“Kapitan Rəcəbov” adına gəmi növbəti dəfə 25 faiz endirimlə satışa çıxarılıb.

Axar.az xəbər verir ki, ləğv edilən Xəzər İxtisaslaşmış Hövzə Qəza-Xilasetmə ASC-yə məxsus gəminin satılması üçün 22 yanvar tarixində açıq hərrac keçiriləcək.

1976-cı ildən istismarda olan buzqıran gəmi üçün ilkin start qiyməti 382. 500 manat müəyyən edilib.

Qeyd edək ki, gəmi 4-cü dəfə hərraca çıxarıldığı üçün qiymətində endirim edilib. Bundan öncə gəmi 459 min manata təklif edilmişdi.

Xəbər lenti