![]() |
|
"Yol-xeber.az"un xəbərinə görə, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində cari ilin “İnvestisiya Proqramına”na əsasən, Sabunçu rayonu Bakıxanov qəsəbəsi üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 5.8 km təşkil edən küçələrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə start verilib.
Hazırda Bakıxanov qəsəbəsində uzunluğu 600 metr, eni isə 12 metr təşkil edən Ruhulla Axundov küçəsi əsaslı şəkildə təmir edilir. Təmir işləri çərçivəsində yeni piyada səkiləri inşa edilir, mövcudları isə bərpa olunur. Səkilərin kənarlarında olan 1200 p/metr uzunluğa malik köhnə səki daşları yeniləri ilə əvəzlənir.
Anoloji təmir işləri qəsəbənin 1500 metr uzunluğa malik Oskar Əfəndiyev küçəsində də aparılır. Küçənin eni ortalama 12 metr təşkil edir.
Texnoloji ardıcıllığa uyğun olaraq sözügedən küçələrdə növbəti mərhələlərdə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemlərinin bərpa olunaraq işlək vəziyyətə gətirilməsi, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulması işləri də yerinə yetiriləcək.
“İnşaat Norma və Qaydaları”na uyğun təmir işlərinin sonuncu mərhələsində küçələr boyu avtonəqliyyat vasitələrinin hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
“İnvestisiya Proqramına”na əsasən təmir işlərinin ardıcıllıqla Bakıxanov qəsəbəsinin Şamil Kamilov (1800 m), Sülh (550 m), Ramiz Qəmbərov (400 m) və Əşrəf Yunusov (950 m) küçələrində də aparılması nəzərdə tutulur.
Qeyd edək ki, bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.
Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Nəsimi rayonu ərazisində təmirə ehtiyacı olan küçələrdə müvafiq işlər davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən rayon ərazisində hazırda ümumi uzunluğu 1161 metr olan 4 küçədə təmir işləri aparılır.
Bu, uzunluğu 360 metr, eni ortalama 9 metr təşkil edən Nəcəf bəy Vəzirov, 220 metr uzunluğa və 8 metr enə malik Hüseynqulu Sarabski, uzunluğu 286 metr, eni 10 metr olan Mərdanov qardaşları, həmçinin uzunluğu 295 metr, eni 10 metr olan Ağadadaş Qurbanov küçələridir.
Aparılan işlər çərçivəsində Nəcəf bəy Vəzirov, Hüseynqulu Sarabski və Mərdanov qardaşları küçələrinin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənib, yol yatağının yararsız qruntu qazılaraq kənarlaşdırılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, yararsız səki daşları sökülərək yeni səki daşları ilə əvəz edilib, ardınca isə asfaltlanma işləri icra olunub.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təşkili üçün küçələrin bəzi hissələrində parklanma yerləri təşkil edilib, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb və bu çərçivədə işlər davam etdirilir.
Hazırda təmir işləri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsinin Məhəmməd Naxçıvani və Abbasqulu ağa Bakıxanov küçələri arasında yerləşən hissəsində davam etdirilir.
Uzunluğu 295 metr, eni ortalama 10 metr təşkil edən küçənin sözügedən hissəsində köhnə asfalt-beton örtüyü yenilənir. Artıq işlər son mərhələ üzrə icra olunur.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev və Binəqədi rayonu, Cəfər Xəndan küçələrinin bir hissəsində təmir işləri icra olunub.
Təmir işləri zamanı deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.
Əbdürrəhim bəy Haqverdiyev küçəsinin 1800 kv.m sahəsində, Cəfər Xəndan küçəsinin isə 600 kv.m sahəsində təmir işləri aparılıb.
Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq qeyri-iş günləri yerinə yetirilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Sabirabad rayonu, Surra-Padar avtomobil yolunun 1-ci km-də yerləşən avtomobil körpüsündə təmir-bərpa işləri aparılıb.
Sözügedən rayonun Surra kəndi ərazisində Kür çayı üzərində yerləşən və uzunluğu 267 metr olan körpünün hərəkət hissəsində beton plitələrdə uzun müddət istismar nəticəsində çatlar və dağılmalar əmələ gəldiyindən avtonəqliyyat vasitələrinin hərəkətinə maneə və təhlükə yaradırdı.
Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpünün təmiri üçün əraziyə təxirə salınmadan işçi briqadası cəlb edilərək problemin aradan qaldırılması istiqamətində işlər həyata keçirilib.
Təmir-bərpa işləri 20 gün ərzində icra edilərək yekunlaşdırılıb.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, ROMDAS - Dünyanın ən müasir və qabaqcıl texnologiyalarından biri olmaqla yol ölçmə məlumatlarının toplanması sistemidir.
ROMDAS bir neçə modulların birləşməsindən ibarət bir sistemdir.
Bu avadanlıqlar aşağıdakılardır:
Qeyd olunan modullardan ibarət sistem vasitəsilə bütün texniki dərəcəli atomobil yollarında, yeni və köhnə asfalt-beton örtüklərdə, dağılmış asfalt-beton örtükdə, qulluq olunmuş və dağılmış asfaltsız (5-ci texniki dərəcəli yol) yollarda ölçmə işləri aparmaq mümkündür.
Əlavə olaraq sistemdə olan modulların hər birinin ayrı-ayrılıqda iş prinsipi olsa da, bir ərazi üzrə əldə olunmuş məlumatları eyni vaxtda analiz etmək mümkündür.
Sistem vasitəsi ilə toplanan məlumatlar ofis şəraitində analiz edilir və alınan nəticələrə əsasən yolun ümumi vəziyyətinin “Beynəlxalq Nahamarlıq İndeksi”nə uyğunluğu yoxlanılır.
Analizin nəticələri yolun qiymətləndirilməsi, dövlət əhəmiyyətli avtomobil yolları şəbəkəsinin texniki baxımdan idarə edilməsi, vəziyyətin saxlanması və vəsaitin təşkil edilməsi üçün əsas götürülür. Yəni əldə edilmiş nəticələrə uyğun örtüyün keyfiyyətli olub-olmaması, yolun təmir edilməsi və ya yenidən qurulmasının vacibliyi öyrənilir.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.
Bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən, İbrahimpaşa Dadaşov küçəsində aparılan əsaslı təmir işləri yekunlaşıb. Təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılıb.
Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünü sökülüb, mövcud piyada səkiləri 1000 kv.m sahədə bərpa olunub, küçə boyu yeni səki daşları düzülüb.
Layihəyə uyğun olaraq səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, 5 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya xətlərinin 46 baxış qapağı yenisi ilə əvəz olunub.
Bundan başqa İbrahimpaşa Dadaşov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən içməli və tullantı su xətləri yenilənib. İşlərin operativ və qısa müddətdə yekunlaşdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərsu” ASC koordinasiyalı şəkildə fəaliyyət göstərib. Kommunikasiya xətlərinin yenilənməsi gələcəkdə qəza hallarının baş verməsini minimuma endirməklə asfalt-beton örtüyünün sıradan çıxmasının qarşısını alacaqdır.
Kommunikasiya xətlərinin yenilənməsindən sonra qazılmış ərazidə əks-dolğu və kipləşmə işləri aparılıb. Ardınca küçə boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Aparılan yenidənqurma işləri çərçivəsində yol kənarları və baxımsız vəziyyətdə olan ağacların dibləri abadlaşdırılıb.
Son mərhələdə isə küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2021-ci illər ərzində Nərimanov rayonu ərazisində 35 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağcabədi rayonunda Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Qeyd edildi ki, uzunluğu 41 kilometr olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolu başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil magistralından götürür.
Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq, yolun bir neçə marşrut üzrə yenidən qurulmasına start verilib. Bu, Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27,4 kilometrlik, həmçinin Avşar kəndinin 5,6, Salmanbəyli kəndinin 2,9, Aşağı Avşar kəndinin 4,5 və Xocavənd kəndinin 0,6 kilometr uzunluğunda daxili yolları idi.
Layihə çərçivəsində yolda 4 avtobus dayanacağı inşa edilib, yol nişanları və məlumatverici lövhələr, təhlükəsizlik dirəkləri quraşdırılmaqla müasir yol infrastrukturu yaradılıb.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda görülmüş işlər barədə də məlumat verildi.
