İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.

Aparıcı: Cənab Prezident, Sizinlə yenidən Davosda görüşmək böyük şərəfdir.

Prezident İlham Əliyev: Sizi görməyə çox şadam. Mən əvvəlki görüşümüzü xatırlayıram. Sizin auditoriya ilə söhbət etmək imkanına görə sizə təşəkkür edirəm.

Aparıcı: Siz sağ olun, Cənab Prezident. Çoxqütblü dünyada biz öz arzularımızı və planlarımızı necə görürük? Əminəm ki, daimi dəyişikliklər baş verir, ancaq təməl aspektlər də var. Siz bu məsələləri necə görürsünüz?

Prezident İlham Əliyev: Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.

Aparıcı: Aydındır. Cənab Prezident, Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır?

Prezident İlham Əliyev: Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.

Aparıcı: Cənab Prezident, Azərbaycanın hüdudlarından kənara baxdıqda ölkənizi çox proaktiv beynəlxalq oyunçu kimi görmək mümkündür. Məsələn, siz Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyirsiniz. Yeri gəlmişkən, bununla bağlı son vaxtlar Çinlə müzakirələr aparırsınız. Siz, həmçinin qlobal iqlim sammitinə ev sahibliyi etdiniz. Bu, nəhəng bir tədbir idi və bu siyahını davam etdirmək olar. Azərbaycanın proaktiv yanaşmasını görmək olar. Əminəm ki, cənab Prezident, Sizin planlarınız var və Siz irəliləməklə bağlı ətraflı düşünürsünüz.

Prezident İlham Əliyev: Sözsüz ki, bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi.

Aparıcı: Təbriklər.

Prezident İlham Əliyev: Demək olar ki, təqribən 200 ölkə və beynəlxalq təşkilat Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədi. Bundan əvvəl biz 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik.

Aparıcı: Bir çoxları Ümumdünya Ticarət Təşkilatına daxil olmaqla bağlı müzakirələrinizi diqqətlə izləyir. Bu, böyük bir prosesdir, elə deyilmi?

Prezident İlham Əliyev: Bəli.

Aparıcı: İndi elə bir vaxt gəlib çatıb ki, proteksionizm daha da intensivləşib. Siz, həmçinin bəzi iqtisadiyyatların tarif alətindən istifadə etdiyinin, hətta bəzən digər iqtisadiyyatlara qarşı vahid tariflərin tətbiqinin şahidi olursunuz, eyni zamanda, qlobal təchizat zənciri müəyyən mənada pozulur. Nə üçün məhz indi Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmağın bu qədər vacib olduğunu düşünür?

Prezident İlham Əliyev: Əslində, bunun cavabı elə sizin sualınızdadır. Biz hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyilik, baxmayaraq, uzun illərdir, deyərdim, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindəyik. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf sizin dediklərinizdir. Proteksionizm, ikili standartlar, tariflər - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Biz görürük ki, ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir.

Buna görə də biz danışıqlar prosesindəyik. Lakin, eyni zamanda, biz üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Bizi narahat edən məqamlardan biri bizim indi müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir ki, bizim sənayemiz və ixrac potensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadək bizim ixracın əsas hissəsi qazıntı enerji növləridir. Bunun üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Ölkə əmtəələrini bazarda satır.

Beləliklə, bazarlarını bütün dünyaya açmaqla Ümumdünya Ticarət Təşkilatına üzv ölkələr rəqabəti artıracaq. Lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər. Beləliklə, biz bu prosesi balanslaşdırırıq və gələcək danışıqlar prosesində maksimum müsbət şərtləri əldə etməyə çalışırıq. Mən artıq demişəm ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. Bizim ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Beləliklə, hər hansı əlavə bir imtiyaz lazım deyil. Biz malik olduqlarımızı itirmək istəmirik. Lakin, eyni zamanda, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz, - istər ikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində, istərsə də ümumilikdə təşkilatla bağlı, - qəbul olunarsa, hesab edirəm ki, proses daha da rəvan gedər.

Aparıcı: Mənim bildiyimə görə, son xəbərlərə əsasən Azərbaycanın danışıqlar komandası Çinin danışıqlar komandası ilə təmasdadır, o cümlədən yanvar ayında. Mən hər iki tərəfdən müsbət reaksiya görürəm.

Prezident İlham Əliyev: Bəli, bu, həqiqətdir. Çünki bildiyiniz kimi, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.

Aparıcı: Sizinlə artıq növbəti suala gəldik, cənab Prezident. Biz Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi qismində olduğunu görürük. Bu arada Siz BRICS-in üzvü olmaq üçün fəal addımlar atırsınız. Beləliklə, təhlükəsizlik, ticarət, iqtisadi inkişaf və hər kəs üçün uduşlu bir vəziyyət nöqteyi-nəzərindən Qlobal Cənubla bağlı olan müzakirələri necə görürsünüz?

