![]() |
|
Məlum olduğu kimi, Rusiyanın "Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki, bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub. Şəbəkənin rəhbərinin isə prezident administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin olduğu deyilir. Onunla bərabər keçmiş nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və Eldar Mahmudovun da həmin şəbəkəyə aid olduğu bildirilib.
Manset.az ictimaiyyətdə böyük maraq doğuran məsələ ilə bağlı prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bunları bildirib:
"Axmaq-axmaq söhbətlər yayırlar. Bunların hamısı yalandır. Bunun heç bir əsası yoxdur.” – deyə R.Mehdiyev bildirib.
"Məni Rusiyaya işləməkdə ittiham etmək çox gülməlidir. Elmar Məmmədyarov 5 ildir vəzifədə deyil, görünür, ona görə də məni belə yolla yada salırlar".
Bunu Teleqraf-a açıqlamasında Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu iddia edilən sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib ki, bu ittihamın heç bir əsası yoxdur:
"Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir. Gün ərzində 20 jurnalistə müsahibə verirəm, həmin adamlar bundan narahatdırlar. Məni Moskva ilə əlaqələndirmək üçün heç hir tutarlı səbəb və əsas yoxdur. Mən həm Ukrayna, həm Rusiya, həm də ABŞ-da təhsil almışam. Bu o deməkdir ki, məni bu ölkələrin agenti adlandırmalıdırlar?!".
Qeyd edək ki, "Qafqazinfo” fevralın 10-da Rusiyanın Azərbaycandakı şəbəkəsinin ifşa olunması barədə xəbər yayıb. İddiaya görə, şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü "boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa, həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Azərbaycan-Rusiya münasibətləri qəliz məzmun daşıyır. Hətta iki ölkə arasında münasibətlərin son vaxtlar ciddi şəkildə korlanmaqda olduğu da müşahidə edilir. Halbuki, AZAL-a məxcus sərnişin təyyarəsinin Rusiya səmasında “Pantsir” raket sistemi ilə vurulmasına qədər iki ölkənin münasibətləri dinamik inkişaf mərhələsində hesab olunurdu. Hətta 2022-ci ildə Azərbaycan və Rusiya arasında müttəfiqlik fəaliyyəti ilə bağlı sənəddə imzalanmışdı. Və bu, Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərində yaxın gələcəkdə elə bir ciddi problemlərin yaranmayacağı ilə bağlı ehtimallara inandırıcı görüntülər vermişdi.
Ancaq son hadisələr onu göstərir ki, Kreml üçün müttəfiqlik fəaliyyəti ilə bağlı sənədlərin elə bir ciddi önəmi yoxdur. Hətta olsa belə, Kreml belə sazişlərə ən yaxşı halda, Rusiyanın imperialist hədəfləri çərçivəsindən yanaşır. Xüsusilə də, Rusiya öz tərəfdaşlarını özünün geopolitik maraqlarına uyğunlaşdırmağa üstünlük verir. Bu səbəbdən də, Rusiyanın real müttəfiqləri və tərəfdaşları demək olar ki, yoxdur. Və Kreml bütün tərəfdaş ölkələri Rusiyadan uzaqlaşdırmağı çox yaxşı bacarır.
Maraqlıdır ki, Azərbaycanla bağlı proseslər də məhz bu sistem üzrə cərəyan edir. Kreml Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasına görə rəsmi Bakının üzürxahlıq və təzminat tələb etməsini heç cür həzm etmək istəmir. Halbuki, bu, sivil dünyada beynəlxalq hüquq normalarına uyğun qəbul edilmiş ənənədir. Kreml isə sivil dünyaya hələ də uzaq qaldığından bu ənənəni yaxına buraxmaq istəmir və törətdiyi hərbi cinayətin siyasi məsuliyyətindən yayınmaq üçün çoxsaylı, həm də absurd bəhanələr uydurmağa çalışır. Və nəticədə rəsmi Bakının həm prinsipial mövqeyi, həm də haqlı ittihamları ilə üzləşir.
Bütün bunların qarşılığında Kreml rəsmi Bakı ilə siyasi-diplomatik dialoq əvəzinə Azərbaycana yönəlik təzyiq kampaniyası başlatmağa üstünlük verir. Rusiya KİV-ləri, eləcə də, Kremlə bağlı siyasi dairələr, hətta Dövlət Dumasının bəzi sifarişli deputatları Azərbaycanı açıq şəkildə absurd və məntiqsiz mövzularda ittiham edirlər. Üstəlik, son vaxtlar Kremlə yaxın siyasi dairələrin Azərbaycana münasibətdə təhdid ritorikasını belə, ön plana keçirtdiyi də inkaredilməz reallıqdır. Və bu, o deməkdir ki, Kreml müttəfiqlik fəaliyyəti barədə sənədi artıq unudub, ona görə də Azərbaycan-Rusiya münasibətlərinin daha da gərginləşə biləcəyi qətiyyən istisna deyil.
