Vəsilə Abulova


Ötən ayın sonunda Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə, məhz parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyyə edən qərar qəbul etdi və bununla bağlı ictimaiyyətə, hakim siyasi partiyanın sədr müavini-icra katibi Əli Əhmədov geniş açıqlama verdi. Partiya funksioneri verdiyi açıqlamasında bildirdi ki, “YAP-ı təmsil edən millət vəkilləri parlamentə müraciət ünvanlamağa qərar veriblər və onların müraciətləri Milli Məclisə daxil olacaq. Hesab edirəm ki, rəhbərlik ünvanlanan müraciətin yaxın zamanlarda parlamentin müzakirəsinə çıxarılmasına nail olacaq”. Bəli, belə bir müraciət parlamentdə müzakirəyə çıxarıldıqdan sonra, millət vəkillərinin tam əksəriyyəti ali qanunverici orqanın buraxılmasına səs verdilər. Beləliklə, beşinci çağırış Milli Məclis tam tərkibdə buraxıldı və 2020-ci ilin 09 fevral tarixdə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün vaxt da təyin olundu. Artıq seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı, Mərkəzi Seçki Komissiyası tərəfindən bütün zəruri tədbirlər görülməkdədir. Yəni, növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin “Təqvim planı” da qəbul olunub. “Təqvim planı”na uyğun olaraq seçkilərin keçirilməsinə dair tədbirlərin, yəni namizədlərin qeydiyyatı, təbliğat-təşviqat kampaniyasının aparılma müddəti, müşahidəçilərin qeydiyyatı və sair məsələlərə dair vaxt müəyyən olunub və büdcədən ayrılan vəsaitlər hesabına, məhz ölkəboyu belə bir prosesin keçirilməsinə ciddi hazırlıq işləri də görülməkdədir.

Təqribən üç-dörd gün bundan öncə Mərkəzi Seçki Komissiyasından əldə etdiyimiz məlumata görə, 09 fevral 2020-ci il tarixə təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət etmiş 2431 nəfərdən 1099-nun namizədliyi qeydə alınıb. Qeydə alınmış potensial namizədlərdən biri də, Azərbaycan Dəmir Yolları QSC-i, Maliyyə idarəsi rəisinin müavini, 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Vəsilə xanım Abulovadır. Adı çəkilən bu xanımın xarakterik xüsusiyyəti, iş üslubu, insanlara yanaşma münasibətinin göstəriciləri və s. haqda az-çox məlumatlı olan hər kəs bilir ki, o, hər zaman ictimai həyatda özünün peşəkarlığı və qayğıkeşliyi ilə əksəriyyətdən fərqlənən bir şəxs olub. Daşıdığı vəzifəsinin icraasına başladığı ilk gündən nümunəvi addımlarını atıb, sağlam davranışı və saf düşüncəsi ilə çoxlarına örnək olub. Vəsilə xanım, məhz belə bir addımları ilə qısa zaman kəsiyində hər kəsin rəğbət hissini də qazana bilib. Haqqında söz-söhbət düşərkən, onu tanıyanlar Vəsilə xanım Abulovadan ağızdolusu danışar, əməllərinin yüksək insani hisslərlə bağlı olduğunu dilə də gətirərlər. Hətta onu tanıyan, onun iş fəaliyyəti, həyata baxışı, hər kəsə qarşı fərdi yanaşma münasibəti haqda məlumatlı olanlar onu da qeyd etdilər ki, “Vəsilə xanım Abulova QSC-nin Maliyyə idarəsinə rəis müavini təyin olunduğu ilk gündən özünün isguzarlığı və peşəkarlığı ilə tanınıb. Qısa zaman kəsiyində böyük hörmət-izzət sahibi olub”. Hər kəsə bəllidir ki, Vəsilə xanımın yalnız və yalnız bir amalı var, o da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə möhtərəm Prezidentimiz tərəfindən uğurla həyata keçirilən siyasi kursu müdafiə etmək, dövlətimizi, xalqımızı sevməkdir.