Prezident İlham Əliyev: Əslində, Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, bizim coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik.

Əlbəttə ki, istənilən təşkilata qoşulmaq siyasi addımdır, lakin həmin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir. Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir.

Aparıcı: Bundan əlavə, boşluq xeyli böyükdür.

Prezident İlham Əliyev: Elədir.

Aparıcı: İndiyədək daha nələri müşahidə etmisiniz?

Prezident İlham Əliyev: Əslində, biz iqlim dəyişikliyi ilə bağlı məsələlərlə dərindən məşğul olmağa başlayanda iqlim dəyişikliyi səbəbindən ekzistensial təhlükə ilə üzləşən ölkələrdə yüksək dərəcədə narazılığın olduğunu gördük. Biz hamımız bundan əziyyət çəkirik, o cümlədən Azərbaycan. Lakin elə ölkələr var ki, - xüsusilə kiçik ada dövlətləri, - onların mövcudluğuna təhlükə var. Bəzən onların məsələsi gündəliyə daxil olmur, biz isə bunu etdik. Bakıda keçirilən COP29-da ən mühüm tədbirlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə görüşü idi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. Aydın məsələdir ki, böyük aktorların birgə yanaşması olmadan həmin ölkələri və iqlim məsələləri ilə məşğul olmaq üçün maddi ehtiyatları olmayan ölkələri dəstəkləmək çətin olacaq. Düşünürəm ki, üzərinə bu yükü götürən ölkələrin məsuliyyəti daha çox iş görməkdir. Qlobal Cənub tamamilə obyektiv olaraq dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir.

Aparıcı: Cənab Prezident, Sizin xüsusilə qeyd etdiyiniz kimi, maliyyədə boşluq var idi. Maliyyədəki bu boşluq, xüsusilə inkişaf etmiş iqtisadiyyata malik ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə bundan əvvəl verilərək yerinə yetirilməmiş vədlərlə bağlı idi. Lakin görünür ki, dünya daha çox ziddiyyətli olur, daha çox parçalanır. Bunu bəziləri etimad çatışmazlığı da adlandırırlar. Bu keçid dövründə, siyasi etimadın azala biləcəyi bir vaxtda bir Lider ölkəsi üçün necə qərar qəbul edir? Düşünürəm ki, söhbət ciddi təzyiq və ətraflı dəyərlənmədən gedir.

Prezident İlham Əliyev: Zənnimcə, Azərbaycanın müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin əsas amillərindən biri ondan ibarətdir ki, biz üzərimizə düşənlərlə əlaqədar artıq xeyli iş görmüşük. Biz sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçiririk, yoxsulluq səviyyəsini təxminən 5 faizə endirməyə nail olmuşuq və müxtəlif beynəlxalq aktorlarla güclü tərəfdaşlıq və əlaqələrlə biz müəyyən vasitəçi rolunu oynayırıq.

Mən artıq Çinlə olan strateji tərəfdaşlıq Bəyannaməmizlə bağlı danışdım. Lakin, eyni zamanda, biz Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalamışıq. Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamışıq. Şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.

Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır.

Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq. Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı.

Aparıcı: Cənab Prezident, Siz Dünya İqtisadi Forumunun ilk günündən burada olduğunuza görə, artıq qarşıdakı bir neçə həftə və aylarla bağlı ciddi qeyri-müəyyənliyin və narahatlığın olduğunu hiss edə bilərsiniz. Məsələn, Vaşinqtonda administrasiya dəyişikliyi ilə əlaqədar insanlar onun yürüdəcəyi siyasətin necə ola biləcəyi barədə düşünürlər. Siz bununla əlaqədar qeyri-müəyyənliklərə və idarəçilik üslubuna necə baxırsınız?

Prezident İlham Əliyev: Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur. Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq.

Lakin Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var. Səbəbi isə çox sadədir. Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin.

Bu, yalnız müəyyən siyasi proseslər səbəbindən baş vermədi. Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir. Ola bilsin mən yanılıram. Lakin mən ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmürəm. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik.

Aparıcı: Siz, sözsüz ki, müşahidəçi kimi Çinlə ABŞ arasında qarşılıqlı əlaqələri necə görürsünüz? Cənab Trampın ABŞ-ın 47-ci prezidenti kimi andiçmə mərasimindən əvvəl Çin və ABŞ prezidentləri telefonla danışdılar. Onlar dünyanın təhlükəsizliyi və inkişafı naminə necə əməkdaşlıq edə biləcəkləri barədə danışdılar. Dünyanın böyük iqtisadiyyatına malik iki ölkəsi arasında qarşılıqlı əlaqələri necə görürsünüz?

Prezident İlham Əliyev: Bəli, bu, dünya üçün çox yaxşı bir xəbər idi ki, Çin və ABŞ rəhbərləri yenidən təmasdadırlar.

