jhjhjhhj

"Yol-xeber.az" xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və son mərhələ üzrə davam etdirilir. 

Avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli olacaq bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. 

Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21.5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir. 

Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının və yol əsasının inşası 8.5 km-lik hissədə yekunlaşıb. Həmin hissəyə asfalt örtüyünün alt layının döşənməsi işləri də icra olunub.

Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının və yol əsasının inşası ilə yanaşı yolboyu atmosfer suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametlərə malik suötürücü boruların, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də yekunlaşmaq üzrədir.

Yolun 6.7 kilometrində, “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində tikintisi aparılan iki aşırımlı avtomobil körpüsündə hazırda gövdə dayaqlarının inşası icra olunur.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun cari ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib. 

Qeyd edək ki, Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir. 

 

BÜTÜN YOLLAR QARABAĞA  APARIR...

 

jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj
jhjhjhhj

mnnnnnnn

"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Müzəffər Nərimanov küçəsinin əsaslı təmir işləri yekunlaşmaq üzrədir.  


Uzunluğu 1830 metr təşkil edən sözügüdən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Ortalama eni 17.5 metr təşkil edən Müzəffər Nərimanov küçəsində aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 6983 kv.m sahədə bərpa olunub, 4582 p/m yeni səki daşları düzülüb. Küçəboyu 32 yeni yağış barmaqlıqları quraşdırılıb. Ümumilikdə 33222 kv.m ərazidə təmir işləri aparılıb.

Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. 
 
Küçə son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə yaxın günlərdə vətəndaşların istifadəsinə veriləcək. 

Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. Hazırda təmir işləri rayonun 1230 metr uzunluğa malik  Əliəşrəf Əlizadə küçəsində də aparılır.

Xatırladaq ki, 2021-ci ildə Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.  
 
YOLUNUZ AÇIQ OLSUN... 

 

mnnnnnnn
mnnnnnnn
mnnnnnnn
mnnnnnnn
mnnnnnnn
mnnnnnnn
mnnnnnnn
mnnnnnnn
mnnnnnnn
mnnnnnnn
mnnnnnnn
mnnnnnnn

j

"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq aparılan təmir işləri sürətlə davam etdirilir.  

Bu çərçivəsində Qaradağ rayonunun Sahil qəsəbəsinin əsas yollarından biri olan və uzunluğu 3200 metr, ortalama eni 14 metr təşkil edən Məhərrəm Seyidov küçəsinin təmiri son mərhələdə olmaqla icra olunur.

Təmir çərçivəsində küçəboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. 

Hazırda ərazidə mövcud piyada səkilərinin bərpası, kənarlarına yeni səki daşlarının düzülməsi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir Bu istiqamətdə küçəboyu 2500 p/m yeni səki daşları düzülüb. 

Layihə ardıcıllığına uyğun olaraq ərazidə yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi nəzərdə tutulub.

Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 

Ümumilikdə cari ildə Qaradağ rayonunun Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri aparılan küçələrin uzunluğu 19.6 km təşkil edir. Artıq bir çox küçədə təmir işləri yekunlaşıb.  


Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb. 


YOLUNUZ AÇIQ OLSUN...

 

j
j
j
j
j
j
j
j
j

g

"Yol-xeber.az" xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 156 km-dən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun inşası “İnvestisiya Proqramı”na uyğun olaraq  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılır.


Əsasən çınqıl və qara örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. 
 
22.3 km uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir
 
Layihə çərçivəsində torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur
 
Artıq yolun 16 km-lik hissəsində sadalanan işlər yekunlaşıb, hazırda bu hissədə yeni yol yatağı inşa edilir.
 
Aparılan işlər çərçivəsində yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 130 suötürücü borunun təmiri, zəruri yerlərdə yenilənməsi də icra olunacaq. Bununla yanaşı layihə üzrə yolun əhatə etdiyi yaşayış məntəqələrinin daxilindən keçən və ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası da nəzərdə tutulub. 
 
Layihənin sonuncu mərhələsində yol nişanları, avtobus dayanacaqları, siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılacaq.
 
Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.


YOLUNUZ AÇIQ OLSUN...

 

g
g
g
g
g
g

k

"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospektində icra olunan təmir işləri davam edir. 

Hazırda təmir sözügedən prospektin  Abbasqulu ağa Bakıxanov  küçəsindən İzmir küçəsinədək olan hissəsində aparılır. Qeyd olunan hissənin ortalama eni 13 metr təşkil edir. 

Aparılan işlər çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yenilənməsi işləri görülüb. 

Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Sözügedən işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq.

İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 
YOLUNUZ AÇIQ OLSUN...


k
k
k
k
k
k


"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nizami rayonunda Əlişir Nəvai küçəsi təmir edilir.

Küçənin uzunluğu 990, eni ortalama 10.5 metr təşkil edir.  

Aparılan təmir işləri çərçivəsində küçəboyu frezlənmə və vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri davam edir. Bu istiqamətdə küçəboyu 800 p/m yeni səki daşları düzülüb. 

Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 

Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 9 küçə təmir edilir.

Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5.5 km təşkil edən 7 küçənin təmiri aparılıb.


YOLUNUZ AÇIQ OLSUN...

 

ddd
ddd
ddd
ddd
ddd
ddd

ccccc

"Yol-xeber.az" xəbər verir ki, Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə təmir işləri icra olunub. 

Təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, bunun ardınca hamarlayıcı lay asfalt-beton örtüyü döşənib və asfaltlanma işlərinə start verilib

Ümumilikdə təmir işləri 2800 kv.m sahəni əhatə edib. Son mərhələ üzrə təmir işlərinin aparıldığı ərazidə yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılıb.

 

YOLUNUZ AÇIQ OLSUN...

 

ccccc
ccccc
ccccc
ccccc
ccccc
ccccc
ccccc
ccccc
ccccc
ccccc
ccccc
ccccc

f

"Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində  müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən böyük miqyaslı tikinti və bərpa işləri aparılır.

Bu istiqamətdə Oğuz-Şəki avtomobil yolunun 34.6 km-lik əsas hissəsinin əsaslı təmiri son mərhələdə davam etdirilir. Əsas hissənin 7 km-i 3-cü texniki dərəcəyə uyğun, 27.6 km-i isə 2-ci texniki dərəcəyə uyğun şəkildə bərpa edilir. 

Layihə çərçivəsində yolboyu genişləndirmə işləri icra olunub, yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilib. Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri inşa edilib. Yolboyu aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Layihə çərçivəsində Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni körpünün inşası həyata keçirilib. Yeni 1 aşırımlı avtomobil körpüsünün uzunluğu 15 metr, eni isə 13 metr təşkil edir.

Daşağıl çayı üzərində 132, Küngüt çayı üzərində 78, Kiş çayı  üzərində 420, Qurcana çayı üzərində isə 42 metr uzunluğunda olan mövcud körpülər üzrə isə nəzərdə tutulan təmir işləri yekunlaşıb. Yolboyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi də layihə üzrə yerinə yetirilib.

Hazırda 9 km uzunluğa malik “Şəki dairəvi yolu”nun (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmir işləri aparılır. Şəki dairəvi yolunun 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi)  2 hərəkət zolaqlı olmaqla 2-ci texniki dərəcəyə uyğun qurulub, yolun 6 km-lik hissəsinin (Salman Mümtaz küçəsi) isə 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəyə uyğun tikintisi davam edir. 

Layihə üzrə nəzərdə tutulan 3.4 km-lik Oğuz şəhərinə giriş yolunun bərpası yekunlaşıb. 3.2 km-lik Şəki şəhərinə giriş yolunun 3-cü texniki dərəcəyə uyğun təmiri aparılır. Hazırda ərazidə səki daşlarının düzülməsi işləri icra olunur. 


Görülən işlərə paralel olaraq, zəruri olan yerlərdə yol nişanları, məlumatverici lövhələr, siqnal dirəkləri, dayanacaq, əyrixətli dəmir tirlərin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin, piyada zolaqlarının çəkilməsi işləri də yerinə yetirilir. 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yenidənqurma işlərinin qısa zamanda  yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

YOLUNUZ AÇIQ OLSUN...

b
 

f
f
f
f
f
f
f
f
f
f
f
f



"Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 5.5 km olan yerli əhəmiyyətli Bunud-Həzrə avtomobil yolunun yenidən qurulması yekunlaşıb. 

Torpaq və çınqıl örtüklü avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol örtüyündə əmələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu. 

Sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri ilə IV texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

“İnşaat Norma və Qaydaları”na uyğun aparılan işlər çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi, yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi həyata keçirilib. 

Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi, yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. 

Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılıb.

Qeyd edək ki, anoloji yenidənqurma işləri Qəbələ rayonu ərazisində Zarağan-Aydınqışlaq (3.8 km), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10.5km) və Şamlı-Tola (6,3 km) avtomobil yollarında da davam edir. Hazırda Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı yolunda asfaltlanma işləri davam edir.

Beləliklə ümumi uzunluğu 26 km-dən çox olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

 

ooo
ooo
ooo
ooo
ooo
ooo
ooo
ooo
ooo
ooo
ooo
ooo
ooo
ooo
ooo



"Yol-xeber.az" xəbər verir ki, Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Hövsan qəsəbəsində Südçülük yaşayış massivinin məhəllədaxili yollarında təmir işləri aparılır. 

Uzunluğu 1000, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb. 

Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla icra olunur. 

Qeyd edək ki, “İnvestisiya Proqramına”na əsasən, cari il ərazində Hövsan qəsəbəsi ərazisində ümumi uzunluğu 4.5 km təşkil edən küçənin təmiri nəzərdə tutulub. 


YOLUNUZ AÇIQ OLSUN...

 

uyuy
uyuy
uyuy
uyuy
uyuy
uyuy

Xəbər lenti