Bəli, bu gün də o, heç bir təmənna güdmür və hər zaman ölkə rəhbərinin mövqeyini müdafiə etməklə, yürüdülən siyasi kursa sadiq olduğunu əməli addımları ilə sübuta yetirir. Ona görə də, adı çəkilən bu xanımı öz əqidəsindən heç bir qüvvə heç cür döndərə bilmir və sağlam düşüncəsi ilə lazımi addımlarını atır. O halın varlığını da qeyd edək ki, Vəsilə xanım Abulova ulu öndər Heydər Əliyevi özünün ən böyük idealı hesab edir və onun tarixdə buraxdığı silinməz izlərə dəyər verməklə, sanki öz-özlüyündə qürur hissi də keçirir. Sözsüz ki, belə bir yanaşmaları ortaya qoymaq üçün, namizədliyi 99 saylı Şəmkir kənd seçki dairəsindən qeydə alınmış Vəsilə xanım Abulova, yüksək texniki biliyə malik olmaqla bərabər, özündə lazımi göstəriciləri cəmləşdirən, ən çətin anlarda düzgün qərar qəbul etməyi bacaran bir xanımdır. O, elə bir xarakterik xüsusiyyətə malik bir şəxsdir ki, hər kəsə diqqət və qayğı ilə yanaşmağı, hər kəsin problemini sanki özünün problemi hesab etməyi, həmçinin həmin şəxsə kömək əlini uzatmağı və s. özü üçün borc bilir. Belə bir addımlarını artdıqca, insanlar qəlbən sevinir, sanki özlərinin güclü olduğunu hiss edib, dövlətimizə, cənab Prezidentimizə inamlarını birəbeş artırırlar. Vəsilə xanım Abulova ona həvalə olunan hər bir işə yüksək səviyyədə yanaşır və verilmiş tapşırıqları, məhz maksimum müddət ərzində yerinə yetirməyə çalışır. Bir sözlə, keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan Vəsilə xanım Abulova, atdığı hər bir addımını “yüz ölçüb bir biçir”, zamanı çatanda isə, yekdil qərarını verməyi bacarır.

Bəli, adı çəkilən bu xanım üzərinə düşən hər bir işi yüksək səviyyədə yerinə yetirdiyindən, bu gün tam əksəriyyətin ona qarşı inam hissi birəbeş artıb. Sözsüz ki, belə bir uğurlara sahib olmaq, heç də hər kəsə nəsib olmur. Özünün peşəkarlığı, həyata baxışının müdrikliyi, ətrafdakılara qarşı bəslədiyi səmimi, insani münasibətlərinin varlığı və s. ilə tam əksəriyyətdən fərqlənən bu xanım, bu gün belə bir uğurlara sahib olduqca, ətrafdakıların ona qarşı rəğbət hissi daha da artır. Ona görə də belə bir qənaətə gəlmişik ki, Vəsilə xanım Abulova millət vəkili seçilərsə, o halda o, seçicilərinin millət vəkili olacaq, ona göstərilən etibarı və etimadı layiqincə doğruldacaq. Odur ki, böyük ruh yüksəkliyi, dərin inam hissi ilə seçkilərə qatılan və hal-hazırda 99 saylı Şəmkir kənd seçki dairəsində ən potensial namizəd olan Vəsilə xanım Abulovaya uğurlar diləyib, seçki günü qalib olmasını arzu edirik. Əslində adı çəkilən bu xanımın qələbə çalması, ona səs verib qalib edən seçicilərinin qələbəsi demək olacaq.

Fərid Faiqoğlu



“Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub

Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də 18 170 nəfər çalışır. Yol-xeber.az xəbər verir ki, bu barədə qurumun sədri Cavid Qurbanov kollegiya iclasında məlumat verib. “Ötən il 1 046 nəfər işə qəbul olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb. Mobil elektron test sistemi və elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları mərkəzləşdirilib. Müxtəlif ali təhsil müəssisələrindən olan 13 65 nəfər dəmir yollarında istehsalat təcrübəsi keçib. 5 341 əməkdaş müxtəlif təlimlərə cəlb olunub”, - o deyib. Bundan başqa, sədrin sözlərinə görə, ötən il 51 əməkdaş “Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub. 49 nəfərə isə “Əmək veteranı” adı verilib.

 

“2015-ci illə müqayisədə əmək haqqı 103% artırılaraq, 270 manatdan 549 manata qaldırılıb”, - C.Qurbanov əlavə edib. 



