15:32

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə təyinat olub.

Bu barədə Axar.az-a İdarədən məlumat verilib.

Bu vəzifəyə təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, İdarənin müdir müavini Rəşad Tağıyev təyin edilib.

Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2007-2013-cü illərdə Ata Konsaltinq MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “onsaltinq-AZ MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Ailəlidir, iki övladı var.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə İdarənin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva təyin edilib.

Bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Qeyd edək ki, İ.Abdullayeva 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 2000 - 2011-ci illərdə Bakı şəhərindəki 285 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, 2011 - 2014-cü illərdə 261 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2014 - 2015-ci illərdə Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və veb məzmunun inkişafı şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb.

Xəbər lenti