![]() |
|
Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun qardaşı oğluna yeni vəzifə verilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi Əkbər Şəmşirli vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsində vəzifəyə təyin olunub. Onun yerinə isə Qazax RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Murad Qurbanov təyin olunub.
Qeyd edək ki, Əkbər Şəmşirli Cavid Qurbanovun qardaşı oğludur.
“Azərbaycan Dəmir Yolları” QSC-də ölkə başçısının çıxışından irəli gələn məsələlərlə bağlı videokonfrans formatında geniştərkibli iclas keçirilib.
“Yol-xeber.az” xəbər verir ki, iclasda Prezident İlham Əliyevin 06 avqust 2020-ci il tarixində koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə dövlət şirkətləri, o cümlədən QSC-nin fəaliyyəti barədə səsləndirdiyi fikirlərdən irəli gələn məsələlər müzakirə olunub.
Qeyd edilib ki, dövlət başçısının rəhbərliyi və dəstəyi ilə son illərdə nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsini təmin etmək məqsədilə bir sıra mühüm qərarlar qəbul olunaraq ölkənin dəmir yolları şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılıb, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin, həmçinin “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” layihələrinin reallaşması prosesində Azərbaycanın aktiv iştirakı təmin edilib.
“Asiya İnkişaf Bankı” ilə instusional islahatlar sahəsində aparılmış əməkdaşlıq çərçivəsində fəaliyyətə əsaslanan korporativ və insan resursları idarəedilməsinin təkmilləşdirilməsi, rəqəmsal transformasiya istiqamətində layihələr, maliyyə sisteminin müasir tələblərə uyğun qurulması, borcların restrukturizasiyası və digər məsələlərlə bağlı bir sıra işlər yerinə yetirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, dövlət başçısı İlham Əliyevin çıxışında səmərəliliklə bağlı qeyd edilən haqlı iradları iclasda səsləndirərək, bu istiqamətdə Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsinin, idarəetmə sistemində münasibətlərə yeni müstəvidə baxılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
“Azərbaycan Dəmir Yolları” QSC 2030” yeni strategiyasının hazırlaması üçün böyük təcrübəyə malik olan “McKinsey&Company” şirkəti ilə əməkdaşlığa başlanıldığı və bu istiqamətdə işlərin surətləndirildiyi bildirilib.
İclasda COVID-19 pandemiyasının dünya dəmir yolları şəbəkəsinə, o cümlədən QSC-nin fəaliyyətinə təsirindən söhbət açılıb. Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə pandemiyanın yaratdığı çətin şəraitə baxmayaraq, ötən ilin birinci yarısı ilə müqayisədə yük daşımalarda artımın müşahidə olunduğu bildirilərək, ölkənin tranzit şəbəkəyə çevrilməsi istiqamətində səylərin bundan sonra daha sürətlə davam etdiriləcəyi vurğulanıb.
Yekunda Prezidentin tapşırığı istiqamətində işləri sürətləndirmək, o cümlədən səmərəliliyin artırılması və xərclərin optimallaşdırılması məqsədilə təhlillərin aparılması ilə bağlı zəruri addımların atılması qərara alınıb.
AZƏRTAC xəbər verir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib.
Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.
Dövlət başçısına layihə üzrə görüləcək işlər barədə məlumat verilib.
***
İlham Əliyev İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Dövlət başçısı Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək və Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300,0 (üç yüz) min manat ayrılsın.
2. Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
İyulun 21-də Daxili İşlər Nazirliyində 2020-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. Ölkədəki epidemik vəziyyətlə əlaqədar kollegiya videokonfrans formatında baş tutub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının və Daxili Qoşunların ötən 6 ayda böyük bir iş həcmini yerinə yetirdiyini və bir çox istiqamətlərdə müsbət nəticələr əldə etdiyini vurğulayıb. Xidməti fəaliyyətdə innovasiyaların tətbiqi üzrə həyata keçirilən tədbirlərlə “Karantin dövründə buraxılışların qeydiyyatı”, “Mobil Axtarış Portalı”, “Yoxlamaların vahid məlumat reyestri”, “Ezamiyyətlərin qeydiyyatı”, Polis Akademiyasında “Elektron imtahan” informasiya sistemlərinin yaradılaraq istimara verildiyini, eləcə də bir sıra infrastruktur yeniliklərinin həyata keçirildiyini nəzərə çatdırıb.
