Sosial-iqtisadi qüdrəti ilə dünya miqyasında möhtəşəm uğur nümunəsi yaradan Azərbaycanın yaşadığı dinamik tərəqqi Silahlı Qüvvələrimizə də sirayət edərək onun dünyanın ən güclüləri sırasında yer almasına rəvac verib. Bu gün ordumuz istər döyüş qabiliyyətinin yüksək olması, istərsə də şəxsi heyətdən tutmuş maddi-texniki təminata qədər əldə etdiyi nailiyyətlərlə dünya liderləri sırasında yer almağı bacarıb. Elə bu səbəbdəndir ki, ordumuz yağı düşməni də getdikcə daha çox lərzəyə salır, təcavüzkar istənilən an ən sərt zərbəni ala biləcəyini yaxşı dərk edir.

Ordusuna tam güvənən hər bir Azərbaycan vətəndaşı, elə dünya ictimaiyyəti də çox yaxşı bilir ki, işğal altındakı ərazilərin azad olunacağı gün uzaqda deyil. Elə işğalından artıq 26 il ötən Kəlbəcər rayonunun da yağı tapdağından qurutulacağı zəfər gününə çox qalmayıb. Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyü olan Kəlbəcərin zəbt edilməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Məhz bu səbəbdən xalqımız, o cümlədən doğma yurd həsrəti çəkən Kəlbəcər sakinləri əsas ümidlərini müzəffər Azərbaycan Ordusuna bağlayıblar. Bu ordu isə yağı düşməni hər an tar-mar edə biləcəyini 2016-cı ilin məlum Aprel döyüşlərində çox aydın şəkildə isbata yetirib.

Bu gün Azərbaycan Ordusunun Aprel zəfərindən 3 il ötür. Hər bir Azərbaycan gəncinin vətənpərvərlik hisslərini daha da gücləndirən, ordumuza olan inamı artıran bu döyüşlər hələ uzun illər yaddaşlardan silinməyəcək. Silahlı Qüvvələrmizin o vaxt endirdiyi sarsıdıcı zərbədən hələ də özünə gələ bilməyən düşmən üzərində şanlı qələbə Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, əzminin yüksək olduğunu nümayiş etdirdi. Məhz Aprel döyüşləri Ermənistana, onun himayədarlarına, bütövlükdə dünyaya dövlətimizin və ordumuzun gücünü bir daha göstərdi.

Bu döyüşlər eyni zamanda xalqımızın birliyinə, həmrəyliyinə, vətənpərvərliyinə, Azərbaycanın heç vaxt işğalla barışmayacağına, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğuna dair işğalçı tərəfə çox aydın mesajlar verilməsi ilə də yadda qaldı. Aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə ölkəmizin bütün vətəndaşları kimi, biz kəlbəcərlilərin də böyük ruh yüksəkliyinə səbəb oldu. Bir daha bəlli oldu ki, lazım gələndə Azərbaycan əsgəri əsl peşəkarlıq, intizam, yüksək döyüş ruhu nümayiş etdirərək düşmənin layiqli dərsini verməyə tam hazırdır.

Məhz Aprel döyüşlərindən sonra erməni ordusu Azərbaycan Silahlı Qüvvələrindən dəfələrlə zəif olduğuna dair deyilənlərin tam həqiqəti əks etdirdiyini aydın gördü. Bu müharibənin gedişində “güclü erməni ordusu” mifinin sadəcə nağıllardan ibarət olduğu üzə çıxdı. Həmin dörd günlük müharibə doğma torpaqlar uğrunda mübarizənin mühüm bir hissəsi olmaqla yanaşı, həm də işğal altındakı ərazilərin azad edilməsinin başlanğıcı oldu. Çünki məhz bu döyüşlərlə Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerlər işğalçılardan azad olundu. Zirvəsində üçrəngli bayrağımızın dalğalandığı Lələtəpə ərazisindən düşmən işğalı altında qalan on minlərlə hektar torpağa ordumuz tam nəzarət edir.

