dd

Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı işlər Qax rayonunu da əhatə edir.

Belə ki, rayonda Qax-Qaşqaçay-Armudlu avtomobil yolunun 11-ci km-dən ayrılan və uzunluğu 12.5 km olan Aşağı Malax-Qaşqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrdir. 

Aparılan işlər çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol əsasının inşası, yeni asfalt-beton örtüyünün döşənməsi həyata keçirilir. Yolun 3 km hissəsində sadalanan işlər artıq yekunlaşıb.

Yolun Qaşqaçay hissəsində 830 və 150 metr uzunluğa malik iki köhnə arx qazılaraq, yenidən tikilib. Uzunluğu 830 metr olan arxın ətrafına 640 p/m səki daşı düzülüb. Layihə üzrə 200 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların da inşası aparılıb.

Layihə çərçivəsində Qaşqaçay-Armudlu kənd yollarını birləşdirən 2 aşırımlı, 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşası artıq yekunlaşmaq üzrədir. Hazırda körpünün tikintisi üzrə suyönəldici qurğular inşa olunur.

Yenidənqurma işləri 1.5 km uzunluğa malik Malax avtomobil yolunda da aparılıb. Bu hissədə torpaq işləri və yola 2 qat yeni asfalt-beton örtüyünün döşənməsi yekunlaşıb.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 3 yaşayış məntəqəsinin 1600 nəfər əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur.

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd

d

Yol-xeber.az" xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlərin keçirilməsi davam etdirilir. 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Agentlik tərəfindən ağacəkmə aksiyası baş tutub. 

Ağacəkmə aksiyası Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Göygöl, Şəmkir və Tovuz rayonundan keçən hissələrində keçirilib. Aksiya zamanı yolun kənarı və ağac əkiləcək ərazi tullantılardan təmizlənilib, ərazidə olan ağaclara, bitkilərə mövsümi qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.

Aksiya çərçivəsində yerli iqlim şəraitinə uyğun 4 500-ə yaxın Eldar şamı, bundan başqa 7 minə yaxın sərv, küknar və digər həmişəyaşıl ağaclar əkilib, suvarılması təmin edilib. Mövsüm ərzində magistral yol boyunca 20 minə yaxın ağacın əkilməsi planlaşdırır.

Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ətraf mühitə qarşı qayğı ilə yanaşma hisslərini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.

Qeyd edək ki, avtomobil yollarının təhkim zolağında 2020-2021-ci illərdə 258 157 ədəd, 2022-ci ildə isə 147 075 ədəd, ümumilikdə 674.3 hektar ərazidə 404 595 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda 18,82 hektar ərazidə yaradılmış 9 tinglik sahəsində 135 827 ədəd ağac və kol bitkisi yetişdirilir.

YOLUNUZ AÇIQ OLSUN...

 

d
d
d
d
d
d
d
d
d

f

Yol-xeber.az" xəbər verir ki, Talış-Tap Qaraqoyunlu-Qaşaltı (Naftalan şəhəri) avtomobil yolunun əsas göstəriciləri:

-  Yolun ümumi uzunluğu                                                                - 22.0 km

-  Yolun texniki dərəcəsi                                                                  - II-IV  (19+3)

- Hərəkət hissəsinin eni                                                                  - 9.0-6.0 m

- Hərəkət zolaqlarının sayı                                                             - 2 ədəd

- Hərəkət zolağının eni                                                                   - 4.5-3.0 m

- Çiyinin eni                                                                                    - 2x3 m və 2x2 m

- Səkinin eni                                                                                   - 2x2

- Torpaq yatağının eni                                                                    - 15-10 m

 

Yolun konstruksiyası:

- Əsasın alt  layı –  qum-çınqıl qarışığı, qalınlığı                           - 30 sm 

- Əsasın üst layı –  optimal qum-qırmadaş qarışığı, qalınlığı        - 20 sm

- Asfalt-beton örtük   qalınlığı                                                        - 12-14 sm

 

Yerinə yetirilmiş iş həcmləri:

- Torpaq işləri                                                                                               - 3,6 mln m3

- Yol əsası və çiyinlər üçün optimal qum-çınqıl və qum-qırmadaş qarışığı  - 167,5 min m3

- Asfalt-beton qarışığı                                                                                  - 62,5 min ton

- Müxtəlif diametrli suötürücü borular                                                          -  1624 m

- Müxtəlif yol nişanları və göstərici lövhələr                                                - 273 ədəd

- Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə xətlər                              - 66,4 min metr

- Dəmir-beton küveyt                                                                                  - 7,6 min m

- Siqnal dirəkləri                                                                                          - 880 ədəd

- Əyrixətli tirlər                                                                                            - 7 000 m

                                     

İncə çayı üzərində 1 körpü inşa edilib:

- Körpünün uzunluğu     - 84,0 metr

- Körpünün eni               - 14,5  metr

- Hərəkət hissəsinin eni  - 11,5 metr

- Səkilərin eni                  - 2 x 1,5 m 


Talış-Tapqaraqoyunlu-Qaşaltı (Naftalan şəhəri) avtomobil yolu istifadəyə verildikdən sonra Tərtər və Goranboy rayonları, həmçinin Naftalan şəhəri arasında alternativ yeni bağlantı yaranıb. 

BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 

f
f
f
f
f
f
f
f
f
f
f
f

b

Yol-xeber.az" xəbər verir ki, Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən zəruri yerlərdə cari təmir işlərinin icrası davam edir.

Bu çərçivədə Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mkr dairəsi) yerləşən yol ötürücüsündə temperatur tikişləri bərpa edilib.

Aparılan təmir işlərindən sonra nəqliyyatın hərəkəti tam təmin olunub.


b
b
b
b
b
b
b
b
b
gg

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Agentlik tərəfindən bu çərçivədə daha iki layihənin icrası yekunlaşıb

Belə ki, M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də və M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2 km-lik hissəsində yerüstü piyada keçidlərinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib. 

Keçidlərin istifadəyə verilməsi mərasimlərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Əvəz Qocayev, Hüsnü Quliyev, agentliyin digər vəzifəli şəxsləri, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov  iştirak ediblər.

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də inşa edilən yerüstü piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 37.5 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Keçidin layihəsi çərçivəsində Bakı şəhəri istiqamətində uzunluğu 50 metr olan istinad divarı da tikilib. 

Agentlik tərəfindən M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2-ci km-lik hissəsində inşa olunan piyada keçidinin isə uzunluğu 30 metrhərəkət hissəsinin eni 3.5 metr təşkil edir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır. 

Keçidlərdə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb, bu da fasiləsiz nəzarətə imkan yaradır.

Bundan başqa hər iki keçidin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacaqlarının quraşdırılması və ətrafın abadlaşdırılması işləri görülüb.

Qeyd edək ki, piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

gg
gg
gg
gg
gg
gg
gg
gg
gg
gg
gg
gg
gg
gg
gg
gg
gg

ggg

Yol-xeber.az" xəbər verir ki, İmişli rayonunda Ağsu-Kürdəmir-Bəhrəmtə avtomobil yolunun 71-ci km-dən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam edir. 

Ümumilikdə 5 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin istifadə etdiyi sözügedən yollar ümumi uzunluğu 43.5 km olmaqla IV teniki dərəcəyə uyğun inşa edilir. Yolların hərəkət hissəsinin eni müvafiq olaraq 6, ümumi eni ortalama 10 metr təşkil edəcək.

Uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən torpaq əsaslı sözügedən yollar yararsız vəziyyətdə idi. Bu isə payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. 

Yenidənqurma işlərinə ilk olaraq layihənin uzunluğu 24 km təşkil edən Ağamalılar hissəsindən başlanılıb. Artıq yolun bu hissəsində torpaq işləri, yararsız qruntun qazılması, bitki qatının çıxarılması, çay daşlarından istifadə edərək yol yatağının layihə səviyyəsinə qaldırılması və genişləndirilməsi işləri aparılıb. Ardıcıllığa uyğun olaraq hazırda yol yatağının, yol əsasının alt və üst layının tikintisi icra olunur. 

Ağamalılar yolu üzrə işlər yekunlaşdıqdan sonra layihənin 5 km-lik Məmmədli hissəsində tikinti işlərinə start veriləcək. 

Layihə çərçivəsində suların ötürülməsi üçün mövcud suötürücü boruların təmiri, yeni boruların quraşdırılması, yolun Ağamalı və Əliyetməzli kəndləri ərazisində mövcud avtomobil körpülərinin təmiri də nəzərdə tutulub.  

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq. 
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun olaraq aparılır, əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

Avtomobil yolunun yenidən qurulması yaşayış məntəqələrinə rahat gediş-gəlişi təmin edəcəkkənd təsərrüfatının inkişafına şərait yaradacaq.

YOLUNUZ AÇIQ OLSUN...