Məsələ ondadır ki, Kremlin birbaşa nəzarətində olan Rusiya teleqram kanalları, o cümlədən də, “Nezıqar” Rusiya Təhlükəsizlik Şurasında Azərbaycana qarşı təzyiq mexanizmlərinin işə salınması barədə xüsusi planın müzakirəyə çıxarıldığı iddia olunur. Həmin iddialara görə, Kreml bir neçə önəmli faktor üzrə Azərbaycana təzyiq göstərməyə hazırlaşır. Rəsmi Bakıya qarşı atılacaq addımların sırasında Azərbaycana yönəlik iqtisadi təzyiqlərin ola biləcəyi də vurğulanır. Nə qədər qəribə də olsa, Kremldə hesab edirlər ki, Azərbaycanlı miqrantların maliyyə köçürmələri dövlət büdcəsinin təxminən yeddi faizini təşkil edir. Və bu maliyyə köçürmələri qadağan edilərsə, Azərbaycana təzyiq göstərmiş olar.
Digər tərəfdən, Kreml Azərbaycanla ərzaq və sənaye mallarının tədarükü üzrə ticarət sazişlərinə də yenidən baxa biləcəyinə eyham vurur. Eyni zamanda, Rusiya Azərbaycanın “Şimal-Cənub” dəhlizindən kənarda saxlana biləcəyini də gündəmə gətirməyə başlayıb. Üstəlik, Kremldə hesab edirlər ki, əgər, Azərbaycan neftinin Novorossiysk boru kəməri ilə tranziti bloklanarsa, ölkəmizin valyuta gəlirlərinə ciddi zərbə vurmaq mümkündür.
Nəhayət, Kreml Azərbaycana qarşı etnosiyasi təzyiqləri də nəzərdən keçirir. Yəni, Rusiya siyasi dairələri Azərbaycanda milli-etnik zəmində yeni problemlərin yaradılmasına cəhd göstərmək niyyətindədir. Halbuki, Kremldə unudurlar ki, Rusiyanın “separatizm layihələri” üzərindən Azərbaycana qarşı təzyiq mexanizmləri uydura biləcəyi dövr artıq çox-çox keçmişdə qalıb. İndi Kreml cəhd eləsə belə, buna nail ola bilməz. Və rəsmi Bakı Kremlin belə oyunlarını boşa çıxartmaq üçün tam şəkildə hazırdır.
Azərbaycana maliyyə köçürmələrini bloklayaraq, rəsmi Bakını çətin vəziyyətə salmaq planı da heç bir nəticə verməyəcək variantdır. Çünki Rusiyadan Azərbaycana illik maliyyə köçürmələri təxminən 500 milyon dollara yaxındır. Üstəlik, bu maliyyə vəsaiti ilə Azərbaycanın dövlət büdcəsinin hər hansı bibaşa bağlantısı yoxdur. Çünki Azərbaycanlı miqrantlar bu maliyyə vəsaitini dövlət büdcəsinə deyil, öz qohum-əqrabalarına göndərirlər. Və bu, o deməkdir ki, Kremldə bəzi məsələləri dəqiq hesablamaq qabiliyyəti ilə bağlı kifayət qədər ciddi problemlər var.
Buna misal olaraq, Kremlin Azərbaycana qarşı ticari təzyiqlər niyyətinə düşməsi də göstərir. Belə ki, ticari bloklamalar Azərbaycandan daha çox Rusiyanın özünə sarsıdıcı zərbələr vura bilər. Çünki Rusiyanın ticarət tərəfdaşları hazırda o qədər də çox deyil, Azərbaycan bazarının da itirilməsi Kremlin özünə qarşı bumeranq effekti verə bilər. Kremldə unutmamalıdırlar ki, Azərbaycan Rusiya bazarına alternativ tapmaq potensialına mailkdir. Eyni zamanda, “Şimal-Cənub” dəhlizinin Rusiya üçün taleyüklü xarakter daşıdığı da qətiyyən şübhə doğurmur. Və bu dəhlizdən Azərbaycanın kənarlaşdırılması ilk növbədə Rusiyanı illərlə alternativ marşrutlar axtarışı məcburiyyətində buraxa bilər.
