![]() |
|
Yol-xeber.az" xəbər verir ki, Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Yenidənqurma işləri çərçivəsində 27 km uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə edir. Torpaq əsaslı yol kəndlər arasında nəqliyyat əlaqəsini çətinləşdirir, gediş-gəlişdə problemlərə səbəb olurdu. Əsaslı şəkildə bərpasına ehtiyac olan yolun eni 7 metrə qədər genişləndirilib.
Layihə üzrə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi, suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası, yol əsasının tikintisi işləri tam olaraq icra olunub.
“İnşaat Norma və Qaydaları”na uyğun texnoloji ardıcıllıqla həyata keçirilən işlər çərçivəsində hazırda yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü salınır. Artıq yolun təxminən 3 km-dən çox hissəsində asfaltlanma işləri də yekunlaşıb.
Layihənin sonunda yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, km göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görüləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində Firdovsi Məmmədov küçəsində aparılan təmir işləri yekunlaşıb.
Uzunluğu 401 metr təşkil edən sözügedən küçənin eni 9 metrdir.
Asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar küçəboyu hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Bundan başqa mövcud piyada səkilərinin dağılmış vəziyyətdə olması vətəndaşların yolun kənarı ilə rahat şəkildə hərəkətinə maneə yaradırdı. Aparılmış təmir işləri ilə sözügedən problemlər tam olaraq aradan qaldırılıb.
Təmir çərçivəsində küçəyə 921 p/m bordür düzülüb, 666 kv.m sahədə piyada səkiləri bərpa olunub, frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.
Aparılan təmir işləri 3930 kv.m-ə yaxın sahəni əhatə edib.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa edilib, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəzlənib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, son mərhələdə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü km-dən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam edir.
Ümumi uzunluğu 38 km olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir. Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və keyfiyyətlə aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Layihə üzrə yolun Ləngan (1.4 km), Əhmədli (1.4 km), Təklə-Mollahəsənli (2 km), Qədirli-Xallıcalı (3 km), Həsənli-Köçəkli (6.9) və Hüseynhacılı-Öncəqala (9 km) hissələri üzrə torpaq işləri, suötürücü boruların quraşdırlıması, yol əsasının tikintisi və ikiqat yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunaraq yekunlaşdırılıb. Hazırda sözügedən hissələrdə yol çiyinlərinin bərkidilməsi işləri aparılır.
Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də həyata keçirilib.
Yolun Təklə-Viləş (9 km) hissəsində də sadalanan işlər yerinə yetirilib, artıq yolun 3.8 km-lik hissəsinə ikiqat asfalt örtüyü döşənib. Qeyd edək ki, layihənin bu hissəsi III və IV texniki dərəcəyə uyğun olaraq tikilir.
Layihənin Bala-Təklə-Şərəfə (5.3 km) hissəsində isə hazırda yararsız asfalt örtüyün frezlənməsi işləri aparılır.
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aprılan işlər davam etdirilir. Bu istiqamətdə Respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun yenidən qurulmasına start verilib.
45 km uzunluğa malik sözügedən yol Ağdam və Ağcabədi rayonlarını birləşdirir. II texniki dərəcəyə uyğun yenidən qurulan yolun torpaq yatağının eni 15, hərəkət hissəsinin eni 2 zolaqdan ibarət olmaqla 2x3,75=7,5 metr təşkil edəcək.
Avtomobil yolunun 0-21-ci km hissəsində torpaq işləri artıq yekunlaşıb. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılıb, hissə üzrə suötürücü boruların quraşdırılması həyata keçirilib. Hazırda bu hissədə hamarlayıcı layın tikintisi işləri görülür.
Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin 3 avtomobil körpüsünün inşaası aparılacaq.
Qeyd edək ki, yolun 0-8-ci kilometrləri arasında tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yolun minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də yerinə yetirilir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu Ağdam və Ağcabədi rayonlarını birləşdirməklə həmin rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisi yekunlaşmaq üzrədir.
