![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində əsas prioritetlərdən biri yol infrastrukturunun bərpasıdır. Bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir.
Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə alınaraq aparılır. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edəcək.
Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Layihəyə uyğun olaraq torpaq yatağının tikintisi, suni qurğuların inşası işləri görülür. “İnşaat Norma və Standartları”na uyğun olaraq yararsız qrunt, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri görülür, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və yeni torpaq yatağının inşası həyata keçirilir.
Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və müxtəlif süni qurğuların tikintisi də icra olunur. Bu çərçivədə yolun 22-ci km-də inşa edilən və uzunluğu 139.5 metr olan 4 aşırımlı körpüdə hazırda tikinti işləri son mərhələdə olmaqla icra olunur.
Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
"Yol-xeber.az" xəbər verir ki, Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yevlax rayonunda Tanrıqulular kənd yolunun əsaslı təmiri işləri icra olunur.
Başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 6-cı km-dən götürən Tanrıqulular avtomobil yolunun uzunluğu 5.5 km-dir. Kənd yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Uzun illər təmir olunmadan istismar olunan olan yolda xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. Yenidənqurma işləri ilə sadalanan problemlər artıq geridə qalır.
Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib.
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün ümumilikdə 224 p/metr olmaqla, müxtəlif diametrlərdə suötürücü boruların tikintisi, həmçinin mövcud boruların bərpası işləri görülüb. Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən yol əsasının tikintisi işləri aparılıb.
Hazırda Tanrıqulular kənd yoluna yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işlərinin yaxın günlər ərazində yekunlaşdırılması planlaşdırılır.
Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə, həmçinin dayanacaq quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Sözügedən yol kəndin girişini, sakinlərin ən çox istifadə etdiyi mərkəzi hissəsini, inzibati idarələr və orta məktəb yerləşən küçələri, həmçinin yeni salınmış yaşayış məhəllələrini əhatə etdiyi üçün yeni yol infrastrukturunun yaradılması 2800 nəfər əhalinin yaşadığı yaşayış məntəqəsinə qədər rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 590 metr uzunluğa malik Sülh küçəsinin əsaslı şəkildə təmiri yekunlaşıb.
Aparılan təmir işləri çərçivəsində Sülh küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 2300 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.
Küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Bu işlər 11 min kv.m-dən çox sahəni əhatə edib.
Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb, mümkün ərazilərdə parkinq yerləri təşkil edilib və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri nəzərdə tutulub.
Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçələr təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 80.7 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2-3 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, yolun əsas hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi aparılır. Tunel və körpü hissələrdə isə yol 4 hərəkət zolaqlı olacaq.
Hazırda yolun 12-13 və 26-28 km-lik hissələrində torpaq yatağının, həmçinin zəruri nöqtələrdə suötürücü boruların tikintisi davam edir. 2 hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücü boruların inşası tamamlanıb, 26-cı km-lik hissədəisə yeni su kanalının inşası davam etdirilir.
Bundan başqa layihə üzrə mövcud çay yataqlarının köçürülməsi 660 metr olmaqla yekunlaşıb. 132 metrlik daş divar və 360 metr uzunluğu olan istinad divarının tikintisi üzrə işlər aparılır, 250 metr uzunluğa malik geosentetik divar üzrə tikinti işləri isə son mərhələdə icra olunur.
Layihənin 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş istiqaməti üzrə 1400, gəliş istiqaməti üzrə isə 1200 metr olmaqla qazma işləri tamamlanıb.
Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan və hər birinin uzunluğu 21 metr olan 2 ehtiyyat keçidinin tikintisi də yekunlaşıb.
Hazırda tuneldə partlatma və qırıcı üsulları ilə qaya qruntlarından ibarət hissələrin kənarlaşdırılması, suyun kənaşdırılması üçün drenaj işləri və püskürtmə üsulu ilə tuneldaxili hissənin üzlənməsi işləri davam etdirilir. Ümumilikdə tunel üzrə işlərin 25%-i yerinə yetirilib.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində uzunluğu 542, eni 12 metr olan Tunel 1-də də tikinti işlərinə başlanılıb. Artıq tunelin giriş və çıxış hissəsində ümumilikdə 175 metr qazma işləri icra olunub.
