Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub. 

1300 metr uzunluğa malik sözügedən küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu, yol örtüyünün vəziyyəti qənaətbəxş deyildi. Bu isə xüsusən payız-qış mövsümündə küçələrdən istifadə edən vətəndaşların rahat hərəkətinə problemlər yaradırdı.

Ortalama eni 6 metr təşkil edən küçədə təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 700 p/metr bordür daşlarının yenilənməsi, 560 kv.metr piyada səkilərinin bərpası işləri aparılıb. 

Küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı şəkildə aparılıb. Yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri yekunlaşdıqdan sonra qazılmış hissədə əks-dolğu işləri icra olunaraq küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib. 

Təmir işləri çərçivəsində küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də yerinə yetirilib. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılması və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO/FOTO

mm

Yol-xeber.az" xəbər verir ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 160-170-ci km-lik hissələrində orta təmir işləri icra olunur.

Sözügedən hissədə yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu.Təmir  çərçivəsində sadalanan problemlər aradan qaldırılır.

Belə ki, 10 km uzunluğa malik bu hissə üzrə aparılan təmir zamanı yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülüb. “İnşaat Norma və Qaydaları”na əsasən hazırda yeni yol əsasının inşası və 6-12 sm qalınlığa malik yeni asfalt-örtüyünün döşənməsi işləri icra olunur.

İşlər texnoloji ardıcıllıqla sürətlə və keyfiyyətlə həyata keçirilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.


YOLUNUZ AÇIQ OLSUN...

 

mm
mm
mm
mm
mm
mm
mm
mm
mm

nbnn

28 May – Müstəqillik Günü ilə əlaqədar verilmiş tətil günlərində Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azalması fürsətindən yararlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və prospektlərdə cari və orta təmir işləri icra olunub.

Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir işləri planlaşdırıldığı kimi, 27-29 may tarixləri arasında qeyri-iş günlərində gücləndirilmiş iş rejimində olmaqla aparılaraq yekunlaşdırılıb.  

Təmir işləri Nərimanov rayonu üzrə Azadlıq prospekti (Məmməd Araz küçəsindən Nəcəf Nərimanov  küçəsinə qədər), Səbail rayonu üzrə Səməd Vurğun (Salatın Əsgərova küçəsindən Şamil Əzizbəyov küçəsinə qədər) və Mehdi Hüseyn küçələrində, Yasamal rayonu üzrə Şıxəli Qurbanov küçəsi (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər), Binəqədi rayonunun Biləcəri qəsəbəsində (Tunel üzrə) və Moskva prospektində (Tuneldən 20 Yanvar istiqamətində) aparılıb. 

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin intensiv hərəkəti və təbii amillər nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işləri qarşıdan gələn istirahət günlərində də davam etdiriləcək.

YOLUNUZ AÇIQ OLSUN...

 

nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn
nbnn

s


Yol-xeber.az" xəbər verir ki, M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17-ci km-dən ayrılan respublika əhəmiyyətli Kərimli avtomobil yolunun Oğuz hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

Yenidən qurulan hissənin uzunluğu 10 km-dir və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun hərəkət hissəsi 7, hər istiqamət üzrə çiyinlərin eni 2.5 metrdir.

Əsasən yararsız asfalt və qara örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı

Layihə çərçivəsində torpaq işləri, yol yatağının yararsız qruntu qazılaraq çıxarılması, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunub, yeni yol yatağı inşa edilib, asfalt-beton örtüyünün aşınma qatı səviyyəsinədək tikinti işləri aparılıb.

Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.

Layihə üzrə Sarısu çayı üzərində 30 metrlik körpünün təmiri də icra olunub. 

Qeyd edək ki, M-5 (17) - Kərimli avtomobil yolunun 21 km uzunluğa malik Şəki rayonu ərazisinə aid hissəsində hazırda aşınma qatının yenilənməsi işləri aparılır. Sözügedən hissə 2018-ci ildə Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tərkib hissəsi kimi yenidən qurulub. 

Sözügedən yolda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur. 

Yolboyu paralel olaraq zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəkləri və km göstəricilərinin, dayanacaqların quraşdırılması işləri də yerinə yetirilir.  Sonda yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

 

YOLUNUZ AÇIQ OLSUN...

 

s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s
s

İlham Əliyev Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş  tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub »  Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yol-xeber.az" xəbər verir ki, Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər haqqında məlumat verdi.

Bildirildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.

Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişə imkan yaradacaq.

Məlumat verildi ki, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu mövcud yoldan 33,1 kilometr qısadır. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4,1 kilometr olan 23 körpü və ümumi uzunluğu 1076 metr təşkil edəcək 3 qovşaq inşa olunacaq.

c

Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində İsa bulağı küçəsinin  təmiri yekunlaşıb. 
 
Təmir işləri sözügedən küçənin Akademik
 

c
c
c

Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinə qədər olan 240 metrlik hissəsində icra olunub.
 
