![]() |
|
Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Agentlik tərəfindən bu çərçivədə daha bir layihənin icrası yekunlaşıb. Belə ki, piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də piyada keçidinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib.
Layihə üzrə keçidin uzunluğu 53.4 metr, daxili eni 3.5 metr, pilləkən və pandusların eni 1.35 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.
İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılıb.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunub.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir. Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.
Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.
Hazırda I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, 380 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası davam edir.
Yolun km 0-32,4 km-lik hissəsində layihə çərçivəsində 9 ehtiyat keçidi, 17 suötürücü boruların tikinti işləri başa çatdırılıb. Bundan başqa bitki qatının çıxarılması 68.55%, qazma işləri 61.52%, torpaq yatağının tikintisi 32.60% yerinə yetirilib. Həmçinin 8 ədəd düzbucaqlı, 17 ədəd dairəvi suötürücü borunun, bir nəqliyyat və bir piyada keçidinin inşası tamamlanmışdır. Hazırda 3 ədəd körpüdə və digər sahələr üzrə tikinti işləri davam etdirilir. Layihənin 0-32,4 km hissəsi üzrə fiziki tərəqqi 16.24% təşkil edir.
Yolun 32,4-64,8 km hissəsində torpaq işləri bitib, hazırda hamarlayıcı qatın və əsasın alt qatının tikintisi aparılır. Layihənin sözügedən hissəsində 4 keçid və 11 kommunikasiya borusu, 25 müxtəlif diametrli suötürücü boru inşa edilib.
Bu hissədə inşa olunan körpü dayaqlarının tikintisi sona çatmaq üzrədir. Qeyd olunan hissədə torpaq işləri 56 %, süni qurğular 50 %, yol geyimi 11,2 % olmaqla, ümumilikdə tikinti işləri 22 % icra olunub.
Yolun layihə üzrə nəzərdə tutulan 1, 6, 12, 37 və 63-cü km hissələrində 5 avtomobil körpüsünün inşası aparılır. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi davam edir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir.
Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Yol-xeber.az" xəbər verir ki, Ötən gün sel sularının M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə ziyan vurması nəticəsində yolun 194-205 kilometrliyində yaranan problemin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hadisə baş verdiyi andan etibarən tədbirlər görülüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.
Aparılan işlər nəticəsində sözügedən ərazidə artıq avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri yerinə yetirilir.
Təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 km-də 3 hissədə aparılır. Təmir-bərpa işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci km-lik hissələrini əhatə edir.
Hal-hazırda sözügedən hissələr üzrə beton örtüyün sökülməsi və kənarlaşdırılması, yararsız materialların qazılması və kənarlaşdırılması, karxana materiallarının daşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi, asfalt-beton örtüyün sərilməsi işləri görülür.
Qeyd edək ki, yay fəsli olması və bu istiqamətdə nəqliyyat axının intensivliyi, həmçinin təmir-bərpa işlərinin avtomobil yolu ilə hərəkət edən vətəndaşlara yaşada biləcəyi diskomfortu nəzərə alaraq işlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunur.
İşlərin aparıldığı ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin 2 (iki) tərəfli hərəkəti təmin edilib.
Əks istiqamət üzrə 2 (iki) tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri yerinə yetirilib.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Təmir-bərpa işləri ilə əlaqədar yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.
YOLUNUZ AÇIQ OLSUN ...
Yol-xeber.az" xəbər verir ki, Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır.
13 km uzunluğa malik Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən sözügedən yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.
Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarandığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.
Ardıcıllığa uyğun olaraq aparılan işlər çərçivəsində yolboyu texnoloji ardıcıllığa uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi, yol əsasının inşası aparılır, yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir, zəruri olan yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır.
Artıq layihənin Nəzəralılı hissəsində sadalanan işlər icra olunub və artıq yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib.
Yolun Şıxbağı hissəsi üzrə torpaq işləri və suötürücü boruların inşası yekunlaşıb, hazırda bu hissədə yol əsasının tikintisi işləri aparılır.
Layihə üzrə yolboyu asfaltlanma işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi, artırılması, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planının icrasının təmin edilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yollarının mühafizə zolağında yaşıllıqların salınması və bərpası məqsədilə aparılan işlər sürətlə davam etdirilir.
Bu istiqamətdə Agentliyin Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin xidməti ərazisi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 35,0 - 40,0-cı km-də 8500 ədəd şam ağacı və digər yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Belə ki, torpaqda yumşaltma işləri aparılıb, alaq otları və kollar sahədən götürülüb, yaşıllıqlar suvarılıb və mineral gübrə ilə yemləmə, habelə xəstəlik və zərərvericilərdən mühafizə üzrə profilaktik və fitosanitar mübarizə tədbirləri icra olunub.