Aprel döyüşlərinin davamı olaraq məşhur Günnüt əməliyyatı ilə də verilən dərsləri düşmən yaddan çıxarmayıb. Xatırladaq ki, Əlahiddə Ümumqoşun Ordusunun bölmələri uğurlu əks-həmlə ilə düşməni Şərur rayonunun işğal altındakı Günnüt kəndindən çəkilməyə məcbur etdi. “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Xunut dağı və Mehridağı azad olundu, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Artıq bu yüksəkliklərdən ordumuz Yerevan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yolu və bir neçə ətraf yaşayış məntəqəsinə nəzarət edir.

Çox tezliklə işğal altındakı digər ərazilər üzərində də tam nəzarəti həyata keçirəcəyimizə heç bir şübhə yoxdur. Bu möhtəşəm missiyanı Azərbaycan Ordusu tam şəkildə həyata keçirmək iqtidarındadır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də çox aydın şəkildə vurğulayır ki, bu gün ordumuz həm döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır və lazım gələrsə, ərazi bütövlüyümüzü bərpa edəcək: “Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.

Buna hər bir Azərbaycan vətəndaşı qəti surətdə əmindir və qələbə səadətinin qeyd olunacağı günün uzaqda olmadığını da çox yaxşı bilir.

…Və bu yolu açan tapılmır. İllərdir yol ağzında durub gözümüzlə yol ölçürük, heyif ki, o yolların yolçusu deyilik daha, bu yannan o yana keçə bilmirik. Yaman yerdə axşamlamışıq, yaman günün ömrü çox uzandı. Sənin sənliyini alıblar səndən Vətən, bizim də mənliyimizi. Dəli nar kollarına meşə elədik səni, yada yurd elədik. Qeyrətdən danışmaq yaraşmır bizə.

 

Eldən oğul gedəndə, Vətənin başı sağ olsun deyirlər. Dərdimiz böyükdü bizim, oğlumuz da gedib, elimiz də… Kimə başsağlığı verək, kim qaldı ki, başı sağ olan? Oğulları ölüncə, Vətən də ölür. Nə ağ atlı çapar oğulları qalır, nə hər gün buğda-buğda böyüyən qızları.

Kəlbəcərin Taxta yaylağı bağlanıb, gözümüz baxa-baxa gözü dağlanıb. Dəli dağlarında, Sarısuyunda, İstisuyunda, uşaqlığımda ayaqyalın gəzdiyim yamaclarında lalələr açmır daha, kəklikotunun ətri gəlmir. Düşmən su içməsin deyə, bulaqlar gözlərini kor edib. Nə kəhər atları qalıb, nə atlıları. Yanmış evlərin, taxtapuşu yoxdur ki, uşaqlar çıxıb quş uçurtsunlar, boş qapılarında o tərəf bu tərəfə qaçsınlar, səhərləri açılmır artıq. Hara yox olmusan Vətən? Nə deyim, Allah götürməsin biz götürəni.     

2 aprel 1993-cü il. Kəlbəcərin işğal olunduğu gün. Və başqa işğal tarixləri və bölgələrimiz. O qaçhaqaçlarda, kimimiz yollarda can hayına qaldıq, kimimiz mal hayına. Orda torpaq tapdalandı, burda biz. İllərdir dikələ bilmirik, belimiz də bülüküb, elimiz də. Alaca sabahlarımıza qaraca günlər ələndi, daş üstündə daş qalmadı. Qara daşlar yağdı ağ günlərimizə. Bir elin, bir ulusun birliyi, diriliyi itdi. Dən-dən dənlənib, dən-dən ölürük, ovuc boyda qalan ürəyimiz hər gün sancı-sancı doğranır, bitmək üzrəyik. Belə davam edərsək çox keçmədən qəbir-qəbir sıralanacağıq, üstümüzdə nar kolları bitəcək. O narların kölgəsində düşmən badələri keflənəcək, keflənə bildikcə.         