Aparıcı: Siz onların ikisini də kifayət qədər yaxşı tanıyırsınız?

Prezident İlham Əliyev: Sədr Sini daha yaxşı tanıyıram, çünki onunla dəfələrlə görüşmüşəm. Prezident Trampla rəsmi görüşüm olmayıb, sadəcə, bir-birimizin əlini sıxmışıq. Bununla belə, bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq. Ona görə də biz həmin telefon danışığı barədə xəbər aldıqda bundan məmnun olduq. Ümidvarıq ki, bu sıx tərəfdaşlıq prosesi davam edəcək.

Aparıcı: Xatırlayıram ki, bir neçə il bundan əvvəl, elə Dünya İqtisadi Forumunda mən, Cənab Prezident, Sizin Orta Dəhlizin potensialı barədə ətraflı şəkildə danışdığınız panel sessiyaya moderatorluq etmək şərəfinə nail olmuşdum. Həmin ili xatırlayırsınız, elə deyilmi?

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Aparıcı: Siz region və region hüdudlarından kənar siyasi və biznes liderləri ilə birlikdə idiniz.

Prezident İlham Əliyev: Bəli.

Aparıcı: İllər keçdi və bu, baxışdan reallığa çevrilir.

Prezident İlham Əliyev: Doğrudur.

Aparıcı: Sizinlə yanaşı, bir çox tərəfdaşlarınız, o cümlədən Çin bu yolun əhəmiyyətini daha da artırdı. Orta Dəhlizin əhəmiyyəti Sizcə nədədir? Çin və sözsüz ki, digər tərəfdaşların da iştirakı ilə bu, bir növ regionu canlandırıb. Bu, parçalanmadan narahat olan dünyaya necə alternativ təklif edir?

Prezident İlham Əliyev: Bəli, bu, sözsüz ki, alternativ təklif edir. Bu, biznes imkanlar təmin edir. Çünki Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Əlbəttə ki, sizin istinad etdiyiniz paneldən bəri bu sahədə, o cümlədən Çin-Azərbaycan münasibətlərində bir çox hadisələr baş vermişdir. Artıq qeyd etdiyimiz kimi, biz strateji tərəfdaşıq, lakin, eyni zamanda, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək.

Aparıcı: Bəli, mən görürəm, Sizin həmişə yeni məqsədləriniz var.

Prezident İlham Əliyev: Bəli, elədir ki, var. Çünki bizim hədəfimiz ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk.

Biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq. Əminəm ki, Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki biz hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir.

Aparıcı: Çin yaşıl texnologiya sahəsində sürətlə inkişaf edir və əlbəttə ki, öz təcrübəsini dünya ilə bölüşür. Mən onu da anlayıram ki, Sizin çox aktiv yaşıl gündəliyiniz var. Məsələn, Çinlə birlikdə müəyyən elektrik stansiyalarının üzərində iş gedir. Zəngin qazıntı enerji növlərinə malik olan ölkənizin, iqtisadiyyatınızın yaşıl enerjiyə baxışı necədir?

Prezident İlham Əliyev: Hesab edirəm ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Biz məhz bunu edirik. Biz investorlar üçün yaxşı investisiya mühitini yaratdıq. Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir.

Aparıcı: Bu, xüsusilə Qlobal Cənub ölkələri üçün vacibdir.

Prezident İlham Əliyev: Bəli. İndi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. COP29-da biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzaladıq. Beləliklə, biz Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq.

Bu, növbəti bir bağlantı layihəsidir. Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Çünki Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, bizim təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və siz qeyd etdiyiniz kimi, Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır.

Aparıcı: Bu necə olur, prosesin hər bir mərhələsində Azərbaycan və Çin bir-biri ilə təmasda olur. Bu heyrətamizdir, elə deyilmi?

Prezident İlham Əliyev: Bəli.

Aparıcı: Hər iki ölkə həmişə bir-birini öz planlarına daxil edir.

Prezident İlham Əliyev: Bu, həqiqətən də ciddi geosiyasi sinerjiyə çevrilib.

Aparıcı: İndi qeyd edilmiş strateji tərəfdaşlıq hər şeyi təkmilləşdirir.

Prezident İlham Əliyev: Bəli, elədir ki, var. Həmçinin bu yaxınlarda biz Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Beləliklə, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi biz rəsmi diplomatik kanallardan istifadə edirik - siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir.

Aparıcı: Sonda iki sualım var. Birincisi, Çin iqtisadiyyatı ilə bağlıdır. Bildiyiniz kimi, cənab Prezident, Azərbaycan və Çin xüsusilə iqtisadi-ticari sahədə bir-biri ilə sıx əməkdaşlıq edirlər. Çin iqtisadiyyatı keçid dövrünü yaşayır. O, yeni inkişaf nöqtələrini axtarır və eyni zamanda, böyük potensiala malikdir. Çin iqtisadiyyatının cari vəziyyəti haqqında nə düşünürsünüz və Qlobal Cənub iqtisadiyyatı olaraq Siz Çində bu iqtisadiyyatın xüsusiyyətində nəyi görürsünüz?