Qeyd edək ki, bu tədbirlərin vaxtlı-vaxtında və aqrotexniki müddətlərdə aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və normal inkişaf etməsinə şərait yaradır. Yaşıllıqlara qulluğun müddəti, üsulu və təkrar olunması bitmə şəraitində yetişdirilən ağac və kol cinslərinin bioloji xüsusiyyətindən, torpaq hazırlığı üsulundan, yaşıllıqların yaradılması metodundan və əkin materialının ölçüsündən asılı olaraq müəyyən edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yollarının ayırıcı və mühafizə zolaqlarındakı yaşıllıqlara aqrotexniki qaydalara uyğun qulluq edilməsi, yeni yaşıllıqların salınması, mühafizəsinin gücləndirilməsi tədbirləri mütamadi olaraq həyata keçirilir.
Yol-xeber.az" xəbər verir ki, Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.
Sözügedən yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “10 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində Dəmiraparançayın sağ sahilindən alternativ yol ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub.
Hazırda mövcud yolun bərpası istiqamətində işlər davam etdirilir.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulması davam edir.
2-ci texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yolun uzunluğu 71 km təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlıdır, torpaq yatağının eni 15 metrə qədər genişləndirilir, bura 7.5 metr hərəkət hissə daxildir.
Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular, suötürücü borular və 7 avtomobil körpüsü yenidən inşa olunur.
Layihə çərçivəsində hazırda torpaq işləri icra olunur. Avtomobil yolunda yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri görülür. Yol yatağı hazır olan hissələrdə yol əsasının inşasına start verilib.
Bununla yanaşı atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik suötürücü dairəvi və düzbucaqlı borular inşa edilir. Artıq 37 suötürücü borunun tikintisi yerinə yetirilib. Layihə üzrə 6 körpünün inşası isə davam edir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Toğanalı-Kəlbəcər layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır.
Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Əlavə olaraq 561.2 m, 626.9 m, 480 m və 947.90 m uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir.
Sol və sağ hissələrdən ibarət olan, sol hissəsi 11 699.6 metr, sağ hissəsi isə 11 678.7 metr (ümumi uzunluğu 23 378.3 metr) uzunluğa malik olacaq Murovdağ tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə ümumilikdə 5780 metr qazma və püskürtmə işləri, 2 937 metr isə kəmər betonu işləri tamamlanıb, sağ istiqamət üzrə isə ümumilikdə 5 990 metr qazma və püskürtmə işləri, 896 metr isə kəmər betonu işləri tamamlanıb. Bundan başqa Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən 18 bağlantı yolu (keçid tunel) inşa edilib və yeni bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir.
561.2 m uzunluğunda olan Tunel №1-də, 626.9 m uzunluğunda olan Tunel №2-də və uzunluğu 480 m təşkil edən Tunel №4-də artıq qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb. Uzunluğu 947.9 metr olan Tunel №5-də isə qazma və püskürtmə betonu işləri tamamlanıb, kəmər betonu işləri isə davam etdirilir.
Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır. Layihə üzrə I dərəcəli yolun ümumi uzunluğu 14.2, II dərəcəli yolun ümumi uzunluğu 34.8 km, III dərəcəli yolun ümumi uzunluğu isə 33 km təşkil edir.
Layihə üzrə ümumi uzunluğu 2 968 metr olan 6 qovşağın və ümumi uzunluğu 5 600 metr olan 36 bağlantı yolun tikintisi də nəzərdə tutulub.
Yolun Toğanalı-Kəlbəcər hissəsində hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu, həmçinin süni qurğuların tikintisi işləri davam edir. Qazma və dolğu işləri 56% tamamlanıb. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Yolun Kəlbəcər-İstisu hissəsində isə müəyyən hissələr üzrə ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri, süni qurğuların tikintisi işləri davam edir.
Layihə çərçivəsində 164 (3 437 m) dairəvi borunun, 118 (3 541 m) düzbucaqlı borunun, 1 (28 m) heyvan keçidinin, 18 (6 229 m) U tipli və düzbucaqlı suötürücü qurğunun, 2 433 m trapez kanalın, 64 534 m2 Geoerme divarın, 5 363 m istinad divarının, 36 346 m daş divarın (iksa/istinad) tikintisi nəzərdə tutulub.
Sadalanan işlər üzrə artıq 50 dairəvi, 47 düzbucaqlı borunun, 1 heyvan keçidinin, 9 U tipli və düzbucaqlı suötürücü qurğunun, 9 561 m daş divarın və 4 854 m istinad divarının, 1057 m trapez kanalın və 43 581 m2 Geoerme divarın tikintisi yekunlaşıb.
Ümumilikdə layihə üzrə fiziki işlərin tərəqqisi 41% təşkil edir.
Qeyd edək ki, tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin vaxtında yekunlaşdırılması məqsədilə Agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...