Ləki Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb

“Azərbaycan Dəmir Yolları" QSC-də 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Yol-xeber.az bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, cəmiyyətin sədri Cavid Qurbanov il ərzində dəmir yolu sahəsində görülən işlər haqqında geniş məlumat verərək, dəmir yolu nəqliyyatının iqtisadiyyatın vacib sahələrindən biri olduğunu vurğulayıb. Sədr bu sahədə görülən işlərin Prezident İlham Əliyevin daim diqqətində olduğunu və dəmir yollarında çalışanların əməyini yüksək qiymətləndirdiyini bildirib. 

Qeyd olunub ki, ötən il ərzində “Azərbaycan Dəmir Yolları" dövlət başçısının iştirakı ilə 4 mühüm layihənin təqdimatını keçirib. Prezidentin aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olması, mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksi, noyabrın 19-da Abşeron dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin, dekabrın 29-da isə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak etməsi bu diqqətin göstəricisidir. Ötən il dövlət başçısı Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi, Ləki Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb.

C.Qurbanov Prezidentin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə müvafiq dövlət strukturları və qurumların qarşısında mühüm öhdəliklər qoyduğunu vurğulayıb. Dövlət başçısı keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpünün Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçası olduğunu, Astara-Rəşt dəmir yolunun tikintisi ilə əlaqədar müvafiq sənədlərin imzalandığını qeyd edərək, həmin istiqamətdə fəaliyyətin bu il təsirli olacağına əminliyini bildirib.

 

İclasda qurumun ayrı-ayrı struktur və idarə rəhbərləri görülən işlər barədə məlumat veriblər və müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər. Cari məsələlər müzakirə edilib, qurumun struktur bölmələrinə tapşırıqlar verilib.



Bir sözlə, əminəm ki, bu il Azərbaycan uğurla inkişaf edəcək. 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək. Sağ olun.

 
 
 
 
 
OXŞAR XƏBƏRLƏR

Dekabrın 29-da Bakının Pirşağı qəsəbəsində avtomobil tunelinin açılışı olub.

"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev avtomobil tunelinin rəmzi açılışını bildirən lenti kəsib.

 








 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub.

Dövlətimizin başçısına yeni avtomobil yolunun tikintisi çərçivəsində görülən işlərlə bağlı məlumat verildi.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 24-də Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib, əsasən tamamlanmış Park Kvartalı ilə tanış olublar və buradakı parkın abadlaşdırılmasına start veriblər.

Son illər ərzində Bakı Ağ Şəhər layihəsi çərçivəsində yaradılan infrastruktur insanların rahatlığı və təhlükəsizliyini təmin etməklə yanaşı, paytaxtın görünüşünə əlavə gözəllik verir. Təməli 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulan Bakı Ağ Şəhər layihəsinin baş planında nəzərdə tutulan şəhər tipli 10 universal kvartalın bir neçəsi artıq istifadəyə verilib. Hazırda Bakı Ağ Şəhər layihəsinin yeni Park Kvartalında abadlıq və infrastruktur-kommunikasiya işləri yekunlaşıb. Yaşayış binaları, məktəb və uşaq bağçası, biznes mərkəzi, inzibati dövlət binası, yeraltı avtodayanacaqlar və böyük park kompleksindən ibarət müasir kvartalda sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılır, yeni yollar salınır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına və birinci xanıma ərazidə görülən işlər barədə məlumat verdilər.

Bildirildi ki, Ağ Şəhərdə tikinti-quruculuq işləri çərçivəsində eni 37 metr, uzunluğu 2 kilometrə çatan Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə birləşməsi istiqamətində işlər görülüb.

Dövlətimizin başçısı və birinci xanım buradakı parkın abadlaşdırılması və genişləndirilməsi planı ilə də tanış oldular.

Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov görülən və görüləcək işlər barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

Prezident İlham Əliyev Bakı Ağ Şəhər Mərkəzi Bulvar küçəsinin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva buradakı parkda ağac əkməklə abadlaşdırma işlərinə start verdilər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Park Kvartalı ilə tanış oldular.