Prezident İlham Əliyev: Mən bildiyimə görə, - mən yeni planlar haqqında dərindən məlumatlı deyiləm, lakin bizim müşahidə etdiklərimizə əsasən, - Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir. Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, biz Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq. Lakin bu, asan deyil. Çünki iqtisadiyyatınız ildən-ilə artdıqca, müəyyən bir təməl həcmə nail olunur və ondan sonra iqtisadiyyatın artırılmasına davam etmək o qədər də asan olmur.

Aparıcı: Gözləntilər də çox böyük olur.

Prezident İlham Əliyev: Bəli, gözləntilər çox böyükdür. Lakin mən əminəm ki, istedadlı Çin xalqı bir həll yolunu tapacaqdır. Əminəm ki, onlar artıq yeni inkişaf nöqtələrinə çatıblar, çünki sizin ölkəniz texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir. Bizim indicə müzakirə etdiyimiz kimi, yaşıl texnologiya sahəsində heç kim sizinlə rəqabət apara bilməz. Dünyanın müxtəlif yerlərindən olan, müxtəlif şirkətləri təmsil edən investorlarımız bu tutumları quraşdırmaq üçün Çin texnologiyasını seçirlər.

Aparıcı: Cavabınız üçün təşəkkür edirəm. Son sualım. Deyə bilərəm ki, dünya çox sürətlə dəyişir. Lakin cənab Prezident, hər dəfə Sizinlə danışanda mənə elə gəlir ki, ölkəniz çox güclü təməl üzərində dayanıb. Mənə maraqlıdır, bu, təkcə özünüz barədə yox, bu gün olan liderlik haqqında nəyi bildirir? Xüsusilə bütün bu dəyişikliklərin baş verdiyi bir vaxtda.

Prezident İlham Əliyev: Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır.

Lakin bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız.

Aparıcı: Təşəkkür edirəm, cənab Prezident. Bildiyiniz kimi, bu il Dünya İqtisadi Forumundan dərhal sonra Çin Yeni İli qeyd olunacaq. İstərdim ki, Siz öz çinli dostlarınıza və böyük Çin xalqına bu münasibətlə ürək sözlərinizi deyərək, bizi bu şərəfə nəsib edəsiniz.

Çin Yeni İlidir, ona Bahar bayramı da deyilir. Bu il ilan ilidir və insanlardan çevik olmasını tələb edir. Bu, bir ənənədir.

Prezident İlham Əliyev: Mən Çin xalqını Çin Yeni İli münasibətilə təbrik etmək və bütün dostlarımıza tərəqqi, sülh, sabitlik və səadət arzulamaq istəyirəm. Çin və Azərbaycan 6-7 ay bundan əvvəl strateji tərəfdaş oldular. Bu, hətta bundan daha da yaxşı dost olmaq üçün bizim qarşılıqlı iradəmizi nümayiş etdirən yüksəksəviyyəli tərəfdaşlıqdır. Fürsətdən istifadə edərək, çinli dostlarımızı Azərbaycanı ziyarət etməyə dəvət edirəm. Onlara bunu etmək üçün artıq viza tələb olunmur. Sadəcə, bilet alıb gələ bilərlər və Azərbaycanın necə inkişaf etdiyini görə bilərlər və özlərinə yeni dostlar qazana bilərlər. Əminəm ki, xalqlararası təmaslar ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxın edəcək. Yeni İliniz mübarək olsun!

Aparıcı: Çox sağ olun, cənab Prezident. Ümid edirəm ki, bu il Azərbaycan xalqı üçün də möhtəşəm bir il olacaqdır.

Prezident İlham Əliyev: Çox sağ olun.

Aparıcı: Çox sağ olun.

Prezident sərəncam imzaladı

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Prezident Administrasiyası həyata keçirəcək.

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

İlham Əliyev Rusiya ilə vacib sazişi TƏSDİQLƏDİ"Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş" təsdiqlənib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Qeyd edək ki, sənəd 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanıb.
Saleh Məmmədova yeni müavin təyin edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədova yeni müavin təyin edilib.

Yol-xeber.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, sözügedən vəzifəyə Əli Hacıyev gətirilib.

44 yaşlı Əli Sabir oğlu Hacıyev Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr və magistr təhsili alıb.

O, daha əvvəl SOCAR-da, İqtisadiyyat Nazirliyində, "AzerGold"da çalışıb. Ötən ildən AAYDA-da İnvestisiya Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Əli Hacıyev fevralın 4-də Saleh Məmmədovun müavini təyin edilib.