Torpaq qayğısına qalan oğullarımız isə o gedən oldular, bir də geri dönmədilər. Mahir Quliyev kimi. Nə Mahiri qoruya bildik, nə Mahir kimi oğulları, nə də tərtəmiz qanlarının düşdüyü torpağı. Şəhidin ruhu dinc, məkanı cənnət olur. Belə oxuduq, belə öyrətdilər bizə. Mahirə şəhid demək olmur, çünki qanının axdığı torpaq düşman tapdağındadır, nə ruhu dincdir, nə məkanı cənnət. Doğulub böyüdüyü vətənilə birgə düşdü Mahir. Və 27 ildir ki, bu dərdlərimizlə oyun oynayırıq. 

Bir gün “Azərnəşr”ə, qardaşı Əlövsət Ağalarovun yanına gələrmişdi Mahir. Başına toplaşıb sorğu-suala tutmuşduq. O vaxt Mahirin ürəyində uzun bir qara qutu  gördüm, içində bir kino lenti vardı sanki. Nə döyüşlərin, nə yurda xəyanətlərin, nə haqsızlıqların, nə bazarlıqların şahidiydi o qara qutudaki kino lenti. Görüb yaşadığı dərdləri çəkib yazmışdı o qutuya eləbil. O qara qutu kimiydi, rəngi də, əhvalı da. Amma açıb göstərə bilmirdi, cansız cəsəd kimiydi, küskündü, ruhunu, canını bitirmişdi o kino lentindəkilər. Bəlkə də, açıb göstəsəydi ürəyini didib parçalayan o qara qutudakiləri dəhşətdən hamımız yerimizdə ölərdik.  O gün gözümün önündə bir Vətən oğlunun ruhu can verdi.

Aradan çox keçmədən Kəlbəcər işğal olundu. Mahir Kəlbəcərin yeganə çıxış yolu olan Qamışlı körpüsünü bir neçə gün qoruyub saxladı, düşmən ayağının dəyməsinə imkan vermədi. Könüllülərdən ibarət 11 nəfərlik dəstə ilə Murovun Kəlbəcər üzünə tərəf qayıdır və Qaragöl yüksəkliyində düşməni darmadağın etdi. 1993-cü il aprelin 8-də Murovdağın ətəyində qəhrəmanlıqla şəhid oldu.     

   1969-cu ilin mart ayının 14-də  Kəlbəcərin Quzeyçirkin kəndində anadan olan baş leytenant Mahir Quliyev orta məktəbi Qılınclı kəndində bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. Xidmətini Kuybışev  Hərbi Dairəsində davam etdirir. 1992-ci ilin yazından Azərbaycan 

Ordusunun zabiti  kimi döyüşlərin ən gərgin nöqtələrinə atılır. Keçmiş Ağcakənd rayonunun yağılardan təmizlənməsində, Laçının, Füzulinin, Xocavəndin, Kəlbəcərin müdafiəsində baş leytenant Mahir Quliyevin dəstəsi xüsusi fəallıq və əzmkarlıq nümunələri göstərmişdi.

      Sən demə Mahirin gündəliyi varmış. Biraz əvvəl bəhsetdiyim ürəyində qara qutu və o qutuda bir kino lentini gödüyüm gerçəkmiş. O gündəlikdə döyüşçünün cəbhə xəttində keçdiyi bütün bölgələrimiz, ağır döyüşlər, qələbə əzmli oğlanların xatirələri… daha nələr var. Böyük şairimiz Xəlil Rza Ulutürk Mahiri “Möcüzə bir oğul” adlandırmışdı.

 

 

Mahirin gündəliyindən:

 “1 il 5 aydır ki, evə getmirəm. Evdən çıxmışam 11 fevral 1991- ci ildə. Bütün günü  yol gedib,nəhayət çatdım Kəlbəcərə. Ata-ana, bacı-qardaş – tanımalı deyildi. Bu il yarımda nə qədər dəyişmişdilər. Ən çox da anam. Yazıq anam. Eybi yoxdur, bunu yerdə heç vaxt qoymayacağıq. Analar dözməlidir. Torpaqlar getsə, mənə heç nə lazım deyil”.

 

 

“01.07.92-ci il. 
 

