Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərində “Komsomolskaya Pravda”nı xatırladır

“Dünya ağla qaranı yaxşı ayırd edir. Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında Ceff Bezosun “Washington Post“da dərc edilmiş məqaləsinə münasibət bildirərkən qeyd edib.

Prezidentin köməkçisi, xüsusilə də COP29 ərəfəsində Azərbaycana qarşı “Washington Post“ və müəyyən Konqres rəsmiləri tərəfindən çirkin təbliğat kampaniyaları aparıldığını, Ceff Bezosun məqaləsinin bu cür media orqanlarına etimadın qalmadığını ifşa etdiyini qeyd edib.

“Mən həmişə Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan “Washington Post” qəzetinin və bəzi Konqres rəsmilərinin diqqətini Ceff Bezosun bu məqaləsinə cəlb etmək istərdim. Cəsarətli və haqlı tənqidində Bezos “Washington Post” və digər media orqanlarının timsalında etibar səviyyəsinin nə qədər aşağı düşdüyünü göstərir. O, eyni zamanda, qurban obrazının yaradılmasının fayda vermədiyini də qeyd edir... Bununla belə, Bezosun məqaləsi problemlərə milli səviyyədə toxunur, qlobal miqyasda etimad isə daha da aşağıdır. Dünya ağı ilə qaranı yaxşı fərqləndirir. Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır… “Washington Post dakı “yoldaşlar”. Sizin üslubunuz və iş metodologiyanız mənə SSRİ-nin son günlərindəki “Komsomolskaya pravda”nı xatırladır”, - Hikmət Hacıyev qeyd edib.

15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib

Xəbər lenti