Məlumat verildi ki, artıq bir neçə ildir Mərkəzi Bulvar küçəsinin Xəqani Rüstəmov küçəsindəki dairəyə birləşən hissəsi istismara verilib. Küçəni əhatə edən Paris evləri, quraşdırılmış heykəllər və yaşı yüz illərlə ölçülən dekorativ zeytun ağacları ərazinin bəzəyidir. Fəvvarələr Meydanı və Mərkəzi Park kvartallarını ayıran Mərkəzi Park küçəsi Ağ Şəhərin iki kilometrlik maneəsiz gəzinti zolağı ilə kəsişir və burada piyadalara üstünlük verildiyini bildirən hündür piyada keçidləri salınır. Küçə, eləcə də Park Kvartalının ərazisində qərbdən London memarlıq üslubunda layihələndirilmiş möhtəşəm “Knighstbridge Residence” kompleksi və şərqdən Böyük Park kompleksi və iyirmimərtəbəli müasir binalara keçidləri təmin edir. Müasir şəhər trendlərinə uyğun olaraq, Mərkəzi Bulvar küçəsi ilə Nobel prospektinin kəsişməsində avtomobillərin, piyadaların və velosipedçilərin təhlükəsiz hərəkətini təmin etmək üçün xüsusi yolayrıcı layihəsi işlənilib və həyata keçirilib. Bu yolayrıcında piyada və velosipedçilərin üstünlüyünü qeyd edən zolaqlar və yol nişanları, qoruyucu tumbalar nəzərdə tutulub.

Növbəti mərhələdə Mərkəzi Bulvar küçəsinin Nobel prospekti ilə kəsişməsinin işıqforla tənzimlənməsi, Bulvar yoluna birləşməsi və avtomobillərin bu küçə ilə birbaşa Sahilyanı kvartala və Ağ Şəhər Bulvarına hərəkəti planlaşdırılır. Mərkəzi Bulvar küçəsi Ağ Şəhərin təkrarolunmaz üslubunu əks etdirən xüsusi detallarla bəzədilib - eni 11 metrə çatan səkilərdə yaşıllıqlar, arabalar üçün panduslar salınıb, səkilərdə küçənin adı daş nişanlarla qeyd edilib, yol göstəriciləri və xəritələr, incəsənət nümunələri quraşdırılır, piyada keçidləri və avtomobillər üçün xüsusi dayanacaq yerləri təşkil edilir.

Yeni salınmış yaşıllıq zolağında əvvəllər ərazidə yerləşən və 1863-cü ildə ilk dəfə Bakıda tətbiq edilmiş ağ neftin ikiqat təmizlənməsi qurğuları bərpa edilərək saxlanılıb. Burada yaradılan yaşıl istirahət zonalarında çinar, zeytun, palma, şam ağacları, sərv və çox sayda yeni ağaclar əkilib, eləcə də Ağ Şəhər ərazisində illər boyu bitən ağaclara buraya köçürülərək, onlara yeni həyat verilib. Qara şəhərin tarixi irsinə hörmətlə yanaşaraq, burada XIX əsrdə dünyanın ən qabaqcıl ağ neftin təmizlənməsi qurğuları, XIX əsrin sonları - XX əsrin əvvəllərində neft çənləri əhatə edən istinad divarı və 1890-1940-cı illərdə əhaliyə təmiz suyun paylanmasını təmin edən pavilyon bərpa edilib. XIX əsrə aid olan neft anbarlarını əhatə edən istinad divarı da qorunub saxlanılıb, divar boyunca Olimpiya kvartalına piyada keçidi salınıb. Yeni salınan yaşıllıq zolağında parka keçid pilləkənləri kompleksi yaradılıb, layihənin tarixi və göstəriciləri haqqında qranit xatirə daşı qoyulub.

Prezident İlham Əliyevə Ağ Şəhərdə mərhələlərlə görülən işlər, Nobel prospekti üzrə xüsusi layihələndirilmiş binalar haqqında ətraflı məlumat verildi. Bildirildi ki, burada yerli və xarici sənətkarların incəsənət nümunələri qoyulub və gələcəkdə bu işlər davam etdiriləcək. Bundan əlavə, Olimpiya kvartalında görülən infrastruktur işləri, o cümlədən eni 80 metr olan Nobel, Babək, Heydər Əliyev prospektlərini, Ziya Bünyadov küçəsini və gələcəkdə tikiləcək bulvar küçələrini birləşdirən yol və digər infrastruktur layihələri barədə məlumat verildi. Qeyd edildi ki, Ağ Şəhərdə ofis, yaşayış, inzibati, dövlət binalarının, parkların və digər tikililərin inşası nəzərdə tutulub.

Görülən işlərdən razılığını bildirən Prezident İlham ƏLİYEV dedi.

