![]() |
|
Ukrayna ölkə ərazisindəki Rusiya Baş Konsulluğunu Moskvanın buna adekvat şəkildə cavab verəcəyindən qorxduğu üçün bağlamır.
Axar.az xəbər verir ki, bunu “UA:Xarkov” televiziyasına müsahibəsində Ukrayna Xarici İşlər naziri Pavel Klimkin deyib.
“Rusiyada üç milyon ukraynalı var. Onlara qarşı mütəmadi olaraq provokasiyalar həyata keçirilir. Ona görə də konsulluğun burada olması vacibdir. Əgər Rusiya bizim konsulluğumuzu bağlasa, biz də adekvat addım atacağıq”, – deyə o bildirib.