Daxili İşlər naziri ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminə riayət olunmasına nəzarət tədbirləri çərçivəsində yoluxanların karantinə yerləşdirildiyi 35 şəhər və rayon üzrə 62 xəstəxananın və digər obyektlərin sutkalıq mühafizəsinin davam etdirildiyini bildirib. Həmçinin, xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirlərinin görüldüyünü, onlardan 788 nəfərin həbs edildiyini, 193 min 560 nəfərin, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 min 820 nəfərin cərimələndiyini qeyd edib.
General-polkovnik V.Eyvazov bildirib ki, Dövlət Başçısı cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən daxili işlər orqanlarının və daxili Qoşunların fəaliyyəti həmişə yüksək qiymətləndirilib. O, polisin peşə bayramı ərəfəsində 26 əməkdaşın dövlət mükafatına layiq görüldüyünü, rəhbər vəzifəli 3 şəxsə ali xüsusi rütbələr verildiyini məmnunluqla xatırladıb.
Sonra hesabat məruzəsi ilə çıxış etmək üçün söz Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimova verilib. O, əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 13.310 cinayətin qeydə alındığını, bu cinayətlərin 94,7 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla onların 87,2 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etdiyini bildirib.
Məruzəçi qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bir çox cinayətlərin sayında azalma qeydə alınıb. Belə ki, qəsdən adam öldürmələr 6, adam öldürməyə cəhdlər 16,3, qəsdən sağlamlığa az ağır zərər vurmalar 4,2, mülkiyyət əleyhinə olan cinayətlər 4,8, xuliqanlıqlar 27, yetkinlik yaşına çatmayanların cinayətləri 19,6, ailə münaqişəsi zəminində hüquqpozmalar 6,2, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 33,3, ictimai yerlərdə törədilən cinayətlər 21,5, yol-nəqliyyat hadisələri 7,5, qəzalarda ölənlərin sayı 5, xəsarət alanların sayı 6 faiz azalıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması, axtarışda olan 1821 şəxsin tutulması da məhz hesabat dövründə təmin edilib.
Polis general-leytenantı S.Əzimov mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 438, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 86 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, qeyri-leqal dövriyyədən ötən ilin 6 ayı ilə müqayisədə 256,5 kiloqram çox və ya 1 ton 67 kiloqram narkotik vasitə çıxarıldığını, 91 tona yaxın narkotik xassəli bitkinin aşkarlanaraq məhv edildiyini Kollegiya iştirakçılarının nəzərinə çatdırıb.
Məruzə ətrafında çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Teymur Hacıyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Sərdar Səfərov və digərləri hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı planlaşdırılan konkret tədbirlər barədə məruzə ediblər.
İclasa yekun vuran Daxili İşlər naziri Vilayət Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi polis orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu nəzərə çatdıraraq müşavirə iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına və qarşıda duran vəzifələrə yönəldərək konkret tapşırıq və tövsiyələrini verib.
Nazir cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsini, şəxsi heyətin daha böyük əzmlə çalışmasını və əməkdaşların peşəkarlığının yüksəldilməsini hər bir polis orqanının rəhbərindən tələb edib.
General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqətə, verdiyi böyük dəyərə və etimadına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və onları əmin edib ki, respublikada ictimai asayişin mühafizəsi, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzfələr bundan sonra da layiqincə və tam yerinə yetiriləcəkdir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Koporativ Strategiya”sının hazırlanması məqsədi ilə bu il mayın 21-də dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə müqavilə imzalanıb, bu istiqamətdə təhlillər davam etdirilir.
İyulun 17-də Cəmiyyətin İdarə Heyəti və həmin şirkətin nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil olunub. Videokonfrans zamanı “McKinsey&Company” şirkətinin nümayəndələri layihənin gedişatı barədə ətraflı məlumat təqdim ediblər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov əlverişli coğrafi mövqedən səmərəli istifadə etməklə, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində dəmir yolunun artan roluna diqqət çəkib və son dövrlərdə bu istiqamətdə atılan məqsədyönlü addımların ölkənin tranzit potensialına müsbət təsirini vurğulayıb. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC-nin əməliyyat effektivliyinin artırılması ilə yanaşı, nəqliyyat zəncirinin bütün halqalarının prosesdə iştirakının artırılması və müvafiq dəhlizlərin inkişafında maraqlı tərəflərlə əməkdaşlığın vacibliyini qeyd edib.
Daha sonra, “McKinsey&Company” şirkətinin dəmir yolu sektoru üzrə beynəlxalq ekspertləri tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinə qlobal və regional dəmir yolu sektorunun icmalı və trendləri, COVİD-19 pandemiyasının dəmir yolu sektoruna təsiri mövzularına dair təqdimat edilib. Strategiyanın daha uğurlu olması üçün qlobal və regional trendlərin gözlənilən təsirləri müzakirə olunub, bu mövzuda tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.