikrini konkret dəlillərlə əsaslandırırdı. Stansiyada manevr işlərinə problem yaratmamaq üçün ən az imkanla ən çox iş görməyin yollarını izah edirdi. Çünki işin icrasına start verəndə kollektiv böyük çətinliklə üzləşmişdi. Sökülən yollardan çıxan çirkli ballastı daşımaq üçün təyinatlı vaqonların olmaması yol təmirçilərini yük maşınlarının xidmətindən istifadə etmək məcburiyyətində qoymuşdu. Bütün çətinliklərə baxmayaraq, onlar bu işi vaxtında yoluna qoymağı bacarmışdılar. Stansiyada görüləcək işlərin statistikasını diqqətə çatdıran Ə. Lütfəlibəyov bildirdi ki, stansiyanın 6 yolunda yarımyararlı materiallarla ümumi uzunluğu 7520 p/m təşkil edən əsaslı təmir işləri aparmalı, eyni formada 24 dəst yoldəyişən qurğunu təzələməliyik. Ötən günlərdə 4650 p/m yolun qoyuluşunu başa çatdırmış, 6000 p/m torpaq yatağını döşənməyə hazırlamışıq. Ümumilikdə, yollara boşaltmaq üçün 16140 kubmetr çınqıla ehtiyac var. Hazırda 3200 kubmetr çınqıl boşaltmışıq və RM -80 yol maşını ilə yolun nizamlanmasını həyata keçirmişik. Yollarda 6 dəst yoldəyişən qurğunu yenisi ilə əvəzlənib və yaxın günlərdə bu iş daha intensiv xarakter alacaqdır.

Onu da deyək ki, Bakı-Böyük Kəsik, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin icrasında qələbəli işlərə imza atmış " Dəmiryolservis " MMC-nin kollektivi bu gün Bakı-Sumqayıt dairəvi yolunun tikintisində də yaxından iştirak edir. Eyni zamanda müəssisənin bir qrup əməkdaşı Gürcüstan Respublikasındakı işlərdə fəaliyyətini davam etdirir.Bütün bunlara rəğmən aparılan işlər keyfiyyətli şəkildə uğurlu sonluğa istiqamətləndirilir.

Ümumiyyətlə sərhəd bölgələrində mövcud olan yaşayış massivlərində və dövlət qurumlarında həmişə üstün abad şərait olmalı, bu işə diqqət yetirilməlidir. Çünki ölkəmizin ərazisinə qədəm qoyan əcnəbilərdə ilk təəssüratı məhz burdakı vəziyyət formalaşdırır. Astara stansiyasında aparılan əsaslı yeniləşmə işləri bu baxımdan olduqca əhəmiyyətlidir. " Dəmiryolservis " MMC kollektivinin gördüyü işlər isə gələcəkdə artan xətt üzrə davam edəcək yük dövriyyəsinin nizamlanmasında əhəmiyyətli rol oynayacaqdır. Dəmir yolu nəqliyyatının iqtisadi əlaqələri genişləndikcə yollarımıza tələbat da artır. Bu gün yollar bizi üzü Cənuba aparır. Sabah əlaqələr şaxələndikcə bu istiqamətlərin xəritəsi də böyüyəcəkdir.

P.S Bakıdan Astaraya 660/659 saylı sərnişin qatarı ilə getmişdik. Qatardakı təmizliyi və İlham Məmmədovun rəhbərlik etdiyi qatar heyətinin sərnişinlərlə intizamlı xoş rəftarını sonda qeyd etməyi də özümüzə borc bildik.

Elbariz MƏMMƏDLİ

 
Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov 24 aprel 2019-cu il tarixində Tərtər rayonunda vətəndaşları qəbul edib. Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov, Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Tərtər rayon İdman və Gənclər mərkəzində keçirilən qəbulda Tərtər və Bərdə rayonlarından olan 63 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Goranboy rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və Goranbor RİH-nin başçısı Məhərrəm Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Goranboy rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Goranboy rayonundan olan 18 vətəndaşın müraciətinə baxılıb. Hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Şəkildə bunlar ola bilər: bir və ya daha çox şəxs, ayaqda duran insanlar, ağac, bitki, səma, ayaqqabılar, çiçək və çöldə
 