Bu gün ayın 1-dir. Kiminçünsə bu gün yaxşı başladı, kiminçünsə çox pis, dəhşətli dəhşətli  Bu gün iki nəfərimiz qəhrəmancasına həlak olub. Allah rəhmət eləsin – Mehdi və Atif. Görəsən onlarnə yuxu görmüşdülər, nə fikirləşirdilər? Səhər tezdən gülürdülər, danışırdılar. 11-lə 16 arası onların taleyi həll olundu. Özü də kimlər həll edirdi  – ermənilər. Necə igid oğlanlar idilər. Görəsən anaları, bacıları necə yuxu görmüşdülər. İndi hələ bilmirlər…”

Vətənimizə sahib çıxmasaq Mahir kimi möcüzə oğullarımızdan bizə ancaq göz yaşı dolu gündəliklər qalacaq. Hər sabahımız daha betər gələcək, dərdi çəkməyə gücümüz də qalmayacaq. Dədələrimizin, analarımızın qəbrinin üstünnən, yanınnan yağılar yol salıb. Gedən-gələn basıb keçir, tapdayıb keçir. Bu mənzərəni seyredən bizləri səbr kasamızda dəfn eləyin.

 


Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonunun Bəhrəmtəpə–Göbəktala–Məhəmmədli–İmişli–Cəfərli–Oruclu–Ağaməmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

1. İyirmi doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Bəhrəmtəpə–Göbəktala–Məhəmmədli–İmişli–Cəfərli–Oruclu–Ağaməmmədli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,4 milyon (on beş milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



Bəşəriyyətin ən ali varlığı olan insan
 çox şeyə qadirdir. Çoxumuz potensialımızı dəyərləndirib ondan istifadə etməyi bacarmadığımız halda, çox az insan var ki, Tanrının bəxş etdiyi idrak və istedaddan yetərincə bəhrələnir. Bir ömür boyu yaşam tərzi, səmərəli, dəyərli fəaliyyəti ilə örnək nümunəsi olur. Üzərinə düşən vəzifənin öhdəsindən  ləyaqətlə gələrək adını insanlığın ən uca zirvəsinə yazdırır.

 Yaşadığımız dövr imkan verir ki, görülən hər bir işə, hadisəyə real qiymət verək. Həmçinin  ləyaqətlə yaşayıb, insanlıq adına, xüsusən daşıdıqları peşəyə, sənətə şöhrət gətirənləri dəyərləndirmək, qiymətləndirmək  sözün tam mənasında borcumuzdur.

  Haqqında danışmaq istədiyim şəxsiyyət də belələrindəndir. Günümüzün reallığında belə bir vəzifə adamına, idarə rəhbərinə çox az təsadüf edilir.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri, Əməkdar mühəndis Saleh Ərşad oğlu Məmmədov!

Saleh müəllimin mənalı və dəyərli  ömür yolu gərgin əməkdən, ağır zəhmətdən keçib. Belə ki, əmək fəaliyyətinə çox gənc yaşlarından başlayıb.

Qurub-yaratmaq, abadlaşdırmaq, gözəlliyə gözəllik qatmaq bu əzmkar , fədakar insanın ən başlıca amalı, ən ümdə məqsədi olub və bu gün də davam etməkdədir.

   Peşəkarlıq, səriştə, ziyalılıq,  yüksək mənəviyyat-budur , Saleh müəllimi xarakterizə edən xüsusiyyətlər!  
  Bu gün respublikamızın bütün yol infrastrukturunda gedən yeniliklər , tərəqqi , yüksək inkişaf danılmaz faktdır. Bütün bunlar isə Saleh müəllimin müstəsna xidmətlərinin nəticəsidir, bariz nümunəsidir.

   Saleh müəllim səriştəli bir rəhbər, əsl mütəxəssis olmaqla bərabər insanlıq adına şərəf gətirən bir şəxsiyyətdir. Sadəlik, alicənablıq , xeyirxahlıq bu insanın canında, qanındadır. O, hər zaman yollarda, iş başında, fəhlələrin arasındadır.  