Qeyd edək ki, fevralın 4-də Prezident İlham Əliyev "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 18 oktyabr 2017-ci il tarixli və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 19 dekabr 2017-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Fərmana əsasən, Agentliyin İdarə Heyətinin (İH) üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərini sayı 2-dən 3-ə çatdırılıb.

XİN: Paşinyanın müsahibəsi dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır

Ermənistanın baş naziri Nikol Paşinyanın "Armenpress"ə müsahibəsi dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress” məqaləsində iddiaları ilə bağlı şərhində bildirilib.

Bildirilib ki, Ermənistan baş nazirinin 2025-ci fevralın 10-da “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.

Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir.

44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir.

Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.

Bundan əlavə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz və ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən İcmanın bəyan edilmiş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması, bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini nümayiş etdirir.

Təəssüf ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Almatı Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadlar məhz cənab Paşinyan tərəfindən bir neçə ay sonra, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin “müstəqilliyi” ilə bağlı təbrik mesajı göndərilən zaman, habelə Ermənistanın Konstitusiyasında yer alan ərazi iddialarına və Almatı Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib.

Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.

Üstəlik, Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırır. Bu istiqamətdə, praktiki addımlarla irəliləmək əvəzinə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarır və reallıqları təhrif edir.

Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə, 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahlarının böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir.

Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq.

Azərbaycan Prezidenti Xameneyiyə təbrik ünvanlayıb

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyini təbrik edib.

Təbrikdə deyilir:

"Möhtərəm Ayətullah Xameneyi həzrətləri,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər əsrlərdən bəri dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən güc alır. Biz bu təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin inkişafına və əməkdaşlığımızın genişlənməsinə xüsusi önəm veririk.

Hazırda ikitərəfli gündəlikdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər yer almaqdadır. Hesab edirəm ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə nail ola bilərik.

İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun inkişaf edərək bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

İlham Əliyev Məsud Pezeşkianı təbrik edib

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında münasibətlər sıx tellərlə bir-birinə bağlı olan xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanır.

Hazırda ölkələrimiz iqtisadi-ticari, nəqliyyat, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq edirlər. Qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur.

İnanıram ki, ölkələrimizin rifahı, bölgənin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Generalların Suriyada çevriliş planı - DETALLAR

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) generalları və Əsəd rejiminin yüksək səviyyəli komandirləri Dəməşqdə hakimiyyətə gələn yeni qüvvələri devirmək planını müzakirə etmək üçün Nəcəfdə gizli görüş keçiriblər.

“Türkiyə” qəzeti xəbər verir ki, SEPAH-ın keçmiş komandanı, İranın Dəməşqdəki son səfiri general-mayor Hüseyn Əkbərinin rəhbərlik etdiyi 4 nəfərlik heyət ötən həftə Nəcəfdən olan iş adamına məxsus villada keçirilən görüşdə iştirak edib.

Nəşrin yazdığına görə, SEPAH komandanı Əmir Əli Hacızadənin də iştirak etdiyi iclasda Tehran Xüsusi Kəşfiyyat Əməliyyatları Direktoru, həmçinin Əsəd rejiminin komandirləri olmuş general-mayor Əsəd əl-Əli, general-mayor Məhəmməd Huluf, briqada generalı Adil Serhan, briqada generalı Abdullah Menaf əl-Həsən və briqada generalı Məhəmməd Sermini iştirak edib.

İclasda Suriyanın yeni prezidenti Əhməd Şaraya qarşı sui-qəsd cəhdi müzakirə edilib.

Nəşr onu da qeyd edib ki, toplantıda çevriliş planının “yol xəritəsi” müəyyənləşdirilib.

“Yol xəritəsi”in ilk mərhələsində Suriyanın Suveyda, Latakiya, Tartus, Homs, Rakka, Haseke və Deyr əz-Zor bölgələrində dini və etnik zəmində iğtişaş yaratmaq nəzərdə tutulur.

İranlı generallar Suriya generallarına şərqdəki Deyr əz-Zor-əl-Bukamal və Həsəkə-əl-Qaim-Rabia-Malikiye qapılarından silah, sursat, terror və logistik dəstək vəd edib, qərbdə lazım olan hər şeyin Homs-Quseyr və Tartus və Latakiya şəhərlərindən dəniz yolu ilə təmin ediləcəyini vəd ediblər. İranlı generallar bütün məsələlərdə PKK ilə həmfikir olduqlarını və yaxın vaxtlarda Suriyada bəzi təəccüblü hadisələrin inkişaf edəcəyini bildiriblər. Əsəd generalları da PKK ilə təmaslarının davam etdiyini və hər cür əməkdaşlığın mümkün olduğunu bildiriblər.