Həm yol boyu, həm də tunellərdə tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən yüksək səviyyədə aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin 2025-ci ilədək yekunlaşdırılması məqsədi ilə Agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
"Yol-xeber.az" xəbər verir ki, Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yeni avtomobil yolunun inşası layihəsi çərçivəsində İncəçay üzərində 85 metr uzunluğa malik avtomobil körpüsünün tikintisinə start verilib. Körpü 3 aşırımlı olmaqla inşa edilir və eni 14.5 metr təşkil edəcək.
Hazırda körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, həmçinin bünövrələrin tikintisi aparılır. Körpü qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla inşa edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yeni avtomobil yolunun və İncəçay üzərində avtomobil körpüsünün inşası işləri ilə yerindəcə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabr ayının 3-də Tərtər rayonunda təməli qoyulan avtomobil yolunun uzunluğu 22 kilometr təşkil etməklə 4 yaşayış məntəqəsini birləşdirəcək.
Sözügedən yolun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 km-lik hissədə 9 metr, 3 km-lik hissədə isə 6 metr, torpaq yatağının eni 14 və 10 metr təşkil edəcək.
Aparılan tikinti işləri çərçivəsində artıq yolun ilk 9 km-lik hissəsində yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılmaqla yeni yol yatağı və yol əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik yeni suötürücü boruların, düzbucaqlı keçidlərin inşası işləri icra olunub. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola alt qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Yolun İncəçaydan sonra Qaşaltı Qaraqoyunlu kəndinə doğru olan hissəsində isə sadalanan işlərin icrası davam etdirilir.
Layihənin sonuncu mərhələsində zəruri olan ərazilərdə yol kənarlarında beton küvetlərin inşası, avtobus dayanacaqlarının, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin quraşdırılması işləri aparılacaq.
Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yeni avtomobil yolunun inşasının 2022-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Tərtər rayonunun Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişi ilə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək, həmçinin Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcəkdir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
"Yol-xeber.az" xəbər verir ki, Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bərdə rayonunda Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
Respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 46-cı km-dən ayrılan Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolunun uzunluğu 8 km olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Əvvəllər qara və çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. Artıq bu problemlər yenidənqurma işləri ilə geridə qalır. Bu üzdən görülən işlər yolun keçdiyi yaşayış məntəqələri sakinlərinin də ürəyincə olub.
Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. 2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 44 yerdə müxtəlif diametrlərdə olan suötürücü boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri görülüb.
Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən, optimal-qırmadaş və qum-çınqıl qarışımından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunacaq. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnoloji ardıcıllıqla apardığı yenidənqurma işləri imkan verir ki, yaxın gələcəkdə yolboyu yaşayan vətəndaşların yolla bağlı qarşılaşdıqları problemlər birdəfəlik öz həllini tapsın, həmçinin vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı daha da inkişaf etsin.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 590 metr uzunluğa malik Sülh küçəsinin əsaslı şəkildə təmiri yekunlaşmaq üzrədir.
Aparılan təmir işləri çərçivəsində Sülh küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 2300 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib.
Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bu işlər 11 min kv.m-dən çox sahəni əhatə edir.
Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq, mümkün ərazilərdə parkinq yerləri təşkil ediləcək və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Qeyd edək ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 5.8 km təşkil edən 6 küçədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə start verilib.
Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissədə tikinti işləri davam etdirilir. Yolun məhz bu hissəsi geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi hesab olunur.
Yolun uzunömürlü və davamlı olması üçün sürüşməyə qarşı tədbirlər çərçivəsində 4 ərazidə ümumi uzunluğu 2.6 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası aparılır. Qurğular qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla inşa edilir.
Yolun ilk 2 km-lik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək olan hissəsində yol 1.1 km, Ağsuçaydan sonrakı hissədə isə yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır.
Hazırda layihənin ilk 7 km-lik hissəsində torpaq işləri, yol yatağının tikintisi aparılır. Həmçinin mühəndisi qurğular, ümumi uzunluğu 180 m-dən çox olan dairəvi də düzbucaqlı suötürücülər inşa edilir.
Layihənin əvvəlində mövcud yolla kəsişmədə dairənin inşası nəzərdə tutulur. Artıq dairə olacaq hissədə dolğu işləri, ərazidə suların yolun altından ötürülməsini təmin etmək məqsədi ilə düzbucaqlı suötürücülərin inşası icra olunur.