-Hər il biz ənənəvi olaraq Ağ Şəhərin təməlqoyma günündə görülən işlərlə tanış oluruq və gələcək il üçün planlar tərtib edirik. 2019-cu ildə görülən işlər yüksək səviyyədədir, mən bunu bəyənirəm. 2020-ci ildə də nəzərdə tutulan bütün planlar gərək həyata keçirilsin, o cümlədən yol infrastrukturu. İnvestorlar üçün yeni təkliflər ortaya qoyulmalıdır ki, investorlar Ağ Şəhərin tikintisinin davam etdirilməsinə və tamamlanmasına daha böyük həvəslə vəsait yatırsınlar. Görülmüş işlər münasibətilə sizi təbrik edirəm, yeni uğurlar arzulayıram. Sağ olun.

Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov görülən işləri yüksək qiymətləndirdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və onu doğum günü münasibətilə təbrik etdi.

Sonda xatirə şəkilləri çəkdirildi.




Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov mətbuat konfransı keçirib.

Mətbuat konfransında C.Qurbanov Azərbaycan dəmir yolunun tarixi, müasir dövrdə dəmir yolunun mövcud durumu və perspektiv planlar haqqında geniş məlumat verib. O deyib ki, Azərbaycanda ilk dəmir yolu hələ XIX əsrin sonlarında istifadəyə verilib. Ötən əsrin əvvəllərində elektrikləşdirilmiş dəmir yolunun istifadəyə verilməsindən sonra isə bu sahənin Azərbaycan iqtisadiyyatında rolu artmağa başlayıb.

Azərbaycanın dəmir yollarının inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən C.Qurbanovun sözlərinə görə, Ulu Öndərimiz bu sahənin inkişafı ilə əlaqədar çox böyük işlər görüb. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

C.Qurbanov bildirib ki, bu gün Azərbaycanda bütün sahələr üzrə inkişaf var və dəmir yolu sahəsi də xüsusi inkişaf dövrünü yaşayır. Bu gün respublikada dəmir yollarının ümumu uzunluğu 4200 kilometrə çatdırılıb, baş yollar isə 2955 kilometr  təşkil edir.

O söyləyib ki, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin 20 min nəfərə qədər işçisi var: ““Azərbaycan Dəmir Yolları" QSC-də 2015-ci ilə nisbətən əməkhaqqı hazırda 95 faiz artıb. Əvvəllər əməkhaqqı 120-130 manat olubsa, hazırda bu rəqəm 583 manatdır. Əməkhaqqının yüksəlməsi yükdaşımaların artımı ilə bağlıdır”.

QSC sədrinin sözlərinə görə, cari ilin yanvar-noyabr aylarında dəmir yolu ilə təqribən 15 milyon ton yük daşınıb. Ötən il yükdaşımaların həcmi 13 milyon 950 min ton olub. Bu il daşınan yüklərin əksəriyyəti tranzit yüklərdir.

Yeni layihələr barədə məlumat verən C.Qurbanov söyləyib ki, Bakıda Güzdək-Sahil dəmir yolunun təmiri nəticəsində bu xətt yerüstü metro kimi insanların xidmətində olacaq. O bildirib ki, həmin yolun araşdırılmasına başlanılıb: “Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb. Bakı-Rusiya sərhədində olan yola Asiya İnkişaf Bankından kredit ayrılıb. Türkiyə və Qazaxıstanın şirkətləri bərabər işlər görəcək. Eyni zamanda, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri başa çatdırılıb. Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən gedəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə bağlanılıb. 42 lokomotiv və dəmir yolunda sərnişinləri daşıyan avtobus və 30-a yaxın vaqonların təmiri nəzərdə tutulur”.

C.Qurbanov həmçinin Bakıda tramvay xəttinin bərpası ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, məsələ ölkə başçısına məruzə olunub: “Lakin bu xətti bərpa etmək çox çətindir. Bakı şəhərindəki sıxlıq bu xəttin bərpasını çətinləşdirir”. C.Qurbanov vurğulayıb ki, hazırda bununla bağlı iş gedir. Xarici şirkətlərə müraciət olunub və araşdırmalar aparılır. Ancaq istifadəyə veriləcək dairəvi yolun üzərində əlavə işlər aparmaqla tramvayla daşımaları əvəz etmək olar.