 Məsəl var çox gəzən çox bilər. Əvvəllər mən də belə düşünürdüm. Lakin Saleh müəllimin timsalında  tam əminliklə söyləyə bilərəm ki, çox,  çox özü də lap çox oxuyan, özünü kamilləşdirən insan   bu qədər ali keyfiyyətləri özündə birləşdirə bilər. Bir də ki genlə gələn nəsnələr var , bir də doğulduğun torpaq, havasını udub, suyunu içdiyin yurd var . Bunlar da insanı kamilləşdirməyə kömək edən ünsürlərdir.



Damarlarından axan halal qan, bir də dərin zəhmət, güclü mütaliə kamil bir insan nümunəsi ortaya çıxarıb Saleh müəllimin timsalında. Hər kəsə , elm xadiminə, vəzifə sahibinə, dövlət məmuruna, sıradan bir insana örnək olacaq nümunə !

  Tanrı Sizi qorusun, Saleh müəllim !

P.S. Son zamanlar bəzi mətbu orqanlarda Saleh müəllim və Əvəz Qocayev  haqqında yalan-yalnış məlumatlar yer almaqdadır. Bütün bunlar bu dəyərli insanlara, onların müstəsna xidmətlərinə kölgə salmağa xidmət etməkdən başqa bir şey deyil.Onlara böyük ədib Şirazinin bu mükəmməl kəlamları ilə cavab vermək istərdim.

       Yarasa sevməsə  də  odlu Günəşi , 
       Günəşin əskilməz heç vaxt atəşi!

Nəzərinizə çatdırırıq ki, növbəti yazımız Əvəz Qocayevin fəaliyyəti ilə bağlı olacaq.


   Rasim Məmmədov.

Prezident İlham Əliyevin ölkə əhalisinin dərin rəğbətini qazanmış total islahatlar paketini cəmiyyətə təqdim etməsi bulanıq suda balıq tutan bəzi məmurların, onların əsabələrinin yuxusunu ərşə çəkib.

Ardını oxu...

   
Tanrının bizə bəxş etdiyi ömrü hərə bir cür yaşayır.

   Bəzilərimiz fərqinə varmadan ,   bəzilərimiz isə hər anın , hər dəqiqənin qədrini bilərək .  Şərəflə , ləyaqətlə , üzərinə düşən  vəzifə və vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirərək !

  Haqqında danışacağım şəxs də belə insanlardandır. Zəmanəmizdə çox nadir təsadüf edilən   insanlardan !

    Əməlləri , əqidəsi , amalı ilə hər kəsə nümunə olacaq insan !

   Xeyrxahlığı , dürüstlüyü , ləyaqəti özünə həyat kredosu seçən insan  !

      Hacı Rasim Məmmədov.

  Bu gün Hacı Rasimin doğum günüdür. Dönüb arxaya baxarkən bu illərdə qazancı ancaq və ancaq  yüksək mənəviyyat  və hörmət olub. Səriştəli , yüksək intelektual səviyyəsi , öz xüsusu dəst- xətti  ilə  bir mətbuat nümayəndəsi kimi hər zaman haqqın . ədalətin carçısı olub.  Hal-hazırda da bu yolda əzmlə . cəsarətlə davam etməkdədir.

      Bu sevincli gündə Hacını bütün çoxsaylı dostları , yoldaşları adından təbrik edirik. İlk növbədə sağlam və uzun ömür arzulayırıq. Qoy ömrünə yazılan hər gün , yaşının üzərinə gələn hər il ömrünə , gününə qızıl hərflərlə yazılsın.

    Tanrı Sizi qorusun !