Digər tərəfdən, Latakiya, Cəbəl Ələviyyun, Sahel və Tartusda 50-dən çox anbarın olduğu və çoxlu kiçik qrupların üsyana hazırlaşdığı bildirilir. Bu prosesə “Hizbullah”ın da dəstək verəcəyi qeyd olunub.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə online konfrans keçirildiQərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə ABŞ, Kanada, Niderland, İngiltərə, Almaniya, Türkiyə, Qazaxıstan, Özbəkistan kimi 20-yə yaxın ölkədə yaşayan və öz ölkəsinin ictimai-siyasi həyatında fəal mövqe tutan Qərbi Azərbaycan əsilli Qadınların iştirakı ilə (ZOOM) online konfrans keçirilmişdir

“Yeni Gundem” xəbər verir ki, konfrans “Qərbi Azərbaycana Qayıdış konsepsiyası: Qadınların rolu və vəzifələri” mövzusuna həsr edilmişdir. Konfransı QAİ-nin Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin xeyir duası ilə yaradılmış Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası haqqında ətraflı məlumat verdi. Məlahət İbrahimqızı Konsepsiyada da qeyd edildiyi kimi 1987-91-ci illərdə Qərbi Azərbaycandan erməni vandalları tərəfindən qovulmuş, deportasiya və etnik təmizləməyə məruz qalmış 300 min azərbaycanlının pozulmuş hüquqlarının sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində, ləyaqətli şəkildə bərpası üçün bu problemin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılmasında qadınların rolunun danılmaz olduğunu vurğuladı. O, bu məsələdə xaricdə yaşayan Qərbi Azərbaycanlıların, xüsusilə də qadınların iştirakının zəruriliyini qeyd etdi. Məlahət İbrahimqızı çıxışında Azərbaycan Respublikasının Prezidentinin söylədiyi “Qarabağ problemi kimi Qərbi Azərbaycana qayıdışın da Azərbaycan xalqının vahid ideologiyasıdır” fikirlərini xatırladaraq, dünyanın fərqli ölkələrində yaşayan Qərbi Azərbaycan əsilli fəal qadınların bütün mötəbər kürsülərdə və platformalarda haqq səsinin daha ucadan səsləndirmələrinin zamanın tələbi olduğunu bildirdi. O qeyd etdi ki, ancaq erməni cinayətkarları tərəfindən Qərbi Azərbaycan qadınlarının pozulmuş hüquqlarının dünyada təbliği və xalqımızın yüzilliklərboyu Qərbi Azərbaycanda yaratmış olduğu mədəni və tarixi irsin müdafiəsi məqsədilə sistemli şəkildə təşkil edilən müxtəlif tədbir və layihələrlə müvafiq beynəlxalq təşkilatlar qarşısında ciddi məsələlər qaldırıla bilər. Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə İşçi Qrupunun sədri, millət vəkili Tənzilə Rüstəmxanlı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının beynəlxalq fəaliyyətinin qurulmasında xaricdə yaşayan Qərbi Azərbaycan əsilli xanımların məlumat bazasının yaradılmasının əhəmiyyətindən danışdı. Çıxış edənlərin hər biri Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə Qərbi Azərbaycan İcmasının yaradılmasında və fəaliyyətində göstərdiyi misilsiz və tarixi xidmətlərinə görə təşəkkürlərini bildirməklə bu haqlı və ədalətli mübarizədə onun ətrafında sıx birləşməyi, güc və el birliyi ilə üzərlərinə düşən hər bir tapşırığı etməyə hazır olduqlarını bildirdilər. Əslən Çəmbərək rayonundan olan və ABŞ-da Tibb təhsili almış və hazırda Kanadada Alberta Health Services infeksion xəstəxanasında həkim işləyən və bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Ruziyə Ramazanova, Niderlandın Amsterdam şəhərində yaşayan BSO Niderland məktəb sonrası bağça müəssisəsində pedaqoji işçi işləyən, ictimaiyyətçi Bənövşə Əzizova, həmin ölkədə yaşayan ictimaiyyətçi, Pameijer şirkətinin Sosial Psixiatriya şöbəsində Sosioloji psixoloji yönləndirmə mütəxəssisi Gülnarə Əliyeva, İngiltərənin London şəhərində yaşayan, BEAS British Europe Azerbaijan Schoolda Piano müəlliməsi işləyən və ictimaiyyətçi Vüsalə Babayeva, Almaniyanın Bonn şəhərində yaşayan, sahibkar və ictimaiyyətçi Naibə Abdullayeva, Türkiyədən jurnalist , bloqer, ictimaiyyətçi, Durak Türk TV-nin aparıcısı Nigar Ögeday, Memorial Antalya xəstəxanasının həkimi, MHP-nin üzvü Əsmayə Novruzova Özermenoğlu, hüquqşünas vəkil Eda Günday, Dənizlidə müəllimə işləyən, Birleşmiş Milletler Küresel Okullar Programı müdafiəçisi Elif Selçuk, 9 Eylül Universiteti Komputer elmləri bölümünün dosenti Rəsmiyyə Nəsibova, Özel İzmir Amerikan kollecində İB Biologiya müəlliməsi Özlem Ercan, Qazaxıstanın Aktau şəhərində1 saylı liseydə metodist və direktor müavini, tanınmış pedaqoq və ictimaiyyətçi Rəfiqə Nəsibova, Özbəkistanın Daşkənd şəhərindən Özbəkistan Səhiyyə Nazirliyinin idarə rəisi, Səhiyyə layihələri mərkəzinin Layihə ofisinin baş mütəxəssisi, Harvard məzunu, professor Guzalya Məmmədova, Daşkənd İnformasiya Texnologiyalar Universitetinin müəlliməsi Rubabə Əliyeva və digər çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycan xalqının vahid ideologiyasına çevrilmiş Qərbi Azərbaycana Qayıdış ideyası ətrafında birləşməsini alqışlayaraq, tezliklə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımız üzərində itirilmiş hüquqların bərpa olunacağına inandıqlarını bildirdilər. Qayıdış konsepsiyasında əks olunmuş məqsəd və vəzifələrin Qərbi Azərbaycan əsilli qadınların da ən müqəddəs vəzifəsi olduğunu vurğalayan çıxışçılar, ən qısa zamanda Qadınlar Şurasının xaricdə yaşayan qadın soydaşlarımızla birgə fəaliyyətin yol xəritəsinin və irəli sürülmüş təkliflər əsasında hazırlanmış Fəaliyyət Planın müzakirə etmək üçün növbəti konfransın gündəliyinə salınmasını xahiş etdilər.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə online konfrans keçirildi
Bir milyon ermənini biz köçürüb gətirdik - Şavrov

