İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.

Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.

Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.

Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.

Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.

Bayramınız mübarək olsun!"

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Milli Məclis adından Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubları ünvanlanıb.

Bu təkliflə parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Sədrin sözlərinə görə, məktubda onlara xalqın və dövlətin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni böyük uğurlar arzulanır.

Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndindən paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva İnstaqram hesabında Ağdərə rayonu, Həsənriz kəndindən paylaşım edib.

Paylaşımda deyilir:

“Ağdərə rayonu, Həsənriz kəndi. 18.03.2025. Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!”

Prezidentlə xanımı sakinlərlə birlikdə Novruz tonqalı yandırdılar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Sonra dövlət başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.

Prezidentlə xanımı avtomobil yolunun açılışında iştirak etdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

“Yol-xeber.az” xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sülhə mane olan sülh sazişi… 

İrəvan və Bakı 17 bəndlik sülh sazişi layihəsinin razılaşdırıldığını bəyan edib. İrəvan istənilən vaxt sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib. Bakı isə hələ ki sülhə tələsmir. Yaxşı anlayır ki, mövcud saziş layihəsində əksini tapan müddəalar əsasında imzalanacaq sülh isə sadəcə müvəqqəti xarakter daşıyır. Günün birində Ermənistanda hakimiyyətə gələn yeni qüvvə həmin sənəddən rahatca imtina edə bilər və imzalanan saziş bir kağız parçası rolunu oynayar. Dayanıqlı sülhə isə ancaq və ancaq Ermənistan əhalisinin təminatı əsasında mümkündür. Bunun yolu isə Ermənistan konstitusiyasında qonşularına olan ərazi iddiasına imtinadan keçir. Ancaq ondan sonra dayanıqlı sülhdən və sıx inteqrasiya olunmuş əməkdaşlıqdan danışmaq olar.

Sülhə mane olan ikinci amil İrəvanın ATƏT-in Minsk qrupundan hələ də imtina etməməsidir. Münaqişə bitdiyindən artıq belə bir qurumun varlığına ehtiyac duyulmur. ATƏT-in Minsk qrupunun mövcudluğu sülh prosesinə əngəl yaratmaqdan başqa bir şey deyil. 

Üçüncü amil isə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasındakı birbaşa maneəsiz gediş-gəlişin təmin olunması ilə yüz ildən artıq müddətdə davam edən ədalətsizliyin aradan qaldırılmasıdır. 

Zəngəzur dəhlizi Bakının şərtləri daxilində açılmalıdır və açılacaq da. Hazırda baş verən geosiyasi proseslər 1920-ci ildə Rusiyanın, İranın və Qərbin dəstəyi ilə tarixi Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsinin əksi prosesi baş verməkdədir.

Zəngəzur yüz il əvvəl olduğu kimi, bu gün də geosiyasi məsələ kimi Cənubi Qafqazda öz aktuallığını saxlamaqdadır. Zəngəzur uğrunda savaşda yüz il əvvəlkindən fərqli olaraq yeni oyunçular da iştirak etməkdədirlər. Mübarizəyə Rusiya, Qərb, İran, Türkiyə ilə yanaşı, Çin, İsrail, ərəb ölkələri, Hindistan da qoşulub. Zəngəzur uğrunda savaşda Fransa, İran və Hindistanı çıxmaq şərti ilə bütün maraqlı tərəflər Bakının şərtləri daxilində Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. 

Zəngəzur məsələsində hətta qlobal geosiyasi proseslərdə müttəfiq rolunda çıxış edən Moskva-Pekin-Tehran üçbucağında da fərqli baxışlar mövcuddur. Belə ki, Moskva ilə Pekinin Zəngəzur dəhlizinin açılmasında baxışları Tehrandan köklü şəkildə fərqlənir. Onlar Bakının şərtləri daxilində Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. 

İrəvan Zəngəzur uğrunda mübarizə aparan güclər arasında manevr edib prosesləri öz xeyrinə dəyişmək cəhdi isə uğursuzluğa düçar olmaqdadır. Donald Trampın ABŞ-da yenidən hakimiyyətə gəlişindən sonra İrəvanın Zəngəzurla bağlı şərtləri sürətlə gündəmdən çıxmaqdadır. 

Trampın Avropa İttifaqı və İranla bağlı sərgilədiyi mövqe prosesləri Bakının xeyrinə dəyişib. Artıq nə Fransa, nə də İran Zəngəzur dəhlizinin Bakının şərtləri daxilində açılmasına ciddi əngəl yarada biləcək. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan torpaqlarını və Türk dünyasını bir-birin ayıran əlaqənin yenidən bərpası və ədalətsizliyin aradan qalxma prosesi yekun mərhələyə qədəm qoyub. Avrasiya coğrafiyasında gedən geosiyasi proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirməkdədir. 

Son günlərdə Ermənistan tərəfinin sərhəddəki təxribat cəhdlərini də bunun tərkib hissəsi hesab etmək olar. İrəvan bu yolla beynəlxalq aləmin diqqətini yenidən bölgəyə cəlb etmək istəyir. Ancaq bu cəhdlər effekt verməyəcək və nəticəsiz qalacaq. Bir daha qeyd edirəm ki, Zəngəzurun açılmasına indiyədək maneə olan Fransa və İranın başı özünə qarışdığından ciddi reaksiya verə bilməyəcək. 

Digər mühüm məqamlardan biri də ondan ibarətdir ki, Moskva və Pekin də son anda Tehrana dəhlizin açılmasına mane olmamasına və bunun həm də İranın faydasına olacağına inandırmağa çalıçacaqlar.
İrəvan tərəfi Zəngəzur dəhlizinin açılmasına ciddi müqavimət göstərməyə cəhd edərsə, o zaman belə hər hansı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac duyulmayacaq. Ya blokada davam edəcək, ya da hərbi-psixoloji təzyiq vasitəsilə məsələ həllini tapacaq.

Almaniya Prezidenti Azərbaycana səfər edəcək

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender 30 mart - 2 aprel tarixlərində Ermənistan və Azərbaycana səfər edəcəklər.

Bu barədə prezidentin mətbuat xidməti xəbər verir.

prezidentden-xanlar-veliyevle-bagli

Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Rüstəm oğlu Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, X.Vəliyev prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, martın 15-i Xanlar Vəliyevin 70 yaşı tamam olub.

prezident-onu-teltif-etdi

Xanlar Rüstəm oğlu Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, X.VƏliyev prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Prezident Zukan Helezi qəbul etdi - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 

 

Xəbər lenti