 

ggg
ggg
ggg
ggg
ggg
ggg
ggg
ggg
ggg
ggg
ggg
ggg
ggg

dd

Yol-xeber.az" xəbər verir ki, Beyləqan rayonunda Gödəklər-Sarısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun yenidən qurulması davam edir. 

7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik sözügedən avtomobil yolu  Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun inşa olunur. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. 

Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. 

Layihənin uzunluğu 8 km olan Allahyarlı kəndi istiqamətində aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb.  Bu hissədə suvarma və qrunt sularının ötürülməsi üçün suötürücü boruların tikintisi aparılıb, yeni yol əsası inşa olunub. Sözügedən hissədə asfalt örtüyünün döşənməsi işləri də yekunlaşıb.

Artıq layihənin uzunluğu 5 km təşkil edən Sarısu hissəsində yenidənqurma işlərinə start verilib. Hazırda bu hissədə  torpaq işləri aparılır. 

“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri yekunlaşdıqdan sonra yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları, zəruri yerlərdə avtobus dayanacaqları, km göstəriciləri quraşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işləri sözsüz ki, təkcə 17 min əhalin yaşadığı yaşayış məntəqələrinə rahat gediş-gəlişin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının inkişafına da şərait yaradacaq.

YOLUNUZ AÇIQ OLSUN... 

 

dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd
dd

ff

Yol-xeber.az" xəbər verir ki, M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

2-ci texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yolun uzunluğu 71 km təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlıdır, ümumi eni 15 metrə qədər genişləndirilir, bura 7.5 metr hərəkət hissə daxildir.

Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular,  suötürücü borular və 7 ədəd körpü yenidən inşa olunacaq.

Layihə çərçivəsində hazırda torpaq işləri icra olunur. Avtomobil yolunda yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri görülür. Bununla  yanaşı atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik suötürücü borular üzrə əks dolğu və inşa işləri aparılır. Artıq 15 suötürücü borunun tikintisi yerinə yetirilib.

Layihə üzrə 4 körpünün inşası davam edir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yenidənqurma işlərinin qısa zamanda  yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.  

YOLUNUZ AÇIQ OLSUN...

 

ff
ff
ff
ff
ff
ff
ff
ff
ff
ff
ff
ff
ff
ff
ff

d

Yol-xeber.az" xəbər verir ki, Bu gün ’’Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Rövşən Rüstəmov və Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının iştirakı ilə Biləcəri dəmir yolu stansiyasından qardaş ölkəyə 25 konteynerdən ibarət humanitar yük yola salınıb.

Humanitar yardım Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Kahramanmaraş və 10 vilayətdə baş vermiş güclü zəlzələdən zərər çəkmiş insanlara çatdırılacaq.

Bu gün yola salınan humanitar yardım əsasən tibbi ləvazimatlar, qızdırıcılar və generatorlardan ibarətdir və 3 gün ərzində mənzil başına çatacaq.

Qeyd edək ki, təbii fəlakətin ilk günlərindən Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirən Azərbaycan ictimaiyyəti genişmiqyaslı yardım kampaniyalarında yaxından iştirak edir.

Səfir Cahit Bağçı bu çətin günlərdə göstərilən böyük dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib.

hhhg

Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsinin əsaslı təmiri işləri davam etdirilir.

Uzunluğu 3.8 km təşkil edən avtomobil yolunun sözügedən hissəsinin eni müvafiq olaraq 8-16 metr olmaqla dəyişir.  

Uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan yolun sözügedən hissəsində asfalt-beton örtüyündə deformasiyalar və qabarmalar əmələ gəlmişdi. Bu isə öz növbəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda qeyd edilən problem aradan qaldırılır.

Belə ki, yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri həyata keçirilir. Bundan başqa “İnşaat Norma və Qaydaları”na əsasən yol boyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülür, yeni yol əsası inşa edilir və yeni asfalt örtüyü döşənir.

Təmir işləri çərçivəsində zəruri yerlərdə hər iki istiqamət üzrə eni 2.5 metr olmaqla piyada səkilərinin inşası həyata keçirilir, yararsız səki daşlarının və drenaj xəttlərinin yenilənməsi işləri aparılır. 

İşlər texnoloji ardıcıllıqla sürətlə və keyfiyyətlə həyata keçirilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Sonuncu mərhələ üzrə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək. 

YOLUNUZ AÇIQ OLSUN...

 

 
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg
hhhg

Xəbər lenti