Azərbaycan neftinin Novorossiysk boru kəməri ilə tranzitinin bloklanmasına gəldikdəsə, Kreml bu absurd və mənasız ideyaya hardan gəlib çıxdığını anlamaq olduqca çətindir. Çünki Novorossiysk boru kəməri artıq çoxdan fəaliyyət göstərmir. Yəni, Azərbaycan nefti məhz Bakı-Tiflis-Ceyhan boru kəməri ilə ixrac olunur. Əksinə, Novorossiysk boru kəməri hazırda yalnız Rusiya neftinin Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması üçün faydalı ola bilərdi. Və rəsmi Bakının Qərbin Kremlə qarşı iqtisadi sanksiyalarının qüvvədə olduğu indiki situasiyada riskə gedərək, Rusiyaya belə bir “enerji pəncərəsi” açacağı qətiyyən inandırıcı görünmür.
Belə anlaşılır ki, Kreml rəsmi Bakı ilə münasibətləri gərginləşdirməyə çalışır. Üstəlik, Azərbaycana qarşı təzyiq mexanizmlərinin də yaradılmasına cəhd göstərir. Ancaq əsas problem ondan ibarətdir ki, Kremlin belə mexanizmlərin yaradılması üçün təzyiq alətləri mövcud deyil. Hər halda, Rusiyanın ümid bəslədiyi təzyiq mexanizmləri hazırda ya işlək deyil, ya da effektivliyini artıq çoxdan itirib. Yəni, Kreml nə qədər çalışsa da, rəsmi Bakıya qarşı təzyiq mexanizminə sahib olmaq şansı qazana bilməz. Və bu, o deməkdir ki, Azərbaycan Rusiyanın həm nəzarətindən, həm də təsir dairəsindən Kreml üçün əlçatmaz məsafəyə qədər uzaqlaşmağa artıq birmənalı şəkildə nail olub.
Üç şəhərin Regional Mühafizə İdarələrinə yeni rəislər təyin edilib.
Yol-xeber.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Müvafiq əmrlərlə Tovuz Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Elçin Əsgərov Gəncə Regional Mühafizə İdarəsinə, Gəncə Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi, polis polkovniki Əfqan Hüseynov isə Mingeçevir Regional Mühafizə İdarəsinə rəis təyin ediliblər.
Hələlik Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.
"Bakı Metropoliteni" QSC-nin Strateji inkişaf departamentinə yeni rəis təyin edilib.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Nərgiz Rövşən qızı Mustafayeva təyinat alıb.
Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.
"Report"un əldə etdiyi məlumata görə, iclas fevralın 12-ə təyin edilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bərpa edib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
Xatırladaq ki, Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilmişdi. Konsulluğun fəaliyyəti distant qaydada həyata keçirilirdi.
AzTV-də yayımlanan "Həftə" verilişində Rusiyanın ünvanına sərt mesaj göndərilib.
telekanalın rəhbəri, aparıcı Rövşən Məmmədov çıxışı ilə diqqət çəkib.
"Biz də elə buradan deyirik ki, Birinci Qarabağ savaşında Ermənistana Azərbaycan ərazilərini işğal etsin deyə, bir milyardlıq silah göndərənin də, Xocalı soyqırımının baş tutması üçün 366-cı motoatıcı tağımı erməni başkəsənlərinə peşkəş verənin də, Ermənistanda uzun illər hakimiyyətdə olmuş Koçaryan və Sarqsyan rejimlərini iqtidarda saxlayıb 30 il Azərbaycan xalqının əsəbləri ilə oynayanın da, İkinci Qarabağ savaşında Ermənistana gizli yollarla silahlar göndərənin də, müharibənin ən qızğın vaxtında Gəncədə, Bərdəd dinc insanların gecə saatlarında bombalanması və bununla da Azərbaycanı təslim olmağa məcbur etməsi üçün Ermənistana "İskəndər", "Pantsir" silahlarını verənin də, hazırda öz cəzasını gözləyən Ruben Vardanyanı ürəkləndirib aranı qatmaq üçün Qarabağa göndərənin də, müharibədə bir-birinin ardınca torpaqlarını işğaldan azad edən Azərbaycanın qarşısını kəsməyə çalışanın da kimliyini və ümumiyyətlə...", - deyə aparıcı söylədikdən sonra efirə "Məhəllə 2" filmindən kadrlar verilib.
Kadrlarda Cabir və Tahir İmanovların canlandırdığı obrazlının ermənistanlıya xitabən "ala, mən də", "nəinki biz, bütün Azərbaycan xalqı..." yer alıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü il iyunun 6-da Ankara ilə Bakı arasında imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edib.
Bu barədə rəsmi qəzetdə məlumat dərc olunub.
Saziş miqrasiya sahəsində əməkdaşlığı təmin edəcək, qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın əhəmiyyəti xüsusilə vurğulanıb.
"Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
Bu vəzifə Şaban İmkanıya həvalə edilib.
O, bundan əvvəl Caspian Tech QSC-də Baş İcraçı Direktorun müşaviri, ADY-nin Çağrı Nərkəzinin rəhbəri, "Nar"da Brend və Reklam işi üzrə baş mütəxəssis vəzifələrində çalışıb. /Banker.az