C.Qurbanov həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən danışıb. Bu layihənin dövlətimizin siyasi iradəsi sayəsində reallaşdığını deyən QSC sədri bu məsələdə Preizdent İlham Əliyevin xüsusi rolunu vurğulayıb. Onun sözlərinə görə, bu layihəyə müəyyən xarici dairələr tərəfindən qısqanclıqla yanaşılır: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyədək 300 min ton yük daşınıb. Bəzi əngəllərə baxmayaraq hazırda bu xəttin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir. Qazaxıstan tərəfi ilə bu sahədə işlər aparılır və bunun nəticəsi olaraq əlavə 500-600 min tonun cəlb etmək mümkün olacaq”.

C. Qurbanov qeyd edib ki, bu dəmir yolu ilə sərnişin daşımalarının təşkili ilə bağlı işlər aparılır: “Bu yaxınlarda bu istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. Müvafiq sənədlər artıq hazırlanıb və onlar imzalanandan sonra sərnişin daşımalarına start veriləcək”.

BTQ xəttinin Naxçıvanla birləşdirilməsi məsələsi ilə bağlı məsələyə gəldikdə, C. Qurbanov söyləyib ki, bunun üçün 280 km xətt Türkiyə ərazisində tikilməlidir: “Bu da 2 milyard ABŞ dollarına yaxın sərmayə tələb edir. Bu məsələ araşdırılır”.

 

13 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və “İdrak Texnoloji Transfer” MMC arasında “ASAN Railway” layihəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

            Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “İdrak Texnoloji Transfer” MMC-nin prezidenti Hikmət Abdullayev imzalayıblar.

            Memorandumun məqsədi dəmir yollarında kiçik həcmli sərnişin və yük daşımalarının həyata keçirilməsi, habelə regionlara təhlükəsiz və çevik səyahətin təmin edilməsi üçün “ASAN Railway” innovativ, pilotsuz nəqliyyat vasitələrinin tətbiqi layihəsinin birgə həyata keçirilməsində əməkdaşlığın təmin edilməsidir.

            Dəmir yolu reysləri üzərində innovativ taksi sistemi olan “ASAN Railway” sərnişin daşınmasında ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olmaqla elektronika, robototexnika və internet həllərlə yüksək keyfiyyətli təhlükəsizliyi və istənilən yerə istənilən vaxtda çatma imkanını təmin edəcək. 

            “ASAN Railway” sisteminin artıq ilkin modeli laborator mühitdə hazırdır və müvafiq Memorandum prosesi daha da sürətləndirəcək.

            “ASAN Railway” sistemi ilk dəfə İmişli “ASAN Həyat” kompleksinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.






Rusiyanın paytaxtı Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov arasında görüş keçirilib.

Oleq Belozyorov iki ölkənin dəmir yolları arasında əməkdaşlığın hazırki vəziyyətindən danışıb, bu əlaqələrin müsbət dinamikasını qeyd edib. Beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin gücləndirilməsinin mühüm vəzifələrdən biri olduğunu bildirən Belozyorov bu sahədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun əhəmiyyətini xüsusi vurğulayıb. Trans-Sibir magistralının potensialı ilə BTQ-nin “Şərq-Qərb” formatındakı imkanları arasında sinergiya layihəsi müzakirə edilib. Həmin layihənin inkişafı ilə bağlı bu ilin aprel ayında Pekində keçirilən "Bir Kəmər - Bir Yol" İkinci Beynəlxalq Konfransı çərçivəsində hər iki ölkənin dövlət başçılarından tövsiyələr alındığı bildirilib.
Cavid Qurbanov öz növbəsində, Rusiya Dəmir Yollarının rəhbərinə bu layihələr üzrə görülən işlər barədə məlumat verib, hər üç layihə üzrə fəaliyyətin uğurla davam etdiyini bildirib. Görüş zamanı bu marşrutlar boyunca birgə inteqrasiya edilmiş logistika məhsulunun hazırlanması məqsədilə texniki, texnoloji və təşkilati məsələlər də müzakirə edilib. Layihələrin təşviqi məqsədilə sərgilər, konfranslar, brifinqlər və digər reklam xarakterli tədbirlərdə iştirak da daxil olmaqla, birgə fəaliyyət planı razılaşdırılıb. Bu cür tədbirlərin yaxın vaxtlarda, daha dəqiq dekabrın sonunda Tokioda (Yaponiya), yanvarın axırında isə Nyu-Dehlidə (Hindistan) keçirilməsi nəzərdə tutulur.

Image may contain: 8 people, people smiling, people sitting, table and indoor

Xəbər lenti