![]() |
|
"Sosial şəbəkələrdə yayılan məlumat üzrə Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsində müvafiq araşdırmalar aparılıb, avtomobil tərəfimizdən aşkarlanıb".
Yol-xeber.az xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, həmin şəxslər müəyyən olunaraq Yasamal Raron Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsinə (PŞ) dəvət olunaraq izahatları alınıb: "Tərəflər aralarında yaranan mübahisənin şəxsi məsələ olduğunu vurğulayaraq, şikayətləri olmadığını bildiriblər.
Faktla bağlı Yasamal RPİ 29-cu PŞ-də təhqiqat araşdırmaları davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə "Ağ çiçəyim" şadlıq evinin qabağında kişi qadın və onun yanındakı azyaşlını döyüb, daha sonra onları avtomobilə zorla salaraq ərazidən qaçırdığı barədə məlumat yayılıb.
Mingəçevirdə avtomobil qaçırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Əfəndiyev fevralın 18-də “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil şəhər ərazisində tapılıb.
Davam etdirilən tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir sakinləri A.Abdullayev, A.Əhmədov və H.Alıyev saxlanılıb.
Bakıda avtomobil qaçıran Göyçay rayon sakini yaxalanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Məmmədxanlı fevralın 18-də R.Məmmədov küçəsindən “Toyota Prado” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Nəsimi RPİ 19-cu PŞ və Göyçay RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini H.İsmayılov Göyçay rayonu ərazisində saxlanılıb.
Qaradağda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, fevralın 20-də saat 18 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Salyan rayon sakini B.Bayramov idarə etdiyi “Ford Transit” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Zaman Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilə vurub, sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı reklam lövhəsinə dəyib.
Nəticədə Z.Abdullayev və sərnişini Seyfəddin Abbasov hadisə yerində ölüb. B.Bayramov hadisə yerini tərk edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bakıda avtomobil qaçırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Quliyev yanvarın 30-da yaşadığı evin qarşısından BMW markalı avtomobilinin mühafizəçi tərəfindən qaçırılaraq R.Behbudov küçəsində pilləkənlərə vurulmasını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və faktlar haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər dünyasını dəyişib, 4-ü isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, ailəli olan Rəhman Vəliyev Xızı rayonu, Yeni-Yaşma kəndində qeydiyyatda olub, Azəravtoyol MMC-də fəhlə işləyib.
İstintaq sənədlərinə görə, Rəhman Vəliyev Xızı rayonu, Yeni Yaşma tam orta məktəbin 9-cu sinfində qızı ilə birlikdə təhsil alan 2003-cü il təvəllüdlü Əminə Babayevanın (ad və soyad şərti verilib - red.) 16 yaşına çatmadığını bilə-bilə onunla cinsi əlaqədə olmaq istəyib.
Bu məqsədlə o, 2019-cu ilin yanvar ayının 6-da, saat 22 radələrində Sumqayıt şəhərindən Əminə Babayevanı evlərinə aparmaq adı ilə etibarnamə ilə sürdüyü avtomobilə götürüb.
Rəhman Vəliyev Xızı rayonuna çatdıqdan sonra avtomobili rayonun dağlıq hissəsinə sürüb. Bu zaman qız ondan yolu niyə dəyişməsini soruşub. Rəhman Vəliyev isə ona işi olduğunu söyləyib. Avtomobili dağlıq hissədə heç kimin olmadığı yerə sürdükdən sonra öz çirkin əməlini həyata keçirmək qərarına gəlib. O, Əminə Babayeva ilə avtomobildə zorla cinsi əlaqədə olub.
Daha sonra hədə-qorxu gələn Rəhman Vəliyev ondan bu barədə heç kimə deməməsini tapşırıb. Lakin Əminə Babayeva evlərinə gələn kimi hadisə barədə anasına danışıb.
Əminə Babayevanın ailə üzvlərinin şikayətindən sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən Rəhman Vəliyevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual
xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Xızı rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəndə çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan Rəhman Vəliyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çxıarılmasını istəyib.
Rəhman Vəliyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Rəhman Vəliyevin şikayəti təmin olunmayıb.
APA xəbər verir ki, avtoqəza bu gün axşam saat 22:00 radələrində qeydə alınıb.
Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Kürdəmir sakinləri - 1994-cü il təvəllüdlü Həsənov Rövşən Daşqın oğlu, Mansurov Nurlan Mehman oğlu və şəxsiyyəti hələ ki bilinməyən bir nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
APA xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
1990-cı il təvəllüdlü Aytəkin Qəhrəmanova keçmiş yoldaşı ilə yaşadığı binanın qarşısında mübahisə edib. Nəticədə qadın bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Türkiyənin Aydın vilayətində qəza nəticəsində dəmir yol xəttinin üzərinə düşən avtomobili qatar vurub. Yol-xeber.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Aydın-İzmir avtomagistralının Germencik rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 36 yaşlı Camal Bunar, idarə etdiyi 09 C 1934 qeydiyyat nömrə nişanlı minik avtomobillə, hərəkətdə olarkən sükan idarəetməsini itirib və maşın bir neçə dəfə çevrilərək yol kənarındakı dəmir yolu xəttinin üzərinə düşüb. Bu arada İzmir-Dənizli reysi ilə hərəkət edən yük qatarı relslərin üzərindəki maşını vurub. Qatarın təxminən 50 metrə qədər sürüklədiyi avtomobilin sürücüsü açılan qapıdan yerə düşüb. Nəticədə Camal Bunar aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Polis faktla bağlı təhqiqatlara başlayıb.