![]() |
|
Rusiya iqtisadiyyatı sanksiyalar rejimində yaşamağa, öz etibarsızlığını sübuta yetirən tərəfdaşlarından asılı olmamağa öyrəşməlidir.
Axar.az xəbər verir ki, bunu italiyalı həmkarı Entso Moavero Milanezi ilə görüşü zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Biz özümüz üçün belə qənaətə gəlmişik. Rusiyanı cəzalandırmaq və ya Amerika sanksiyalarıyla bağlı qəbul edilən siyasiləşmiş qərarlar rəqiblərin zəiflədilməsi üçün qəbul edilir. Biz artıq çox şeyə öyrəşmişik. Biz Avropadakı həmkarlarımıza və ya başqa kimsəyə bunların ləğv olunması üçün yalvarmayacağıq” – deyə o bildirib.