![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri davam edir.
39 km uzunluğa malik Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. Aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.
Layihəyə uyğun olaraq hazırda yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür. Artıq yolun 20 km hissəsində sadalanan işlər, yolun 7 km-lik hissəsində isə yol əsasının tikintisi yekunlaşıb.
2 hərəkət zolağından ibarət olacaq yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır. Artıq layihə üzrə 29 suötürücü borunun inşası icra olunub.
Bununla yanaşı layihə çərçivəsində Udulu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində tikintisi nəzərdə tutulan 3 aşırımlı yeni dəmir-beton körpünün inşası son mərhələdə olmaqla davam edir.
Sonda yolboyu hərəkətin normal təşkili üçün km göstəricisi, yol nişanı, məlumatverici lövhə və siqnal dirəklərinin, dayanacaqların quraşdırılması, həmçinin yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, bu avtomobil yolu 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Təbii ki, yolun yenidən qurulması ilə bu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq, kənd təsərrüfatının inkişafına səbəb olmaqla yolboyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə 4.4 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə qəsəbənin Xudat bəy Məlikaslanov küçəsinin 5 və 7-ci döngələri təmir olunur. Hazırda işlər küçənin 5-ci döngəsi üzrə aparılır.
Uzunluğu 700, eni ortalama 7.5 metr təşkil edən sözügedən yol torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.
Artıq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi aparılır.
Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılan yenidənqurma və bərpa işləri daha sonra Xudat bəy Məlikaslanov küçəsinin uzunluğu 500 metr olan 7-ci döngəsində icra olunacaq.
Cari ildə Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.6 km təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.
Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə adıçəkilən rayonda 15.4 km uzunluğa malik küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda 1530 metr uzunluğa malik Cəlil Məmmədquluzadə küçəsinin təmiri davam edir.
Təmir işləri adıçəkilən küçənin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan 690 metrlik və Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan 840 metrlik hissəsində icra olunur.
Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan hissənin ortalama eni 21 metr təşkil edir. Təmir işləri zamanı bu hissədə 1252 p/m səki daşı qoyulub, hazırda yolayrıcılarına 414 kv.m olmaqla tamet daşlarının düzülməsi işləri aparılır. Ardıcıllığa uyğun olaraq təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin bərpası aparılacaq.
Cəlil Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan hissəsində aparılan işlər çərçivəsində isə zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə küçəboyu 4000 kv.m səki bərpa olunub, 2066 p /metr yeni səki daşı düzülüb. Ümumilikdə 9174 kv.m sahədə təmir aparılıb, 8301 kv.m əraziyə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Hazırda anoloji təmir işləri rayonun 350 metr uzunluğa malik Nəsib bəy Yusifbəyli və 780 metrlik Mirəsədulla Mirqasımov küçələrində də aparılır.
Qeyd edək ki, agentlik tərəfindən cari il ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1521 metr olan Nəcəf bəy Vəzirov (360m), Hüseynqulu Sarabski (220m), Mərdanov qardaşları (286m), Ağadadaş Qurbanov (295 m) və Mustafa bəy Topçubaşov (360m) küçələri artıq təmir edilib.
2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunub.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir. Artıq sözügedən hissədə tikinti işləri 95% icra olunub.
Layihəyə əsasən torpaq yatağının ümumi eni 27.5 metrdir. Hər birinin eni 3.75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edir.
Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 hissə üzrə icra olunur. 1 və 3-cü hissədə tikinti işləri son mərhələ üzrə aparılır. 2-ci hissə üzrə isə torpaq işləri artıq tamamlanıb.
Ümumilikdə layihəyə əsasən hazırda qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri davam etdirlir. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də görülür.
Ümumilikdə yolboyu 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 82 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 574 dairəvi suötürücü boru inşa edilir. Layihəyə uyğun olaraq, zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq 2-ci hissə üzrə nəzərdə tutulan bir yol qovşağı və körpünün tikintisi yerinə yetirilib.
Hazırda yolboyu işlərin plana əsasən tərəqqisi 39.8 km-lik birici hissə üzrə 95%, 42.4 km-lik ikinci hissə üzrə 98%, 47.95 km-lik üçüncü hissə üzrə isə 91% təşkil edir.
Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə aparılır.
130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həmin yaşayış məntəqələrində yaşayan əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.
Layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.
Tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq təmir-tikinti işlərinə başlanılıb.
Uzunluğu 3 km olan Məmmədabad–Genişkənd avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.
Hərəkət hissəsinin eni 6 metr təşkil edən avtomobil yolunda texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, yol yatağı və yol əsası inşası aparılıb. Sözügedən işlər çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib.
Layihə əsasında yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə zəruri yerlərdə suötürücü boruların quraşdırılması işləri görülüb.
Sadalanan işlərə paralel olaraq qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının tikintisi işləri yekunlaşan ərazidə artıq asfaltlanma işlərinə də başlanılıb. Hazırda yola 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyün döşənməsi icra olunur.