Azərbaycan dəmir yolu nəqliyyatı ölkə iqtisadiyyatının əsas qollarından olan ən mühüm sahələrdən biridir.Yarandığı 139 illik tarix boyu bu nəqliyyat sahəsi sənayenin inkişafına kifayət qədər önəmli xidmətlər göstərib və paralel olaraq, özü də inkişaf edib.Dogrudur, dəmir yolu tariximizin təxminən 37 ili çar Rusiyasının, 73 ili isə sovet hakimiyyətinin inhisarında olub. Amma buna baxmayaraq, dəmiryolçuların keçdiyi şərəfli zəhmət yolu həm bizim hər birimiz, həm də ümumilikdə tariximiz üçün çox önəmlidir. Çünki keçmişin dəyərlərinə qiymət vermədən, onun bu günümüzlə müqayisəli təhlilini aparmadan, ötən dövrlərin reallıqlarına həqiqi münasibət ortaya qoymaq olmaz. Ən başlıcası da odur ki, hansı siyasi quruluşda fəaliyyət göstərməsindən asılı olmayaraq, dəmiryolçular öz çətin və məsuliyyətli işlərini vicdanla icra ediblər. Bu gün müstəqil dövlətçiliyimizin inkişafına əməli xidmətləri ilə qoşulan dəmiryolçuların ustalıq təcrübəsi məhz keçmişdən üzü bəri gərgin zəhmət bahasına formalaşdırdıqları ənənəvi peşəkarlıqdan qaynaqlanır.


Dəmir yolu nəqliyyatı elə bir təsərrüfat sahəsidir ki, burda ancaq peşəkarlığın, təcrübənin və ustalığın dəqiqliklə işə tətbiqi uğur gətirir. Dövlət müstəqilliyinə nail olduğumuz ilk illərdən bəri yeni texnologiyaların işə tətbiqində müəyyən çətinliklər yaşadıq. Texniki və maddi ehtiyaclar polad magistralın yenidən qurulmasına imkan vermədi.Dünya nəqliyyat sisteminin üstünlüklərinə sahiblənmək problemli məsələyə çevrildi. Niyə? Çünki bizim qüdrətli deyib ideallaşdırdığımız və xidmətçisinə çevrildiyimiz sovet dövləti öz iqtisadi sistemini kustar iqtisadi metodlar üzərində qurmuşdu. Nəhayət, ötən əsrin 90- cı illərindən biz, müasir dünyanın real durumu ilə tanış olmaq, onun üstünlüklərinə istiqamətlənmək imkanı qazandıq.


Bu gün dəmir yolu nəqliyyatı özünün bütün sahələrini əhatə edən bir yeniləşmə dövrünə qədəm qoyub. Dünyada iqtisadi və siyasi ziddiyyətlərin kəskin xarakter aldığı bir vaxtda bütün bunlar böyük çətinliklər bahasına başa gəlsə də, müasirləşmənin yeganə yolu budur. Polad magistralda yolların əsaslı təmirini aparmadan, texniki bazanı yeniləşdirmədən, üstün texnologiyaların işə tətbiqinə nail olmadan inkişafdan danışmaq real görünmür və hazırda bu istiqamətdə aparılan işlər müsbət xarakterizə olunmalıdır. Dəmir yolunda yolların əsaslı təmiri prosesinə 2011 – ci ilin yayında Baki- Böyük Kəsik istiqaməti üzrə layihələndirilmiş böyük işlərlə başlanılıb.

Bu, dövlət müstəqilliyinə qovuşduğumuz illərin ən böyük və yeganə layihəsi idi. İşin icrası yol təmiri işlərində ənənəvi peşəkarlığa sahib olan “ Dəmiryolservis “ MMC – nin kollektivinə tapşırıldı və ilk illərdə bu kollektiv 379 km yolu əsaslı təmir etməyə nail oldu. Özü də bu işlər elə bir vaxtda aparılırdı ki, proses üçün lazım olan texniki vasitələr, maşın və mexanizmlər yox dərəcəsində idi. Amma kollektivin uzun illər formalaşdırdığı zəngin iş təcrübəsi bu çətinlikləri fədakarlıqla dəf etməyə imkan yaratdı.

2015 – ci ildə “ Dəmiryolservis “ MMC – nin bazasından ayrılmaqla yeni strukturların yaradılması və müəssisənin yol tikintisi üzrə üç güc mərkəzinə bölünməsi həyata keçirildi. Hazırda hər üç müəssisə ayrı – ayrılıqda dəmir yollarının əsaslı təmir proseslərinə öz əməli xidmətini göstərməkdə davam edir. Bu yazımızda “ Dəmiryolservis “ MMC – nin son üç illik fəaliyyətinə nəzər salacaq, keçilən zəhmət yolunu dəyərləndirməyə çalışacağıq.

