Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb

“Azərbaycan Dəmir Yolları” QSC-də Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavnanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Yol-xeber.az bu barədə QSC-yə istinadən xəbər verir.

Məlumata görə, görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd olunub ki, Hindistan və Azərbaycan arasında tarixi bağlar, inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri var. İki ölkə arasında bir çox sahələrdə biznes və ticarət əlaqələri getdikcə artır. Eyni zamanda Azərbaycanla Hindistan arasında “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi layihələri çərçivəsində sıx əməkdaşlıq mövcuddur. “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov ölkəmizin nəqliyyat-logistika imkanları, beynəlxalq və regional layihələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin əhəmiyyətindən danışan C.Qurbanov bildirib ki, bu dəhlizin yaradılması, həqiqətən də, tarixi hadisədir. Dəhlizin inkişafı həm Hindistan, həm Azərbaycan, həm də bütün iştirakçı ölkələr üçün önəmli məsələlərdəndir. Çünki bu marşrut Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən bir layihədir. Proqnozlar göstərir ki, bu dəhliz tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, sözügedən regionun Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Bu marşrut optimal və iqtisadi cəhətdən məqsədəuyğundur. Marşrutun yük bazasını Hindistan və Fars Körfəzi ölkələrinin Rusiya, Skandinaviya və Şimali Avropa ölkələri ilə ticarət əlaqələri təşkil edir. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının iki-üç dəfə az olmasıdır.

B.Vanlalvavna beynəlxalq nəqliyyat layihələrinin reallaşmasında Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib. O qeyd edib ki, Hindistan hökuməti də dəmir yollarının beynəlxalq səviyyədə təkmilləşdirilməsi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinin fəaliyyətinin gücləndirilməsi üçün önəmli addımlar atıb.

 

Görüşdə ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

C.Qurbanov həmçinin deyib ki, Hindistanın Mumbay limanı və Hindistan Konteyner Korporasiyası (CONCOR) nümayəndə heyəti sabah Azərbaycana səfər edəcək. Sədr Azərbaycan və Hindistan dəmir yolları sahəsində yükdaşımaların təşkili ilə bağlı xidmətlərin göstərilməsi üçün bütün imkanların mövcudluğunu deyib. İki ölkənin limanları arasında ticari əlaqələrin qurulmasının bu istiqamətdə əhəmiyyətindən söhbət açılıb. Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna diplomatik missiyası müddətində Azərbaycanda nəqliyyat, xüsusilə də dəmir yolları sahəsinə böyük maraq göstərildiyinin şahidi olduğunu qeyd edib. Bu əməkdaşlığa töhfə vermək istədiyini bildirən səfir diqqətə çatdırıb ki, hazırkk statistik göstəricilərə görə, Azərbaycanla Hindistan arasındakı ticarət dövriyyəsində əsas yeri xam neft tutur. Diplomat qeyd edib ki, tədqiqatlara görə, “Şimal -Cənub” nəqliyyat dəhlizi mövcud qiymətlərdə 30-40%, vaxt baxımından isə 50% qənaətə imkan yaradacaq. Bu baxımdan hər iki ölkənin birgə maraqları çərçivəsində layihənin qısa zamanda fəaliyyətinin daha da artırılmasının məqsədə uyğun olduğu vurğulanıb.

 
30 Aprel 2025 Bakı metropoliteni və “Metro İstanbul” arasında əməkdaşlıq imkanları müzakirə olunub
25 Aprel 2025 Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video
25 Aprel 2025 ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
25 Aprel 2025 Gəncə şəhəri, Samux və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
22 Aprel 2025 Bakı metropoliteni beynəlxalq maliyyə institutları ilə müzakirələri davam etdirir
21 Aprel 2025 “Sabahın alimləri” respublika müsabiqəsinin qalibləri Bakı metropolitenində
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO

Xəbər lenti