Sözügedən ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi üçün işlər aparılıb, yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri görülür. Bunun üçün yamaclara xüsusi material sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda münbit torpaq qatı verilir.
Yolun 1-3-cü km-lik hissəsində sürüşməyə qarşı, qruntun dayanaqlığının təmin olunması məqsədi ilə svay bərkitmə və beton rigellərin inşası işləri görülür. Həmçinin yolun 2-ci km-lik hissəsini əhatə edən ərazidə qruntun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə xüsusi sement məhlulunun yüksək təzyiqlə 10 metr dərinlikdə qrunta vurulması işləri aparılır.
Layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü inşa edilir. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi işləri aparılıb. Hazırda körpünün gövdə dayaqlarının inşası icra olunur.
Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Qeyd olunan hissədə tunelin giriş və çıxış portalında qazma işləri, həmçinin svay bərkitmə işləri yekunlaşmaq üzrədir. Ərazidə relyef sürüşməyə meyilli olduğu üçün tunelin giriş portalının xüsusi troslar vasitəsi ilə qrunta bərkidilməsi işləri də icra olunur. Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir.
Bundan başqa layihə boyu ümumi uzunluğu 4 km-dən çox olan drenaj sisteminin qurulması və dağüstü küvetlərin inşası davam etdirilir.
Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.
Layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:
- Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması;
- Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması;
- İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi;
- Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi;
- Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi;
- Regionda turizmin inkişafı.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Bayram tətili günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 22-27 mart tarixlərində bir-neçə küçə və prospektdə təmir işləri aparılıb.
Təmir işləri zamanı deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib. Ardınca üfüqi nişanlama xətlərinin çəkilişi işləri icra olunub.
Təmir işləri 13 küçə və prospektin 30 min kv.m-dən çox sahəsində aparılıb.
22-27 mart 2022-ci il tarixlərində təmir işləri aparılan küçə və prospektlərin
S İ Y A H I S I
1 Mikayıl Müşfiq küçəsi (“Qurd qapısı”ndan Mətbuat prospektinə qədər);
2 Rəşid Behbudov küçəsi (Dilarə Əliyeva küçəsindən Süleyman Rəhimov küçəsinə qədər);
3 Abdulvahab Salamzadə küçəsi ("Qələbə dairəsi”ndən tunelin giriş hissəsinə qədər - 3 yerdə);
4 Nazim Hikmət küçəsi (Musabəyov dairəsi);
5 Tbilisi prospektinin yan yolu (Seyidcəfər Pişəvəri küçəsindən “20 Yanvar dairəsi”nə qədər);
6 Ziya Bünyadov prospekti ("Azadlıq" körpüsünün üstü - 3 yerdə);
7 Ziya Bünyadov prospekti (Asif Məhərrəmov küçəsindən "20 Yanvar dairəsi”nə qədər);
8 Azadlıq prospekti (Naxçıvani küçəsindən tunelin giriş hissəsinə qədər);
9 Ziya Bünyadov prospekti (İbrahimpaşa Dadaşov küçəsindən "Santral" mağazaya qədər olan hissə - 6 yerdə);
10 Ziya Bünyadov prospekti ("Santral" mağazanın qarşısında yan yollar);
11 Şəhər şossesi (Zabrat yolu);
12 "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində);
13 Bakı Dairəvi I yolu ("Binə" ticarət mərkəzindən Biləcəri istiqamətində);
14 Heydər Əliyev prospekti - Mərdəkan - Bilgəh avtomobil yolunun rənglənməsi;
15 Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi;
16 Salyan şossesi (Arif İsmayılov küçəsindən "20 sahə dairəsi”nə qədər).
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində cari ilin “İnvestisiya Proqramına”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində Mərkəzi küçənin təmir işlərinə start verilib.
Uzunluğu 1300, eni isə 8 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb. Hazırda zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir.
Yenidənqurma işləri çərçivəsində küçə boyu 1600 p/metr bardyur və vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1500 p/metr yeni piyada səkilərinin inşası nəzərdə tutulub.
Son mərhələdə küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək, avtobus dayanacağı, yol nişanları quraşdırılacaq, yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
“İnvestisiya Proqramına”na əsasən daha sonra təmir işlərinin Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan və ümumi uzunluğu 1000 metr təşkil edən məhlədaxili yollarında da aparılması nəzərdə tutulur.
Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...