Layihə Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204 –cü kilometrlik hissəsindən başlayaraq 3.05 km-lik hissəsini əhatə edir.
I texniki dərəcəyə uyğun olaraq inşa edilən, eni 26.5 metr, ayrıcı zolağın eni 4 metr, hər birinin eni 3.75 metr olmaqla 4 hərəkət zolaqlı olan yolun çiyinlərinin eni 3.75 m təşkil edir.
İnşaat işləri ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla aparılıb. Yeni magistral yolun keçdiyi bəzi ərazilərdə vaxtilə çəltik becərildiyinə görə bataqlıq ərazi hesab olunduğu üçün əvvəlcə bu hissədə 25 sm dərinlikdə bitki qatı çıxarılıb, daha sonra 1 m dərinlikdə qazılıb və dörd mərhələ üzrə ələnmiş çaydaşı tökülərək kipləşdirilib.
Yolboyu 12 yerdə ümumi uzunluğu – 667 p/m təşkil edən dəmir-beton suötürücü qurğuların, mal-qara üçün uzunluğu – 44,7 p/m olan 1 dəmir-beton keçidin, həmçinin uzunluğu 30 metr, eni isə 19,5 metr təşkil edən tunel tipli yolötürücüsünün tikintisi aparılıb.
Ardıcıllığa uyğun olaraq avtomobil yolunun torpaq yatağı, yol əsasının alt və üst laylarının tikintisi yerinə yetirilib və aşınma qatı istisna olmaqla asfalt-beton işləri yekunlaşıb.
Sonuncu mərhələdə aşınma qatının döşənməsi, zəruri yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, həmçinin normal hərəkətin təşkili üçün yolcizqi və yolgöstərici xətlərin çəkilişi işləri icra olunacaq.
Yeni magistral yolun sözügedən hissəsi İran İslam Respublikası ilə dövlət sərhədində tikilən yeni avtomobil körpüsünə birləşir.
Sözügedən 3 aşırımlı körpüdə inşaat işləri yekunlaşsa da, hazırda suyun körpünün dayaqlarına ziyan vurmaması üçün körpü requlyasiyalarının inşası davam etdirilr.
Yeni körpünün uzunluğu 97,5 metr, eni isə 30,6 metr təşkil edir. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolaq yaradılıb, həmçinin hər birinin eni 2,5 metr olan 2 piyada keçidi tikilib.
Qeyd edək ki, İran tərəfindən körpüyə yanaşma yolunun inşası davam etdirilir.
"İnşaat Norma və Qaydaları"na əsasən birbaşa Agentliyin rəhbərliyinin nəzarəti altında aparılan yolun və körpünün tikintisi Şimal-Cənub nəqliyyat dəhlizi üzrə qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Bundan başqa avtonəqliyyat vasitələrinin Astara şəhər mərkəzinə daxil olmadan hərəkətini təmin edəcək ki, bu da həm əhalinin, həm də yoldan istifadə edən sürücülərin rahatlığı və təhlükəsizliyi baxımından önəmlidir.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidi inşa edilir.
Yeni yerüstü piyada keçidi M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28.5-ci km-də tikilir.
Layihə üzrə keçidin ümumi uzunluğu 45 metr, eni 3.5 metr, pilləkənlərin eni 2.5 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır.
Hazırda layihə üzrə keçid dayaqlarının üzlənməsi və platformanın quraşdırılması işləri aparılır.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Xəzər rayonunu da əhatə edir. Bu çərçivədə hazırda rayonun Buzovna qəsəbəsi üzrə Qaçaq Nəbi küçəsində təmir işləri aparılır.
Sözügedən küçənin uzunluğu 520 metr, eni isə ortalama 6 metr təşkil edir.
Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yol əsasının salınması işləri aparılıb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam edir.
YOLUNUZ AÇIQ OLSUN…