Türkmənçay müqaviləsi barədə çox alimlərdə fikir var ki, Rusiya imperiyasının Qacar dövləti ilə saziş imzalayıb, Azərbaycanı iki yerə parçalamaqda məqsədi indiki İran ərazisinə Hindistanın Kəlküttə və Mədrəs şəhərlərində dörd qaraçı tayfasının birləşməsindən yaranan, indi “erməni” adlanan boşaların Azərbaycan torpaqlarına köçürülməsi olub.

Axar.az xəbər verir ki, iİllərdir də hər kəs bu barədə danışanda bunu iddia edirlər.

Lakin əslində hadisələr ilkin zamanda bu cür planlaşmamışdı. Türkmənçay müqaviləsinin imzalanmasında əsas hədəflərdən biri indiki İranda yaşayan və bura Hindistandan köçürülən qaraçıların Osmanlı dövlətinin 13 vilayətinə köçürülməsi barədə razılaşma idi.

Rusiyanın bu planı Osmanlı torpaqlarında qaraçıları yerləşdirib erməni adı ilə oranı ikiyə parçalamaq idi. Çünki o dövrdə bölgədəki üç dövlət - Rusiya, Osmanlı və Qacarlar bir-birinə düşmən idi. Bura hər üç dövlətin marağındaydı. Amma dünyanı idarə edən Britaniya idi, xəritəni o müəyyən edir və təsdiqləyirdi. Tarixin ayrı-ayrı dövrlərində bir-biri ilə müharibə edən bu üç dövlətin əsas hədəfi Azərbaycanı ələ keçirmək idi. Rusiyanın Türkmənçay müqaviləsinə qədər Azərbaycanla bağlı hazır proqramı vardı, buranı tamamilə işğal etməyi hədəfləyirdi.

Türkmənçay müqaviləsinin bizə təqdim olunan mətni orijinal deyil. Eyni zamanda, İran və Rusiya mənbələrində olanlar da orijinal deyil. Müqavilənin hazırda orjinal sayılan nüsxəsi fransız dilində olandır və orda olan maddələr rus dilinə çevriləndə aşağıdakı dəyişiklər görünür:

1. Türkmənçay müqaviləsi Peterburqdan Qriboyedov və digər rus hərbçi və diplomatlara çatandan sonra 4-cü və 13-cü maddələr tamamilə dəyişir, 14-cü maddədə qeyd edilən: “Hər iki tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər” - sözünə erməni adı salınır.

Qeyd edim ki, bu, sırf qaçqınlarla bağlıdır ki, qaçqınların az hissəsi ermənilər idilər. Qalanı xanlıqlardan İrana köçən türklər idi.

2. 12-ci və 15-ci maddələr isə Peterburq nüsxəsində yox idi.

3. 4-cü maddədə yazılır: “Sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq, o dağların zirvəsindən keçir....” sözləri sonradan redaktə edilib. Orjinal fransız variantında yazılır: “Sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Ağrı zirvəsindən...”

Lakin sonradan danışıqlar zamanı Rusiya tərəfi qəfildən qərarı dəyişir və ermənilərin Osmanlı torpaqlarına deyil, İrəvan şəhərinə, qismən də Zəngəzur ərazisində yerləşməsini tələb edir. Çünki Osmanlılar ermənilərin öz ərazilərinə deyil, Rusiya tabeçiliyinə yeni keçən İrəvana köçürülməsinə rusları razı sala bilir və bununla bağlı bəzi güzəştlərə də gedir.