Görülən işlər tam başa çatdıqdan sonra zəruri olan yerlərdə yol nişanları və dayanacaqlar quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Əvvəllər yolun torpaq əsaslı və çınqıl örtüklü olması vətəndaşların gediş-gəlişində müəyyən çətinliklər yaradırdı. Yolun əsaslı şəkildə yenidən qurulması ilə 2 yaşayış məntəqəsinin 4 mindən artıq əhalisinin təhlükəsiz və maneəsiz hərəkət etmələrinə imkan yaradacaq, ən əsası sözügedən ərazidə yük və sərnişin daşıması xeyli asanlaşacaq.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44.5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda Bərdə-Ağdam avtomobil yolunun 3-5-ci km-lik hissəsində torpaq işlərinin icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılır. Yolun 5-44.5-ci km-lik hissələrində torpaq işləri bitib, hazırda yol geyiminin tikintisi və isə asfalt-beton örtüyünün salınması işləri aparılır. Asfalt-beton örtük hazırda yolun 20 km-lik hissəsində (25-44-cü km-lik) döşənir.
Yeni inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan suötürücü boru, düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə yeraltı keçidlərin inşası artıq bitib. Hazırda layihə üzrə 3 yerdə nəzərdə tutulan yerüstü piyada keçidlərinin tikintisi üçün hazırlıq işləri aparılır.
Bundan başqa yolun 25 və 40-cı km-lik hissəsində inşa olunan 91.3 və 18.2 metr uzunluğa malik körpülərin inşası da artıq yekunlaşıb.Yolun 14-cü km-lik hissəsində 66 metr uzunluğa malik yol qovşağında isə yanaşma yollarının inşası aparılır. Həmçinin yolun 29-cu km-də də “Pit stop” (Dayan Dincəl) məntəqəsinin tikintisi davam edir.
1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə geriyə dönmə hissələrinin yaradılması, avtobus dayanacaqlarının inşası da lahiyə üzrə icrası nəzərdə tutulan işlərdəndir.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR…
"Yol-xeber.az" xəbər verir ki, Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Bülbülə qəsəbəsində Samir Əliyev küçəsinin təmir işləri aparılır.
Uzunluğu 600, eni ortalama 6.5 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb.
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi aparılır.
“İnvestisiya Proqramına”na əsasən, Suraxanı rayonu üzrə təmir işləri Əmircan qəsəbəsinin 650 metr uzunluğa malik Atamoğlan Rzayev və Qaraçuxur qəsəbəsinin ümumi uzunluğu 2500 metr olan Şərq yaşayış massivinin yollarında da aparılır.
Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.
Agentlikdə yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi ilə fəaliyyətin daha çevik və məqsədyönlü həyata keçirilməsi işləri davam etdirilir.
Bu yaxınlarda Agentlikdə rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılmışdır.
Bu işlərin davamı olaraq bir müddətdir ki, Agentlik tərəfindən müasir idarətmə və nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, yol infrastrukturu layihələrinin icra olunduğu ərazilərə Mobil Müşahidə Sistemləri - servisi (MMS-S) müəssisəsi tərəfindən hazırlanan Mobil Müşahidə Sistemləri quraşdırılır.
Mobil qoşqu üzərində yığılan bu qurğuda hər şey yüksək dəqiqliklə hesablanıb. Belə ki, sistem mobil qoşquya yığıldığı üçün hər hansı bir avtomobilə qoşularaq istənilən yerə daşınması mümkündür.
Yol layihələrinin icrasına nəzarət onlayn şəkildə monitorla və ya mobil telefonla xüsusi proqram vasitəsilə təmin olunur. Günəş panellərinin istehsal etdiyi enerji ilə 24 saat kəsintisiz, 500 metr ərazini əhatə edən video görüntünü izləmək mümkündür.
İki sabit və bir hərəkətli kameralar vasitəsilə müxtəlif bucaqlardan və məsafədən uzun müddət qurğunun yaddaşında saxlamaqla canlı, həmçinin istənilən hava şəraitində müşahidə aparmaq mümkündür.
Mobil Müşahidə Sistemi ölkəboyu icra olunan yol infrastrukturu layihələrinin “İnşaat Norma və Qaydaları”na əsasən keyfiyyətlə, sürətlə və təhlükəsizlik qaydalarına riayət edilməklə icrasına, tərtib olunmuş qrafiklə vaxtında icrasının yekunlaşdırılmasına Agentliyin rəhbərliyi tərəfindən mütamadi olaraq yerindəcə nəzarətdən əlavə, həm də istənilən vaxt və istənilən yerdən sistemlərin quraşdırıldığı tikinti ərazilərini onlayn qaydada müşahidə etməyə imkan yaradır.
Hazırda bu cür Mobil Müşahidə Sistemləri Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam, Muğanlı-İsmayıllı-Qəbələ və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında quraşdırılaraq tikinti prosesi tam nəzarət altında saxlanılır.
Yaxın müddət ərzində bu cür sistemin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yoluna, həmçinin digər böyük yol layihələrinin icrası həyata keçirilən ərazilərdə quraşdırılması nəzərdə tutulur.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 46-cı km-dən ayrılan və uzunluğu 8 km olan Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən inşa olunur.
Əvvəllər qara və çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.
Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. 2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün zəruri yerlərdə müxtəlif diametrlərdə olan suötürücü boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası və beton küvetlərin tikintisi işləri görülüb.
Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən, optimal-qırmadaş və qum-çınqıl qarışımından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərnə start verilib. Artıq yolun 5 km-lik hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnoloji ardıcıllıqla apardığı yenidənqurma işləri imkan verir ki, yaxın gələcəkdə yolboyu yaşayan vətəndaşların yolla bağlı qarşılaşdıqları problemlər birdəfəlik öz həllini tapsın, həmçinin vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı daha da inkişaf etsin.
YOLUNUZ AÇIQ OLSUN...