![]() |
|
Tanınmış vəkil Adəm Məmmədovun fəaliyyəti dayandırılıb.
Globalinfo.az xəbər verir ki, qərar dünən Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası zamanı qəbul edilib.
Qərara əsasən, barəsində intizam icraatı başladılan vəkilin fəaliyyəti 3 ay müddətinə dayandırılıb.
Təfərrüatlar hələlik açıqlanmır.
Sabah – 29 yanvarda Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.
Buna görə də 29 yanvar qeyri-iş günü olacaq.
"Bizim prioritetimiz taksi sayını artırmaq deyil, fərdi nəqliyyat vasitələrinin, minik avtomobilərinin sayını azaltmaq, ictimai nəqliyyatın işini təkmilləşdirib, tıxacların qarşısını almaq üçün insanları ona yönəltməkdir. Yeganə çıxış yolu ictimai nəqliyyatın yolunu optimallaşdırmaqdan keçir".
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib. O, hesab edir ki, taksilərin kənarda qalmasının səbəbi onların tələblərə cavab verməməsidir:
"Bu işə əsasən yeni və müasir taksilər cəlb olunub. Biz yeniliyi görürük. Əsasən də hibrid və elektrikli nəqliyyat vasitələri diqqəti cəlb edir. Bu avtomobillər yanacağı az işlədir və ya elektriklə işləyir. Belə nəqliyyat vasitələrinin sayı artacaq. Hazırda 23 min taksi fəaliyyətdədir. Çünki bu sahə gəlirlidir".
Yasin Mustafayev qeyd edib ki, yaxın vaxtlarda əvvəllər bu sahədə işləyənlər yenidən taksi fəaliyyətinə üz tutacaqlar:
"Onların nəqliyyat vasitələri yeni tələblərə cavab vermir. Güman ki, onlar müəyyən qədər çıxış yolları axtarır və onu əldə etmək üçün variantlar fikirləşir. Əvvəlki kimi 67 min olmasa da, ona yaxın bir rəqəm olacaq".
Qeyd edə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədr müavini Heydər Rüstəmov qanunvericiliyə edilən dəyişiklikdən sonra Bakıda taksilərin sayının azaldığını bildirib. Bakıda fəaliyyətdə olan 67 min taksi sayı 23 minə enib.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq sərəncamlarla bir sıra dövlət qurumlarında çalışan şəxslərin vəzifə maaşları artıırılıb.
Həmin qurumların siyahısını təqdim edir:
Prezidentin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının maaşları 10% artırılıb.
Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının maaşları 10% artırılıb.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının maaşları 10% artırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının maaşları 10% artırılıb.
Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının maaşları 10% artırılıb.
DSX-nin hərbi qulluqçularının maaşları 10% artırılıb.
FHN-in hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarının maaşları 10% artırılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fərman bu il yanvarın 1-dən tətbiq edilir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ləğvi barədə qərar qəbul edilib.
Modern.az xəbər verir ki, müvafiq qərar bir neçə gün əvvəl AMEA-nın Rəyasət Heyəti tərəfindən verilib.
Bildirilib ki, Rəyasət Heyəti AMEA-nın cəmi 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılmasını məqsədəmüvafiq hesab etməyib və onun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib.
“İnstitutun Qafqaz tarixi ilə əlaqədar şöbələrinin əməkdaşları Tarix və Etnologiya İnstitutunda, siyasi elmlərə aid olan əməkdaşları isə Fəlsəfə və Sosiologiya İnstitutunda yaradılan bu sahələrə aid genişləndirilmiş yeni şöbələrdə elmi tədqiqat işlərini daha əhatəli şəkildə davam etdirəcəklər”, - deyə AMEA-dan bildirilib.
Xatırladaq ki, Qafqazşünaslıq İnstitutu 29 aprel 2015-ci iltarixində AMEA-nın ümumi yığıncağının qərarına əsasən yaradılmışdı. Qafqazşünaslıq İnstitutunun ilk direktoru Milli Məclisin deputatı, professor Musa Qasımlı olub. O, 2015-2024-cü illərdə həmin vəzifədə çalışıb.
Qafqazşünaslıq İnstitutunun hazırkı rəhbəri siyasi elmlər doktoru Ramilə Dadaşovadır. O, 2024-cü il oktyabrın 21-də AMEA Rəyasət Heyətinin qərarına əsasən, Qafqazşünaslılq İnstitutunun direktor vəzifəsini icra edən təyin edilib.
Bu gündən “Keşlə bazarı”nın "Avrohom" (Eurohome) tikinti materialları bazarında xüsusi inşa edilən sahəyə köçürülməsinə başlanılıb.
Teleqraf.com xəbər verir ki, artıq bazardakı əşyalar və məhsullar yeni ünvana daşınır.
Bu gün səhərdən etibarən bazar bağlanıb, gələn alıcılara artıq buranın fəaliyyət göstərməyəcəyi deyilir.
Satıcılar bildirirlər ki, bazardan daşınan məhsulların böyük hissəsi "Avrohom"a, bəziləri isə “50 qəpik” deyilən əraziyə aparılır.
Qeyd edək ki, bazar Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə söküləcək. Bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, söküntü işlərinin başlanılması bu ilin fevral ayının 1-nə qədər təxirə salınıb.