Nəticədə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürülür. Tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”.

Qafqazdakı rus qoşunlarının komandanı general İ.F.Paskeviçin Çara yazdığı məktuba fikir verin: “Adərbəycan itkisi ilə ingilis məmurları gəmilərə minə bilərlər. Zati-aliləri mənim vasitəmlə ermənilərin Adərbəycana köçürülməsi üçün qəbul edilmiş üsullar və onların hazırda rayonlarımızda məskunlaşdırılması haqqında daha etibarlı məlumat əldə etməkdən məmnun qaldınız”.

Əslində, Böyük Azərbaycanı iki yerə bölən Türkmənçay müqaviləsi həm də ingilis-rus razılaşması idi ki, Rusiya burada İngiltərəni aldadıb Qafqazdan çıxardı.

Beynəlxalq hüquqa görə, Türkmənçay müqaviləsi ölü müqavilə və ölü imzalara əsaslandığından, hüquqi qüvvəsini çoxdan itirib. Məsələyə hüquqi varislik nöqteyi-nəzərindən baxanda Rusiyada 1917-ci ilin sosialist inqilabı həmin ildə olan burjua inqilabından fərqli olaraq, özünü Rusiya imperiyasının varisi elan etməyib.

Müqavilənin hüquqi tərəfini incələdikcə məlum olur ki, İran da gərək bəzi əraziləri Azərbaycana qaytarsın. Buna görə də İran Azərbaycana qarşı düşmənçilik siyasəti yeridir. Qumdan və Tehrandan istiqamətləndirilən hədəflərə hesablanmış İrəvan (Ermənistan), Tiflis, Batumi, Sarvan (Marneuli), Rustavi (Gürcüstan), Dərbənd (Dağıstan), Beyləqan, Bakı, Bərdə, Gəncə, Quba, Şəki, Lənkəran, Salyan, Mingəçevir, Sumqayıt və Şuşa (Azərbaycan) şəhərləri daxil olmaqla, “Qafqazın 17 şəhəri” strategiyası İranın “Qafqaz siyasəti”nin əsas tərkib hissəsidir. Bütün bunları uzlaşdırmaq üçün “Aran” Mədəni Müəssisəsi adlı mərkəzi yaradaraq, həmin şəbəkələrin koordinasiya şəklində fəaliyyətini nizamlanır.

İranın Tehran, İsfahan, Yəzd, Qəzvin, Qum, Ərdəbil, Məşhəd, Kirman, Mazandaran, Rəşt, Lahican, Şiraz və digər universitetlərində çalışan mütəxəssislər tərəfindən hazırlanan layihələr öncə XİN-ə və buradan isə “Aran” Mədəni Müəssisəsinə təqdim olunur. Bu proyektlərdə “Qafqazda iri şəhərlərin və onların çevrəsindəki coğrafi ərazilərin qədim İran torpaqları” mövzusu İranın televiziya və radio kanallarında, qəzet və jurnallarında uzun müddətdir ki, geniş şəkildə təbliğ olunur.

Əgər bu gün Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edilmirsə, bu məntiqlə müqavilədə adı keçən Azərbaycan əraziləri üzərində hər iki dövlətin hüquqi sahibliyi avtomatik olaraq itirilir və mahiyyət etibarı ilə bu iki iştirakçı dövlət yad ərazilər üzərində ancaq işğalçı statusu ilə qalmış olur.

Nə bolşevik Rusiyası, nə də 1991-ci ilin dekabrında yaranmış müasir Rusiya Federasiyası çar Rusiyasının hüquqi varisidir. Hətta V.İ.Lenin Sovet Rusiyasını qurduğu zaman özündən əvvəlki Çar rejiminin varisi olmadığını, həmçinin Çar dövrünə aid bütün öhdəliklərin, borcların, müqavilələrin qüvvədən düşdüyünü elan etdi. İndiki İran İslam Respublikası da hüquqi baxımdan Qacarlar dövlətinin varisi deyil. Eyni zamanda Türkmənçay müqaviləsinin birinci maddəsində nəzərdə tutulduğu kimi, bu müqavilə yalnız Qacarlar sülaləsinin hakimiyyəti dövründə hüquqi qüvvəyə malik idi.

Son olaraq qeyd edim ki, müqavilələrin hüquqi qüvvəsi və müddətliliyi haqqında 1969-cu ildə qəbul edilmiş Vyana konvensiyasına əsasən, həm Gülüstan, həm də Türkmənçay müqavilələri hazırda qüvvədə olmayan və heç bir hüquqi məsuliyyət yaratmayan ölü müqavilələrdir.

Xəbər lenti