"Yol-xeber.az" xəbər verir ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda 1440 metr uzunluğa malik Cəlil Məmmədquluzadə küçəsinin əsaslı təmirinə başlanılıb. 

Təmir işləri adıçəkilən küçənin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan 600 metrlik və Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan 840 metrlik hissəsində icra olunur. 

Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan hissənin ortalama eni 21 metr təşkil edir. Hazırda bu hissədə köhnə bordürların sökülməsi və yenilərinin inşası işləri aparılır. Ardıcıllığa uyğun olaraq təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin bərpası aparılacaq. 

Cəlil Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan hissədə aparılan işlər çərçivəsində isə zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə artıq 4320 kv.m piyada səkisi bərpa olunub, səkilərin kənarlarına 1632 p /metr səki daşı düzlüüb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Anoloji təmir işləri rayonun İlqar İsmayılov (282m) və Nəcəf bəy Vəzirov (122m)  küçələrində də davam etdirilir. Bununla yanaşı, ümumi uzunluğu 1130 metr olan Mirəsədulla Mirqasımov və Nəsib bəy Yusifbəyli küçələrinin də təmiri nəzərdə tutulub. 

Qeyd edək ki, agentlik tərəfindən cari il ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1521 metr olan Nəcəf bəy Vəzirov (360m), Hüseynqulu Sarabski (220m), Mərdanov qardaşları (286m), Ağadadaş Qurbanov (295 m) və Mustafa bəy Topçubaşov (360m) küçələri artıq təmir edilib.

2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunub.

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.

Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.

Uzunluğu 64.8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir. I texniki dərəcəli yolda layihə üzrə 380 metr istinad divarının inşası da aparılır. 

Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası yararsız qruntun çıxarılmasıgenişləndirmə işləri icra olunur, 26.5 metr enində yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri davam etdirilir.

Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borularsu keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı keçidlər və yol üzərində yeni avtomobil körpülərinin tikintisi davam etdirilir.  Artıq 24 suötürücü borunun, 4 yeraltı keçidin, 12 ədəd kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidinin tikintisi yekunlaşıb

Hazırda layihədə nəzərdə tutulan yolun 0.2, 6.1, 37 və 63-cü kilometrlik hissəsində avtomobil körpülərinin inşası davam edir, körpülərdə svay və betonlanma işləri icra olunur.

Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək

BÜTÜN YOLLAR QARABAĞA APARIR...




"Yol-xeber.az" xəbər verir ki, Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində Mərkəzi küçənin təmir işləri yekunlaşmaq üzrədir.

Uzunluğu 1300, eni isə 8 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

Yenidənqurma işləri çərçivəsində vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə küçədə 2240 p/metr yeni piyada səkiləri inşa olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Asfalt döşənən ərazilərdə isə kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunur.
Sözügedən küçədə təmir işləri 12 min kv.m-dən çox sahədə aparılır.

Cari ilin “İnvestisiya Proqramına”na əsasən təmir işləri Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan və ümumi uzunluğu 1000 metr təşkil edən məhlədaxili yollarında da aparılıb. Torpaq əsaslı yollarda artıq asfalt işləri icra olunaraq yekunlaşdırılıb. 

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib.  2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az" xəbər verir ki, Oğuz-Şəki avtomobil yolunun 34.6 km-lik əsas hissəsinin yenidən qurulması davam etdirilir. Əsas hissənin 7 km-i 3-cü texniki dərəcəyə uyğun, 27.6 km-i isə 2-ci texniki dərəcəyə uyğun şəkildə yenidən qurulur. Bunun üçün yolboyu genişləndirmə işləri aparılıb.

 

Yenidənqurma işləri zamanı yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilib. Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri inşa edilib. Hazırda yolboyu yeni asfalt-beton örtüyünün 2-ci layının döşənməsi işləri aparılır. 

Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması layihəsinə əsasən, Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni körpünün inşası həyata keçirilib. Yeni 1 aşırımlı avtomobil körpüsünün uzunluğu 15 metr, eni isə 13 metr təşkil edir.

Daşağıl çayı üzərində 132, Küngüt çayı üzərində 78, Kiş çayı  üzərində 420Qurcana çayı üzərində isə 42 metr uzunluğunda olan mövcud körpülər üzrə isə nəzərdə tutulan təmir işləri aparılır. Yol boyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi də layihə üzrə görülən işlərdəndir.

Layihə çərçivəsində 9 km uzunluğa malik “Şəki dairəvi yolu”nun da (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmir işləri aparılır. Şəki dairəvi yolunun 6 km-lik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəli, 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlı olmaqla 2-ci texniki dərəcəlidir. 

Bundan başqa 3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə giriş yollarının 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması həyata keçirilir. 

Yenidənqurma işlərinin sonunda layihə boyu zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yenidənqurma işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq, respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələrin icrası davam edir. Belə layihələrdən biri də Beyləqan rayonunda Gödəklər-Arısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır. 

Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən Beyləqan rayonu ərazisində 7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur. Torpaq yatağının eni 9, yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. 

Sözügedən avtomobil yolu uzun müddət istismar nəticəsində deformasiyaya uğramışdır. Bu üzdən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdığı üçün yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi

Yenidənqurma işləri hazırda uzunluğu 8 km olan Allahyarlı yolu istiqamətində aparılır. Görülən işlər çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb. Torpaq işləri aparılan hissələr profilə salınıb və kipləşdirilib

Hal-hazırda suvarma və qrunt sularının ötürülməsi üçün 10 yeni suötürücü boruların tikintisi aparılır. Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra yeni yol əsasınin inşası, əsasın alt layının tikintisi, son mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək. 