Bildirildi ki, respublika əhəmiyyətli bu yolun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə başa çatdırılıb. Ucar şəhərinin girişindən başlayan bu yol Ağcabədi şəhərinin cənubunda Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Layihəyə əsasən, hər birinin eni 3,75 metr olmaqla iki hərəkət zolağından ibarət yolun ümumi eni 15 metrdir. Yolboyu 9 yeraltı keçid, 26 su keçidi, 74 suötürücü boru və 30 avtobus dayanacağı inşa edilib. Həmçinin uzunluqları 20 metrdən 175 metrədək olan 7 avtomobil körpüsünün inşası da uğurla başa çatdırılıb.
Bu avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bununla yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirən yol tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da mühüm rol oynayacaq.
Layihənin icrası həm də yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir.
"Yol-xeber.az"un xəbərinə görə, Dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mütəmadi olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublika yollarının inşası və yenidən qurulması layihələrinin icrası vətəndaşların sosial rifah halına müsbət təsir göstərən sənaye və turizmin inkişafına hesablanır.
Bu istiqamətdə hazırda AAYDA tərəfindən Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunur.
Layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edəcək.
Görülən işlər çərçivəsində artıq yol boyu torpaq yatağı və yol əsası inşa edilib. Suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular təmir olunub, zəruri yerlərdə yenilənib. Hazırda yola 2 laydan ibarət 7 sm qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri son mərhələdə olmaqla icra olunur.
Bərabər olaraq hərəkətin normal təşkili üçün yol boyu yol nişanları, siqnal dirəkləri quraşdırılır. Layihənin sonuncu mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda Arbani adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə çəkilən bu yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən inşa olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və prospektlərdə, avtomobil yollarında kompleks tədbirlər icra olunmaqdadır.
Bu çərçivədə Sabirabad rayonu, Surra-Padar avtomobil yolunun 1-ci km-də yerləşən avtomobil körpüsündə təmir-bərpa işlərinə başlanılıb.
Sözügedən rayonun Surra kəndi ərazisində Kür çayı üzərində yerləşən və uzunluğu 267 metr olan körpünün hərəkət hissəsində beton plitələrdə uzun müddət istismar nəticəsində çatlar və dağılmalar əmələ gəldiyindən avtonəqliyyat vasitələrinin hərəkətinə maneə və təhlükə yaradırdı.
Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpünün təmiri üçün əraziyə təxirə salınmadan işçi briqadası cəlb edilərək problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Hava şəraitinin əlverişli olacağı təqdirdə yaxın 15-20 gün ərzində işlər tamamlanaraq, körpü yenidən sürücülərin ixtiyarına veriləcək.
Təmir-bərpa işlərinin davam edəcəyi müddət ərzində isə sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədi ilə müvəqqəti alternativ keçid yol salınıb.
Bundan başqa körpüdən istifadə edərək Sabirabad rayonunun kəndlərinə getmək istəyən və yaxud kəndlərdən rayon mərkəzinə gəlmək istəyən vətəndaşlar təmir müddəti ərzində rayonun Cavad kəndi ərazisindən, Bakı-Qazax magistralı boyunca yerləşən rayonlara getmək üçün isə Saatlı-İmişli-Kürdəmir avtomobil yolundan alternativ olaraq istifadə edə bilərlər.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az"un xəbərinə görə, Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 45 km təşkil edəcək. Dövlət başçısının tapşırığına əsasən, Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda Bərdə-Ağdam avtomobil yolunun 5-45-ci km-lik hissəsində torpaq işlərinin icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26.5 metr enində yeni yol yatağının inşa edilir. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri aparılır. Artıq bəzi hissələrdə əsasın tikintisi yekunlaşmaq üzrədir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçidin tikinisi davam etdirilir.
Yolun 25 və 40-cı km-lik hissəsində inşa olunan 91.3 və 18.2 metr uzunluğa malik körpülərin, həmçinin yolun 41-ci km-lik hissəsində 32.2 metrlik yol ötürücünün inşası da artıq yekunlaşmaq üzrədir. Bununla yanaşı yolun 14-cü km-lik hissəsində 66 metr uzunluğa malik yeni yol qovşağının tikintisinə başlanılıb.
Yolun 29-cu km-də “Pit stop” (Dayan Dincəl) məntəqəsinin inşasına da start verilib.
1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə geriyə dönmə hissələrinin yaradılması, avtobus dayanacaqlarının inşası da həyata keçiriləcək.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “54 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...