Ortalama eni 7 metr təşkil edən küçədə təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 690 p/metr səki və bordür daşlarının yenilənməsi, 890 kv.metr piyada səkilərinin bərpası işləri yerinə yetirilib. 
 
Küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı şəkildə aparılıb. Yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri yekunlaşdıqdan sonra qazılmış hissədə əks-dolğu işləri icra olunaraq və küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib. 
 
Təmir işləri çərçivəsində küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də aparılıb. 
 
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yerlərdə yol nişanlarının quraşdırılması və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 
 
 
YOLUNUZ AÇIQ OLSUN...
ss

Yol-xeber.az" xəbər verir ki, Beyləqan rayonunda Gödəklər-Sarısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması davam edir. 

7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik sözügedən avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. 

Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarandığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. 

Layihənin uzunluğu 8 km olan Allahyarlı  və 5.2 km uzunluğa malik Sarısu hissələri üzrə aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb.  Bu hissələrdə suvarma və qrunt sularının ötürülməsi üçün suötürücü boruların tikintisi aparılıb, yeni yol əsası inşa olunub, yeni asfalt-beton örtüyü döşənib.

Layihə üzrə uzunluğu 15.6 km olan Qəhrəmanlı hissəsində də yenidənqurma işlərinə start verilib. Hazırda bu ərazidə torpaq işləri icra olunur.

Yolun ümumi uzunluğu 7.2 km təşkil edən Gödəklər-Bünyadlı hissəsində hazırda köhnə örtüyün frezlənməsi işləri aparılır. 

“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri yekunlaşdıqdan sonra yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları, zəruri yerlərdə avtobus dayanacaqları, km göstəriciləri quraşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işləri sözsüz ki, təkcə 17 min əhalin yaşadığı yaşayış məntəqələrinə rahat gediş-gəlişin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının inkişafına şərait yaradacaq.

YOLUNUZ AÇIQ OLSUN... 

 

 
ss
ss
ss
ss
ss
ss
ss
ss
ss

f

Yol-xeber.az" xəbər verir ki, Bakı şəhəri Azadlıq prospektinin yan yolunda (Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinədək)  aparılan təmir işləri yekunlaşıb.

Cari təmir çərçivəsində uzunluğu 120 metr təşkil edən sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.  Təmir işləri 1340 kv.m-ə yaxın sahəni əhatə edib. 


YOLUNUZ AÇIQ OLSUN... 


f
f
f
f
f
f
f
fdfd

Yol-xeber.az" xəbər verir ki, Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrasına start verilib. 

Uzunluğu 42 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi.  Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. 

Yolun 30 km uzunluğa malik Xanməmmədli–Xol Qarabucaq–Xəzər hissəsi yararsız asfalt örtük, uzunluğu 12 km təşkil edən Qaçaqkənd–Qırmızıkənd hissəsi isə torpaq əsasdan ibarət idi. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılır, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülür.

Yolun yararsız asfalt-beton örtükdən ibarət olan hissəsində isə hazırda yararsız örtüyün sökülməsi işləri aparılır. 

Layihə çərçivəsində yolun Qaçaqkənd, Qırmızıkənd və Xol Qarabucaq hissələrində mövcud körpülərin təmiri də nəzərdə tutulub. 

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü borularınboru başlıqlarının və istinad divarlarının tikintisi işləri icra olunacaq.

Layihənin sonuncu mərhələsində yola yeni asfalt-beton örtüyünün döşənməsi, hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

Avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq. 

 

YOLUNUZ AÇIQ OLSUN...

 

fdfd
fdfd
fdfd
fdfd
fdfd

f

Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Salyan rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. 

Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 33 km təşkil edir.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan avtomobil yollarının yenidən qurulmasında məqsəd yolboyu yaşayan 16 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.

Layihə üzrə işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Yolların eni 8.5-9 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 1-1.5 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

5.5 km hissəsi yararsız asfalt, 27.5 km hissəsi isə torpaq əsasdan ibarət olan yollarda layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır.

Artıq sadalanan işlər  layihənin 4 km uzunluğa malik Boranıkənd hissəsində yekunlaşıb. Ardıcıllığa uyğun olaraq hazırda bu hissədə yol əsasının tikintisi icra olunur. Sözügedən yolun 2 km-lik hissəsində əsasın alt qatı artıq inşa edilib. 

Layihənin ümumi uzunluğu 3 km təşkil edən Dayıkənd və Sarvan kəndləri hissələrində torpaq işləri, yararsız qruntun qazılması, torpaq yatağının genişləndirilməsi işləri davam edir. 2.5 km uzunluğa malik Şorsulu kəndi hissəsində isə qazıntı işləri icra olunur. 

Layihə üzrə kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton boruların bərpası zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. 

Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanı və avtobus  dayanacaqların quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

 

YOLUNUZ AÇIQ OLSUN...

 

f
f
f
f
f
f
f
f
f
f
f
f
f
f
f

Xəbər lenti