“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri bitən kimi yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkiləcəkyol nişanları, zəruri yerlərdə avtobus dayanacaqlarıkm göstəriciləri quraşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işləri sözsüz ki, təkcə 17 min əhalin yaşadığı yaşayış məntəqələrinə rahat gediş-gəlişin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının inkişafına da şərait yaradacaq.

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az" xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tikinti-bərpa işləri Prezident İlham Əliyevin tapşırığına uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin iş planına daxil edilib və hazırda icrası təmin olunur. Cəmiyyətdə isə tikinti-bərpa işlərinin başlanılması ilə bağlı müxtəlif əsassız fikirlər səsləndirilir.

Bildiyiniz kimi, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu bərpa edilir. Qeyd edək ki, hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır. 

Hazırda mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tikinti-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində 66 km-lik hissədə aparılır. 

Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton, həmçinin yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yararlı qrunt tökülərək yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra yola yeni asfalt-beton örtüyü döşənəcək. 

Təmir-bərpa işləri ilə sözügedən yolboyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq. 

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.  

Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb. 

Sürücülərdən bir daha təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. 

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində magistral avtomobil yollarının Bakı şəhərinə yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Sözügedən piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Bu çərçivədə M1, M2 və M4 magistral avtomobil yollarında 8 yerdə keçidlər inşa edilir: 
1.    Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21,28 və 46-cı km-lik hissəsində;
2.    Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 25-ci km-lik hissəsində;
3.    Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18.520, 21.5 və 25-ci km-lik hissəsində. 

İnşası aparılan və tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri yüngül konstruksiyalıdır. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulur.

YOLUNUZ AÇIQ OLSUN...




"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 km-lik hissəsinin 6, qalan 46.6 km-lik hissəsinin isə 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29.5 və 21.5 metr təşkil edir.

Yol boyu layihəyə uyğun ümumi uzunluğu 6 km təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır. 

Uzunluğu 1019 metr təşkil edən T1 tuneli üzrə artıq qazma işləri yekunlaşıb, hazırda beton işləri icra olunur. Uzunluğu 1810 metr təşkil edən T2 tuneli üzrə 450 metr, uzunluğu 3171 metr təşkil edən T3 tunelinin isə 500 metr hissəsində qazma işləri aparılıb. Hazırda sözügedən tunellərdə qazma işləri partlatma və qırıcı üsulları ilə davam etdirilir. Eyni zamanda qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması həyata keçirilir. 

Uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) boyunca 15 avtomobil körpüsü, 5 yolötürücü, 54 yeraltı keçidin inşası da nəzərdə tutulub ki, bu çərçivədə hazırda 14 körpü, yolötürücü, 38 yeraltı keçidin tikintisi aparılır.  

Suların ötürülməsini təmin etmək məqsədilə layihə üzrə 306 dairəvi boru və 120 düzbucaqlı su keçidlərinin inşası yekunlaşıb. Kommunikasiya xətləri üçün  nəzərdə tutulan 60 ehtiyat keçidindən 15 keçidin inşası bitib, 6 keçidin tikintisi isə davam edir.  

Hazırda avtomobil yolunun ilk 110 kilometrlik hissəsində torpaq işləri də icra edilir. Belə ki, yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri, paralel olaraq asfalt örtüyünün tikintisi həyata keçirilir. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.  

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...




"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Müzəffər Nərimanov küçəsinin əsaslı təmir işlərinə start verilib.  

Uzunluğu 1830 metr təşkil edən sözügüdən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Ortalama eni 12 metr təşkil edən Müzəffər Nərimanov küçəsində hazırda yararsız səki və bordür daşlarının yenilənməsi işləri aparılır.

Layihə ardıcıllığına uyğun olaraq daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi, mövcud yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi nəzərdə tutulub.

Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 

İşlərin yekunlaşmasına uyğun olaraq Nərimanov rayonunda 2022-ci ilin “İnvestisiya Proqramı” çərçivəsində Fətəli xan Xoyski prospektinin, həmçinin Əliəşrəf Əlizadə, Ülvi Bünyadzadə, Məsud Əlizadə, Əbdüləzəl Dəmirçizadə, Tələt Şıxəliyev küçələrinin də əsaslı şəkildə təmir olunması nəzərdə tutulub.

Qeyd edək ki, 2021-ci ildə Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub. 

YOLUNUZ AÇIQ OLSUN...



"Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 5.3 km olan yerli əhəmiyyətli Bunud-Həzrə avtomobil yolunun yenidən qurulmasına başlanılıb. 

Torpaq və çınqıl örtüklü avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol örtüyündə əmələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu.  

Hazırda sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.

“Tikinti Norma və Qaydaları”na uyğun yenidənqurma işləri çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi və sıradan çıxmış suötürücü boruların çıxarılması işləri aparılır. Çıxarılan boruların əvəzinə yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi həyata keçiriləcək. 

Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi işləri görüləcək, yol əsası hazır olandan sonra isə yolun asfaltlanması işlərinə start veriləcək. 

Anoloji yenidənqurma işlərinin Qəbələ rayonu ərazisində Zarağan-Aydınqışlaq (3.2 km), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10.4 km) və Şamlı-Tola (6,1 km) avtomobil yollarında da aparılması nəzərdə tutulur. 

Beləliklə, ümumi uzunluğu 25 km olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində əhalinin sosial rifah halına müsbət təsir edəcək.

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti