Doqquz avtomobili yandırıb külə çevirdilər: qrup üzvlərindən 2-si saxlanıldı - VİDEO
Digər şübhəlilərin axtarışları isə davam etdirilir

Türkiyənin İstanbul şəhərində 9 avtomobili yandıran qrup üzvlərindən ikisi yaxalanıb. Yol-xeber.az xəbər verir ki, insident fevralın 23-də gecə yarısı Fatih qəsəbəsinin Ayvansaray məhəlləsində qeydə alınıb. Bu barədə “DHA” agentliyi məlumat yayıb.

Məlumata görə, üzü maskalı şəxslər Mumhane küçəsində park vəziyyətində olan 9 nəqliyyat vasitəsinin üzərinə yanan maddə tökərək yandırıblar.

Maşınlar qısa müddət ərzində alovlanıb, şübhəlilər isə hadisə yerindən qaçıblar.

 

Məhəllə sakinlərinin xəbər verməsi ilə hadisə yerinə yanğınsöndürmə və polis əməkdaşları gəlib. Yanğın söndürülüb, polis isə ətrafdakı təhlükəsizlik kameralarını araşdıraraq əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Avtomobillərin yandığı müddətdə baş verən partlayışlar bəzi evlərin şüşələrinin sınmasına səbəb olub. Maşınlara dəyən ziyan isə səhər açılanda ortaya çıxıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 4 nəfərlik qrup üzvlərindən ikisi saxlanılıb.

Onların üzərindən yanacaq iyi gələn yanmış əlcək də aşkarlanıb.

Digər şübhəlilərin axtarışları isə davam etdirilir.

 

 

 

 

Türkiyənin İstanbul şəhərində 9 avtomobili yandıran qrup üzvlərindən ikisi yaxalanıb. Avtosfer.az xəbər verir ki, insident fevralın 23-də gecə yarısı Fatih qəsəbəsinin Ayvansaray məhəlləsində qeydə alınıb. Bu barədə “DHA” agentliyi məlumat yayıb.

Məlumata görə, üzü maskalı şəxslər Mumhane küçəsində park vəziyyətində olan 9 nəqliyyat vasitəsinin üzərinə yanan maddə tökərək yandırıblar.

Maşınlar qısa müddət ərzində alovlanıb, şübhəlilər isə hadisə yerindən qaçıblar.

 

Məhəllə sakinlərinin xəbər verməsi ilə hadisə yerinə yanğınsöndürmə və polis əməkdaşları gəlib. Yanğın söndürülüb, polis isə ətrafdakı təhlükəsizlik kameralarını araşdıraraq əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Avtomobillərin yandığı müddətdə baş verən partlayışlar bəzi evlərin şüşələrinin sınmasına səbəb olub. Maşınlara dəyən ziyan isə səhər açılanda ortaya çıxıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 4 nəfərlik qrup üzvlərindən ikisi saxlanılıb.

Onların üzərindən yanacaq iyi gələn yanmış əlcək də aşkarlanıb.

Digər şübhəlilərin axtarışları isə davam etdirilir.

 

Namiq Musayev

 

 

 

 
Bakı-Qazax yolunda sərnişin mikroavtobusu piyadanı vuraraq öldürüb
"Mercedes Sprinter" markalı sərnişin mikroavtobusu piyadanı vuraraq öldürüb

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yol-xeber.az APA -ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Padarçöl kəndi ərazisində qeydə alınıb. 

Gəncə-Bakı marşurutu üzrə hərəkət edən "Mercedes Sprinter" markalı sərnişin mikroavtobusu piyadanı vuraraq öldürüb.

Bakıda ŞOK piyadavurma: Yolu keçən gənci avtomobil belə vurdu - VİDEO
Vaqif Əsədov: "Yolu keçərkən mütləq keçiddən istifadə etsinlər ki, həyatlarını itirməsinlər"

Bakıda baş verən dəhşətli piyadavurma anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Görüntülərdə iki nəfər təhlükəsizlik adacığında dayanıb. Bir nəfər isə qarşı tərəfdən əks istiqamətə keçmək istəyir. Yola çıxan zaman isə olduğu zolaqda avtomobillərin istiqamətinə deyil, hələ növbəti keçəcəyi zolağın istiqamətinə baxır. Nəticədə avtomobil onu vuraraq qarşı yola atır. Bu zaman isə ikini maşının sürücüsü qəfil manevr edərək piyadanı yenidən əzməkdən son anda xilas olur. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu cür hadisələr daha çox piyada keçidləri olmayan ərazilərdə olur. "Piyadaların diqqətinə çatdırmaq istəyirik ki, görüntülərdə əks olunan ərazidə artıq yeraltı piyada keçidi var. Yolu keçərkən mütləq keçiddən istifadə etsinlər ki, həyatlarını itirməsinlər."

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətmişdir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində ER silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınmış, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanmış, digər hərbi qulluqçusu öldürülmüşdür.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olmuşdur.   /yeniavaz.com/

Bakıda dəhşət: Sürücü maşında diri-diri yanaraq öldü
Dünən axşam saatlarında Bakının Qaradağ rayonunda “Mercedes” markalı avtomobil dirəyə çırpıldıqdan sonra yanıb.

Oxu.az xəbər verir ki, hadisə zamanı Orxan adlı sürücü avtomobildə yanaraq ölüb. 

Qəza yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb. 

Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:

Abşeronda güclü yanğın başlayıb
Abşeronda güclü yanğın hadisəsi olub.

Report xəbər verir ki, hadisə Qobu qəsəbəsinə yaxın ərazidə qeydə alınıb.

İlkin məlumata görə, ərazidəki obyektlərdən birində yanğın başlayıb. Yanğın uzaq məsafədən də diqqəti cəlb edir.

Hadisənin hansı obyektdə baş verdiyi dəqiqləşdirilir.

Koronavirusla bağlı sosial şəbəkələrdə yayılan səs yazısı haqqında
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar.

Məlumatda sosial şəbəkələrdə koronovirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısının həqiqəti əks etdirmədiyi bildirilir.

Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

Gəncədə yol-nəqliyyat hadisəsi olub, ağır yaralı var
Hadisənin təfərrüatları araşdırılır

Gəncə şəhərində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yol-xeber.az "Report"un Qərb Mərkəzinə istinadən məlumatına görə, baş vermiş nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən şəxsin kimliyi dəqiqləşdirilir.

 

Hadisənin təfərrüatları araşdırılır.

Yol polisi piyadaların keçiddə vurulması görüntülərini yaydı
Bakıda baş vermiş daha iki piyadavurma hadisəsi ilə bağlı Avtosfer.az və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi təhlillər aparıb. Bu görüntülər bir çox sürücü və piyada üçün təsirli təbliğat vasitəsi ola bilər.

"Yol-xeber.az"ın Avtosfer.az-a istinadən məlumatına görə, həmin hadisələr Bakının Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəşisməsində baş verib. Hadisənin birində qadın piyada svetaforun qırmızı işığı yanan ərəfəsində keçidə daxil olur və hərəkətə başlayan avtomobillərin ikisinin sürücüsü onu görüb yol versə də, orta zolaqda hərəkət edən üçüncü sürücü görmür və qadını maşın vurur. Xoşbəxtlikdən qadın yüngül xəsarət alır və ayağa qalxaraq hərəkətini davam etdirməklə yoluna davam edir.

Digər piyadavurma hadisəsi günün qaranlıq vaxtında baş verib. Videodan da göründüyü kimi “Toyota” markalı avtomobil Üzeyir Hacıbəyov küçəsində düzünə hərəkət zolağında olduğu halda qəflətən svetaforun yaşıl işığı yanarkən sola - Azadlıq prospektinə dönür və təhlükəsizlik adacığının üstündə keçiddən keçən qadını vurur.

Bu kadrlarda sürücünün günahkar olduğunu görə bilərik. Yəni, o, düzünə hərəkət etdiyi halda qəflətən zolağı dəyişir və təhlükəsizlik adacığının üzərində hərəkəti davam etdirir. Digər tərəfdən, yol hərəkəti qaydalarına görə, yaşıl işıqda piyada keçidinə daxil olan və hərəkəti başa çatdıra bilməyən piyadaya sürücülər yol verməlidir ki, piyada keçə bilsin.

Svetaforda qaydalara uyğun şəkildə dayanan sürücülər həmin piyadaya yol versə də, hadisəyə səbəb olan sürücü sürətlə və kobud şəkildə hərəkət etməklə qəza törədir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu cür hadisələrin görüntüsünü təqdim etməklə və təhlillər aparmaqla əslində sürücüləri və piyadaları maarifləndirməyə çalışırlar:

“Məqsədimiz odur ki, həm piyadalar, həm də sürücülər bu cür hallarda diqqətli olsunlar. Və belə hadisələr bu daha təkrar olunmasın. Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır. Artıq hadisələrə hüquqi qiymət verilib. Düşünürük ki, birbaşa hadisə videolarını yaymaqla, hadisə yerində təhlillər aparmaqla insanlarımızı maarifləndirə bilərik və bu da onların gələcəkdə edəcəkləri hərəkətlərə öz təsirini göstərmiş olacaq”.

Ölümə gedən velosiped sürücüsü kameraya düşdü - VİDEO
Velosipedlər yalnız sağ zolaqla hərəkət etməlidir

Bakıda velosipedlə təhlükəli hərəkət edən sürücünün görüntüləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, paytaxtın Heydər Əliyev prospektində hərəkət edən velosiped sürücüsü marşrut avtobusunun arxasıyca gedərək özünü təhlükəyə atıb. 
Bu cür təhlükəli hərəkət edərkən ani bir diqqətsizlik nəticəsində idarəetməni itirib qonşu zolaqlardakı avtomobillərə çırpıla bilərdi. 
Velosiped sürücülərinin təhlükəsizliyini nəzərə alaraq qanunvericilikdə qeyd olunub ki, velosiped sürücüləri yalnız yolun sağ kənar zolağı ilə hərəkət edə bilər.

 

Xəbər lenti