Şəkildə bunlar ola bilər: 4 nəfər, oturan insanlar və içəridə
 
Şəkildə bunlar ola bilər: 6 nəfər, oturan insanlar, cədvəl və içəridə
 
Şəkildə bunlar ola bilər: 6 nəfər, oturan insanlar, cədvəl və içəridə
 
Şəkildə bunlar ola bilər: 6 nəfər, oturan insanlar, cədvəl və içəridə
 
Şəkildə bunlar ola bilər: 8 nəfər, oturan insanlar, cədvəl və içəridə
 
Şəkildə bunlar ola bilər: 8 nəfər, oturan insanlar, cədvəl və içəridə
 
Şəkildə bunlar ola bilər: 6 nəfər, oturan insanlar və içəridə
 
Şəkildə bunlar ola bilər: 3 nəfər, oturan insanlar, cədvəl və içəridə
 
Şəkildə bunlar ola bilər: 2 nəfər, oturan insanlar, suit və içəridə
 
Şəkildə bunlar ola bilər: 2 nəfər, oturan insanlar və içəridə
 
Şəkildə bunlar ola bilər: 2 nəfər, oturan insanlar, cədvəl və içəridə
 
Şəkildə bunlar ola bilər: 2 nəfər, oturan insanlar və içəridə


Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Masazır Bələdiyyəsinin sədri Siyafər Əliyev üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Guya "Siyanfər Əliyev Masazır imperatorluğu yaradıb".

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Millidestek.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Masazır Bələdiyyəsinin sədri Siyafər Əliyev haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Siyafər Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Masazır Bələdiyyəsinin sədri Siyafər Əliyevdir.

Masazır Bələdiyyəsinin sədri Siyafər Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Siyafər Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Siyafər Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Millidestek.az olaraq sorğu apardıq ağız dolusu Siyafər Əliyevdən danışdılar yaxşı ki, Siyafər Əliyev Masazır Bələdiyyəsinin sədri təyin olunub… Siyafər Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Siyafər Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Siyafər Əliyev heç vaxt əqidəsindən döndərə bilməz.

Siyafər Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Siyafər Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Siyafər Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Siyafər Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Siyafər Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Siyafər Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Masazır Bələdiyyəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Siyafər Əliyev özünü doğruldub. Bizdə hörmətli Siyafər Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Ənənəvi “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın gözəl güşələrindən biri olan Balakən rayonununda davam edib.
Yaradıcılıq festivalı Heydər Əliyev parkında baş tutub. Mədəniyyət bayramında ziyarətçiləri, rəsmi qonaqları, və rayon rəhbərliyini Balakəndə yaşayan azsaylı xalqların (ukrayna, avar, ingiloy) rəqs qrupları “Yallı” rəqsi ilə qarşılayıb.
Balakən rayonunun mədəniyyət müəssisələrində fəaliyyət göstərən “Nənələr və nəvələr”, “Eday”, “Xınayaxdı” və “Buta” folklor qruplarının çıxışları isə festivala ikiqat bayram əhval-ruhiyyəsi bəxş edib.

Daha sonra xalçaçı qızların hana arxasında ilmə vurması, corab toxuması, kimi qədim el sənətini əyani şəkildə nümayiş etdirmələri ziyarətçiləri keçmiş dövrlərin ab-havasına kökləyib.
Ziyarətçilərin heyrətinə səbəb olan anlardan biri isə güc pəhləvanlarının maraqlı nömrələr nümayiş etdirməsi olub.
Festivalda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı kompozisiya da hazırlanıb. Qiraət ustalarının təqdimatında şairin yaradıcılığından qəzəllər də səslənib.

Yeri gəlmişkən bildirək ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə də baxış keçirib.

Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib.

Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.




Qeyd edək ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, baş tutur.


İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib.

Ardını oxu...


Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Ardını oxu...


Ənənəvi mədəniyyət bayramı öz işini Şamaxı şəhərində davam edib.
Festival Şamaxı şəhər, Heydər Əliyev Parkında baş tutub. Mədəniyyət bayramında ziyarətçilər və qonaqlar “Nağaraçalanlar”, “Piriqulu” instrumental ansamblın maraqlı ifaları ilə qarşılanıb. Festivalın zəngin yaradıcılıq proqramını xalq çalğı aləti orkestrı və xor kollektivinin maraqlı çıxışları, istedadlı şagirdlərin yaddaqalan təqdimatları maraqlı edib.

Yaradıcılıq festivalı “Buta” rəqs, “Şirvan” folklor kollektivinin öznəməxsus çıxışları ilə davam edib.
Festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Məktəblilər görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı kompozisiyada hazırlayıblar. Şairin obrazı məktəblilərin ifasında canlandırılıb, qiraət ustalarının təqdimatında şairin yaradıcılığından qəzəllər səslənib.

Yeri gəlmişkən bildirək ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxış keçirib.

Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib.
Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.


Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur.

Xəbər lenti