Əvvəla onu deyək ki, bu müəssisənin tərkibində yolların əsaslı təmirini həyata keçirən və istehsalat bazası Çarxıda yerləşən bir İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi, həmçinin uzunölçülü rels pletlərinin qaynaq edilməsi üzrə ixtisaslaşan Rels – Qaynaqlama Qatarı fəaliyyət göstərir. İllərlə formalaşmış ənənəvi iş metodlarına söykənən kollektivdə təcrübəli və peşəkar kadrlar üstünlük təşkil edirlər. Peşəkar dəmiryolçu Əli Əşrəf Lütfəlibəyovun rəhbərlik etdiyi bu kollektiv dəmir yolunun tarixinə özünün qələbəli imzasını atıb. O ki, qaldi yuxarıda qeyd etdiyimiz hesabat dövrünün nəticələrinə, son 3 ildə müəssisənin yol təmirçiləri Bakı – Böyük Kəsik istiqamətində 76,9 km baş yolların əsaslı təmirini həyata keçirmiş, Bakı – Sumqayıt dairəvi yolunun əsaslı təmiri prosesində 40 km yolun əsaslı təmirini aparmışlar.O cümlədən “ Şimal – Cənub “ layihəsi çərçivəsində proseslərə qoşulan kollektiv Ələt – Osmanlı – Astara istiqamətində 42 km yolun əsaslı təmirinə başlamış, Şirvan stansiyası – Şirvan çeşidləmə mənzilində 3,175 km, Şirvan stansiyasının tək yolunda 0,918 km , Şirvan çeşidləmə stansiyasında 1,122 km, Qaragünə - Şirvan çeşidləmə mənzilində 6,709 km, Xıdırlı – Qaragünə mənzilində 13,9 km yolu əsaslı təmir etmiş, “ADY Konteyner” MMC –nin sifarişi ilə Sumqayıtçayda yük həyətinin yollarinda 19 dəst yoldəyişən quraşdırmaqla 5,5 km, Biləcəri Təchizat bazasında 4 dəst yoldəyişən quraşdırmaqla 2 km, Böyük Şor lokomotiv deposunun yollarında 16 dəst yoldəyişən quraşdırmaqla 3,424 km, Ləcət stansiyasında 3 dəst yoldəyişən quraşdırmaqla 1,218 km yolu əsaslı təmir etməyə nail olmuşlar.Regionda ən müasir müəssisə olanRels – Qaynaqlama Qatarının kollektivi 2016 – cı ildə 157437,70 metr/yol, 2017 – ci ildə 207719,60 metr/yol, 2018 – ci ildə isə 184081,31 metr/yol rels qaynaq etməyə nail olmuş, hesabat dövründə qaynağın cəmi həcmi 549238,61 metr/yol təşkil etmişdir. Hazırda da bu kollektiv əsaslı təmir proseslərində yaxından iştirak edir.

Əslində, yuxarıda qeyd etdiklərimiz “ Dəmiryolservis “ MMC kollektivinin potensial imkanlarını özündə tam əks etdirmir.Çünki bu kollektiv daha böyük işləri görmək imkanlarına malikdir və bunu öz əməli işləri ilə dəfələrlə sübuta yetiriblər. Yaradıcı və qurucu insanlar heç vaxt öz əməllərindən usanmırlar.Ona görə ki, icra etdikləri iş dövlətə və millətə xidmətə köklənir. Əlləri var olsun !

 Tbilisidə Bakı-Tiblisi -Qars dəmir yolu layihəsi üzrə Koordinasiya şurasının növbəti iclası keçirilib.

 
Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.
Həbib Misirov adlı şəxsin şəkli.

Cənab Prezident, mən, ilk növbədə, Sizə təşəkkür etmək istəyirəm ki, iş qrafikinizin gərgin olmasına baxmayaraq, bizə vaxt ayırmısınız və bizimlə görüşürsünüz.

Ardını oxu...


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xızı rayonunun Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ardını oxu...

Xəbər lenti